NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

34 
 
müttəfiqinə  çevrilməsi  zərurətini  də  yaxĢı  baĢa  düĢürdü.  Bu  baxımdan  onun 
Qafqazda apardığı siyasət əvvəlki caniĢinlərinkindən fərqlənirdi. Erməni və alban 
knyazlarının itaətinə nail olmuĢ Mərvan, çox keçmədən zor gücünə baĢqa Cənubi 
Qafqaz  xalqlarını  (gürcüləri,  lakzları  –  ləzgiləri  və  b.)  da  itaət  altına  alır.  Arxa 
cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoĢunla Bərdənin 40, Tiflisin isə 
20  fərsəxliyində  (təqr.  220  –  240  və  100  –  120  km)  yerləĢən  Kasak  (Kasal)  adlı 
yerdə  düĢərgə  salır.  Kasal  oxunuĢunu  daha  doğru  hesab  edən 
*
  mənĢəcə  rus  olan 
görkəmli ingilis ĢərqĢünası V. F. Novoseltsev bu adi iĢdə də qərəzliyindən qalmır. 
Mərvanın  düĢərgə  saldığı  Kasakı  Ermənistan  ərazisində  Arazın  qolu  olan  Kasak 
çayı  ilə  bağlayır  və  iddiasını  Mərvanın  erməni  knyazları  ilə  o  vaxtkı  xoĢ 
münasibətləri ilə izah edir. Əvvəla, məlum idi ki, xəzər zülmünün ərəb zülmünə üst 
gəldiyi o dövrdə nəinki ermənilər, eləcə də azərbaycanlılar və b. ərəblərlə müttəfiq 
idilər.  Hətta  o  dövr  hadisələrinin  ən  yaxĢı  yerli  Ģərhçilərindən    biri  olan  erməni 
tarixçisi Qevondun (Levondun) məlumatına görə Mərvanın ordusunda Ermənistan 
iĢxanı AĢot Baqratuninin baĢçılıq etdiyi süvari qoĢun dəstəsi də çıxıĢ edirdi. Ġincisi 
isə,  Kasakın  coğrafi  mövqeyi  (Bərdədən  40,  Tiflisdən  20  fərsəxlikdə  yerləĢməsi) 
onu məhz Arazın qolu, adları çəkilən  Ģəhərlərdən uzaqda olan Kasax çayı ilə deyil
müasir Qazaxla eyniləĢdirir. 
737-ci il ərəb-xəzər müharibələri tarixinə ən gərgin dövrün baĢlanğıcı kimi 
daxil  olur.  Ərəblərin  Ģimala  doğru  hücum  əməliyyatlarına  baĢçılıq  edən  Mərvan 
xəzərlərin üzərinə iki istiqamətdən – Dərbənd və Dəryal keçidlərindən yürüĢ təĢkil 
etmək  qərarına  gəlir.  Dərbənd  qoĢununa  Useyd  ibn  Zəfir  əs-Suləmi,  Kasakdan 
Dəryal  keçidi  vasitəsilə  hücum  edən  qoĢuna  isə  Mərvan  özü  rəhbərlik  edirdi. 
QarĢılarına  çıxan  qala  və  kəndləri  darmadağın  edən  qoĢunlar  Səməndər  Ģəhəri 
yanında  birləĢdilər  və  oradan  Ġtil  (Volqa)  çayının  sağ  sahilində,  çayın  dənizə 
töküldüyü  yerdə  yerləĢən  Xəzər  paytaxtı    əl-Beyda  Ģəhərinə  hücuma  keçdilər. 
Hücum  ərəblərin  tam  qələbəsi  ilə  nəticələndi.  Aman  istəyən  xaqan  hətta  Ġslam 
dinini  qəbul  etməyə  də  razılıq  verdi.  Ərəb  mənbələrinin  məlumatına  görə  (əl-
Bəlazuri, əl-Kufi və b.) ərəblər nəinki xəzərlərin yaĢadıqları ərazini tutdular, eləcə 
də  Xəzər  ölkəsi  hüdudlarından  çıxaraq,  onun  qonĢuluğunda  yaĢayan  əs-səkləb 
tayfalarına və baĢqa “kafirlərə” hücum etdilər; əl-Kufi yazırdı: Mərvan “daha sonra 
əs-səkaliba (səkləbin cəmi – N. V.) və onlarla qonĢuluqda yaĢayan baĢqa cinsdən 
olan kafirlərə hücum etdi, onlardan 20 min ev adam əsir tutdu, sonra irəli gedərək, 
Səkalib çayına yetiĢdi”. 
Xəzər  xaqanı  Ġslam  dinini  qəbul  etməyə  boyun  olsa  da,  müsəlmançılıq 
burada  yayılmadı,  belə  ki,  Mərvanın  əsas  məqsədi  heç  də  xəzərləri  doğru  din 
yoluna  gətirmək  deyil  (bunun  üçün  heç  lazımi  imkan  da  yox  idi),  onların  belini 
                                                           
*
 Əlyazmalarda bu söz Kisal, Kasal, Kasak kimi qeyd olunub. Ərəb yazısında k və l hərflərinin Ģəkilcə 
oxĢarlığı,  əlyazmalarda  isə  bəzən  eyniliyi  bizi  bu  sözü  müasir  tələffüzə  uyğun  olaraq  Kasak  (Qazax) 
kimi oxumağa sövq etdi. 


35 
 
qırmaq,  gözlərini  qorxutmaq,  onların  Xilafətin  Qafqazdakı  iĢğal  zonasından 
ayağını kəsmək idi. Beləliklə, Mərvanın xəzərlər üzərində qəti qələbəsini nümayiĢ 
etdirən  737-ci  il  döyüĢü  baĢa  çatır.  40  mindən  çox  xəzər  əsiri  evindən-eĢiyindən 
edilib Samur və ġabran çayları arasındakı əraziyə köçürülür. 
QıĢı  Kasakda  keçirən  Mərvan  ertəsi  –  738-ci  ilin  yazında  Kürü  keçərək 
ġəkiyə  gəlir.  Bu  səfərdən  də  məqsəd  ərəblərə  boyun  əymək  istəməyən  Qafqaz 
dağlılarını ram etmək idi. Mərvanın “dağ hökmdarları”na qarĢı baĢladığı  yürüĢlər 
müvəffəqiyyətlə  nəticələnir:  dağlardakı  qalalar  çətinliklə  də  olsa,  uzun  sürən 
mühasirələrdən sonra fəth olunur. Bu mühasirələrdən bəzisi bir ay, bəzisi isə - Sərir 
hökmdarının iqamətgahı kimi – 1 il, Ġbn əl-Əsirin dili ilə desək “bütün yay və qıĢı” 
çəkirdi; qalalar dağıdılır, yerlə-yeksan edilirdi. 
Ardı-arası  kəsilməyən  hücumlar,  ağır  vergi  boyunduruğu  yerli  əhalini 
qorxuya  salmıĢdı.  Mənbələrin  (əl-Kufi,  Ġbn  əl-Əsir,  “Dərbəndnamə”)  yazdığına 
görə, 738-ci ildə bağlanılan müqaviləyə görə Mərvan “Qumux və Tumandan ildə 
100  qul,  100  kəniz,  20  min  batman  buğda,  Kür  və  Miskəncdən  14  min  batman 
buğda və 40 min dirhəm, ġirvandan 20 min batman buğda və 50 min dirhəm alırdı. 
Bütün  bu  vəsait  mühafizəxanalarda  saxlanır  və  Dərbənd  Ģəhəri  əsgərlərinin 
maaĢına sərf olunur”. 
QıĢı Dərbənddə keçirən Mərvan yaz ağzı ətraf yerlərin – ġirvanın, Layzanın, 
Filanın,  Təbərsaranın,  Lakzın  və  b.  Hökmdarlarını  yanına  çağırtdırdı.  Lakzın 
hökmdarından  baĢqa  bütün  çağırılmıĢ  dağlılar  Mərvanın  çağırıĢına  səsə  verirlər. 
ÇağırıĢa hay verməyən Lakz hökmdarının ölkəsi dağıdılır, özü isə öldürülür. 
741-ci ildə Mərvan ġirvanı keçərək Muğana, Gilana və Talakana (Deyləmə) 
soxulur,  çoxlarını  qırır,  bir  çoxlarını  da  əsir  alır.  Qayıdan  baĢ  Bərdəni  də  tutaraq 
beləliklə, Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın iĢğalını baĢa çatdırır. 
Ərəblərin  bu  dövrdə  xüsusilə  737  –  741-ci  illərdə  Qafqaz  cəbhəsində 
qazandıqları  nailiyyətlərə  baxmayaraq  Xilafətin  baĢqa  yerlərində  -  o  cümlədən 
Orta  Asiya  və  ġimali  Afrikada  mərkəzi  hakimiyyət  əleyhinə  getdikcə  daha  da 
qızıĢan çıxıĢların qarĢısını almaq günü-gündən çətinləĢirdi. Hicri tarixlə 126-cı ildə 
(743/744), Xəlifə HiĢamdan sonrakı bir il ərzində Əbdülməlikin üç nəvəsi (II Vəlid, 
III Yəzid və Ġbrahim) xəlifə taxtında biri digərini əvəz edir. Qafqazda caniĢin olan 
Mərvan məhz bu dövrdə Asim ibn Abdallah ibn Yəzid əl-Hilalini öz yerində qoyub 
ġama gedir və fəal surətdə hakimiyyət uğrunda mübarizəyə qoĢulur. 744-cü ildə o, 
Əməvi  sülaləsinin  son  xəlifəsi  II  Mərvan  kimi  fəaliyyətə  baĢlayır.  Lakin  Xilafəti 
bürümüĢ  həyəcan  dalğasının  qarĢısını  almaq  artıq  mümkün  deyildi.  Ġqtisadi 
vəziyyətin  ağırlaĢması  siyasi  Ģəraiti  həddindən  artıq  gərginləĢdirmiĢdi. 
Mesopotamiya  və  Ġraqda  xaricilərin,  Xorasan  və  Mavərənnəhrdə  Ģiələrin  təbliğatı 
ilə geniĢlənən çıxıĢlar bəzi yerlərdə ağır döyüĢlərlə nəticələnmiĢdi. Bu çıxıĢların ən 
qüdrətlisi 747-ci ildə Mərv vadisində Əbu Müslim Xorasaninin baĢçılığı ilə üsyan 
oldu.  Üsyan  tezliklə  Qərbi  Ġrandan  Ġraq  ərazisinə  yayıldı.  Dəclə  çayının  sol  qolu 
Böyük Zab çayı üzərində üsyançıların ordusu ilə II Mərvanın qoĢunu arasında baĢ 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə