78
X əsr müəllifi əl-Ġstəxri Təbriz, eləcə də Cabravan və UĢnuh əl-Azariyyə
Ģəhərlərini ərəb qəbilələrindən bənu ər-Rudayninin mülklərindən hesab edir, “bu üç
Ģəhər və əhatəsindəki yerlərin ər-Rudayni” adlandığını bildirir. Ġbn Havqəl bu
siyahıda Cabravanı Daxərrəqan ilə əvəz edərək yazırdı: “Daxərrəqan və Təbriz,
ətrafları ilə, UĢnuh əl-Azəriyyəyədək Ġbn ər-Rudayninin mülkləri adı ilə məĢhur
idi. Belə ki, buralar onlara pay kimi verilmiĢ və onların hakimiyyəti altına qədim
zamanlardan bəri keçmiĢdi. [Rudaynilərin] əzəmət və böyüklüyü nəticə verməyən
əks-hücumlara məruz qalırdı. Onların baĢçıları həlak olduqda və zəmanə
korlandıqda, qonĢu hökmdarlar bu torpaqlara hücum etdilər, hər yeri qarıĢıqlıq
bürüdü. Mübarizədə üstünlük qazanan bu yerlərə sahib olurdu. Rudaynilər
ərəblərdən idi. Tale onlardan üz çevirdi, zəmanələri keçdi, izləri itdi, onlar
haqqında məlumat az qaldı”.
Yuxarıda adı çəkilən Cabravan Marağadan Urmiya və Səlmasa gedən
yolun üstündə, Bərzə ilə Neriz arasında, Bərzənin 8, Nerizin isə 4 fərsəxliyində
yerləĢirdi. VIII əsrin ortalarında Nerizdə Murr ibn Əmr əl-Mausili ət-Tainin
baĢçılığı ilə cənub ərəblərinin tay qəbiləsi məskən salır. Əl-Bəlazurinin məlumatına
görə, o zaman Neriz köhnə, dağılmıĢ qəsri olan kənd idi. Murr ibn Əmr Nerizi
abadlaĢdırıb, öz ailəsini burada yerləĢdirmiĢdi. Əbu Duləfin yazdığına görə,
Murrun övladlarından olan Əli ibn Murr ət-Tai də Ģəhərin abadlaĢdırılması iĢində
xeyli əmək sərf etmiĢdi. Bu yer, görünür, o dövrün ən görkəmli məhəlli
mədəniyyət mərkəzlərindən biri kimi Ģöhrət qazandığı üçün müsəlman dünyasının
məĢhur elm və mədəniyyət xadimləri buraya axıĢıb gələrdilər. Əbu Duləf
yazırdı:”Bu yerə gəlmək üçün hamı can atırdı, burada Əbu Təmmam, əl-Buhturi və
b. [ərəb Ģairləri] olmuĢdular. Bu yerin sahibi Əli ibn Mürr ət-Taini mədh edən
Ģairlər onun yanına yollanır, qiymətli hədiyyələrlə qayıdırdılar”.
UĢnu Ģəhəri isə (əl-Ġstəxri və Ġbn Havqəl onu UĢnuh əl-Azəriyyə
adlandırırlar) orada olmuĢ Yaqutun dediyinə görə, Azərbaycanın cənub-qərb
hissəsində, Ġrbilə (Ġraqda) gedən yolun üstündə yerləĢirdi: “Ġrbillə Urmiya arasında
iki günlük yoldur, UĢnuh ilə Ġrbil arasında beĢ günlük yoldur. [UĢnuh] Ġrbillə
Urmiya arasındadır. Bağ-bağatlı yerdir, burada ən yaxĢı armudlar yetiĢir. Onları
yaxındakı bütün nahiyələrə daĢıyırlar. Lakin indi burada dağıntıların aĢkar izi
görünür. Mən UĢnuha 617 (1220)-ci ildə Təbrizdən gəldim”. Yaqut əslən bu
Ģəhərdən olan əl-UĢnəni, əl-UĢnuhi və əl-UĢnəi nisbəli (yəni bu yerdən olan) bir
neçə elm və din xadimi haqqında da məlumat verir.
Cənubi Azərbaycanın orta böyüklükdə olan Ģəhərləri siyahısında Bərzənd,
Varsan və Muqan (Muğan) Ģəhərlərinin də adları var. Bərzənd Ġbn əl-Fəqihin
məlumatına görə, ərəb iĢğalı dövründə kənd idi. Əl-Ġstəxri onun Ərdəbilin 15
fərsəxliyində yerləĢdiyini bildirir. Ġbn Havqəl Bərdə-Ərdəbil karvan yolu haqqında
məlumat verirkən, bu yolun üstündə, Bəlxabla Ərdəbil arasında “Öz mövqeyinə
görə Beyləqana oxĢayan” Bərzənd Ģəhərini xatırlayır. IX əsrin 30-cu illərində ərəb
sərkərdəsi əl-AfĢin Ģəhərin xüsusi strateji əhəmiyyətini nəzərə alaraq buranı
79
abadlaĢdırmıĢ, möhkəmləndirmiĢ və xürrəmilərə qarĢı mübarizədə ərəblərin
istinadgahına çevirmiĢdi. Mənbələrin müqayisəli təhlili Bərzəndin dörd mühüm
yolun – Muğana, Bəzzə, Ərdəbilə və Varsana aparan yolların ayrıcında, indiki
Bolqar-çayın hövzəsində yerləĢdiyini göstərir. Tədqiqatçılar da (Z. Bünyadov)
Bərzəndin Ġranın Ģimal-Ģərqində eyni adlı kəndin yerində aĢağı axarı Bolqar-çay
adlanan Bərzənd-çayın sahlində olduğunu təsdiq edirlər.
Azərbaycanın Arran tərəfdən sərhəd yeri olan Varsanda Xilafətin Ģimal
vilayətlərinin caniĢini Mərvan ibn Məhəmməd (724 – 743) nəzarət məntəqəsi –
mənzərə tikdirmiĢdi (əl-Bəlazurinin əsərində bu söz kantara – “körpü” kimi
iĢlənilmiĢdi)
*
. Ġbn Havqəl Varsanın Beyləqandan 7 fərsəx məsafədə yerləĢdiyini
göstərir, onun “Beyləqandan daha böyük və geniĢ, əhalisinin, bazar və ticarət
mallarının daha çox” olduğunu hesab edir, “böyük Ģəhərlərdə olan hər Ģeyin
Varsanda da” mövcud olduğunu bildirir. ġəhərin çiçəkləndiyi X əsrin ortaları
dövrünü təsvir edən Ġbn Havqəl Varsanın “divarlarla əhatə olunduğu, bazarları
üçün xüsusi məhəllə ayrıldığı” haqqında məlumat verir. Yaqut bu Ģəhərlə Araz çayı
vadisi arasında iki fərsəx yol olduğunu da qeyd edir. Tədqiqatçılar (V. Fə.
Minorski və b.) Varsanın Beyləqandan cənubda, Araz çayının sağ sahilində
yerləĢdiyini təsdiq edir, onun Altan adlı xarabalıqlarının Cənubi Azərbaycanın
DaĢburun dəmir yolu stansiyası yaxınlığında olduğunu göstərirlər.
Mənbələrdə ilk ərəb iĢğalı dövründə adı çəkilən Ģəhər və vilayətlərdən biri
də Muğandır. Xəzər dənizinin sahilində yerləĢən bu tarixi vilayətin əsas Ģəhəri
olan Muğanın yeri bu günədək aĢkarlanıb dəqiqləĢməyib. Buna görə də bizim bu
Ģəhər haqqında məlumatımız yalnız mənbələrə əsaslanır. Bu məlumata görə Muğan
vilayəti Ərdəbildən Ģimala, Kür və Araz çayları arasındakı Xəzərsahili torpaqları
tuturdu. ġəhərin özü isə iki çayla dövrələnmiĢ, bağlarla əhatə olunmuĢdu. Əl-
Müqəddəsinin dediyinə görə Muğanı Bərdədən 8 günlük yol (bu təqribən 200 km-
dir), Ərdəbildən isə 10 fərsəxlik məsafə (təqribən 50 – 60 km) ayırırdı. XIII əsrin
sonu XIV əsrin əvvəlində yaĢayıb yaratmıĢ ərəb alimi Əbu-l-Fida əl-Həməvinin
Xəzər dənizinin sahil xətti haqqında olan məlumatında deyilir: “... dəniz 16 fərsəx
cənuba meyl edərək, Ģərqə doğru uzanır və Muğan sahilini əhatə edir”. Bu
məlumatlar bizi Muğan Ģəhərini ehtimal yolu ilə Lənkəran və Təngərud çayları (və
ya bu yerlərdə olan baĢqa iki çay?) arasında yerləĢdirmək gümanına gətirib çıxarır.
Ərəb mənbələrində (əl-Bəlazuri, Yaqut və b.) ərəb iĢğalı dövründə
Azərbaycanda olan bəzi Ģəhər, kənd və qalaların da adları var. Təbrizin 10
fərsəxliyində, Reyə gedən yolun üstündə, qala divarları ilə əhatə olunmuĢ kiçik
Ucan Ģəhəri, Ərdəbilə gətirilən meyvələrin vətəni, bu Ģəhərin 7 fərsəxliyində,
dağlıq yerdə yerləĢən kiçik Unar Ģəhəri, Ərdəbillə Təbriz arasında yerləĢən kiçik,
lakin abad və bol Əhər Ģəhəri, Qəzvinlə Xalxal arasında böyük kənd olan
Barandaq, Babəkin istinadgahı Bəzz, UĢnuh ilə Marağa arasında, Xan Xasbək adlı
*
Bu dolaĢıqlıq “mənzərə” və “kantara” sözlərinin nöqtəsiz yazılıĢındakı eynilikdən doğmuĢdu.
Dostları ilə paylaş: |