83
yerdə olduğunu nəzərə alsaq, təqribən 20 – 24 km-də yerləĢirdi
*
. Bu Ģəhər
haqqında Əbu Duləfin məlumatını təkrar edən Yaqut əl-Həməvi onu Marağa ilə
Zəncan arasında Ģəhər adlandırsa da, izahının sonunda “Mənim fikrimcə ər-Ran və
Arran (yəni vilayət – N. V.) eyni Ģeydir” deməklə Əbu Duləfin məlumatını Ģübhə
altında qoyur.
Yuxarıda, VI əsrdə ər-Randa olan od məbədinin ġizə köçürülməsi haqqında
əl-Məsudinin məlumatını xatırladıq. Görünür, bundan sonrakı illərdə ər-Ran Ģəhəri
tədricən əhəmiyyətini itirmiĢ, bəzi obyektiv səbəblər üzündən tənəzzül etmiĢ və
nəhayət dağılmıĢdı. Buna görə də mötəbər alim olan Yaqut əl-Həməvi gediĢ-gəliĢli
yollardan aralıda qalmıĢ bu qədim dağ Ģəhəri haqqında məlumat toplaya bilməmiĢ,
adlardakı eynilik isə onu bir qədər çaĢdırmıĢdı
*
.
Yeri gəlmiĢkən, onu da qeyd edək ki, məhz bu zonada, yəni Urmiya
gölünün Ģərq və cənub-Ģərq hissəsində, biz Arrandakı bəzi yaĢayıĢ yerlərinin
adlarına təsadüf etdik. Yuxarıda haqqında danıĢdığımız Cənzə və ər-Randan baĢqa
mənbələr bu zonada yerləĢən Bərzə, əl-Beyləqan, əd-Əndərab və Tiflis Ģəhərlərinin
də adlarını çəkir. Arranın Bərdə, Beyləqan, Əndərab və Tiflis Ģəhərləri ilə eyni ad
daĢıyan bu yerlərin məhz çox da böyük olmayan bir sahədə toplanması, onların
sakinlərinin haçansa həmin yerlərdən köçməsi və ya eyni soydan olması ilə izah
oluna bilər. Bu məsələ ilə bu və ya digər dərəcədə maraqlanan tədqiqatçılar da (V.
F. Minorski, M. X. ġərifli və b.) Azərbaycanın Ģimal və cənub hissələrində eyni
adlı belə yerlərin olmasını həmin ərazilərdə əslən eyni köklü adamların yaĢaması,
onların öz yeni yaĢayıĢ yerlərinə köhnə yaĢayıĢ yerlərinin və ya soylarının adlarını
aparmaları ilə bağlayırlar.
Urmiya ətrafı zonada, biri digərindən çox da uzaqda yerləĢməyən bu
Ģəhərlərdən
Bərzə Marağadan on beĢ fərsəx cənubda idi. Əl-Bəlazurinin
məlumatına görə, iĢğaldan sonra Azərbaycana axıĢan ərəblərdən avd qəbiləsinə
mənsub olanlar Bərzə və onun nahiyəsini tutmuĢ, Ģəhərin özündə isə
möhkəmləndirilmiĢ qəsr tikdirmiĢdilər. IX əsrin ortalarında Bərzədə minbəri olan
came məscidinin tikilməsi, Azərbaycan Ģəhərlərinin tərəqqi yoluna düĢməyə
baĢladığı
bu dövrdə, Bərzənin də inkiĢafına dəlalət edir.
Əl-Beyləqan adlandırılan Ģəhər Marağa ilə əl-Cibəl vilayətində (Qədim
Midiya) yerləĢən Dinavər Ģəhərləri arasında, Bərzənin 6 (8) fərsəxliyində idi.
Mənbələr əl-Beyləqandan beĢ fərsəx aralı
əl-Əndərabın adını çəkir, onu Arranın
paytaxtı Bərdənin bir fərsəxliyində olan eyni adlı yerdən fərqləndirirlər. Bu
mövqedə adı xatırlanan
Tiflis isə Bərzəyə yaxın yerdə, Urmiya Ģəhərinə gedən
yolun üstündə salınmıĢdı.
*
Tədqiqatçılar 1 fərsəxin uzunluğunu 5 – 7 km hesablayırlar. Fərsəxin qədəri yolun dağ və düzdən
keçməsindən asılı az və ya çox olurdu; yəni ağır dağ yolunda fərsəx qısalır, düz yolda isə uzanırdı.
*
Onu da qeyd edək ki, onlarla ölkə və vilayətləri gəzmiĢ Yaqut rast gəldiyi eyni adlı yerləri xüsusi qeyd
etsə də, yəqin ki, artıq mövcud olmayan belə yaĢayıĢ yerləri haqında özündən əvvəl yazan müəlliflərin
tutarlı məlumatını əldə etmədikdə qəti fikir söyləməkdən çəkinirdi.