NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

22 
 
Səlman ibn Rəbiəni hələ 640-cı ildə ərəblərin Kiçik Asiyada fəth etdiyi ermənilərin  
yaĢadıqları  torpaqların  iĢğalını  baĢa  çatdıran  sərkərdə  Həbib  ibn  Məsləmənin 
köməyinə  yolladı.  Ermənistan  ərazisində  bizanslılarla  vuruĢan    Həbib  Səlmanla 
birlikdə Qaliqala Ģəhərini tutaraq, Bizansın Ermənistana olan hücumunun qarĢısını 
ala  bildi.  Ərəb  tarixçilərinin  (ət-Təbəri,  əl-Bəlazuri,  əl-Yəqubi,  əl-Kufi) 
məlumatına  görə  Həbib  bu  yürüĢ  zamanı  Ermənistan  ərazisindən  keçərək, 
Gürcüstan torpaqlarına daxil olur və Tiflisi iĢğal edir. Tiflis  əhalisi ilə bağlanılan 
müqaviləyə görə “onların həyətı, kilsələr, monastırlar, duaları, dinləri toxunulmaz 
elan  edilir,  onların  tabeliyi  təsdiq  olunur,  hər  həyət  bir  dinar  cizyə  verməli  olur. 
ġərtə  görə  cizyəni  azaltmaq  məqsədilə  adamlar  həyətləri  birləĢdirməməli,  eyni 
zamanda ərəblər də cizyəni atırmaq üçün həyətləri bölməməlidirlər”... Müqavilənin 
sonunda  deyilirdi:  “Ġslamı  qəbul  edib  onun  ayinlərinə  riayət  etsəniz,  bizim  dini 
qardaĢlarımız  olacaqsınız,  əks təqdirdə  üzərinizə  cizyə  təyin edilir”. Beləliklə, bu 
dövrdən,  yəni 644-cü  ildən Tiflis öz  civarları  ilə  birlikdə  Xilafətin  Arran  vilayəti 
tərkibinə daxil olur və müsəlmanların uzunmüddətli tabeliyinə keçir. 
Hələ  Gürcüstan  hüdudlarına  çatmamıĢ,  Salman  ibn  Rəbiənin  altıminlik 
dəstəsi  Albaniyanın  Sünik  (Sisəcan,  Sisakan)  vilayəti  ərazisində  Həbibdən  ayrılır. 
Azərbaycanın Ģimal hissəsinin tam iĢğalını baĢa çatdırmaq məqsədilə edilən yürüĢ 
baĢlanır. O dövrün tarixçisi yazır: “Səlman ibn Rəbiə onun əsgərlərinə düĢmənçilik 
göstərənləri  məhv  edir,  rastına  çıxan  Ģəhər  və  qalaları  tuturdu;  Sonra  o,  düĢməni 
(burada  ərəblərin  düĢmənləri  –  yerli  əhali  idi  –  N.  V)  qıra-qıra  Arran  ölkəsindəki 
Beyləqan Ģəhərinə yetiĢdi”. Beyləqan ərəblərə döyüĢsüz təslim oldu. Yerli əhali ilə 
bağlanılan  müqaviləyə  görə  ərəblərin  siyasi  tabeliyini  qəbul  edən  beyləqanlılar 
əmlaklarının  və  Ģəhər  divarlarının  saxlanılması  müqabilində  cizyə  ödəməyi 
öhdələrinə  alırlar. Səlmanın qoĢunu buradan  Albaniyanın paytaxtı Bərdəyə  doğru 
istoqamət  götürür,  lakin  mənbələrin  məlumatına  görə  bərdəlilər  Ģəhər  qapılarını 
ərəblərin  üzünə  bağlayırlar.  Səlman  Ģəhərin  bir  neçə  kilometrliyində  axan  Tərtər 
çayının  sahilində  düĢərgə  salıb,  müqavimət  göstərən  bərdəliləri  zəiflətmək 
məqsədilə  “Ģəhər  ətrafında  biçini  artıq  baĢa  çatdırmıĢ  kəndlərə  qarətçi  yürüĢlər 
təĢkil  edir”.  Müqavimətin  faydasız  olduğunu  baĢa  düĢən  bərdəlilər  də  ərəblərlə 
sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: “[Bərdəlilər] Ģəhər darvazasını 
[Səlmanın]  üzünə  açırlar;  o,  Ģəhərə  daxil  olub,  bir  qədər  orada  qalır”.  Çox 
keçmədən Bərdəni tərk edən ərəb süvari dəstəsi Albaniyanın Arsak, Uti, Sakasena 
və  baĢqa  vilayət  və  əyalətlərini  tutmaqla  Kürün    sağ  sahili  torpaqlarının  iĢğalını 
baĢa çatdırır; qədim Ģəhər olan ġəmkiri də ələ keçirdikdən sonra Kürün sol sahilinə 
adlayan  ərəblər,  oradakı  Ģəhər  və  kəndləri  də  tutur,  Qəbələnin,  ġəkinin, 
Kambisenanın,  ġirvanın,  ġabranın,  Maskatın,  Lazkın,  Təbərsəranın,  yenidən  əl-
Babın (Dərbəndin) və baĢqa yerlərin hakimləri ilə müqavilə bağlayırlar. 
Bağlanan  sülhə  baxmayaraq,  ərəblər  getdikdən  sonra  çox  keçmədən, 
Ģirvanlılar  və  dərbəndlilər  öz  qoĢunları  ilə  Dərbəndə  gəlmiĢ  Xəzər  xaqanının 
təhriki ilə Xilafətlə bağladıqları müqavilələrdən imtina edirlər. Hicri 32 (652-53)-ci 


23 
 
ildə  Səlman  dörd  minlik  qoĢunu  ilə  yenidən  Dərbəndə  daxil  olur  və  xəzərlərin 
müdaxiləsini dəf etmək üçün onların Bələncər Ģəhərinə doğru irəliləyir. BaĢ vermiĢ 
qanlı döyüĢlərdə müsəlmanlar basılır. Səlman özü isə öldürülür. Azərbaycanın çox 
hissəsi yenidən itaətdən çıxır. 
Ġki  il  sonra  xəlifə  öz  sərkərdəsi  Həbib  ibn  Məsləməni  Qafqaza  göndərdi. 
Sirac  Tayrda  (Ermənistanın  ġirak  vilayətində)  düĢərgə  salmıĢ  Həbib  ərəblərin 
Qafqazda  iĢğal  etdikləri  bütün  yerlərin  hakimlərinə  və  camaatına  xəbər  yollayıb, 
onlardan  itaət  tələb  edir.  Az  sonra  xəlifə  Osmanın  Azərbaycan,  Arran  və 
Ermənistana  hakim  təyin  etdiyi  Huzayfa  ibn  əl-Yəmən  burada  Həbibi  əvəz  etdi. 
ĠĢğal  olunmuĢ  Ģimal  torpaqlarını  daha  yaxĢı  idarə  etmək  üçün  yeni  hakim 
caniĢinliyin  iqamətgahını  əvvəllər  yerləĢdiyi  Dəbildən  Bərdəyə  köçürtdü.  Xəlifə 
Osman  öldürüləndən  sonra  (656)  xilafət  taxt-tacına  sahib  olmuĢ  Əli  ibn  Əbu 
Talibin  dövründə  Xilafətin  Qafqaz  vilayətlərində  Muğirə  ibn  ġubə,  əl-ƏĢas  ibn 
Qeys  kimi  sərkədələri  hakimlik  etdilər.  Tarixçi  əl-Bəlazuri  yazırdı:  “Əli  ibn  Əbu 
Talib  əl-ƏĢas  ibn  Qeysi  Azərbaycanın  hakimi  təyin  etdi.  Əl-ƏĢas  bura  yetiĢdikdə 
gördü ki, yerli əhalinin çoxu Ġslamı qəbul  etmiĢ və Quran oxuyur. O, Ərdəbildə əta 
və divan siyahısına salınmıĢ ərəblərdən yerləĢdirdi, buranı Azərbaycanın baĢ Ģəhəri 
etdi,  sonralar  geniĢləndirilən  məsciddən  savayı  baĢqa  bir  məscid  də  tikdirdi.  Əl-
Hüseyn  ibn  Amir  əl-Baqidinin  sözlərinə  əsasən  deyib:  Ərəblər  Azərbaycanda 
məskən saldıqda onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları da buraya 
axıĢdılar.  Hər  biri  bacardığı  qədər  torpaq  zəbt  etdi,  bir  hissəsi  qeyri-ərəblərdən 
torpaq satın aldı. Kəndlər həmin ərəblərin himayəsinə keçdi, elə ki, ərəblər onları 
müdafiə etməli idilər, kəndlilər isə ərəblərin yardarına çevrildilər...” 
651-ci  ildə  Sasani  ĢahənĢahı  III  Yəzdigərdin  öldürülməsi  ilə  bir  vaxtlar  öz 
qüdrətilə  ad  çıxarmıĢ  Sasani  imperiyası  tarix  səhnəsindən  silindi.  BaĢsız  qalmıĢ 
Ġran  qoĢunlarının  qalıqları  hərə  bir  tərəfə  səpələndilər.  Onların  böyük  bir  hissəsi 
Albaniya  ərazisində  möhkəmlənməyə  cəhd  göstərdi.  Bu  hadisə  ardı-arası 
kəsilməyən  hücumlar  nəticəsində  ölkədə  yaranmıĢ  ağır  vəziyyəti  daha  da 
gərginləĢdirdi.  Ərəb  iĢğalının  ilk  günlərindən  ərəblərlə  danıĢıqlar  aparan  və  öz 
xoĢu ilə onların tabeliyinə keçən alban iĢxanı Varaz Qriqordan fərqli olaraq, ondan 
sonra  hakimiyyət  baĢına  gəlmiĢ  oğlu  CavanĢir  nə  indiki,  nə  də  əvvəlki  ağalarına 
boyun  əymək  istəmirdi.  651-52-ci  illərdə  o,  qonĢu  Ġveriya  (Gürcüstan  ərazisində) 
hökmdarı Atrnersehlə saziĢə girib, iranlıları ölkədən qova bildi. 
Beləliklə,  Azərbaycanın  Ģimal  və  cənub  torpaqları  bütünlüklə  iĢğal  edilib 
Xilafət  tərkibinə  qatıldı.  Yerli  əhali  ilə  aralarındakı  münasibəti  müəyyən  nizama 
salmaq  üçün, baĢqa  yerlərdə  olduğu kimi,  burada  da  yeni  müqavilələr bağlanıldı. 
Tərəflər  arasında  sülh  münasibətlərini  bərpa  edən  bu  müqavilələrə  əsasən  yerli 
əhali  ya  Ġslamı  qəbul  etməli,  ya  da  can  vergisi  –  cizyə  verməli  idi.  Fütuhatın  ilk 
illərində  ərəblərin  iĢğal  etdikləri  ölkələrdən  siyasi  itaətlə  yanaĢı  tələb  etdikləri  də 
bu və digər vergilər idi. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə