94
kəndinə yetiĢirdilər. Əsrin əvvəlində, 1902-ci ildə, bu yerlərdə olmuĢ arxeoloqlar
(M. Barxudaryan və b.) Kaqankat adlı qədim kəndin xarabalıqları arasında yaĢayan
bir neçə azərbaycanlı ailəsinə rast gəlmiĢdilər. M. Barxudaryanın yazdığına görə
bu kənd Tərtər çayının sol sahilində, “Qarı körpüsü”nün yanında yerləĢən xaraba
Divdakan və tərk edilmiĢ Meqatis kəndləri arasında idi. Adlarından və
mövqelərindən Kaqankat kəndi ərəb coğrafiyaĢünaslarının bu yolda xatırladıqları
Kalkatus, Divdakan və Meqatis isə çox güman Davmis və Matris kəndləridir.
Tərtər çayı boyunca indiki Qarabağ, Kəlbəcər, daha sonra Zəngəzurdan
keçən bu yol Sisəcandan – Sisyandan, katiblərin səhvi üzündən adı dövrümüzədək
təqribi çatmıĢ Kilkuy (?) yaĢayıĢ yerinə gətirirdi. Ġbn Havqəlin Kaylakvin, əl-
Müqəddəsinin Kilvay, əl-Ġdrisinin Kaylakavsər, Yaqutun isə Kalkəva adlandırdığı
və bütün müəlliflərin Sisəcanın (Sisyanın) on altı fərsəxliyində yerləĢdirdiyi bu
yeri, Yaqut, həmin yolda adları çəkilən baĢqa kəndlər kimi Arrana aid edir
*
.
Yolçuların bu yolda son mənzilləri olan Dəbil Ģəhəri həmin yaĢayıĢ yerinin 16
fərsəxliyində yerləĢirdi.
Bərdədən keçən ticarət yollarından biri də bu Ģəhəri və onunla bərabər
burada qovuĢan bir çox yerləri XII əsrin əvvəllərinədək ərəb Arran vilayətinin
Ģəhəri olan Tiflislə birləĢdirirdi. Bərdədən çıxan yolçular Tiflisə yetiĢənədək
Gəncə, ġəmkir, Xunan Ģəhərləri və Ġbn Kəndman qalasından keçirdilər. Bu yol və
onun üstündə yerləĢən yaĢayıĢ məskənləri haqqında məlumat verən orta əsr
müəlliflərinin bir qədər ziddiyyətli qeydləri burada adları çəkilən Xunan Ģəhərinin
və Ġbn Kəndman qalasının yerlərinin dəqiqləĢdirilməsinə maneçilik törədir və
beləliklə də qərəzli iddialar üçün meydan açır. Yerli mənbələr (Moisey Xorenli,
Moisey Kalankatlı) Albaniyadan erkən (b.e.ə) hüdudlarını müəyyənləĢdirərkən
Xnarakert (Xunarakert) adlandırdıqları Xunan Ģəhərini Ġberiya (Gürcüstan) ilə
sərhəddə yerləĢdirirdilər: “Yafətin törəmələrindən Sisakan nəslinə mənsub olan
Aran adlı birisi Albaniyanın Erasx (Araz) çayından Xunarakert qalasınadək düz və
dağlarına varis oldu...”.
Tədqiqatçıların bəziləri (N. Karaulov, Ġ. Markvart, Y. Manandyan, P.
Ġnqorokva və b.) Xunarakert – Xunanın Ağstafaçay sahilində olduğunu güman
edirlər, bəziləri isə (K. Trver, Z. Bünyadov, S. Yeremyan, Y. MelikiĢvili, F.
Məmmədova və b.) onun Xram çayının Kürə töküldüyü yerdə yerləĢdiyini sübut
edirlər. Lakin gürcü alimi D.L. MelikiĢvilinin və baĢqalarının bu fikrə qarĢı iradları
(daha doğrusu ərazi iddiaları) da mövcuddur. Bu alimlər yerli mənbələrin ərəb
iĢğalından əvvəlki Albaniyanın sərhəd Ģəhəri hesab etdikləri Xunanı indiki
Tovuzçayın mənsəbi yaxınlığında (bəzən hətta Zəyəmçayın sahilində)
yerləĢdirməklə, Albaniyanın Ģimal-qərb hüdudlarını dəyiĢdirir, beləliklə də
*
MəĢhur tədqiqatçı Y. Markvart bu yeri Göyçə gölündən cənubda yerləĢən Gelakuni-Qeqarkuni ilə
eyniləĢdirirdi. Moisey Kalankatlı Sünikə aid etdiyi bu vilayətə Babəkin hücumu haqqında məlumat
verir.
95
Albaniya ərazisinin xeyli hissəsinin qədim gürcü torpaqları olduğunu iddia edirlər.
D.L. MelikiĢvilinin Xunan (eləcə də ġəki) və b. Ģəhərlərimizi gürcüləĢdirmək
qərəzinə xüsusi elmi məqalələrdə cavab verildiyi üçün
*
burada yalnız
Azərbaycanda ərəb hakimiyyəti dövrünə dair bəzi faktları qeyd etmək istərdik.
Əvvəla, onu deməliyik ki, əgər ərəblərin gəliĢinədək Albaniyanın Ģimal-qərb
hüdudu Xunan Ģəhərində qurtarırdısa, Tiflis və onun civarlarının da Xilafət
orduları tərəfindən iĢğal edilib ərəb Arran vilayəti tərkibinə qatılması ilə VII əsrin
ortalarından sərhəd xətti Tiflisədək geniĢləndi. Artıq bu dövrün coğrafiyaĢünas və
tarixçiləri ərəblərə qədərki yerli müəlliflərdən fərqli olaraq Arranın (Albaniyanın)
Ģimal-qərb sərhəd bölgəsi kimi Xunarakert – Xunanın deyil Tiflisin adını çəkirlər.
Yalnız XII əsrin əvvəllərində Tiflisin gürcülər tərəfindən geri qaytarılması ilə
əlaqədar Xunan yenidən sərhəd bölgəsi oldu (bax: Məsud ibn Hamdarın
məlumatına).
Xunanın yerinin dəqiqləĢdirilməsi üçün IX – X əsr ərəb müəlliflərinin
Bərdə - Tiflis yolu haqqında, yuxarıda qeyd etdiyimiz kimi, bir qədər dolaĢıq
məlumatı məsələni aydınlaĢdırmaqda çətinlik törətsə də, hər halda, bu Ģəhərin D.
MusxeliĢvili kimi Zəyəmçay və ya Tovuzçay sahilində yerləĢdirilməsinə heç də
əsas vermir.
Mənbələr və arxeoloji tapıntılar göstərir ki, Cənubi Qafqazın müxtəlif Ģəhər
və yaĢayıĢ yerlərini bir-birinə bağlayan bu yollar Azərbaycanı o dövrün beynəlxalq
ticarətinə qovuĢdurmuĢ, xarici aləmlə hələ qədim zamanlardan mövcud olan
iqtisadi, mədəni və siyasi əlaqələri daha da geniĢləndirmiĢ və möhkəmlətmiĢdi.
Müsəlman aləminin mədəni, elmi, ticarət mərkəzləri ilə yaranmıĢ hərtərəfli əlaqə,
baĢqa sahələrlə yanaĢı, yerli elm və mədəniyyətin də inkiĢaf yönümünü
müəyyənləĢdirdi, ona müsbət təsir göstərdi. Bir sıra obyektiv amillərin də
gücləndirdiyi bu təsir, çox keçmədən, bütün Ġslam dünyasında olduğu kimi,
Azərbaycanda da müsəlman intibahı ilə özünü biruzə verdi.
AZƏRBAYCAN VƏ XƏZƏR DƏNĠZĠ ORTA ƏSR ƏRƏB
MÜƏLLĠFLƏRĠNĠN GÖZÜ ĠLƏ
Bundan öncəki bölmələrdə Xilafət hakimiyyəti illərində güneyli-quzeyli
Azərbaycan torpaqlarımızda baĢ verən ən mühüm hadisələri açıqlamağa,
tariximizin ayrı-ayrı səhifələrini yenidən vərəqləməyə çalıĢdıq. Bu çətin yolda
bizim ən etibarlı bələdçimiz verdikləri məlumatın dəyərinə görə bu gün də əvəzi
olmayan ərəb tarixçi və coğrafiyaĢünas alimlərinin min il bundan əvvəl yazdıqları
əsərləri oldu. O dövr hadisələrinin bilavasitə iĢtirakçısı olan müsibətkeĢ ulu
babalarımızın öz yaddaĢlarına həkk edib, nəsildən-nəslə ötürə bilmədiklərini məhz
bu əsərlər bizə çatdırdı. Əlbəttə, əsasən geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢ
*
Bax: Историческая география Азербайджана, Bakı, 1987.
Dostları ilə paylaş: |