80
yerin yaxınlığında yerləĢən Bəsva, Gilanla sərhəddə, Ərdəbilin iki günlüyündə,
dağlar arasında olan Xalxal Ģəhəri, onun yaxınlığındakı Hamis kəndi, Ərdəbil
yaxınlığında rustaq olan Xürrəm (Yaqut “xürrəmilər” adının bu kəndlə bağlı
olduğunu ehtimal edir), Təbriz yaxınlığındakı möhkəmləndirilmiĢ qalalardan
Dizzamar və Ruyindiz (Ruyindej), Təbrizlə Ərdəbil arasında, uca dağ baĢında
olan Naudiz qalası, Ġrbil və Təbriz arasında əhalisi kürd olan kiçik, abad və bol
nemətli dağ Ģəhəri əd-DəĢtu, Xalxalın bir fərsəxliyində olan möhkəm Firuzabad
qalası, Ərdəbillə Təbriz arasında, vaxtilə monqolların xaraba qoyduğu Sarav
(Sarab) Ģəhəri, Bəzz yaxınlığında yaĢayıĢ yeri olan Sindəbəyə, Təbriz
yaxınlığında, onunla Beyləqan arasında yerləĢən Qabban Ģəhəri, Babəkin
mənzillərindən biri olan Ğəzəc qalası, Təbrizlə Beyləqan arasında olan Kiran
(Karan, Xaraba Gilan – Culfa ilə Ordubad arasında) Ģəhəri, Urmiyadan bir
mənzillik məsafədə, Təbrizə gedən yolda olan bağlı-bostanlı böyük Martu kəndi
və b.
X əsrin ortalarında Azərbaycana daha bir görkəmli alim - ərəb coğrafi
ədəbiyyatının ənənələrini davam etdirən Əbu Duləf səyahət edir. Bu səyahət
təfsilatı ilə müəllifin “Risalə” (məktub, qeyd) adlandırdığı əsərində öz əksini tapır.
Onun səfəri Cənubi Azərbaycanın ġiz (əĢ-ġiz) Ģəhərindən baĢlayır, Ģimala –
Bakıya (Bakuyəyə), sonra Tiflisə, oradan Ərdəbil vasitəsilə ġəhrəzura gedir və
nəhayət Ģərqə doğru Qarmisin – Həmədan – rey – Təbəristan – Qumis – Tus –
NiĢapur – Herat yolu ilə davam edir. Sonra Əbu Duləf Ġranın Ġsfahan və Xuzistan
Ģəhərlərini təsvir ediir və bununla da “Risalə” baĢa çatır.
Əbu Duləf “Risalə”nin əvvəlində bu ağır səfərin məqsədini müxtəlif
qiymətli daĢların və mineral mənbələrin onun üçün anlaĢılmaz qalan sirlərini
aĢkarlamaq istəyilə izah edirdi. Lakin, “əl-kimya” ilə (kimyagərliklə) məĢğul
olmaq arzusunda olan müəllifin praktiki ehtiyaclarını ödəmək məqsədini güdən bu
istəyin bizim üçün də əhəmiyyəti çoxdur. Əbu Duləfin sayəsində biz baĢqa
mənbələrdə (Ġbn Xordadbeh, əl-Yəqubi və b.) yalnız oradakı “AzərcüĢnəsb”
atəĢgədəsi münasibətilə adı ötəri çəkilən qədim Azərbaycan Ģəhəri ġiz haqqında
ətraflı məlumat ala bilirik; yalnız onun sayəsində biz Azərbaycan dağlarındakı bəzi
minerallar, müalicə əhəmiyyətli isti su bulaqları, adı heç bir mənbədə çəkilməyən
Arran (ər-Ran) Ģəhəri, Bakı neftindən əldə edilən gəlirin miqdarı və s. haqqında
xəbər tuturuq.
Vaxtilə Urmiya gölündən 140 km cənub-Ģərqdə yerləĢmiĢ bu qədim
Azərbaycan Ģəhərinin xarabaları indi Taxtı-Süleyman adlanan Ģəhər yerindədir.
Taxtı-Süleymanın Avropa səyyahları və tədqiqatçıları tərəfindən verilən təsviri
Əbu Duləfin ġiz Ģəhəri haqqındakı məlumatını təsdiq edir: Ģəhər, doğrudan da
təpədə salınmıĢ və möhkəm divarlarla əhatə olunmuĢdu. Əbu Duləfin haqqında
danıĢdığı, tədqiqatçıların fikrincə, yəqin, vulkanik mənĢəli göl indi də buradadır,
ondan yenə də kiçik çaylar axır. ġiz haqqında məlumata Yaqut əl-Həməvinin
coğrafi əsərində də yer verilib, lakin bu məlumat əsas etibarilə Əbu Duləfə istinad
81
edilmiĢdir. Yaqut ġizi Azərbaycanda bir nahiyə adlandırır, onun ərəblərə qədərki
əsl adının Cis (Qis) olduğunu bildirir.
ġizdəki atəĢgədə haqqında Əbu Duləfdən əvvəl Ġbn Xordadbeh və Ġbn əl-
Fəqih, eləcə də Əbu Duləfin müasiri əl-Məsudi xəbər vermiĢlər. Ġbn Xordadbehin
əsərində bu atəĢgədənin (beyt ən-nər – “od evi”) adı AzərcuĢnəs, Ġbn əl-Fəqihdə
AzərcuĢnəsf
*
, onlara əsaslanan Yaqutda isə həmin adlardan fərqlənən AzərxiĢ
Ģəklində yazılmıĢdır. Əlbəttə, ərəb əlyazmasındakı nöqtə və hərflərin oxĢarlığından
doğan mümkün yazılıĢ xətalarını nəzərə alsaq, bu son ad Ģübhəsiz, bir Ģəkildə
oxunmalıdır: “ġizin – Cisin odu” – yəni Azərcis (və ya AzərĢiz) Ġbn Xordadbeh
hakimiyyət baĢına keçən Sasani hökmdarlarının Mədaindən atəĢpərəstlərin bu
hörmətli məbədinə piyada gəldikləri haqqında məlumat verir. Əl-Məsudi isə
ƏnuĢirəvan dövründə (531 – 579) od məbədinin əĢ-ġiz və ar-Randan əl-Birka
(“göl”) adlı yerə köçürülməsindən danıĢır. Görünür, burada əĢ-ġiz dedikdə əl-Ciz
(Cis), yəni ərəblərin Cənzə adlandırdıqları, Atropatenanın paytaxtı Qanzaka
(Qazaka və ya Qazana da deyilir) nəzərdə tutulur. Ərəb əlyazmalarındakı bu
mümkün xətalar neçə-neçə tədqiqatçını dolaĢdırmıĢ. Hətta V. V. Bartold kimi çox
görkəmli alimin ġiz Ģəhərini qədim Qanzaka – Cənzə Ģəhəri ilə eyniləĢdirməsinə
gətirib çıxarmıĢdır. V. F. Minoerskinin araĢdırmalarına görə qədim Qanzaka –
Cənzə Ģəhəri indiki Leylan tərəflərdə, Urmiya gölündən 14 km cənub-Ģərqdə
yerləĢirdi. Ġbn Xordadbeh Cənzənin Cənubi Azərbaycan ərazisində, Marağanın 6
fərsəxliyində (təqr. 36 km) olduğunu bildirir. Sonrakı müəlliflərin əsərlərində bu
Ģəhərlərin adlarının, demək olar ki, çəkilməməsi onların dini-siyasi mərkəz kimi
əhəmiyyətlərini itirməsindən irəli gəlirdi. Qazakanı Kazna və Cəznak kimi
müxtəlif adlarla təqdim etmiĢ Yaqut əl-Həməvinin bu Ģəhər haqqında olan
məlumatı (Cəznak – Azərbaycanda Marağa yaxınlığında abad yer, orada
sasanilərin qədim abidələri, binalar və atəĢgədə var; Kəzna – Marağa ilə bu yer
arasında məsafə təqribən 6 fərsəxdir, orada məcusların məbədi, qəim atəĢgədə və
Keyxosrov hökmdarın tikdirdiyi çox uca və əzəmətli eyvanı – sarayı var) ondan
dörd sər əvvəl yazmıĢ Ġbn Xordadbehin məlumatından çox da fərqlənmir.
Ġndi isə topladığı materialın orijinallığı baxımından özünün sələf və
xələflərindən seçilən, yuxarıda haqqında danıĢdığımız Əbu Duləfin dediklərindən:
“Soraq-soraqla və baĢa salmaqla mən ġizə yetiĢdim. O Marağa, Zəncan, ġəhrəzur
və Dinavərlə qızıl, civə, qurğuĢun, gümüĢ, sarı arsen (miĢyaq) və əl-cəmast
adlanan daĢ mədənləri olan dağlar arasındadır. ġizin qızılı üç növdür. Növün biri
əl-kumisi adlanır, o qum kimidir, üstünə su tökdükdə qumu gedir, yerdə zərrin
kimi qızıl qırıntıları qalır. Onu civə vasitəsilə yığırlar. Bu qızıl açıq qırmızı rəngdə,
[xüsusi çəkisi] ağır, təmiz, parlaq, odadavamlı, yumĢaq və elastikdir. Növün o biri
əĢ-Ģəhrani adlanır. Onu külçə Ģəklində 1 habbadan (1 misqal təqribən 4, 24 q)
*
Əslində AzərquĢtəsb. B. e. ə. 588-ci ildə zərdüĢtiliyi qəbul etmiĢ hökmdar QuĢtəsbin (ViĢtaspın) adı
ilə bağlıdır.
Dostları ilə paylaş: |