NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə30/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

62 
 
rolundan,  oradakı  minbərdən  vacib  siyasi  əhəmiyyətli  xütbələrin  oxunmasından 
irəli gəlirdi. 
Əl-Müqəddəsinin  Xilafət,  o  cümlədən  Azərbaycan  Ģəhərlərinin  təsnifatı 
haqqındakı mülahizələri də maraq doğurur. O, inzibati əhəmiyyətinə görə Ģəhərləri 
üç növə bölürdü: “misr” – paytaxt, “qəsəbə” – vilayət mərkəzi, “mədinə” – vilayət 
Ģəhəri. Bu Ģəhərlərin qarĢılıqlı münasibətlərini o, təĢbihlərlə belə ifadə edirdi: “misr 
– hökmdar, qəsəbə - hacib (hərbi rəis), mədinə isə döyüĢçü kimidir”. 
Lakin  bununla  belə,  mənbələrin  verdiyi  məlumat  əsasında,  tarixi 
Azərbaycan ərazisinin bəzi yerlərində Ģəhər və kəndlərin vaxtilə sıx yerləĢdiklərini 
demək  olar.  X  əsr  ərəb  tarixçisi  Əbu  Duləf  Balasacan  düzündə  beĢ  mindən  çox 
xaraba  kənd  gördüyünü  yazırdı:  “Bu  düzdə  beĢ  min  kənd  var,  əksəriyyəti 
xarabadır,  lakin  yerin  möhkəmliyi  üzündən  (mətndə:  torpağın  yaxĢılığı  və 
sağlamlığından)  evlərin  divarları  və  [bəzi]  tikililər  indi  də  durur.  Deyirlər  ki,  bu 
kəndlər Allah taalanın Quranda zikr etdiyi Arrasın sahiblərinindir (Əshab ər-Ras). 
Deyirlər  ki,  onlar  Cəlutun  (Bibliyada  Qoliaf)  döyüĢçüləri  olub,  Davud  və 
Süleyman əleyhissəlam onları xəracdan imtina etdikləri üçün qətlə yetiriblər”. 
Əbu  Duləfin  məlumatına  görə  Balasacan  düzü  (alban  vilayəti  Balasakan) 
qərbdə  Bərdədən  Ģərqdə  Xəzər  dənizinədək,  Ģimalda  Kür  çayından  cənubda 
Bərzəndədək  olan  ərazini  əhatə  edirdi;  bu  isə,  doğrudan  da,  alban  vilayəti 
Balasakanın  (qədim  Kaspiananın)  ərazisi  ilə  demək  olar  üst-üstə  düĢür.  X  əsrin 
müəllifi  Ġbn  Havqəlin  yazdığına  görə  “...Arrasın  sahilləri  ilə  Varsan  Ģəhərindən 
keçib gedən [adam] dağılmıĢ və batmıĢ – bunlardan bəzisi xarabalıqdır, Ģəhərlərin 
izlərini  görər”.  Onun  dediyinə  görə,  bu  həmin  o  Arrasdır  ki,  Allah-taala  onun 
xalqını zikr edib, onlara nə edildiyindən xəbər verib, dinsizlikləri üzündən onların 
baĢına  ad və  səmud tayfalarının baĢına  gətirilən  müsibətdən gətirib.  Ondan  sonra 
yazan  əl-Müqəddəsi  də  Araz  çayı  üzərində  keçmiĢ  zamanlarda  “min  Ģəhərin” 
olduğunu iddia edir. Maraqlı burasıdır ki, bu müəlliflər Arazı – Arrası Quranda adı 
çəkilən (surə  25, ayə  40, 41) “Əshab  ər-Rasla”  əlaqələndirir,  “bu dinsiz  yerlərin” 
Allahın  bəlasına  düçar  olduqlarını  qeyd  edirlər.  Əlbəttə,  minlərlə  yaĢayıĢ 
məskəninin  nə  vaxt  dağıdılıb  tərk  edildiyi  dövrü  dəqiqləĢdirmək  o  qədər  də  asan 
deyil,  çünki  məhz  bu  yerlər  bir  çox  iĢğalçıların  (iranlıların,  xəzərlərin,  ərəblərin, 
müxtəlif  köçərilərin  və  s.)  illər  boyu  vaxtaĢırı  basqın  və  talanına  məruz  qalmıĢ, 
nəticədə,  yerli  əhali  bu  təhlükəli  ata-baba  yurdlarını  tərk  etməli  olmuĢlar. 
Mənbələrin  verdiyi  məlumata  görə  Azərbaycanın  bir  çox  Ģəhərləri  Ġran  –  Bizans 
müharibələri (604 – 628) illərində bizanslıların müttəfiqləri xəzərlər tərəfindən də 
dağıdılmıĢ  və  yalnız  xəlifə  Müaviyə  dövründə  onlardan  ən  mühümləri  (Bərdə, 
Beyləqan, Naxçıvan və b.) bərpa edilmiĢdi. 
Arxeoloji  tədqiqatların  nəticələri  ilə  təsdiq  olunan  yazılı  mənbələr  ərəb 
iĢğalı,  xəzər  yürüĢləri,  yerli  əhalinin  Xilafətə  qarĢı  çıxıĢları  və  s.  ilə  əlaqədar  iki 
əsrdən  çox  davam  edən  iqtisadi  durğunluq  dövründən  sonra  Azərbaycanda 
Ģəhərlərin,  sənətkarlığın  və  ticarətin  inkiĢaf  etməyə  baĢladığını  göstərir. 


63 
 
MərkəzləĢdirilmiĢ dövlət olan Xilafətin tərkibində bir-birilə əlaqəli surətdə inkiĢaf 
edən belə Ģəhərlərin artması ilə onların əvvəlki müstəqilliyi və daxili muxtariyyəti 
əldən verilir. ġəhərin  kənddən ayrılması prosesi gücləndikcə, Ģəhər  əhalisi torpaq 
iĢlərindən tamam əl çəkib yalnız sənətkarlıq və ticarətlə məĢğul olmağa baĢlayır. 
Sənətkarlığın, daxili və xarici ticarətin sürətli inkiĢafı bəzi Ģəhərlərin sosial-
iqtisadi  quruluĢunda  mühüm  dəyiĢikliklərə  səbəb  oldu.  ġəhərlərin  qala  divarları 
daxilindən  –  Ģəhristanlardan  kənarda  geniĢ  ticarət  və  sənətkarlıq  məhəllələri  – 
rabadlar  meydana  gəldi.  ġəhər  əhalisinin  sosial  tərkibində  sənətkarlar  və  tacirlər 
üstünlük  təĢkil  etməyə  baĢladı.  Müxtəlif  sənət  və  peĢə  sahibləri  bir  qayda  olaraq 
bazarların  ətrafında,  xüsusi  məhəllələrdə  məskən  salırdılar.  Bazarlarda  ayrı-ayrı 
peĢə  və  sənət  sahiblərinin  öz  sırası  olurdu.  Lakin  inkiĢaf  etmiĢ  feodalizm  dövrü 
Ģəhərlərinə  xas  olan  bu  xüsusiyyətlərin  varlığına  baxmayaraq,  o  dövrün  bütün 
Ģəhərləri  feodal  Ģəhəri  səviyyəsinə  yüksələ  bilmədi.  Bu  Ģəhərlərin  təsərrüfatının 
ümumi inkiĢafı onların tədricən orta əsrlərin feodal Ģəhərinə çevrilməsi üçün zəmin 
yaratdı. 
Azərbaycanın  ərəblər  tərəfindən  iĢğalı  haqqında  məlumat  verən  mənbələr 
iĢğal dövrü üçün onlarla Ģəhər, qala və yaĢayıĢ yerlərinin adlarını çəkirlər. IX – X 
əsr ərəb müəllifləri (Ġbn Xordadbeh, əl-Ġstəxri, əl-Müqəddəsi və b.) isə bu siyahını 
indi  də  mövcud  olan,  yaxud  ərəb  mənbələrində  adları  çəkilməsinə  baxmayaraq, 
yerləri  bilinməyən  neçə-neçə  Ģəhər  və  yaĢayıĢ  məntəqəsinin  adları  ilə 
zənginləĢdirmiĢlər. Təəssüf ki, bu və ya digər səbəblər üzündən, mənbələrdə adları 
çəkilən Ģəhərin neçəsinin sirrini torpaq hələ də özündə saxlayır. Muğan, Abxaz (?), 
Yunan  (?),  Bərdic,  Bərzənc,  ġiravan  kimi  vaxtilə  mühüm  əhəmiyyət  daĢımıĢ, 
indisə adları yalnız kağız üstə qalmıĢ onlarla yaĢayıĢ yerlərimiz hələ də öz müjdəçi 
tədqiqatçısını gözləyir. 
Bu  Ģəhərlər  içərisində  cənub  hissədə  Marağa,  Məyanic  (Miyanə),  Ərdəbil, 
Varsan,  Sisər,  Miməz,  Bəzz,  Saburxast,  Təbriz,  Zəncan,  Mərənd,  Xoy  (Xuvey), 
Gülsurə,  Muğan,  Bərzənd,  Cənzə,  Cabravan,  Neriz,  Urmiya,  Cənzə  (Qazaka), 
Salmas (Sələmas), ġiz, Musaabad, Sərat (Sərab),  Dihnəxircan (Dihxərrəqan), Xan 
Babək,  Bəlhab,  UĢnuh,  Rusbe,  Əhər  və  s.,  Ģimal  hissədə  isə  Bərdə,  Beyləqan, 
Bərdic, ġəki, ġəmkir (ġamkur), Qəbələ, ġamaxı, ġabran, ġirvan, Abxaz (Layican), 
Cənzə (Gəncə), Bab əl-Səvab (Dərbənd) və onlarla baĢqalarının adları vardır. 
Bu Ģəhərlər haqqında müxtəlif məlumatlar verən mənbələr (Ġbn Xordadbeh, 
əl-Bəlazuri, Yaqut və b.) onların salınmasını Sasani Ģahları I Kəvadın (446 – 531, 
ədəbiyyatda  və  ərəb  mənbələrində  ona  Qubad  da  deyirlər)  və  onun  oğlu  Xosrov 
ƏnuĢirəvanın  (531  –  578)  adları  ilə  bağlayırlar.  Əl-Bəlazuri  bu  haqda  yazırdı: 
“Xəzərlər  tez-tez  hücum  edərək,  hətta  Dinavərə  (Həmədan  yaxınlığında  –  N.  V.) 
gedib  çıxırdılar...  [Ona  görə  də]  Qubad  Arranda  Beyləqanı,  bütün  vilayətin  əsas 
Ģəhəri Bərdəni, adına Xəzər də deyilən Qəbələni tikdi. Sonra, o, ġirvandan Bab əl-
Lan  arasında  çiy  kərpicdən  sədd  çəkdi,  sədd  boyunca  Bab  əl-Əbvab  tikildikdən 
sonra  dağılmağa  baĢlayan  360  Ģəhər  saldı.  Taxta  onun  oğlu  Xosrov  ƏnuĢirəvan 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə