NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə29/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

60 
 
sahibi  Səhl  ibn  Sunbat  tarixi  səhnəyə  çıxır.  853-cü  ildə  o,  və  baĢqa  yerli  (o 
cümlədən  erməni)  knyazlar  xəlifənin  sərkərdəsi  Böyük  Buğa  tərəfindən  ram 
edilirlər.  Lakin  Xilafətin  parçalanma  dövrü  artıq  baĢlanmıĢdı.  ġirvanda, 
Dərbənddə,  ġəkidə,  Gəncədə,  Sünikdə,  Xaçında  və  b.  yerlərdə  müstəqil  və 
yarımmüstəqil  əmirliklər  yarandı.  Bütün  bunlar  göstərir  ki,  IX  əsrin  sonu  və  X 
əsrin  əvvəllərində,  yəni  Yusif  ibn  Əbu-s-Sacın  erməni  hökmdarı  I  Smbatla 
vuruĢduğu  vaxtlar,  yerli  alban  knyazlarının  Sacilərə  verdikləri  vergi  gücünə 
əllərində saxladıqları torpaqlar Ġbn Havqəlin iddia etdiyi kimi, “Sənbat (Smbat) ibn 
AĢotun, ondan əvvəl isə sələflərinin” əlində ola bilməzdi. XIII əsrin görkəmli ərəb 
coğrafiyaĢünas-səyyahı  Yaqut  əl-Həməvi  ona  qədərki  ərəb  müəlliflərinin 
məlumatlarının  təhlili  nəticəsində  yazırdı  ki,  Cənubi  Azərbaycanın  hüdudları 
Ģərqdə  Bərdədən  qərbdə  Ərzincana  (Ərzəngan,  Xilat  yaxınlığında  Ģəhər  –  N.  V.) 
Ģimalda isə Deyləm, Cil (Gilan) və Tarm dağlarından keçir. Yenə onun məlumatına 
görə,  “Azərbaycanla  Arranı  ər-Ras  çayı  ayırır;  [bu  çayı]  qərb  və  Ģimal  tərəfdən 
gəlib keçən Arrandandır, Ģərq istiqamətindən gəlib keçən isə - Azərbaycandandır”. 
BaĢqa  ərəb  mənbələri  də  tarixi  Albaniya  –  Arran  ilə  tarixi  Adurbadaqan  – 
Azərbaycan arasındakı ayrıcın Araz çayı boyunca keçdiyini göstərirlər. Belə ki, X 
əsr  müəllifi  əl-Məsudiyə  görə,  ər-Ras  çayı  xürrəmi  Babəkin  Azərbaycanda  sahib 
olduğu əl-Bəzzeyi adlanan yerlə Arrana aid olan Əbu Musa (Qarabağ – N. V.) dağı 
arasında axır. 
IX  əsr  ərəb  tarixçiləri  əl-Bəlazuri  və  əl-Yəqubi  Arranda  ərəblərin  tabe 
etdikləri  vilayətlər  sırasında  antik  ədəbiyyatda  Sakasena  adlanan  ġakaĢena 
haqqında  məlumat  verirlər.  Qədim  sak  tayfalarının  adı  ilə  bağlı  olan  bu  vilayət 
antik  və  ərəb  mənbələrinə  əsaslanan  tədqiqatçıların  fikrincə  Kürün  sağ  sahilində, 
soldan Ġori və Alazan çaylarının töküldüyü yerdən yuxarıda idi. Orta əsr ərəb alimi 
Yaqut  əl-Həməvinin  məlumatında  bu  yer  ġakka  adlandırılır  və  “Kürün  sahilində, 
Tiflis yaxınlığında” yerləĢdirilir. Mənbələr Arranın ərəblər tərəfindən iĢğal edilmiĢ 
vilayətlərindən əl-Miskuanın, əl-Məsiranın, Utikin, Kəmbiranın (Kambisenanın) və 
b.  da  adlarını  çəkirlər.  Bunlardan  əl-Miskuan  alban  tarixinin  tədqiqatçısı  K.  V. 
Trever tərəfindən Qarabağın Ağdərə rayonu ərazisində yerləĢdirilir və “ albanların 
təpəli,  meĢəli  diyarı”  Meskuenklə,  əl-Məsiran  isə  vaxtilə  indiki  Ağdamın  və 
Ağdərə ərazisinin bir hissəsini tutan alban vilayəti Mesaransla eyniləĢdirilir. 
Ərəb  iĢğalı  dövründə  tabe  edilən  Arran  torpaqları  sırasında  ġəkinin, 
ġirvanın,  onunla  Qafqaz  dağları  tərəfdən  həmsərhəd  olan  Layzanın,  ġirvanın 
Ģimal-Ģərqində  Samur  çayınadək  ərazini  tutan  Maskatın,  ondan  cənubda  yerləĢən 
Xursanın, indiki Dəvəçi rayonu ərazisində yerləĢən ġabranın, Dərbənddən cənuba 
doğru,  Rubas  çayı  hövzəsini  tutan  Tabasaranın,  ġirvandan  qərbə  tərəf  dağlıq 
ərazini əhatə edən, bir ucu Qəbələ ilə qovuĢan Muğaniyənin adları çəkilir. Onu da 
qeyd  edək  ki,  hələ  əl-Məsudi  ərəblərin  Arran  torpağında  ölkə  adlandırdıqları 
Muğaniyəni xəzər dənizi sahilində  yerləĢən, təqribən eyni adlı Muğan vilayəti ilə 
qarıĢdırmamağı tövsiyə edirdi. 


61 
 
*** 
Ərəb  istilası  ilə  əlaqədar  tarixi  Azərbaycan  ərazisində  aparılan  hərbi 
əməliyyatlar  Ģəhər  və  kəndlərə  böyük  ziyan  vurdu.  Yaxın  ġərqdəki  bir  çox 
Ģəhərləri  nisbətən  asanlıqla,  “iqtisadiyyata  ciddi  zərər  yetirmədən”  (O.  BolĢakov) 
tutan  ərəblər  Azərbaycan  Ģəhərlərinin  əksəriyyətində  kəskin  müqavimətlə 
rastlaĢdılar.  ġəhər  təsərrüfatına  dəyən  böyük  zərər  nəticəsində  bir  sıra  Ģəhərlər 
tənəzzül  etdi.  Lakin  Azərbaycana  daha  mütərəqqi  ictimai  münasibətlər  gətirə 
bilməyən, buna görə də öz gəliĢləri ilə cəmiyyətin iqtisadi-ictimai əsaslarında ciddi 
dəyiĢikliyə  yol  verməyən  köçəri  ərəblər,  məhsuldar  qüvvələri  məhv  etməməyə, 
mövcud təsərrüfat sistemini qoruyub saxlamağa çalıĢır, bununla yanaĢı, iĢğalın ilk 
dövründə,  siyasi  iddialardan  az  üstün  tutmadıqları  maddi  mənfəətlərini  də 
unutmurdular.  Bu  hal  Azərbaycanın  müxtəlif  Ģəhərlərinin  əhalisi  ilə  bağlanılan 
müqavilələrdə də öz əksini tapıb. ġəhər sakinlərinin həyatının, mal və mülklərinin, 
məbəd  və  ocaqlarının,  qala  divarlarının  toxunulmazlığı  təminatını  verən  ərəblər, 
bunların  əvəzində  müəyyən  edilmiĢ  verginin  vaxtlı-vaxtında  ödənilməsini  tələb 
edirdilər.  ġəhərlərin  təslim  edilməsinin  belə  Ģərtləri  yerli  əhali  üçün  o  qədər  də 
əziyyətli  deyildi,  həm  də,  tədqiqatçıların  rəyincə,  ərəblərin  təyin  etdiyi  vergilərin 
miqdarı Sasanilər dövründə olduğundan aĢağı idi. 
Mənbələrin  müqayisəli  təhlili  göstərir  ki,  bu  və  ya  digər  Ģəhəri  ələ  keçirən 
ərəblər  həmin  Ģəhərin  tabeliyində  olan  bütün  kənd  və  yaĢayıĢ  məntəqələrinə  də 
sahib olurdular. Ona görə də Ģəhər əhalisi ilə bağlanılan müqavilə bütün nahiyəyə 
aid edilirdi. Onu da deməliyik ki, hər hansı Ģəhəri mühasirəyə alan ərəblər, dərhal 
hücuma  keçmir,  Ģəhərlilərin  döyüĢsüz  təslim  olmalarını  tələb  edir,  onların 
qarĢısında  Ģərt  qoyurdular:  ya  siyasi  asılılığı  boyunlarına  götürmək  və  vergi 
verməklə  -  sülh,  ya  da  müharibə.  ġəhərlilərin  mənfi  cavabları  həmin  Ģəhərlərin 
“zor  gücünə”  (anvatan)  iĢğalına,  talan  edilməsinə  və  döyüĢsüz  təslim  olanlara 
nisbətən daha ağır vergilərlə yüklənməsinə səbəb olurdu. 
Azərbaycanın ərəblərə qədərki dövrü tədqiqatçılarının araĢdırmalarına görə 
ərəb  yürüĢləri  ərəfəsində  Azərbaycanda  onlarla  böyüklü-kiçikli  Ģəhər  vardı.  Bu 
Ģəhərlərin  bir  çoxu  iĢğaldan  sonra  da  öz  inzibati-siyasi,  eləcə  də  iqtisadi 
əhəmiyyətini  saxlamıĢdı.  Lakin  iĢğal  dövrü  Azərbaycan  Ģəhərlərinin  dəqiq  sayını 
müəyyənləĢdirmək  çox  çətindir,  belə  ki,  orta  əsr  ərəb  müəllifləri  “mədinə”  – 
“Ģəhər”  termini  ilə  “karyə”  –  sözlərindəki  fərqə  çox  varmır,  bəzən  “karyə” 
terminini həm  Ģəhər,  həm də kənd  mənasında iĢlədirdilər.  O. BolĢakovun  fikrincə 
“iĢğalla əlaqədar adları çəkilən Ģəhərlərin baĢqa yaĢayıĢ yerlərindən ayırd edilməsi 
üçün  əsas  amil  onların  siyasi  əhəmiyyətidir;  ərəblərlə  müqavilə  bağlayanlar, 
görünür, iri inzibati mərkəzlər, yəni Ģəhərlərdir”. Yalnız sonrakı – IX – X əsrlərdə 
ərəb müəllifləri “karyə” sözünü ancaq “kənd” mənasında iĢlətdilər. Əl-Müqəddəsi, 
hətta, yuxarıda qeyd etdiyimiz kimi, müsəlman Ģəhərini kənddən fərqləndirən əsas 
cəhəti  müəyyənləĢdirməyə  çalıĢır  və  bu  fərqi  Ģəhərdə  came  məscidinin  olmasında 
görürdü.  Bu  da,  yəqin  came  məscidinin  Ģəhərin  siyasi-inzibati  həyatında  mühüm 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə