NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

42 
 
Ģəhər yoxsulları  və sənətkarlar, habelə Xilafətdən narazı olan bəzi yerli feodallar 
da mübarizəyə qoĢuldular. 
Son  zamanlar  Babək  də  onun  dövrü  ilə  məĢğul  olan  ya  bu  hadisələrlə 
diletant səviyyəsində maraqlananlar gah Babəkin tarixi rolunu həddən artıq ĢiĢirdir, 
gah  da  əksinə,  onun  layiqli  qiymətini  xeyli  azaldırlar.  Dövrün  və  mənbələrin 
öyrənilməsi  sübut  edir  ki,  Babək    öz  dövrünün  vaxtı  yetiĢmiĢ  oğlu  idi.  Ərəblərin 
Azərbaycandakı  ağalığı  o  zaman  artıq  150  ili  ötmüĢdü.  Bu  150  ildə  dincliklə, 
davasız keçən illəri barmaqla saymaq olardı: yuxarıda gördüyümüz kimi, VII əsrin 
ortalarından  VIII  əsrin  əvvəlinədək  Ģimallı-cənublu  torpaqlarımızın  ram  edilməsi 
prosesi  gedirdi;  demək  olar  bütün  VIII  əsr  boyu  Azərbaycan  iki  iĢğalçının  - 
ərəblərlə  xəzərlərin  torpaqlarımız  üstündə  apardıqları  müharibə  meydanına 
çevrilmiĢdi.  Ərəblərə  qarĢı,  istər  Xilafətin  mərkəzində,  istərsə  də  ucqarlarında 
müxtəlif  dini  bayraqlar  altında,  əslində  isə  siyasi  mahiyyət  daĢıyan  çıxıĢlar  baĢ 
qaldırır,  yatırılır,  sonra  isə  yenidən  qızıĢırdı.  Müxtəlif  müsəlman  təriqətlərinə 
mənsub  olanlar  (xaricilər,  Ģiələr  və  b.)  hakimiyyəti  ələ  keçirmək  uğrunda 
mübarizədə köhnə müsəlman ideologiyasının özlərinə məxsus yeni  variantlarından 
istifadə etməyə çalıĢır, həqiqətin məhz onların irəli sürdükləri təlimlərdə olduğunu 
iddia edir və bəlkə də buna inanır, bu iĢə zülm və əziyyətdən nə yolla olursa-olsun 
qurtarmaq istəyən yurddaĢlarını cəlb edirdilər. Bu elə bir dövr idi ki, çox xalqların, 
o cümlədən azərbaycanlıların da dilinin, dininin, əqidəsinin, təfəkkürünün, elm və 
mədəniyyətinin  formalaĢmasında  həlledici  və  özünə  görə  müsbət  rol  oynamıĢ 
ümumi müsəlman mədəniyyəti inkiĢaf yoluna yenicə qədəm qoymuĢ, Azərbaycan 
kimi ucqarlar isə bu mədəniyyətin ab-havasını hələ çox duymamıĢdı. 
Babək – azərbaycanlı idi, onun mübarizə apardığı ərəblər isə uzaq ellərdən 
basa-basa  gəlmiĢ,  baĢqa  millətdən  olan  iĢğalçı.  Babəkin  Azərbaycanda  o  zaman 
hələ unudulamamıĢ bir hərəkatın – məzdəkiliyin ideyalarını bayraq etməsi, bu gün, 
bizim soy kökümüzə qayıtmaq arzumuza bənzəyir, hər bir insanın ağrı hiss etdikdə 
qeyri-ixtiyari onu həyata gətirəni yada salıb, “ana” deyib inləməsini, yad etməsini 
xatırladır.  O  baxtlar  Babəkin,  bu  gün  isə  bizlərin  müraciət  etdiyi  yol  və  vasitə 
iĢğalçıya qarĢı mübarizənin tarix boyu vaxtaĢırı təkrar olunan təbii etirazıdır. 
Azərbaycanda  baĢlanan  xürrəmilər  hərəkatının  ilk  dövrü  Ərdəbil 
nahiyəsindəki Bəzz qalasının sahibi kiçik Feodal Cavidanın adı ilə bağlıdır. Onun 
rəhbərliyi  ilə  808-ci  ildə  qırmızı  bayraq  altında  Xilafətə  qarĢı  baĢlanan  çıxıĢ  çox 
keçmədən  xəlifə  qoĢunları  tərəfindən  yatırıldı.  Xürrəmilərin  baĢçıları  arasında 
hərəkata  rəhbərlik  üstündə  gedən  mübarizə  də  çıxıĢların  zəifləməsinə  səbəb  oldu. 
816-cı  ildə  xürrəmi  baĢçıları  Cavidan  və  Əbu  Ġmran  açıq  döyüĢdə  bir-birlərini 
öldürdülər. Cavidanın ölümündən sonra xürrəmilər hərəkatına Babək rəhbərlik etdi. 
Miməz  qalasının  Bilalabad  kəndində  yoxsul  ailədə  doğulmuĢ  Babək  ağır  həyatın, 
istismarın  acılarını  duymuĢ,  18  yaĢında  Cavidanın  dəvətilə  xürrəmilərə 
qoĢulmuĢdu. 


43 
 
Babəkin  baĢçılığı  ilə  təqribən  21  il  davam  etmiĢ  mübarizə  Ərəb  Xilafətinə 
ağır zərbə vurdu və onun əsaslarını sarsıtdı. Ayrı-ayrı xürrəmi dəstələrinə Babəkin 
ən  yaxın  köməkçiləri,  xalq  içərisindən  çıxmıĢ  Adin,  Abdulla,  Tərxan,  Rüstəm, 
Müaviyə və b. görkəmli sərkərdələr baĢçılıq edirdilər. 
Babəkin  hərəkatı  Yaxın  və  Orta  ġərqin  ən  qüdrətli  siyasi  hərəkatı  idi. 
Mübarizə  illərində  xürrəmilər  Xilafətin  altı  nizami  ordusunu,  təqribən  yarım 
milyon  döyüĢçüsünü  məhv  etmiĢdi.  Ərəb  mənbələrinin  məlumatına  görə 
Azərbaycanın  cənubunda  və  Deyləmdə  xürrəmilərin  sayı  300  min  nəfərə  çatırdı. 
Babək  hərəkatının  təsiri  ilə  Cibəl,  Xorasan,  Təbəristan,  Astrabad,  Ġsfahan  və  s. 
Yerlərin əhalisi də üsyana qalxmıĢdı. 
830-cu ildə Babəkin qoĢunu Həmədanı tutdu. Bu, Xilafəti ġərq torpaqları ilə 
birləĢdirən  əsas  strateji  və  tranzit  yollarından  məhrum  edirdi.  Xilafətə  qarĢı  birgə 
mübarizə  aparmaq  məqsədilə  Babək  Bizans  imperatoru  ilə  əlaqə  yaratdı.  Ərəb 
tarixçisi  əl-Məsudinin  fikrincə  Babək  hərəkatı  az  qala  Abbasilər  hakimiyyətini 
məhv  edəcəkdi.  Xilafətin  ciddi  təhlükə  qarĢısında  qaldığını  görən  xəlifə  əl-
Mütəsim  Bizansla  sülh  bağlayıb  bütün  hərbi  qüvvələrini  Babəkə  qarĢı  göndərdi. 
Bizansla müharibədə Ģöhrət qazanmıĢ usruĢanalı türk AfĢin Heydər ibn Kavus ərəb 
qoĢunlarına hərbi baĢçı təyin olundu. 
Xürrəmilərlə mübarizə çox vəsait və canlı qüvvə tələb edirdi. Təkcə 937-ci 
ildə ərəb qoĢunlarına  1 mln. dirhəm vəsait sərf olunmuĢdu. Bu zaman xürrəmilər 
hərəkatında  çıxıĢ  edən  bəzi  yerli  feodallar  bu  hərəkatın  onların  mənafeyinə  zidd 
olduğunu  baĢa  düĢüb  xəyanət  edərək,  xürrəmilərdən  uzaqlaĢdılar.  Nəticədə  yaxĢı 
silahlanmıĢ  və  sayca  çox  ərəb  qoĢunları  837-ci  il  avqustun  26-da  uzun 
müharibədən  sonra  Bəzz  qalasını  ala  bildilər.  Mənbələrin  məlumatına  görə,  Bəzz 
uğrunda vuruĢmada 100 mindən çox ərəb əsgəri, 80 min üsyançı həlak oldu. Kiçik 
dəstə ilə müharibə  meydanından  çıxıb Bizansa getmək üçün  yolüstü Arrana gələn 
Babək  keçmiĢ  müttəfiqi  alban  knyazı  Səhl  ibn  Sunbatın  xəyanəti  nəticəsində  ələ 
keçirildi. Babək 838-ci il martın 14-də Samirə Ģəhərində xəlifə əl-Mütəsimin əmri 
ilə iĢgəncə ilə öldürüldü. 
Son iki  fakt üzərində  xüsusi  dayanmaq istərdik. Bəzi  ərəbdilli  mənbələrdə 
Səhl  ibn  Sunbatın  səhv  olaraq  erməni  batriki  olduğu  qeyd  edilir.  Akademik  Ziya 
Bünyadov  özünün  “Azərbaycan  VII  –  IX  əsrlərdə”  monoqrafik  əsərində 
müxtəlifdilli  (o  cümlədən,  qafqazdilli)  mənbələrə  əsaslanaraq  Babəki  satqınlıqla 
ələ vermiĢ Səhl ibn Sunbatın qədim alban Zərmihr nəslinə mənsub olduğunu sübut 
edir. Moisey Kalankatlı özünün “Alban tarixi” əsərində onu “cəsur və gözəl knyaz 
Səhli Smbatean-AranĢahik” adlandırır, onun öz igid qardaĢları ilə 822-ci ildə, yəni 
Babək  hərəkatının  ən  qızğın  dövründə,  Bərdədən  çıxaraq  Albaniyanın  Amaras 
vilayətini viran qoymuĢ ərəb qoĢununu darmadağın etdiyini xəbər verir. Mənbələr 
Səhlin  ġəki  (ġake)  vilayətinin  sahibi  olduğunu  qeyd  edir,  Babəki  ələ  verməklə 
göstərdiyi  xidmət  müqabilində  Ermənistan,  Ġberiya  və  Albaniya  üzərində 
hakimiyyətin  də  xəlifə  əl-Mütəsim  tərəfindən  ona  verildiyini  yazırlar.  Erməni 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə