NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

66 
 
Bakıxanovdan  baĢlayaraq  bu  günədək  onlarla  müxtəlif  millətlərdən  olan  alim  və 
yazıçılar  (B.Dorn,  V.Bartold,  Z.V.  Toqan,  D.Marqolius,  A.Yakubovski, 
V.Minorski,  M.ġərəfli  və  b.)  rəy  söyləmiĢlər.  Bu  təhlillər  Bərdəyə  hücum  edən 
rusların kimliyi və qədəri, onlara qarĢı mübarizənin təĢkili, rusların burada qalma 
müddəti və s. haqqında müxtəlif və bəzən də biri digərinə zidd mülahizələr doğursa 
da,  ümumi  nəticə  baxımından  eynidir:  bu  yürüĢ  və  onun  nəticəsi  olan  qırğın, 
dağıntı  və  talan  Bərdə  Ģəhərinin  tənəzzülünü  sürətləndirdi,  o  vaxtacan  tərifi 
dillərdən düĢməyən Bərdə tədricən əhəmiyyətini itirdi. 
Bərdəyə  olan  hücum  rus  tayfalarının  Azərbaycana  ilk  hücumu  deyildi. 
Mütəxəssislər  bu  rusları  bəzən  normanlarla  –  skandinavlılarla,  bəzən  cənub-rus 
düzlərindən olan dəniz quldurları (“brodniki”) ilə bağlayır, bəzən isə (məs. Ġbn əl-
Əsirin  Azərbaycana  aid  məlumatını  dilimizə  tərcümə  edib,  kitab  Ģəklində  nəĢr 
etdirən M. Əfəndizadə kimi) türk dilli tayfa hesab edir, hətta onların Ġslamı qəbul 
etmiĢ olduqlarını iddia edirlər. Lakin müxtəlif mənbə və ədəbiyyatın təhlili göstərir 
ki,  944-cü  ildə  Bərdəyə  hücum  edən  və  mənbələrin  “rus”  adlandırdıqları  bu 
iĢğalçılar  rus  knyazı  Ġqorun  (912  –  945)  topladığı  drujinasının  və  muzdlu 
qoĢununun  döyüĢçüləri  olublar  (toplu  halında  “rus”  adlandırılan  və  muzdlu 
qoĢunun  tərkibində  ruslarla  yanaĢı  baĢqa  tayfalara  mənsub  döyüĢçülər  də  ola 
bilərdi).  Tarixən  məlumdur  ki,  941-ci  ildə  Bizansa  hücum  edən  rus  donanması 
“yunan ordu” adlanan silahla yandırılmıĢdı. 944-cü ildə baĢ verən ikinci hücum isə 
ruslar  üçün  müvəffəqiyyətli  olmuĢ  və  bizanslılarla  onlar  arasında  bağlanılan 
müqavilə ilə nəticələnmiĢdi. Müqavilə bağlandıqdan sonra talan və qarətdən əlləri 
üzülmüĢ  ruslar  gəmilərinin  ağzını  Don  və  Volqa  vasitəsilə  Xəzər  dənizinə  sarı 
çevirmiĢdilər. 
Tarixi  ədəbiyyatda  Xəzər  xaqanı  Ġosifin  ispan  əməvilərinin  saray 
xadimlərindən  biri  ispan  yəhudisi  Xasday  ibn  ġafruta  göndərdiyi  məktub  da 
məlumdur.  Bu  məktubda  Xəzər  Xaqanı  bildirir  ki,  onun  ən  vacib  vəzifələrindən 
biri  rus  gəmilərini  Volqanın  mənsəbindən  Xəzər  dənizinə  buraxmamaqdır.  Lakin 
ərəb  mənbələrindəki  məlumat  təsdiq  edir  ki,  xəzərlər  əldə  olunan  qənimətin 
yarısının  onlara  verilməsi  Ģərtilə  rus  gəmilərinin  Xəzər  dənizinə  keçməsinə  icazə 
verirdilər. Bu barədə əl-Məsudinin rusların 912-ci ildən sonrakı illərdə baĢ vermiĢ 
baĢqa  bir  yürüĢü  haqqında  verdiyi  xəbərdə  daha  ətrafda  danıĢılır.  Tariximizin 
qanlı-qadalı  səhifələrindən  olan  bu  məlumatda  deyilir:  “Ruslar  müxtəlif 
qəbilələrdən  ibarətdir.  Onların  içərisində  əl-luzğana  adlananların  çoxu  ticarət 
məqsədilə  Əndəlusa,  Ruma  (Romaya),  Konstantiniyəyə  və  xəzərlərin  ölkəsinə 
gəlirlər
*
.    300-cü  ildən  sonra  hərəsində  yüz  adam  olan  beĢ  yüz  gəmi  (mərkəb) 
                                                           
*
 “Əl-luzğana” termininə münasibət elmi ədəbiyyatda müxtəlifdir. ġərqĢünas V. Minorskinin ardınca bu 
söz adətən “əl-urmanna” – normanlar kimi açılır. Lakin onu “ladojane” – ladoqalılar sözü ilə də açmaq 
olar.  Tarixən
 
məlumdur  ki,  muzdlu  varyaq  drujinaçılarının  baĢçısı  skandinavlı
 
Rurik  Novqorodda
 
hakimiyyəti  ələ  keçirənədək  özünün  saldırdığı  Ladoqa  (eyni  adlı  gölün  sahilində)  Ģəhərində  məskən 


67 
 
Xəzər  dənizi  ilə  birləĢmiĢ  Nitas  körfəzinə  daxil  olurlar  (burada,  Xəzər  dənizi  – 
Qara dəniz, Nitas  körfəzi  və  Azov dənizidir  – N.  V.).  Burada Xəzər hökmdarının 
silahlı  qoĢunları  var.  Onlar  bu  dənizdən  və  ya  gəmilərinin  NitaĢ  (Don)  və  Xəzər 
(Volqa)  çaylarını  birləĢdirdiyi  yerin  o  tərəfindən  gələn  hər  kəsə  müqavimət 
göstərirlər...  Rusların  gəmiləri  körfəzin  ağzında  (yəni  Azovla  Qara  dənizi 
birləĢdirən Kerç boğazı ağzında – N. V.) yerləĢdirilən Xəzər qoĢunlarına çatdıqda, 
gəmidəkilər  bütün  ölkə  boyu  çayaĢağı  üzərək  Xəzər  dənizinə  (burada  əl-Məsudi 
Xəzər  dənizinin  özünü  nəzərdə  tutur  –  N.  V.),  o  həmçinin,  qeyd  etdiyimiz  kimi 
Curcan,  Təbəristan  və  digər  vilayətlərin  dənizidir,  daxil  olmaq  üçün  xəzər 
hökmdarına  elçi  göndərirlər.  Xəzər  hökmdarı  tələb  etdi  ki,  ruslar  bu  dənizin 
ətrafında  yaĢayan  adamlardan  zəbt  etdikləri  qənimətin  yarısını  ona  versinlər. 
Bununla  da  hökmdar  qanunsuz  iĢin  görülməsinə  imkan  verdi.  Ruslar  körfəzə 
(Azova) girib, çayın (Donun) mənsəbinə yetiĢdilər və onun vasitəsilə [çay] yuxarı 
qalxdılar. Nəhayət,  Xəzər çayına  (Volqaya) çatdılar  və  bu  çayla  Atil Ģəhərinədək 
endilər.  Bu  çay  böyük  və  bol  suludur.  Rusların  gəmiləri  dənizə  səpələndi  və  Cil 
(Gilan),  Deyləm,  Təbəristan,  Curcan  (Qorqan)  sahilindəki  Abaskuna,  neftverən 
torpağa  və  Azərbaycan  istiqamətində  olan  bütün  yerlərə  basqın  etdilər. 
Azərbaycanın Ərdəbil Ģəhərindən dənizə üçgünlük yoldur. Ruslar qan tökür, qadın 
və uĢaqlara istədiklərini edir, mal-dövləti çapır, basqınlar törədir, xaraba qoyur və 
yandırırdılar. Bu dənizin ətrafında yaĢayan xalqlar özlərini itirdilər; çünki, əvvəllər, 
onların  üzərinə  dənizdən  basqın  edən  heç  bir  düĢməni  xatırlamırdılar.  Dənizdə 
yalnız  ticarət  və  balıqçı  gəmiləri  üzərdi.  Rusların  gilanlılar,  deyləmlilər,  Curcan 
sahillərindəkilərlə,  baĢda  Ġbn  Əbu-s-Sac  olmaqla  döyüĢən  Bərdə,  Arran,  ġirvan, 
Azərbaycan əhalisi ilə bir çox vuruĢması oldu. Sonra onlar ġirvan Ģahlığının Bakuh 
(Bakı) adı ilə tanınmıĢ neftverən sahilinə gəlib çıxdılar. Qarətdən qayıtdıqları vaxt, 
ruslar,  neftverən  torpaqdan  bir  neçə  mil  məsafədə  olan  adalarda  daldalandılar
*
.  O 
vaxt ġirvanın Ģahı  Əli ibn  əl-Heysəm idi
**
. Əhali  hazırlıq  gördü, qayıqlara  minib 
həmin  adalara  sarı  üzdü.  Ruslar  onların  qarĢısın  açıxdılar.  Minlərlə  müsəlman 
öldürüldü  və  dənizdə  boğuldu.  Ruslar  bir  neçə  ay  bu  dənizdə  qaldılar.  Artıq 
dediyimiz kimi, bu dənizin qonĢuluğunda yaĢayan xalqlardan heç birinin [ruslara] 
tərəf  yolu  yox  idi.  Əhali  onlara  görə  hazır  və  göz-qulaqda  olurdu,  çünki  onlar 
(ruslar) buralarda yaĢayan xalqlar üçün aĢıb-daĢan dəniz kimi idilər. Ruslar [çoxlu] 
qənimət əldə etdilər, əməllərindən usandıqda Xəzər çayının (Volqanın) mənsəbinə 
tərəf  yollandılar.  Buradan  Xəzər  Ģahının  yanına  elçi  göndərdilər  və  əldə  etdikləri 
mal  və  qənimətləri  onun  yanına  gətirdilər.  Xəzər  Ģahının  (Volqanın)  mənsəbinə 
tərəf  yollandılar.  Buradan  Xəzər  Ģahının  yanına  elçi  göndərdilər  və  əldə  etdikləri 
mal və qənimətləri onun yanına gətirdilər. Xəzər Ģahının gəmiləri yox idi, adamları 
                                                                                                                                      
salmıĢdı.  Görünür,  onun  adamları,  əslən  skandinavlı  olan  drujinaçılar  ətraf  xalqlar  arasında  məhz 
ladoqalılar əl-lüzğana (əl-luduqan) kimi tanınmıĢlar. 
*
 Bakı buxtasının girəcəyində bir sıra xırda adalar (ind. Nargin, Pirallahı və s.) nəzərdə tutulur. 
**
 ġirvanĢah – Məzyədilər sülaləsinin ilk Ģahlarından; hakimiyyət baĢında 917-ci ilədək qalmıĢdı. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə