1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə



Yüklə 297,9 Kb.

səhifə1/14
tarix14.06.2018
ölçüsü297,9 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


1

1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir:

A) yuvenil dövrdə

B) südəmər dövrdə

C) hamiləlik dövründə

D) postmenopauzal dövrdə

E) prepubertat dövrdə

2. Postmenopauzal dövrdə qanaxmanı saxlamaq üçün uşaqlığın selikli qişasının diaqnostik qaşınması 

vacibdir, çünki: 

A) bu yaş dövründə uşaqlığın üzvü patologiyaları çox rast gəlinir

B) bu yaş dövründə hormonal hemostaz effektli olmur

C) bu yaş dövründə disfunksional uşaqlıq qanaxmaları çox rast gəlinir

D) bu yaş dövründə endometriumda siklik proseslər davam edir

E) bu yaş dövründə endometriumda atrofik proseslər çox rast gəlinir

3. Yuvenil uşaqlıq qanaxması zamanı hormonal hemostaz əsasən aparılır:

A) estrogen-hestagenlərlə

B) hestagenlərlə

C) estrogenlərlə

D) androgenlərlə

E) uşaqlığın selikli qişasının diaqnostik qaşınması ilə

4. Adrenogenital sindromun patogenetik əsasıdır:

A) fermentlərin defisiti sayəsində kortizol sintezinin pozulması

B) böyrəküstü vəzi toxumasının AKTH-na həssaslığının azalması

C) hipofizin kortikotroflarının şişi 

D) hipofizdə prolaktin ifrazının artması

E) hipofizdə AKTH ifrazının azalması

5. Hiperandrogeniyanın mənşəyini aydınlaşdırmaq üçün hansı sınaqdan istifadə olunur?

A) deksametazon sınağı

B) qanda 17-hidroksiprogesteronun təyini

C) yod sınağı

D) qanda androstendionun təyini

E) qanda dehidroepiandrosteronun təyini

6. Hiperprolaktinemiyanın müalicəsində hansı preparatdan istifadə olunur?

A) dostineks və ya bromokriptin

B) buserelin

C) xorionik qonadotropin


2

D) kombinə olunmuş oral kontraseptivlər

E) prohestagenlər

7. Polikistoz yumurtalıqlar sindromu üçün xarakterik deyil:

A) boyun patoloji artması

B) yumurtalıqların ölçüsünün böyüməsi

C) hirsutizm

D) piylənmə

E) menstrual siklin pozulması

8. Adrenogenital sindrom üçün xarakterik deyil:

A) qalaktoreya

B) aybaşın gec başlaması

C) hirsutizm

D) izolə olunmuş vaxtından əvvəl pubarxe

E) sümüklərdə böyümə zonasının tez bağlanması

9. Amenoreya nədir?

A) reproduktiv yaşda olan qadında 6 aydan artıq müddətdə aybaşının olmamasıdır

B) 2 ay müddətində aybaşıların olmamasıdır

C) 4 ay müddətində aybaşıların olmamasıdır

D) aybaşı zamanы qan itkisinin artmasıdır

E) aybaşılararası qan itkisinin artmasıdır

10. Fizioloji amenoreya müşahidə olunmur:

A) reproduktiv dövrdə

B) cinsi yetişkənliyə qədərki dövrdə

C) laktasiya dövründə

D) hamiləlik zamanı

E) postmenopauza dövründə

11. Prolaktin harada sintez olunur?

A) hipotalamusda 

B) qalxanabənzər vəzidə

C) yumurtalıqlarda

D) böyrəküstü vəzidə

E) hipofizin laktotrof hüceyrələrində

12. Orqanizmdə prolaktinin sintezini əsasən tənzimləyir:

A) dofamin

B) adrenalin


3

C) progesteron

D) qlükokortikosteroidlər

E) qonadotrop hormon

13. Kiçik çanaq boşluğunda bitişmə prosesinin ağır forması müşahidə olunur:

A) süzənək və xlamidiozda

B) qardnerellyozda

C) ureaplazmozda

D) genital herpesdə

E) kandidozda

14. Daxili cinsiyyət orqanlarının iltihabi xəstəlikləri nə üçün çox vaxt qadın sonsuzluğunun 

yaranmasına səbəb olur?

A) uşaqlıq borularının keçiriciliyini pozmaqla kiçik çanaqda və qarın boşluğunda bitişmə prosesinin 

yaranmasına səbəb olur

B) eyakulyata qarsı sensibilizasiya formalaşdırır

C) uşaqlıq boynunda eroziya yaradır

D) yumurtalıqların funksiyasının pozulmasına səbəb olur

E) endokrin sistem xəstəliklərinin yaranmasına səbəb olur

15. Genital xlamidioz ən çox hansı orqanı zədələyir?

A) uşaqlıq boruları və uşaqlıq boynunu

B) uşaqlıq yolunu

C) miometriumu

D) endometriumu

E) yumurtalıqları

16. Xroniki endometrit:

A) residivli gedişata malikdir

B) hiperandrogeniya ilə müşahidə olunur

C) xroniki intoksikasiya verir

D) hiperprolaktinemiya verir

E) kiçik çanaqda bitişmələr yaradır

17. Xroniki endometrit üçün xarakterik deyil:

A) yüksək qızdırma, titrətmə, kiçik çanaqda güclü ağrılar

B) sonsuzluq və adəti düşüklərin olması

C) xroniki çanaq ağrılarının olması

D) cinsiyyət yollarından seroz-irinli ifrazatın olması

E) USM-də uşaqlıqdaxili sinexiyaların olması




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə