NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə15/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

32 
 
Ģəhərlərinə  həsr  etdiyimiz    bölmədə  daha  ətraflı  danıĢmağımız  məqsədəuyğun 
olardı). 
Ərəblərin  sərhədləri  möhkəmləndirmək  cəhdləri  Ģimaldan  olan  axının 
qarĢısını  ala  bilmədi.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  CavanĢirin  dövründə  onun 
çevik  siyasəti  nəticəsində  az-çox  ram  edilmiĢ  xəzərlər,  o,  öldürüləndən  sonra, 
yenidən  baĢ  qaldırdılar.  Artıq  VII  əsrin  80-90-cı  illərində  xəzərlərin  Cənubi 
Qafqazdakı mövqeləri heç də ərəblərinkindən zəif deyildi. 
691-ci  ildə  xəlifə  Əbdülməlikin  (685  –  705)  qoĢunlarının  Ģiəlik  mərkəzi 
Kufəni ələ keçirməsi ilə Xilafətdə hələ VII əsrin 50-ci illərindən baĢlayan, Osman 
və  Əli  kimi  xəlifələrin  qətlinə  gətirib  çıxaran  qanlı  hərc-mərclik  sona  yetdi. 
Məhəmməd  peyğəmbərin  əmisi  oğlu  və  kürəkəni  Əli  ilə  zəngin  Əməvi  nəslindən 
olan Müaviyə  arasında  baĢlayan hakimiyyət davası nəticəsində  yaranmıĢ bu uzun 
ixtilaf,  nəhayət  ki,  Əməvilərin  öz  rəqiblərini  məhv  etməsi,  əliçilərin  (ələvilərin) 
əsas istinadgahı olan Ġraqın tabe edilməsi və beləliklə də, Əməvilər hakimiyyətinin 
bütün  Xilafət  ərazisində  bərqərar  olması  ilə  baĢa  çatdı.  Mərkəzdəki  vəziyyətin 
sabitləĢməsi və hakimiyyətin möhkəmlənməsi üçün xəlifə Əbdülməlikin maliyyəni 
nizama salan, idarə sistemini təkmilləĢdirən  iqtisadi və inzibati islahatları da az rol 
oynamadı.  Nəticədə,  Bizans  və  Cənubi  Qafqaz  cəbhələrində  müvəffəqiyyətli 
əməliyyatlar aparılması üçün obyektiv Ģərait yarandı. 
VIII  əsrin  əvvəllərində  Xilafət  ən  qüdrətli  dövrünü  keçirirdi.  Onun  əsas 
rəqiblərindən  biri  olan  Bizans  mövsud  hərbi-siyasi  vəziyyətlə  əlaqədar  özünün 
Qafqazdakı  mövqelərini  əldən  vermiĢdi.  Azərbaycan  kimi  mühüm  strateji  bazada 
möhkəmlənmək üçün  ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər 
üzərində qələbə lazım idi. Bu iĢdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, 
Ərminiyə  və  əl-Cəzirənin  caniĢini  təyin  etdiyi  qardaĢı  Məhəmməd  ibn  Mərvan 
xüsusi  fəaliyyət  göstərdi.  Onun  VIII  əsrin  əvvəllərində  tabeliyində  olan  Cənubi 
Qafqaz  ərazisində  apardığı  zor  siyasəti  ərəblərin  bu  ərazidə  mövqeyini  daha  da 
möhkəmlətdi,  xəzərlərə  qarĢı  yürüĢə  çıxmaq  imkanı  yaratdı.  707/708-ci  ildə 
Məhəmməd ibn Mərvanın qardaĢı oğlu, o zaman hakimiyyət baĢında olan xəlifə I 
Validin  (705-715)  qardaĢı  Məsləmə  ibn  Əbdülməlik  Bizansda  apardığı 
müvəffəqiyyətli  döyüĢlərdən  sonra  Dərbəndi  ələ  keçirmiĢ  xəzərlərin  üzərinə 
göndərildi. Özgə torpağında iki özgə xalqın arasında əsrin axırınadək davam edən 
qanlı müharibələr silsiləsi belə baĢlandı. Ərəb tarixçilərinin (əl-Kufi, ət-Təbəri, Ġbn 
əl-Əsir  və  b.)  məlumatına  görə  bu  müharibələrin  ilkin  çağında  –  707  –  717-ci 
illərdə  əsas  hədəf  olan  Dərbənd  dəfələrlə  əldən-ələ  düĢdü.  717-ci  ildə  xəlifə  II 
Ömərin  (717  –  720)  hakimiyyəti  dövründə  ilk  böyük  həmlə  ilə  Azərbaycan 
hüdudlarına soxulan xəzərlər ərəblərin əks-hücumlarına məruz qaldılar. 721-722-ci 
ildə qıpçaq və baĢqa türk tayfaları ilə birləĢmiĢ 30 minlik xəzər qoĢunu yeni həmlə 
ilə Azərbaycana hücum etdisə sə, yenə də ərəblər tərəfindən basıldı. Dərbəndi ələ 
keçirən  Azərbaycan  və  Ərminiyənin  yeni  caniĢini  əl-Cərrah  ibn  Abdullah  əl-


33 
 
Həkəmi  Ģimala  –  xəzərlərin  Ģəhər  və  qalalarına  hücum  edib  onları  iĢğal  etdi,  əsir 
tutduğu xəzərləri Qəbələ ətrafına köçürtdü. 
VIII əsrin 20-ci illərinin sonu qarĢılıqlı hücumlar Ģəraitində keçdi. 730/731-
ci  ildə  xəzərlər  və  baĢqa  türk  tayfaları  xaqanın  oğlunun  baĢçılığı  ilə  300  minlik 
qoĢunla  Dərbənd,  Dəryal  və  baĢqa  keçidlərdən  Azərbaycan  ərazisinə  soxulub 
yolları  üstündə  olan  Ģəhər  və  kəndləri  yandırıb,  qarət  edə-edə  ərəb  qoĢunlarının 
yerləĢdiyi  Ərdəbilə  yaxınlaĢdılar.  Savalan  yaxınlığındakı  qanlı  vuruĢda  ərəblər 
məğlub edildilər; qısa bir müddətdə Azərbaycanın, Arranın və Ərminiyənin bir çox 
Ģəhər  və  kəndlərini  ələ  keçirən  xəzərlər    orta  əsr  salnaməçisinin  yazdığına  görə 
“öldürməyə, qarət etməyə, yandırmağa və zorakılığa” baĢladılar. 
Xilafət  üçün  yaranmıĢ  bu  təhlükə  bütün  qüvvələri  səfərbərliyə  almağa, 
xəlifəni  xəzərlərə  qarĢı  yeni  ordu  yaratmağa  məcbur  etdi.  Ərəb  qoĢunlarının  yeni 
baĢçısı  Səid  əl-HəraĢi  “müqəddəs”  müharibədə  iĢtirak  etmək  istəyən  bütün 
könüllüləri  öz  ordusuna  dəvət  etdi.  Böyük  bir  qüvvə  ilə  əl-Cəzirədən  keçən  Səid 
Xilatı,  Bərdəni,  Beyləqanı,  Varsanı,  Ərdəbili  və  onlarla  baĢqa  Ģəhər  və  qalaları 
xəzərlərdən  təmizləməyə  müvəffəq  oldu.  Həmin  il  (731)  yenidən  Azərbaycan  və 
Ərminiyənin  hakimi  təyin  olunmuĢ  Məsləmə  ərəblərə  tabe  olmaq  istəməyən 
ġabranı,  xəzərlərin  yerləĢdiyi  Dərbəndi  və  b.  yerləri  yenidən  iĢğal  etdi,  sonra  isə 
xəzərlərin Bələncər, Bəbəndər və Səməndər Ģəhərlərinədək irəlilədi. 
Dərbənd  sərhəd  vilayətində  ərəblərin  mövqeyini  daha  da  möhkəmlətmək 
məqsədilə  Məsləmə  Dərbəndi  dörd  qismə  (sektora)  bölüb,  bunların  hər  birində 
DəməĢqdən,  Himsdən,  eləcə  də  Fələstin,  ġam  və  əl-Cəzirənin  baĢqa  yerlərindən 
olan iyirmi dörd min ərəb döyüĢçüsü yerləĢdirdi. 
Məsləmənin tapĢırığı ilə möhkəmləndirilmiĢ, silah və ərzaqla təchiz edilmiĢ 
Dərbənddə  müsəlman  icmasının  baĢçısı  Mərvan  ibn  Məhəmməd  təyin  olunur, 
732/733-cü  ildə  Azərbaycan,  Ərminiyə  və  əl-Cəzirənin  amili  vəzifəsi  də  ona 
tapĢırılır. Məsləmə özü isə, görünür növbəti hesabat üçün DəməĢqə, xəlifə sarayına 
yollanır.  Əl-Kufinin  məlumatına  görə,  Məsləmənin  getməsindən  xəbər  tutan 
xəzərlər yenidən Dərbənddən Ģimaldakı torpaqlarına qayıdırlar. Mərvan 40 minlik 
qoĢunla Dərbənddən Bələncərə hücum edib böyük qənimətlə geri qayıdır və qıĢın 
sonunadək Dərbənddə qalır. 
BaĢ verən hadisələrin daha  ətraflı Ģərhçisi  olan  əl-Kufi xəzərlərə  qarĢı yaz 
əməliyyatını  Mərvanın  deyil,  bu  vəzifədə  onu  əvəz  edən  Səid  əl-HəraĢinin 
baĢlaması  haqqında  məlumat  verir.  BaĢqa  mənbələrdə  təsdiq  olunmayan  bu 
məlumat  ziddiyyətli  də  olsa,  bir  fakt  kimi  nəzərə  alınmalıdır.  Əl-Kufiyə  görə, 
Ģamdan Dərbəndə gələn Səid xəzərlərin üzərinə elə tez-tez hücum edirdi ki, “atının 
yəhəri heç vaxt quru olmurdu”. Lakin görmə qabiliyyətinin pozulması onun istefa 
xahiĢilə  xəlifəyə  müraciət  etməsinə  səbəb  olur.  Mərvan  isə  yenidən  əvvəlki 
vəzifəsinə qaytarılır. 
Xəzərlərlə 
qalibiyyətli 
müharibə  aparmaq  üçün  arxa  cəbhənin 
möhkəmliyinin  vacib  olduğunu  dərk  edən  Mərvan  Cənubi  Qafqazın  onun 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə