NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

74 
 
əvvəlkindən  də  yaxĢı  oldu.  Onlar  o  qədər  gəlir  gətirdilər  ki,  bunun  müqabilində 
Gəncə və Təbrizdən gələn pul çox görünmürdü”. 
Mənbələr  Ərdəbildən  sonra  o  dövr  üçün  Cənubi  Azərbaycanın  ən  böyük 
Ģəhəri kimi Marağanın adını çəkirlər. Antik mənbələrə görə hələ eramızdan əvvəl 
Fraata (Fraaspa, Praaspa) adı ilə tanınan bu qədim Ģəhərin bugünkü adının marrağa 
(təmərrağa)  (“eĢələnmək”)  ərəb  sözündən  götürüldüyü  ehtimal  olunur
**
.  Bu 
ehtimal ərəb mənbələrində təsvir olunan bir rəvayətə əsaslandırılır. Əl-Bəlazurinin 
verdiyi  rəvayətə  əsaslandırılır.  Əl-Bəlazurinin  verdiyi  rəvayətə  görə  bu  Ģəhər 
“əvvəllər  Afraharuz  (Fraata  –  Fraaspa  adının  ərəb  deyiliĢi  –  N.  V.)  adlanardı. 
Ərminiyə və Azərbaycanın hakimi Mərvan ibn Məhəmməd (732 – 744) Muğan və 
Gilana  olan  yürüĢündən  qayıdarkən,  onun  yaxınlığında  düĢərgə  salır.  Orada  o 
qədər  peyin  vardı  ki,  atlar  onun  içində  eĢələnməyə  (təmərrağa)  baĢladılar.  Buna 
görə də deyərdilər: “Marağa” kəndinə (yəni atların eĢələndiyi kəndə, N. V.) gedin, 
sonralar “kənd” sözü atıldı, elə “Marağa” deyildi”. 
Bu  məlumat  IX  əsrin  sonları  X  əsrin  əvvəllərində  yaĢamıĢ,  əsərini  X  əsrin 
ilk illərində  yazmıĢ Ġbn  əl-Fəqihin və eləcə də XIII  əsr müəllifi Yaqutun  müxtəlif 
mənbələrə əsaslanan xəbərlərilə də təsdiq olunur. 
Qədim  Ģəhər  olan  Marağanın  yeni  dirçəliĢ  dövrü  məhz  Mərvanın  adı  ilə 
bağlıdır. Bu Ģəhəri öz himayəsinə alan Mərvan onu bərpa edib geniĢləndirmiĢ, bu 
yerin daha da məskunlaĢması üçün hər cür Ģərait yaratmağa çalıĢmıĢdı. Abbasilərin 
hakimiyyət baĢına gəlməsi ilə Marağa Əməvilərin Azərbaycandakı baĢqa mülkləri 
ilə  birlikdə  yeni  sülalə  nümayəndələrinin  ixtiyarına  keçdi.  Xəlifə  harun  ər-RəĢid 
dövründə  separatçılığa  meyl  göstərən  yerliləĢmiĢ  ərəb  feodallarından  əzd 
qəbiləsinə mənsub əl-Bacna ibn ər-Rəvvad və həmin qəbilənin məvlası Sadağa ibn 
Əlinin  Marağada  törəkdikləri  qarıĢıqlığın  qarĢısını  almaq  məqsədilə  xəlifənin 
Azərbaycan və Ərminiyədəki valisi Xuzeymə ibn Hazim (803 – 306) bu Ģəhəri qala 
divarları  ilə  möhkəmlətmiĢ,  burada  “çoxlu  qoĢun  yerləĢdirmiĢdi”.  ġəhərin  belə 
möhkəmləndirilməsi  Xürrəmiıər  hərəkatı  dövründə  də  üsyançıların  təqibindən 
qaçan  müsəlmanların  məhz  Marağada  sığınacaq  tapmasına  səbəb  olmuĢdu.  Əl-
Bəlazurinin  məlumatına  görə  xəlifə  əl-Məmun  (813  –  833)  dövründə  Marağa 
divarları yenidən təmir edilmiĢ, Ģəhər rabadı möhkəmləndirilmiĢdi. 
Yuxarıda qeyd etdiyimiz kimi, VIII əsrdən baĢlayaraq Cənubi Azərbaycanın 
əsas Ģəhərinə çevrilmiĢ Marağa IX  əsrin sonlarında öz  mövqeyini Ərdəbilə verdi. 
Məhz  buna  görə  də  ərəb  tarixçi  və  coğrafiyaĢünas-səyyahları  “buranın  əvvəllər 
hərbi  düĢərgə  və  paytaxt”  olması,  “xəzinə  və  hökümət  idarələrinin”  də  burada 
yerləĢməsi  haqqında  məlumat  verirlər.  Ġbn  Havqəl  yazırdı:  “Əl-Marağa  sağlam 
havalı Ģəhərdir. Bağları, çayları, mədən suları, ləzzətli meyvələri, ərzağı və baĢqa 
Ģeyləri boldur.  Çoxlu rustaq və  otlaqları var. Bu yer bizim təsvir etdiyimiz  bütün 
                                                           
**
 Bu adı Ptolomeyin “Coğrafiya” əsərində Urmiya gölünün adı “Markiana” ilə də bağlayırlar. 


75 
 
Ģeylərlə  zəngindir.  Buranın  yaĢayıĢ  yerlərindən  birində  azdaqriy
*
  adlanan  qovun 
[növü] yetiĢir. Bu, uzunsov, qabığı bozumtul-yaĢıl, içərisi isə qırmızıdır. Ġçi baldan 
Ģirindir, özü də məĢhur Xorasan qovununa oxĢayır. Əl-Marağanın ətrafındakı qala 
divarlarını  Ġbn  Əbu-s-Sac  təxminən  əs-Salar  Ərdəbil  divarlarını  dağıtdığı  zaman 
dağıtmıĢdır”.  Marağadakı  “abidələr,  imarətlər,  mədrəsələr  və  yaxĢı  xanəgahlar” 
haqqında  məlumat  verən  Yaqut  əl-Həməvi  o  dövrün  elm  və  mədəniyyət 
mərkəzlərindən  biri  olan  bu  Ģəhərdə  “ədib,  Ģair,  mühəddis  və  fəqihlərin” 
olduğundan yazır, onların içində hədis toplamaq məqsədilə çoxlu səyahətlər etmiĢ, 
NiĢapurda yaĢamıĢ, DəməĢqdə və baĢqa yerlərdə dövrünün onlarla məĢhur alim və 
ədibini  dinləmiĢ  Cəfər  ibn  Məhəmməd  əl-Hərras  Əbu  Məhəmməd  əl-Marağinin 
adını xüsusi qeyd edirdi. 
Mənbələrdən  məlum  olur  ki,  o  dövrdə  Ərdəbil  və  Marağadan  sonra 
böyüklüyünə  görə  üçüncü  yeri  Urmiya  Ģəhəri  tuturdu.  Eyni  adlı  gölün
*
  sahilində 
yerləĢən  bu  qədim  Ģəhəri  Ġbn  Xordadbeh  və  əl-Bəlazuridən  tutmuĢ  Yaqutadək  bir 
çoz orta əsr ərəb müəllifləri “ZərdüĢtün vətəni”  hesab edirdilər (ZərdüĢtün vətəni 
haqqında  ədəbiyyatda  bir  neçə  mülahizə  var).  Ġbn  Havqəl  bu  Ģəhər  haqqında 
yazırdı:  Urmiya  “sağlam  havalı  Ģəhərdir,  üzümlüyü,  Ģəhər  içində  axan  bulaqları, 
əkin sahələri və rustaqları çoxdur. Həmçinin hər cür mal və ticarət Ģeyləri vardır”... 
IX  əsrin  ilk  illərində,  yuxarıda  xatırladığımız  Sadaqa  ibn  Əli  Urmiyanı  öz 
tabeliyinə keçirmiĢ, burada qəsrlər tikdirmiĢdi (əl-Bəlazuri, Ġbn  əl-Fəqih). 1220-ci 
ildə  Azərbaycana  səyahət  edərkən  Urmiyada  da  olmuĢ  Yaqut  əl-Həməvi  buranın 
“əzəmətli  qədim  Ģəhər”  olduğunu  təsdiq  etsə  də  “ölkəni  zəif  idarə  edən”  Atabəy 
Özbəyin (1211 – 1225) Ģəhərə yaxĢı baxmadığını da qeyd edir. 
Haqqında danıĢdığımız bu altı Ģəhər (Bərdə, Bab əl-Əbvab, Tiflis, Ərdəbil, 
Marağa, Urmiya)  Arran və  Azərbaycanın  ən böyük  Ģəhərləri hesab edilirdi.  Ərəb 
iĢğalından  sonra  Ģəhər  həyatının  ən  çiçəklənən  bu  dövründə  Xilafətin  Ģimal 
vilayətində olmuĢ əl-Ġstəxri və Ġbn Havqəl güneyin əl-Məyanic (Miyanə), əl-Xunəc 
(Xunə),  Ucan,  Dəxərrəqan,  Xuvey  (Xoy),  Sələmas  (Səlmas),  Mərənd,  Təbriz, 
Bərzənd, Varsan, Muğan, Cabravan və UĢnuh kimi “gözəl, eyni böyüklükdə”  (və 
ya “kiçik, böyüklükdə bir-birinə bənzəyən”) orta Ģəhərklərinin adlarını çəkirlər. Ġbn 
Havqəl  cənubun  bütün  Ģəhərlərini  onları  xarakterizə  edən  ümumi  cəhətlərdə  belə 
birləĢdirir:  “Bu  Ģəhərlərin  hamısını  ağaclar  bürümüĢ,  hər  yer  buğda  zəmiləri  və 
xurma  ağacları  ilə  doludur.  Bu  yerlərdən  heç  biri  çaylarına,  bağlarına  və  yaĢayıĢ 
məntəqələrinə görə o birisindən əskik deyil, əksinə, hər cür mal-nemətlə zəngin və 
Allahın  xeyir-bərəkəti ilə  doludur. Meyvələri çox  ucuz,  yeməli  Ģeyləri isə  demək 
olar  ki,  havayıdır”.  Arranın  orta  böyüklükdə  olan  Ģəhərlərini  isə  o  “gözəl,  eyni 
böyüklükdə və  məhsuldar, geniĢ yararlı təsərrüfat sahələrinə malik”  Ģəhərlər kimi 
xarakterizə edir. 
                                                           
*
 BaĢqa əlyazmada kəndin adına görə “Ərdhər”dir. 
*
 Mənbələr Urmiya gölünün əĢ-ġurat, əl-Kəbuzan adlarını da qeyd edirlər. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə