NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə27/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

56 
 
yaĢadıqları ətraf dağlıq ölkələrə yayırdı. 869-cu ildə Dərbənddə məskunlaĢmıĢ ərəb 
nəslindən  olan  HaĢim  əs-Suləmi  bu  Ģəhər-dövləti  müstəqil  elan  edib,  Dərbənd 
əmirliyinin  əsasını  qoyduqdan  sonra  vaxtaĢırı  qonĢu  qeyri-müsəlman  dağlılar 
üzərinə  dini  bayraq  altında,  əslində  isə  siyasi  və  iĢğalçılıq  məqsədləri  güdən 
yürüĢlər təĢkil edirdi.  Dağ  yerlərində  islamlaĢdırılma  uzun proses Ģəklini alsa da, 
bu yürüĢlər bəzi  dağlıların zorla, bəzilərinin isə  könüllülük  prinsipi  əsasında  gec-
tez müsəlmanlaĢdırılmasına gətirib çıxardı. ĠslamlaĢdırılmanın birinci mərhələsinin 
əvvəllərində xoĢ-güc qəbul edilmiĢ din yalnız müəyyən vaxt keçdikdən sonra sidq-
ürəklə qavranılmıĢ və mənimsənilmiĢ inama çevrildi. 
Yerli  əhalinin  müsəlmanlaĢdırılması  ilə  Azərbaycan  ərazisində  öz  siyasi 
hakimiyyətini  möhkəmləndirməyə  çalıĢan  ərəb  üsul-idarəsi  bu  bölgədə  baĢ  verən 
millətlərarası  münaqiĢələrdən,  xüsusilə  albanlarla  ermənilər  arasında  gedən  dini 
çəkiĢmədən  məharətlə  istifadə  edirdi
*
.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  bu  dini 
çəkiĢmə  alban  kilsəsinin  erməni  kilsəsinə  tabe  edilməsi  az  sonra  isə  Alban 
dövlətinin  süqutuna  gətirib  çıxartdı.  Tədqiqatçıların  yazdığına  görə  (Z.  M. 
Bünyadov və  b.) alban  əhalisinin bundan sonra  baĢlanan qriqoryanlaĢma  siyasəti, 
ərəb  müəlliflərinin  fikrincə,  (əl-Ġstəxri,  Ġbn  Havqəl,  əl-Müqəddəsi  və  b.),  hələ  X 
əsrdə  Bərdə  və  onun  ətrafında  iĢlədilən  alban-arran  dilini,  eləcə  də  alban 
ədəbiyyatını  tədricən  aradan  götürdü,  xristianlığı  saxlamıĢ  albanların  bir  hissəsi 
ermənilərin təriqətini və dilini mənimsədilər. Lakin qriqoryanlaĢma – erməniləĢmə 
prosesi  çox  uzun  çəkdi.  Buna  alban  katolikosluğunun  yalnız  1836-cı  ildə 
(ermənilərin  rus  siyasəti  nəticəsində  axınla  Qarabağda  yerləĢdirilib,  yerli  əhaliyə 
nisbətən  sayca  artmasından  sonra),  Eçmiədzin  təhriki  ilə  ləğv  edilməsi  sübut  ola 
bilər. 
Xilafətin iĢğal etdiyi ölkələr, o cümlədən Azərbaycan islamlaĢdıqca yeni din 
bu ölkələrin xalqlarını ideoloji cəhətcə də birləĢdirən böyük qüvvəyə çevrildi. Yeni 
dinin  dili  olan  ərəb  dili  VII  əsrin  sonlarından  baĢlayaraq,  xəlifə  Əbdülməlikin 
keçirdiyi  islahatlar  nəticəsində,  yerlərdə  tətbiq  edilən  dövlət  dilinə  çevrildi.  Buna 
Azərbaycan  ərazisində  müxtəlif  dillərdə  danıĢılması,  dil  vahidliyinin  olmaması, 
əlifbasızlıq üzündən ərəb əlifbasının qəbul edilməsi də xeyli kömək etdi. 
Kargüzarlığın  ərəb  dilində  aparılması  dövlət  idarələrində  iĢləyən  yerli 
azərbaycanlı  məmurlar  üçün  bu  dili  bilməyi  vacib  etmiĢdi.  Ərəb  dilini 
bilməyənlərə hətta adi vəzifələr də verilmirdi. Tədricən ərəb dilinin iĢğalçının dili 
olduğu  unuduldu.  Bu  dili  bilmək  –  mədəniyyət  göstəricisinə  çevrildi.  Quranın 
yalnız yazıldığı dildə öyrənilməsi də ərəb dilinin iĢlənmə və mənimsənilmə arealını 
                                                           
*
 
Erməni kilsəsinin min il bundan qabaqkı fəaliyyəti iĢğalçı ərəblərə, dünənki və bugünkü fəaliyyəti isə 
iĢğalçı ruslara əl verib; Maraqlı və ibrətamiz haldır ki, o vaxt da, indi də yaranmıĢ üçbucağın bucaqları 
eynidir: yadelli iĢğalçı, fitnəkar və nankor qonĢu, türkəsayalığı və unutqanlığı üzündən əziyyətə məruz 
qalan yurddaĢlarımız. 


57 
 
geniĢləndirirdi. Hər bir müsəlman, millətindən asılı olmayaraq, Xilafət xalqlarının 
ünsiyyət dilinə çevrilmiĢ ərəb dilini öyrənməyə çalıĢırdı. 
Kargüzarlıq, dövlət və Ģəxsi yazıĢmalar ərəb dilində aparıldığı kimi dini və 
dünyəvi  xarakterli  elmi  əsərlər  də  bu  dildə  yazılırdı.  ĠĢğalçı  ərəblər,  Xilafətin 
iĢğaldan  sonra  ərəbləĢmiĢ  (Ġraq,  Suriya,  Misir,  Fələstin  və  s.)  və  məskunlaĢmıĢ 
(Azərbaycan,  Ġran,  Orta  Asiya  ölkələri  və  s.)  əhalisi  –  hamısı  birlikdə, 
islamaqədərki  zəngin  mədəni  ənənələrini  bir  yerə  cəmləĢdirərək,  ümumi  ərəb-
müsəlman  mədəniyyətinin  yaranmasında  iĢtirak  edirdilər.  Azərbaycan  ərazisinə 
köçürülmüĢ və ya köçüb gəlmiĢ ərəb qəbilələri doğma ərəb dillərinin Xilafətin bu 
bölgəsində  də  aparıcı  rol  oynamasından  istifadə  edərək,  yerli  əhali  arasında  ərəb 
dili və bəzi hallarda ərəb kitab mədəniyyətinin yayılmasına (xüsusilə Quran, onun 
təfsirləri,  sərf-nəhv  kitabları  və  s.)  kömək  edirdilər.  Bu  iĢdə  Azərbaycan 
Ģəhərlərində fəaliyyət göstərən məktəb və  mədrəsələr də az rol oynamırdı.  Lakin, 
əlbəttə, ərəb dilinin geniĢ yayılmasına səbəb olan ən baĢlıca amil azərbaycanlıların, 
baĢqa Ģərq xalqları ilə, xüsusilə X – XII əsrlərdə inkiĢaf etmiĢ və sonrakı əsrlərdə 
davam  edən  ticarət-iqtisadi,  siyasi  və  mədəni  münasibətləri  oldu.  Orta  əsr  ġərq 
dünyasının  ən  əsas  ünsiyyət  vasitəsi,  beynəlxalq  dil  rolunu  oynayan  ərəb  dili 
Xilafət  tərkibində  yaĢayan  bütün  müsəlman  xalqlarını  bir-birini  mədəni 
nailiyyətləri ilə tanıĢ etdi. Azərbaycanlılar da dünya mədəniyyətinə məhz ərəb dili 
vasitəsilə yetiĢdilər. 
 
XĠLAFƏT VĠLAYƏTLƏRĠ AZƏRBAYCAN VƏ ARRAN – 
HÜDUDLARI, ġƏHƏRLƏRĠ, YOLLARI 
 
Ġspaniyadan  Hindistanadək  bir  çox  ölkə  və  xalqları  tabe  etmiĢ  ərəblər, 
yenini  və  daha  yaxĢını  icad  etməyin  ağırlığını  dərk  edərək,  öz  üsul-idarələrini  bu 
ölkələrdə  möhkəmlətmək,  idarə  iĢini  yüngülləĢdirmək  məqsədilə  ən  asan  yola  əl 
atdılar  –  özlərindən  əvvəlki  illərin  sınağından  keçmiĢ  idarə  və  vergi  sistemlərini 
saxladılar.  Müxtəlif  xalqlardan  alınan,  çox  vaxt,  əvvəlki  coğrafi  və  ya  inzibati 
adlarını  saxlayan  bu  yerlər  müstəqil  və  ya  asılı  ölkədən  xilafətin  çoxsaylı 
vilayətlərinə çevrildilər. Bu vilayətlər, adətən, həmin yerləri fəth etmiĢ sərkərdənin 
və  ya  yürüĢün  bilavasitə  iĢtirakçısının  idarəsi  altında  ərazicə  yaxın  torpaqları 
özlərində birləĢdirirdi. 
Xilafətin  siyasi  hakimiyyətinin  ləğv  edilməsi  ilə  tarixi  Azərbaycan 
ərazisinin  Ģimal  torpaqlarını  da  əhatə  edən  Ərməniyyə  inzibati  bölgü  adı  aradan 
götürülür.  Doğrudur,  IX  əsrdə  yaĢamıĢ  bir  sıra  “kitab  yazıçıları”  (yəni,  kitablara, 
özlərindən  əvvəl  yazılanlara  əsaslananlar),  o  cümlədən  Ġbn  Xordadbeh,  Ġbn  əl-
Fəqih və b. Qafqazın siyasi və inzibati xəritəsində baĢ vermiĢ yeni dəyiĢikliklərdən 
xəbərsiz  olduqları  üçün,  ənənəvi  olaraq,  yenə  də  köhnə  məlumatları  təkrar  edir, 
oxucularını ərəb Ərminiyəsi və onun bölgələrindən xəbərdar edirdilər. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə