NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə41/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

84 
 
ġimali  Azərbaycanın  –  Arranın  ən  böyük  Ģəhərləri  (Bərdə,  Dərbənd  və 
Tiflis) haqqında məlumat verən ərəb mənbələri quzeyin Beyləqan, Varsan, Bərdic, 
Bərzənc,  ġamaxı  (ġəmaxiyə),  ġərvan,  Abxaz  (Laican),  ġabran  (ġəbəran),  Qəbələ, 
ġəki  (ġəkki),  Gəncə  (Cənzə),  Xunan  və  b.  bu  kimi  “gözəl,  eyni  böyüklükdə  və 
məhsuldar,  geniĢ,  yararlı  təsərrüfat  sahələrinə  malik”  Ģəhərlərini  də  təsvir  edir, 
bunların  oxĢar  cəhətləri  ilə  yanaĢı  birini  digərindən  fərqləndirən  cəhətlərini  də 
göstərirlər. 
Bunlardan Beyləqan, ġamaxı, ġabran, Qəbələ və Gəncədə aparılan arxeoloji 
qazıntılar orta əsr müəlliflərinin onlar haqqında yazdıqlarını təsdiq etməklə yanaĢı, 
bizi  həmin  Ģəhərlərin  mənbələrin  məlumatından  kənarda  qalan  həyatı  ilə  də  tanıĢ 
edir. 
Arxeoloqlarımızın  (Paxomov  Q.  A.,  Əhmədov  Qara  və  b.)  orta  əsr 
Beyləqanının  yerləĢdiyi  Örənqala  Ģəhər  yerində  apardıqları  qazıntılar,  eləcə  də 
müxtəlif dilli yazılı mənbələr bu Ģəhərin V əsrin sonu – VI əsrin əvvəllərində təsis 
edildiyini  sübut  edir.  Bir  çox  hücumlara  (ərəblərin,  xəzərlərin,  rusların  və  b.) 
məruz qalmıĢ ətraf Ģəhər və qalaların, həmçinin Bərdənin tənəzzülü Beyləqanın bir 
Ģəhər  kimi  əhəmiyyətinin  artmasına  gətitirb  çıxarmıĢ,  onu  sənətkarlıq  və  ticarət 
mərkəzinə  çevirmiĢdi.  Bu  Ģəhərdə  olmuĢ  Ġbn  Havqəl  yazırdı:  “[Beyləqan]  gözəl, 
axar  sulara  və  ağaclara,  bağ  və  meyvələrə  malik  yerdir.  ġəhər  çaylar  üstündədir, 
burada  dəyirmanlar  qurulmuĢdur”.  X  əsrin  sonlarında  əl-Müqəddəsi  yazırdı: 
“Beyləqan  kiçik  yerdir,  əhalisi  çox  səmimidir.  Burada  əla  Ģirniyyat  biĢirirlər”. 
1220-ci ildə monqolların basqın və qarətinə məruz qalan Beyləqan bir müddət boĢ 
qalsa  da,  Yaqut  əl-Həməvinin  verdiyi  xəbərə  görə,  monqollar  Ģəhəri  tərk  edən 
kimi, yenidən əhalinin bir qismi tərəfindən məskunlaĢdırılmıĢdı. 
Rusların  hücumundan  sonra  viran  qalmıĢ  Bərdənin  tənəzzülündən  sonra 
Arranın  mühüm  iqtisadi,  inzibati  və  siyasi  mərkəzinə  çevrilmiĢ  Gəncə  az  bir 
zamanda  Azərbaycanın  ən  böyük  Ģəhərlərindən  biri  oldu.  Ərəb  müəlliflərinin 
Cənzə  adlandırdığı  bu  Ģəhər  monqol  hücumu  ərəfəsində  artıq  Arranın  ən  böyük 
elm  mərkəzlərindən  biri,  dahi  Nizaminin  yazıb-yaratdığı  vətəni  idi.  Yaqut  əl-
Həməvi  o  dövr  Gəncəsinin  nəinki  öz  doğma  Ģəhərində,  eləcə  də  Bağdadda, 
DəməĢqdə, Həmədanda və b. yerlərdə Ģöhrət tapmıĢ elm xadimlərindən Əbu Hafs 
Əmr  ibn  Osman  ibn  ġueyb  əl-Cənzi,  Əbu-l-Fəzl  Ġsmayıl  ibn  Əli  ibn  Ġbrahim  əl-
Cəznəvi, Əhməd ibn Ġbrahim ibn Məhəmməd ibn Əhməd ibn Ġbrahim ibn Musa ibn 
Abdullah əl-Cənzi və baĢqalarının adlarını çəkir. 
X əsr ərəb coğrafiyaçılarının Arranın Ģəhərləri sırasında sadaladıqları qədim 
ġamkur (ġəmkir) əl-Bəlazurinin məlumatına görə iĢğaldan sonra təqribən bir əsrə 
yaxın  –  VIII  əsrin  ortalarınadək,  köçəri  savirlər  (sevordiklər)  onu  dağıdıb  viran 
qoyanadək    “kür  və  abad  Ģəhər”  idi.  854-cü  ildə  xəlifə  əl-Mütəsimin  sərkərdəsi 
Böyük Buğa Ģəhəri bərpa edib, buraya Ġslamı  qəbul etmək istəyən xəzərlərdən və 
Ģəhər  həyatını  canlandırmaq,  xüsusilə  ticarəti  inkiĢaf  etdirmək  üçün  Bərdə 


85 
 
tacirlərindən  köçürtdü;  bundan  sonra  ġəmkir  xəlifə  əl-Mütəvəkkilin  Ģərəfinə  əl-
Mütəvəkkiliyyə adlandırıldı. 
IX  əsrin  ikinci  yarısında  xilafətin  zəifləməsi  nəticəsində  ġirvanĢahların 
hakimiyyətinin  bərpa  edilməsindən  sonra  yeni  hakim  sülalənin  Ģərəfinə  əl-
Yəzidiyyə  adını almıĢ qədim ġamaxı (ġəmaxiyə) çox keçmədən “binaları daĢdan 
və  gipsdən,  axar  suları,  bağları,  seyrangahları  olan”  (əl-Müqəddəsi)  bir  Ģəhərə 
çevrildi. Ərəb mənbələrinin “ġirvan ölkəsinin baĢ Ģəhəri” dlandırdıqları ġamaxı o 
dövrün beynəlxalq əhəmiyyətli ticarət mərkəzlərindən biri sayılırdı. 
Albaniyanın ilk paytaxtı, ərəb hakimiyyəti illərində ticarət-karvan yolundan 
kənarda qalmıĢ qədim Qəbələ Ģəhəri yeni paytaxt Bərdənin, sonralar isə Gəncənin 
tərəqqisi ilə öz əvvəlki əhəmiyyətini itirmiĢ, “kiçik qala Ģəhəri”nə çevrilmiĢdi. 
X  əsr  ərəb  müəlliflərinin  Xəzər  dənizi  sahilində  neftli  Ģəhər  kimi  təqdim 
etdikləri  Bakuh  (Bakuyə,  Bakuvyə  -  Bakı)  Ģəhərini  əl-Müqəddəsi  “iqlimin  (ər-
Rihab iqlimi nəzərdə tutulur – N. V.) yeganə limanı” adlandırır
*

Ərəb  mənbələrində  Arranın  Ģəhərləri  sırasında  adı  çəkilən  ġəkinin  bu 
vilayətə  daxil  olması  məsələsi  son  zamanlar  gürcü  alimi  D.  L.  MusxeliĢvili 
tərəfindən təkzib edilir. ġəkinin və ermənilərlə gürcülərin mübahisəli vilayəti olan 
Qoqarena  –  Quqarkın  tarixi  coğrafiyasına  həsr  etdiyi  əsərində,  o,  ġəkinin  ġərqi 
Gürcüstan  vilayəti  və  Ģəhəri  olduğunu  sübut  etməyə  çalıĢır,  bunun  üçün  haqqı 
nahaqqa  qatır.  Qeyd  etməliyik  ki,  Arranın  ərəblər  tərəfindən  iĢğalı  haqında 
məlumat  verən  əl-Bəlazuri  ġəkini  Arranın  vilayətləri  sırasında  sadalayır.  Moisey 
Kalankatlı  özünün  “Alban  tarixi”  əsərində  vilayət  və  yepiskopluq  mərkəzi  olan 
ġəkini Albaniya tərkinbində hesab edir. Erməni tarixçi Levond (Qevond) VII əsrin 
60-cı  illərində  xəzərlər  tərəfindən  tutulmuĢ  alban  vilayətləri  arasında  ġəkinin  də 
adını  çəkir.  X  əsrdə  yazmıĢ  Ġbn  Havqəl  (eləcə  də  əl-Ġstəxri)  ġəkini  Arran  Ģəhəri 
kimi təqdim edir. Sacilərə, sonra isə Salarilərə baĢ verən Arran hakimləri içərisində 
Əbdülməlik  adı  ilə  tanınan  ġəki  hakimi  Asxasın  adını  çəkir.  Yenə  həmin  əsrin 
sonunda ġəkidə olmuĢ əl-Müqəddəsi onun Arran vilayəti olduğunu qeyd edir, ġəki 
came məscidinin müsəlmanların bazar meydanına yerləĢdiyini bildirir. 
Əlbəttə  belə  faktik  dəlillərin  olmasına  baxmayaraq  D.  MusxeliĢvilinin 
iddiaları  elmi  fərziyyədən  çox  boĢ-boğazlılığı  xatırladır.  ġəkinin  gürcü  Ģəhəri 
olduğunu sübut etməyə çalıĢan bu alim əl-Məsudinin Azərnərsə ibn Həmamı ġəki 
sahibi kimi təqdim etməsi faktını əsas gətirir. Onun fikrincə  Azərnərsə ibn Həmam 
Kaxetiya  (ərəb  mənbələrində  Sanariya  adlanır)  hökmdarı  Artnerseh  ilə  eyni 
adamdır. Bundan baĢqa o, V. F. Minorskinin “ġirvan və dərbəndin tarixi” əsərində 
gətirdiyi  fərziyyələrdən  birini,  yəni  950  –  1050-ci  illərdə  Kaxetiya  hökmdarı 
hakimiyyətinin  ġəki  ərazisinə  də  yayıldığı  ehtimalını  misal  gətirir.  Əvvəla  onu 
                                                           
*
  Azərbaycanın  Xilafət  hakimiyyəti  illərində  mühüm  Ģəhərlərindən  olan  Beyləqan,  Bakı,  Gəncə, 
ġamaxı,  Dərbənd  və  b.  haqqında  xüsusi  tədqiqat  iĢləri  olduğu  üçün  biz  onlardan  geniĢ  bəhs  etməyi 
lazım bilmədik (bax: kitabın axırında ədəbiyyat göstəricisi) 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə