Ərtibçilər: Sevgiyə Əsədova Gülbahar Misirova Buraxılışa məsul və ixtisas redaktoru



Yüklə 2,89 Kb.

səhifə1/33
tarix08.07.2018
ölçüsü2,89 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   33


1
AŞIQ ƏLƏSGƏR – 190
BİBLİOQRAFİYA
BAKI – 2011


2
Tərtibçilər:
Sevgiyə Əsədova
Gülbahar Misirova
Buraxılışa məsul və
ixtisas redaktoru:
Kərim Tahirov,
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Mədinə Vəliyeva
Aşıq
Ələsgər

190:  biblioqrafiya
/tərt.  ed.:
S.Əsədova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov;
red.  M.Vəliyeva; M.F.Axundov  adına  Azərbaycan  Milli
Kitabxanası.- Bakı, 2011.- 149 s.


3
© M.F.Axundov adına Milli Kitabxana
,
2011TƏRTİBÇİDƏN
Milli-mənəvi  dəyərlərimizin  dövlət  səviyyəsində qorun-
ması  və onların  YUNESKO-nun  "Bəşəriyyətin  qeyri-maddi
mədəni irsinin reprezentativ siyahısı"na salınması Heydər Əli-
yev  Fondunun,  eləcə də Azərbaycan  Mədəniyyət  və Turizm
Nazirliyinin  bu  istiqamətdə həyata  keçirdiyi  beynəlxalq əhə-
miyyətli tədbirlərin nəticəsidir. Aşıq sənəti də YUNESKO-nun
qeyri-maddi  mədəni  irsinin  reprezentativ siyahısına  salınmış
mənəvi sərvətlərdən biridir.
2011-ci ilin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi
və Azərbaycan Aşıqlar Birlyi tərəfindən “Aşıq Ələsgər ili” elan
edilməsi  ilə əlaqədar  M.F.Axundov  adına  Milli  Kitabxana
tərəfindən  “Aşıq Ələsgər -190”  biblioqrafik  göstərici  tərtib
edilib.
Bu  Azərbaycan  aşıq  sənətinin  görkəmli  nümayəndəsi
Aşıq Ələsgər (Ələsgər  Alməmməd  oğlu) haqqında  tərtib
edilmiş ilk vəsaitdir.
Biblioqrafiyada aşıq sənətinin ən uca zirvəsində dayanan
Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında olan materiallar
öz əksini tapmışdır. Ədəbiyyat 1927-cı ildən 2011-ci ilə qədər
olan bir dövrü əhatə edir.
Aşıq Ələsgər irsini  geniş  oxucu  kütləsinə çatdırmaq
məqsədilə tərtib  edilmiş  bu  biblioqrafik  göstərici  üç  hissədən
ibarətdir. Birinci hissədə Aşıq Ələsgərin əsərləri, ikinci hissədə
onun  həyat  və yaradıcılığı  haqqında  çap  olunmuş ədəbiyyat,
üçüncü hissədə rus dilində olan ədəbiyyat öz əksini tapmışdır.
Göstəricidə ədəbiyyat xronologiya üzrə, daxildə isə əlifba
sırası ilə qruplaşdırılmışdır.
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq  məqsədi-
lə sonda  “Aşıq Ələsgərin əsərlərinin əlifba  göstəricisi”  və
“Aşıq Ələsgər  haqqında  yazmış  müəlliflərin əlifba  göstə-
ricisi”ndən ibarət köməkçi aparat verilmişdir.


4
Nəşrlə bağlı  arzu  və rəylərini  bildirəcək  hər  bir
mütəxəssisə

oxucuya
əvvəlcədən 
minnətdarlığımızı
bildiririk.
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 29
E-mail:
contact@anl.az
URL: www.anl.az


5
MƏNİ SEVİNDİRƏN KİTAB
Aşıq  poeziyasının,  ümumən ədəbiyyatımızın ən  uca
zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti,
yaradıcılığı  hamımız  üçün əziz  və doğmadır.  Bu əzizliyin  və
doğmalığın  səbəbi  ondan  ibarətdir  ki,  Aşıq Ələsgər  bir  böyük
istedad  sahibi  kimi  xalqımızın əxlaqi  sərvətlərini,  mənəvi
dəyərlərini,  adət-ənənəsini,  toyunu-yasını,  sevincini-kədərini,
ictimai  dərdlərini  çox  böyük  ustalıqla,  uca  sənətkarlıqla  öz
əsərlərində əks  etdirmiş,  açıb  göstərmişdir.  Onun əsərlərində
Azərbaycan  təbiəti,  onun  dağları,  düzləri,  çayları,  gölləri,
bulaqları, göy  yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz
əksini  tapmışdır.  Elə bu  səbəbdən  də onun  bizə gəlib  çatan
zəngin yaradıcılığı  özündən sonra gələn istedad sahiblərinin –
şairlərin,  aşıqların,  bəstəkarların,  xanəndələrin,  müğənnilərin,
rəssamların  diqqətini  çəkmiş,  hər  kəs  öz  imkanı  daxilində bu
böyük sənətkara öz töhfəsini vermişdir.
Aşıq Ələsgər  irsinin  toplanıb  üzə çıxarılmasında,  ustada
layiq şəkildə xalqa çatdırılmasında görkəmli alim və şairlərimi-
zin – Hümbət Əlizadənin, Əhliman Axundovun, İslam Ələsgər-
linin, Həmid Araslının, Mürsəl Həkimovun, Səttar Axundovun,
Osman  Sarıvəllinin,  Hüseyn  Arifin,  Məmməd  Aslanın,  İlyas
Tapdığın, Vaqif Vəliyevin və b. böyük və danılmaz xidmətləri
olmuşdur.
Xüsusən,  Aşıq Ələsgər  irsinin  geniş  şəkildə araşdırılma-
sında, öyrənilməsində, tədqiqində Hümbət Əlizadənin daha çox
xidməti olmuşdur.
Aşıq Ələsgərin  sağlığında  kitabı  nəşr  edilməmişdir.  İlk
nəşri  1937-ci  ildə Hümbət Əlizadənin  tərtib  etdiyi  “Aşıq
Ələsgər”  adlı  kitabı  olmuşdur.  Bundan  sonra  müxtəlif  illərdə
ustadın  kitabları  dolğunlaşa-dolğunlaşa,  təkmilləşə-təkmilləşə
nəşrdən  nəşrə daha  mükəmməl  şəkildə çap  olunmağa  başla-
mışdır.  İldən-ilə onun yaradıcılığına maraq daha da güclənmiş,


6
xalqımızın görkəmli alimləri onun  yaradıcılığını bütün  yönlər-
dən, müxtəlif istiqamətlərdən təhlil və tədqiq etmişlər.
1972-ci ildə ustadın anadan olmasınınm 150 illiyi, 1988-
ci  ildə 175  illiyi  çox  böyük  təntənə ilə qeyd  edilmiş, əsərləri
Azərbaycan  Elmlər  Akademiyası  tərəfindən  iki  cilddə çap
edilmişdir.
Bəstəkarlarımızdan Bayram Hüseynli, Qəmbər Hüseynli,
Səid  Rüstəmov,  Hacı  Xanməmmədov  və başqaları  Aşıq
Ələsgərin əsərlərinə dillər əzbəri  olan  musiqilər  bəstələmişlər.
Ümumiyyətlə,  elə bir  bəstəkar,  xanəndə,  müğənni,  aşıq
təsəvvür  etmək  olmaz  ki,  o,  Aşıq Ələsgər  yaradıcılığına
müraciət etməmiş olsun.
Bu  gün  məni  sevindirən  bir  yeniliklə qarşılaşıram.  İlk
dəfə olaraq  Aşıq Ələsgərlə bağlı  “Biblioqrafik  göstərici”  nəşr
olunur.  Aşıq Ələsgərin  anadan  olmasının  190  illiyinə həsr
olunan  bu  göstərici  M.F.Axundov  adına  Milli  Kitabxananın
əməkdaşları  Sevgiyə Əsədova  və Gülbahar  Misirovanın
tərtibçiliyi,  Milli  Kitabxananın  direktoru  Kərim  Tahirovun
ixtisas redaktorluğu ilə işıq üzü görür. Baxmayaraq ki, bu vaxta
qədər  Aşıq Ələsgər  yaradıcılığı  ilə bağlı  çox  iş  görülüb,  bu
biblioqrafik  göstərici  ilk  dəfə nəşr  olunur  və böyük  tarixi-
ictimai əhəmiyyəti  var.  Tarixi əhəmiyyəti  ondan  ibarətdir  ki,
böyük  sənətkarın  həyatı,  yaradıcılığı,  ayrı-ayrı  şeirləri,
kitabları,  haqqında  yazılan  elmi  məqalələr,  müxtəlif  illərdə və
müxtəlif  dillərdə nəşr  olunan əsərləri  xronoloji  ardıcıllıqla
oxuculara təqdim olunur. Bu işdə tərtibçilərin zəhmətini xüsusi
qiymətləndirirəm,  ona  görə ki,  ilk  təşəbbüs  həmişə daha
məsuliyyətli,  daha  çətin  olur.  Onlar  bu  çətinliyin  öhdəsindən
uğurla gələ bilib, bu kitabla ustad sənətkarımıza yeni bir ədəbi
abidə qoyublar.  Biblioqrafik  göstəricinin  bir  gözəlliyi  də
ondadır  ki,  böyük  sənətkarın  yaradıcılığı,  həyatı, əsərləri  rus
dilində də oxucuya  təqdim  olunur.  Bu  isə Aşıq Ələsgər
yaradıcılığından  istifadə edən  rusdilli  oxucular  üçün  də geniş
imkanlar açır.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə