NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

38 
 
754-cü  ildə  xəlifə  Əbu-l-Abbas  öldükdən  sonra  hakimiyyət  onun  qardaĢı, 
Qafqaz  caniĢini  Əbu  Cəfərin  (754  –  775)  əlinə  keçir.  Əl-Mənsur,  -  “qalib”  adını 
qəbul  etmiĢ  yeni  xəlifə  Abbasilərin  mövqeyini  möhkəmlətmək  üçün  bir  çox 
tədbirlərə  əl  atdı,  Xilafətin  yeni  paytaxtı  Bağdad  Ģəhərini  saldırdı,  bu  “dairəvi 
Ģəhəri”  iki cərgə qala divarları ilə möhkəmlətdi. Bununla yanaĢı o, Bizansa qarĢı 
əks-tədbirlər  görür,  onların  dağıtdığı  bir  çox  istehkamları  yenidən  möhkəmlədir, 
Qafqazda isə üsyan etmiĢ sanar və gürcüləri çətinliklə də olsa ram edir. 
759-cu  ildə  əl-Mənsur  Azərbaycan  və  Ərminiyəyə  Yəzid  ibn  Useyd  əs-
Suləmini  yenidən caniĢin təyin edir. Xəzər hücumundan ehtiyat edən  yeni caniĢin 
Bab əl-Alan (Dəryal) keçidini ələ keçirib, orada özünə sadiq xüsusi muzdlu qoĢun 
dəstəsi yerləĢdirir. 
Xəzərləri  təhlükəsizləĢdirmək  üçün  Yəzid,  xəlifənin  məsləhəti  ilə,  Xəzər 
xaqanının  qızı  Xatunla  evlənir.  Əl-Kufinin  dediyinə  görə  caniĢin  yüz  min 
dirhəmlik baĢlıq verməli olur. Əl-Kufi yazır: “Xatunu onun qohumlarından olan on 
min  xəzər  müĢayiət  edirdi:  ona  dörd  min  əla  madyan,  min  qatır,  min  qul,  on  min 
“xəzəri”  cinsindən  olan  alçaq  dəvə,  min  baĢ  “türki”  cinsindən  olan  iki  hürgüclü 
dəvə,  iyirmi  min  baĢ  qoyun,  qapıları  və  üstü  qızıl  və  gümüĢ  lövhələrdən 
düzəldilmiĢ,  içərisinə  samur  xəzi  döĢənmiĢ  və  ipək  çəkilmiĢ  on  furqon,  qızıl  və 
gümüĢ əĢyalar, qab-qacaq yüklənmiĢ on araba və baĢqa Ģeylər qoĢulmuĢdu”. 
Təmtəraqla Bərdəyə gətirilmiĢ gəlin, Ġslamı qəbul edib, Quranı öyrəndikdən 
sonra,  Yəzidin  arvadı  olmağa  razılıq  verir.  Lakin  iki  il  keçmiĢ  gəlinin  özü  və 
Yəziddən  olan  iki  oğlu  qəflətən  ölür.  Bu  iĢdə  Yəzidi  və  onun  yaxın  adamlarını 
günahlandıran  xəzərlər  763  –  764-cü  ildə  böyük  bir  qoĢunla  Cənubi  Qafqaz 
ərazisinə  hücum edib alban və  gürcü  vilayətlərinin, o cümlədən Hecerini (Eceri), 
Kambehcanı  (Kambisena),  ġakeni  (ġəki),  Xozması  (Xaçmas),  Balasakanı  və  b. 
Tutdular, saysız-hesabsız sürü və ilxıları daĢıyıb apardılar. 
Xəzərlərin  bu  dəfəki  hücumları  olduqca  güclü  idi.  Az  keçmədən  ġirvan 
torpağında  xəzərlərlə  üzləĢən  Yəzid  ona  kömək  göndərilməsinə  baxmayaraq, 
məğlub edilir və Bərdəyə qaçır. 
Bu  xəbər  xəlifəyə  çatanda  o,  Yəzidə  bir  daha  kömək  göndərir.  Yəzid  yeni 
qüvvə ilə Kürü adlayaraq Dərbəndə doğru istiqamət götürür və Ģəhərin müdafiəsini 
təĢkil edir. Xəzərlər ərəblərin Dərbənddəki müdafiə xətlərini yara bilmədilər: Qala 
ərəblərin əlində qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular. 
O  dövrün  salnaməçi  və  tarixçilərinin  məlumatına  görə,  xəzərlərin  Arrana 
VIII  əsrdə  baĢ  verən  son  güclü  hücumu  xəlifə  Harun  ər-RəĢidin  (786  –  809) 
hakimiyyət illərinə təsadüf edir. VIII əsrin son ilində olmuĢ bu yürüĢ haqqında əl-
Kufi, ət-Təbəri və əl-Yəqubi daha ətraflı, lakin bir qədər fərqli məlumat verirlər. 
Hadisələrdən baĢ açmaq üçün tarixi vəziyyətə  nəzər salaq. VIII  əsrin 60-cı 
illərində  olmuĢ  xəzər  hücumu  onsuz  da  ağır  vergi  zülmünə  dözümsüz  olan  yerli 
əhalinin  güzəranını  daha  da  çətinləĢdirdi.  Mənbələr  bu  illərdə  Cənubi  Qafqaz 
ərazisində  davam  edən  üsyan  və  çıxıĢlar  haqqında  məlumat  verir.  Bunlardan  ən 


39 
 
mühümü  794-cü  ildə  Beyləqanda  baĢ  vermiĢdi.  Üsyanın  baĢında  xarici  təriqətinə 
mənsub  olan,  ərəb  tarixçilərinin  “əĢ-Ģəri”  –  “Ģər”  adlandırdıqları  məĢhur  qiyamçı 
Əbu  Müslim  dururdu.  Beyləqan  üsyanının  baĢlanması  üçün  əsas  hərəkətverici 
qüvvə  ərəb  amili  Əbu-s-Səbbahın  vergi  zülmündən  cana  gəlmiĢ  bərdəlilər 
tərəfindən öldürülməsi oldu. Xəlifə üsyançılara qarĢı Ġshaq ibn Müslümin baĢçılığı 
ilə beĢ minlik süvari dəstəsi yolladı. Varsan Ģəhəri yanında baĢ verən qanlı döyüĢdə 
Xilafət  ordusu  darmadağın  edildi.  Bundan  sonra  xəlifənin  biri  digərinin  ardınca 
göndərdiyi daha iki qoĢun məğlub edilir. Ġlkin uğurlara baxmayaraq, Əbu Müslim 
sonrakı  əməliyyatlarda  müvəffəqiyyət  qazana  bilmir  –  Naxçıvanı  ələ  keçirsə  də 
Dəbilin dördaylıq mühasirəsi baĢ tutmur. 
Əl-Kufinin  dediyinə  görə,  “Harun  ər-RəĢid  30  minlik  əsgəri  olan  üç 
ordusunu [Əbu Müslimə] qarĢı göndərir. Əsgərlərdən on mininə Yəhya əl-HəraĢi, 
on mininə isə Yəzid ibn Məzyəd əĢ-ġeybani baĢçılıq edirdi... QoĢunlar hər tərəfdən 
Əbu  Müslimə  hücum  etdilər,  lakin  vuruĢma  baĢlamamıĢ  Əbu  Müslim  vəfat  etdi. 
Onun yerini tutmuĢ əs-Səkin ibn Musa ibn Hayyan əl-Beyləqani... döyüĢdə məğlub 
edilir, oğlu Xəlil  əsir düĢür”.. Çox keçmədən Yəzid ibn Məzyədin baĢçılıq etdiyi 
qoĢun üsyançıların son hücumunu da dəf edir. 
796  –  797-ci  ildə  Harun  ər-RəĢid  Azərbaycan  və  Ərminiyəyə  Səid  əl-
Bəhilini  vali  təyin  edir.  Səidin  ilk  tədbirlərindən  biri  Dərbənd  hakimi  Nəcm  ibn 
HaĢimin boynunu vurdurmaq olur. Nəcmin oğlu Hayyun buna cavab olaraq, Səidin 
Dərbənddəki məmuru əl-Münəccim əs-Suləmiyə qarĢı eyni cəzanı tətbiq edir. Səid 
qoĢununu  Dərbəndə  aparır,  Dərbənd  hakiminin  oğlu  isə  xəzər  xaqanını  köməyə 
çağırır.  Mənbələrin  təsdiq  etdiyinə  görə,  Arrana  hücum  edən  xəzərlər,  burada 
qaldıqları  yetmiĢ  gün  ərzində  ölkəni  dağıdaraq  yüz  min  əsirlə  geri  dönürlər.  Ət-
Təbəri xəzərlərin Arrana hücumunun baĢqa bir rəvayətini də açır; həmin məlumata 
görə  hücuma  səbəb  792  –  797-ci  illərdə  Cibəlin,  Təbəristanın,  Azərbaycan  və 
Ərminiyənin  caniĢini  əl-Fadl  ibn  Yəhya  ibn  Bərməkin  xəzər  xaqanının  qızı  olan 
arvadının Bərdədə ölməsi idi. Xaqan qızının zəhərlənməsindən Ģübhələnən xəzərlər 
onun  intiqamını  almaq  üçün  Arrana  hücum  edib  ölkəni  darmadağın  edirlər.  Ət-
Təbərinin  bu  məlumatı  Ġbn  əl-Əsirin  rəvayəti  ilə  təsdiqlənir.  Lakin  rəvayətlər 
müxtəlif  olsa  da  fakt  özlüyündə  qalır:  VIII  əsrin  son  ilində  xəzərlər  ərəblər 
üzərində son ciddi qələbəyə nail ola bilirlər. Ġki gəlmədən biri üçün qələbə, digəri 
üçün  məğlubiyyət  olan  belə  qanlı  döyüĢlər  torpaqları  yağı  tapdağı  altında  qalan 
yerli əhali üçün zülm, iztirab və əziyyət gətirirdi. 
Bununla  da  xəzərlərin  bir  əsrdən  çox  ardı-arası  kəsilməyən  soyğunçu 
yürüĢlərinə  demək  olar  son  qoyulur.  Yalnız  hələ  də  xəzərlərin  qüdrətinə  inanan 
yerli  hökmdarlar  ara-sıra  köhnə  müttəfiqlərini  ərəblərə  qarĢı  birgə  mübarizəyə 
dəvət  edirdilər.  Hətta  IX  əsrin  sonları,  X  əsrin  əvvəllərində  Cənubi  Qafqaz 
ərazisində  müstəqil  feodal  dövlətlərinin  yarandığı  dövrdə  də  baĢ  verən  lokal 
xarakterli  bu  çıxıĢlar  nəticə  etibarilə  Xilafətin  Qafqazdakı  mövqeyini  sarsıdan 
amillərdən oldu. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə