NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

36 
 
verən  döyüĢ  xəlifə  əsgərlərinin    məğlubiyyəti  ilə  nəticələndi.  II  Mərvan  bir  dəstə 
yaxın  adamları  ilə  ġama,  sonra  Fələstinə,  oradan  da  Misirə  qaçdı.  Yeni  ordu 
toplamaq  cəhdləri  boĢa  çıxan  Mərvan  Məğribə  keçmək  istərkən  öldürüldü. 
Beləliklə,  Əməvilər  sülaləsinin  90  illik  ömrü  baĢa  çatdı.  Xilafətdə  hakimiyyət 
Məhəmməd  peyğəmbərin  əmisi  Abbasın  nəslinin  əlinə  keçdi.  Ədəbiyyatda 
həmçinin,  Bağdad  Xilafəti  adlandırılan  Abbasilər  sülaləsinin  hakimiyyət  dövrü 
baĢladı. 
 
ABBASĠLƏR XĠLAFƏTĠ VƏ AZƏRBAYCAN 
 
Ġlk  Abbasi  xəlifəsi  Əbu-l-Abbas  (750  –  754)  tarixə  əs-Səffah  adı  ilə  daxil 
oldu
*
.  O,  xəlifə  iqamətgahına  DəməĢqdən  əl-Ənbar  yaxınlığındakı  əl-HaĢimiyyə 
(Abbasilərin  öz  üsulu  hesab  etdikləri  peyğəmbərin  əmisi  Abbasın  mənsub  olduğu 
bənu  HaĢim  tayfasının    adına  görə)  adlandırdıqları  yerə  köçürtdü.  Əməvilərin  nə 
ölüsünə,  nə  də  dirisinə  aman  verilmədi:  bu  nəslə  mənsub  səksəndən  çox  adam 
məhv  edildi,  hətta  neçə  il  əvvəl  vəfat  etmiĢ  xəlifə  HiĢamın  meyiti  də  qəbirdən 
çıxarılıb  çarmıxa  çəkildi,  sonra  isə  yandırılaraq,  külü  göyə  sovuruldu.  Ara-sıra, 
orda-burda baĢ verən iğtiĢaĢlar yatırıldı. 
Cənubi Qafqazın strateji və siyasi əhəmiyyətini yaxĢı dərk edən xəlifə Əbu-
l-Abbas, hakimiyyəti ələ alan kimi, qardaĢı, gələcək xəlifə Əbu Cəfəri Azərbaycan, 
Ərminiyə və əl-Cəzirənin valisi təyin etdi. Bu dövrdə  Xilafətin hər yerində olduğu 
kimi,  Azərbaycanda  da  ara  qarıĢmıĢdı.  Əməvilərin  arxalandıqları  və  üstünlük 
verdikləri  Ģimal  ərəb  tayfaları  Abbasilərin  dayağı  və  təmsilçisi  olan  cənub 
ərəblərini  yaxına  buraxmaq  istəmirdilər.  Bu  hərc-mərclik  Ģimal  ərəblərinin  çox 
olduğu  Arranda  özünü  xüsusi  biruzə  verirdi.  Mənbələrin  məlumatına  görə,  bu 
qarıĢıq  dövrdə  Arranda  hakimiyyət  Əməvi  xəlifələrinin  buradakı  son  valisi  Ġshaq 
ibn  Müslüm  əl-Uqaylinin  köməkçisi,  tarixçi  əl-Kufinin  beyləqanlı  kimi  təqdim 
etdiyi    “qəssab”  (əl-Qəssab)  ləqəbli  Müsafir  ibn  Kəsirin  (Kusayrın)  əlində  idi. 
Xilafət  mərkəzində  iki  sülalə  arasında  gedən  hakimiyyət  çəkiĢməsindən  istifadə 
edən  baĢqa  yerli  feodallar  kimi,  Müsafir  də  vergi  zülmündən  zara  gəlmiĢ  xalqın 
köməyi  ilə  ərəb  ağalığından  qurtarmaq  istəyirdi;  Bu  dövrdə  Xilafət  əleyhinə 
aparılan bir çox çıxıĢların baĢında xarici
*
 təriqətinə mənsub Ģəxslər dururdular. Əl-
                                                           
*
 
Əs-Səffah - ərəb dilində “qan tökən” mənasını verir. Tarixi ənənəyə görə, bu ad ilk Abbasi xəlifəsinə 
Əməvi nəslindən olanları qırdırması ilə əlaqədar verilmiĢdi. Lakin Xilafət tarixi araĢdırıcılarından Y. A. 
Belyayevin  fikrincə,  xəlifənin  özünün qəbul  etdiyi  əs-Səffah  ləqəbinin açması  qədim  ərəb  poeziyasına 
görə “səxavətli adam”dır; belə ki, o zaman qonaqlarını qəbul etmək üçün bir çox heyvanın qanını tökən 
qonaqpərvər  adam  əs-Səffah  adlanırdı.  Alimin  fikrincə,  xəlifənin  qəbul  etdiyi  bu  ləqəb  onu  müdafiə 
edəcək kufəlilərə səxavətlə bəxĢiĢlər vəd etməsi ilə əlaqədardır. 
*
 
Ġlk dəfə 657-ci ildə xəlifə Əlinin ordusundan ayrılmıĢ bir qrup Ģəxsə verilən bu ad az sonra ictimai, 
siyasi və dini cərəyanı ifadə etdi. Xaricilər çox yerdə, o cümlədən Azərbaycanda Xilafətə qarĢı üsyanlar 
qaldırmıĢdılar. 


37 
 
Kufinin dediyinə görə, Müsafiri Xilafətə qarĢı qaldıran da Abbasilərin hakimiyyətə 
gəldikləri  ərəfədə  Ġraqda  Əməvilərə  qarĢı  çıxmıĢ  xarici  məzhəbinə  mənsub  əd-
dəhhak  ibn  Qeys  əĢ-ġeybani  olmuĢdu.  Müsafirin  fəaliyyətini  əks  edən  bu  mənbə 
onun  son  Əməvilər  dövründəki  çıxıĢını  belə  təsvir  edir:  “...  Həmin  Müsafir  ibn 
Kəsir onu dəstəkləyən adamların baĢında çox keçmədən Ərdəbilə çatır. Burada da 
Xilafətin  hakimiyyətindən  cana  doymuĢlar  vardı.  Onların  sayı  getdikcə  çoxalırdı. 
Beyləqanda olan [vali] Asim  ibn Yəzid  əl-Hilali bundan  xəbər tutur, qiyamçıların 
Beyləqan əhlindən olan iki baĢçısını yanına çağırtdırır. Onlardan birinin adı  Aban 
ibn  Meymun,  o  birininki  isə  Qutəybə  ibn  Sadaka  idi.  [Vali]  onların  ikisini  də 
Beyləqan  həbsxanasına  saldırır.  Xəbər  qiyamçıların  baĢçısı,  bu  zaman  Varsanda 
olan  Müsafir  ibn  Kəsir  əl-Qəssaba  yetiĢir.  Gecədən  xeyli  keçmiĢ,  o,  bir  dəstə 
tərəfdarı  ilə  Varsandan  çıxıb  Beyləqana  gəlir.  Onlar  nərdivanla  Ģəhər  divarlarına 
çıxırlar.  Ġsmət  ibn  Müslim  Beyləqana  birinci  daxil  olur.  O  qarovul  dəstəsinin 
rəisini  tutub,  elə  divarın  üstündəcə  baĢını  kəsir.  Onlar  Beyləqana  daxil  olurlar. 
Ömər  Asim  ibn Yəzid  əl-Hilali Bərdə  Ģəhərinə  çəkilir. Qiyamçılar... Quteybə  ibn 
Sadaka  və  Aban  ibn  Meymunu  həbsxanadan  azad  edirlər...  Beyləqana  hər  yerdən 
çoxlu adam axıĢır; tezliklə böyük bir ordu yığılır. Müsafirin baĢçılıq etdiyi bu ordu  
[Bərdəni  almaq  məqsədilə]  Beyləqandan  çıxıb,  çox  keçmədən  Yunana  yetiĢir. 
Əmir  Asim  ibn  Yəzid  bundan  xəbər  tutub  tərəfdarlarını  toplayır  və  qoĢununu 
Bərdə  qapıları  yanında,  Tərtər  çayı  boyunca  yerləĢdirir...  Müsafir  [bələdçinin 
köməyi  ilə]  Asim  ibn  Yəzidin  düĢərgəsinə  yetiĢir.  Qiyamçılar  “Allahu  əkbər” 
deyərək, Asimin ordusuna hücum çəkir və onu darmadağın edirlər. Bərdənin əmiri 
Asim  ibn  Yəzid  və  onun  bir  çox  əsgərləri  öldürülür.  Asimin  oğlu  Zəfər  qoĢunun 
qalıqları ilə özlərini çox pis halda Bərdəyə çatdırırlar...” 
Göründüyü kimi, Abbasilər hakimiyyət baĢına gəldikdə Azərbaycanın xeyli 
hissəsi  Qəssab  Müsafirin  əlində  idi.  Buna  görə  Abbasilərin  yeni  təyin  etdiyi  vali 
Əbu Cəfər Qafqaza gələn kimi buranın hakimi təyin edilmiĢ Məhəmməd Ġbn Sulu 
qiyamçıların  üzərinə  göndərir.  IX  əsr  ərəb  tarixçilərinin  yazdıqlarına  görə, 
Müsafirin  və  onun  tərəfdarlarının  müqavimətinə  baxmayaraq,  yüzminlik  Xilafət 
qoĢununun  baĢında  duran  Məhəmməd  Sul,  nəhayət  üsyanı  yatıra  bilir.  Müsafir 
öldürülür,  üsyançıların  son  sığınacağı  olan  Sisyandakı  Kilab  qalası  alınır, 
Müsafirin və onun silahdaĢlarının kəsilmiĢ baĢları xəlifəyə göndərilir. Onu da qeyd 
edək  ki,  Xilafətin  mənafeyi  baxımından  çıxıĢ  etsələr  də  əsasən  obyektiv  məlumat 
verən  ərəb  müəllifləri  istiqlal  uğrunda  mübarizəyə  qoĢulmuĢ  bərdəliləri, 
beyləqanlıları, dərbəndliləri və baĢqalarını “qaçaq-quldur, səfil” adlandırırdılar. 
752-ci ildə Xilafətdəki qarıĢıqlıqdan istifadə edərək ərəblərin Suğur adlanan 
sərhədyanı  vilayətinə  hücum  edən  Bizans  dövləti  Qafqazda  hərbi  və  diplomatik 
fəallığını artırmağa cəhd göstərdi. 
Əməvi  hakimiyyətinin  son  illərində  ərəbləri  tez-tez  narahat  edən  737-ci  il 
məğlubiyyətindən  sonra  sanki  özlərinə  gələ  bilməyən  xəzərlər  isə  Xilafətdə  baĢ 
verən dəyiĢiklikləri hələ ki, kənardan seyr etməklə kifayətlənirdilər. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə