Plan: "Qurani-Kərim"də humanizm, insana və bütün canlılara humanist münasibət məsələləri



Yüklə 37,77 Kb.
səhifə1/2
tarix26.10.2023
ölçüsü37,77 Kb.
#132299
  1   2
null


MÖVZU:5. "Qurani-Kərim" və Məhəmməd Peyğəmbərin (s.ə.s) kəlamları
uşaqların humanizm tərbiyəsi sahəsində başlıca mənbə kimi.
PLAN:

1. "Qurani-Kərim"də humanizm, insana və bütün canlılara humanist münasibət məsələləri.


2. Məhəmməd Peyğəmbərin (s.ə.s) kəlamlarında humanizm, insanlığa, qadına, uşaqlara humanist münasibət məsələləri.

1. İslam dini yarandığı vaxtdan insanları əxlaqa, mənəviyyata, kamilliyə çağırır. İslam uzun illər boyu müsəlman ölkələrində nəsillərin təlim və tərbiyəsində mühüm yer tutmuşdur.


Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Bizdə dinə, mənəvi dəyərlərimizə hörmət var. Biz ümumbəşəri dəyərləri öz xalqımıza aşı­lamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılma­ma­lıyıq”.
İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.
İslam tərbiyəsinin məqsədi insanı mükəmməlliyə, aliliyə çat­dır­maqdır. Mükəmməl və ali insan Allaha yaxın olan insan hesab olu­nur. İslam insanı bədən və ruhdan mü­tə­şək­kil bir varlıq kimi bütöv görür və insanı bütün təmayül və dav­ra­nış­ları ilə birlikdə öyrənir.
O, ilk növbədə, insanın davranışlarını idarə edən mərkəzləri tərbiyə edir. Buna görə də, qəlb tərbiyəsinə islam birinci dərəcəli əhəmiyyət verir. Çünki davranışlar qəlbə bağlıdır. İnsanın pis və ya yaxşı, qəddar və ya mərhəmətli olması onun qəlbindən asılıdır. Bu cəhətdən qəlbin düzgün tərbiyəsi və təhsili insanın özünü tanıma yollarını göstərir.
İslamda tərbiyə insanın özünü tanımasına kömək deməkdir. İslama görə, özünü tanıyan, dərk edən insan Allahını tanıyır, baş­qalarını tanıyır və harada necə hərəkət edəcəyini yaxşı bilir. İslam tərbiyəsi insanda islam əxlaqını, islami şərtlərə uyğun davranış normalarını formalaşdırmağı nəzərdə tutur. İslam tərbiyəsi insanın həm dini, həm də dünyəvi elmləri dərindən bilməyi, yüksək mənəvi keyfiyyətlərə sahib olmağı, tələb edir. İslam tərbiyəsi insanın əq­linin, ruhunun, bədəninin bərabər səviyyədə inkişafını nəzərdə tutur.
İslam tərbiyəsi görmüş şəxsin həm bədəni, həm də ruhu sağ­lam­dır. Bədənin sağlamlığı ruha, ruhun da sağlamlığı bədənə bağ­lıdır. Bütün ilahi dinlər insanı ən yaxşıya, ən gözələ və üstün ol­ma­ğa yönəldir. Demək, Allahın insanlardan istəyi yaxşıya, doğruya, gö­zələ, üstün əxlaqa malik olmaqdır.
İslamda tərbiyə məsələsi sadəcə olaraq uşağa gözəl əxlaq və faydalı biliklər vermək deyildir. Tərbiyə məsələsi daha geniş an­lam­da başa düşülərək insanın yaşadığı cəmiyyətin inkişafına öz töh­fə­lərini verməsi, xalqın adət və ənənələrini, dilini, dinini qoru­ması, ona hörmət etməsi, cəmiyyətin iqtisadiyyatını, mədəniy­yətini daim yüksəltməyə çalışmasıdır.
Bu məsələ isə bütün bəşəri mədəniyyəti, mənəviyyatı, əxlaqı əxz etməklə, daim yeni biliklər qazanmaqla və özünü təkmilləşdir­məklə mümkün ola bilir. “İslam dini insanın tərbiyəsi və nümunəvi cəmiyyət üçün lazım olan qaydaları və istiqamətləri, bəşər tarixinin min illər boyunca əldə etdiyi təcrübə və sınaq məktəblərinin nə­ticələrinə istinad edərək müəyyənləşdirir və insanlara təqdim edir”.
İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki dövrə ayrılır:
1.Tədbiri dövr. 
2.Tətbiqi dövr. 
1.Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qə­dər olan dövrü
əhatə edir. 
İslamda gələcək nəslin tərbiyəsi do­ğum­la deyil, hələ kişi və qadın evlənməyə qərar verməsi ilə başlayır. Belə ki, evlənəcək şəxslər dini əqidəni nəzərdə tutaraq mömin bir adamla evlənməli, evlilik həyatında isə haram şeyləri yeyib içmək­dən, zina­kar­lıqdan uzaq olmalıdır ki, haram xromosomlar vasitəsilə uşağın genlərinə keçməsin. 
Uşaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss edir. Bu dövrdə uşağa zərər verə biləcək şeylərdən-siqaret çək­mək­dən, zərərli içki içməkdən qaçılmalıdır. Bu cəhətdən tərbiyə işi uşa­ğın ana bətnindən başlayıb həyatı boyunca davam edən və bir çox şərt­­lərin gözlənilməsini tələb edən uzunmüddətli, mürəkkəb bir prosesdir. 
2.Tətbiqi dövr doğuşdan ölənə qədər olan dövrdür. Tətbiqi dövrdə şəx-sin yaşına, gücünə, fərdi-psixoloji xüsusiy­yətlərinə, fiziki durumuna, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə dav­ranışına təsir göstərilir. Bu ciddi təlim-tərbiyə dövrüdür. Tərbiyəvi təsirlər onu dəyişdirir, formalaşdırır və onu yaxşılığa, gözəlliyə, doğruçuluğa, bir sözlə müsbət əxlaqa doğru aparır. 
Tətbiqi dövrdə də yerinə yetirilməsi bir çox vacib və zəruri şərt­lər vardır. Belə ki, uşaq doğularkən, ilk növbədə, ona gözəl bir ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq işlər görsün və ata-anasının ona verdiyi addan sonralar peşman olmasın. Uşaq da­nış­mağa başlayarkən, ilk öncə, ona müqəddəs kəlmələr - ana, ata kimi sözlər öyrədilməli, yanında gözəl və əxlaqi söhbətlər aparıl­malıdır.
Uşağın yeməyinə, geyiminə, ünsiyyət və münasibətinə ciddi diqqət yetirilməlidir. Əks təqdirdə mənəvi sərvətlər çox çətinliklə əldə olunar. Uşağın sağlamlığı daim diqqət mərkəzində olmalıdır. Tərbiyənin əsası sağlamlıqdan başlayır. Odur ki, uşaqların səhhətinə ciddi fikir verilməlidir.
Doğuşdan sonrakı mərhələni beş əsas dövrə - uşaqlıq, yeniyetməlik, cavanlıq, yetkinlik və qocalıq dövrlərinə bölmək olar. Hər döv­rün tərbiyəsi haqqında islamiyyətdə dəyərli fikirlər, hökmlər var­dır. İslam insanı doğuşdan ölənə qədər oxuyub - öyrənmədə, tək­milləşmədə, inkişafda görür və deyir - “beşikdən qəbrədək öyrən”.
Məhəmməd Peyğəmbər (s.ə.s) insanın kamilləşmə prosesini üç mərhələyə 7-7 yaş dərəcələrinə ayırmış və demişdir: övlad öz həyatının
-birinci 7 ilində şah,
-ikinci 7 ilində (7-14 yaş) nökər, müti,
-üçüncü 7 ilində (14-21 yaş) məsləhətçi, məsul şəxs hesab olunur.
Beləliklə, 21 yaşa qədər insanın həyat yolu - şahlıq, nökərlik və məsləhətçi, məsul şəxs dövrlərinə bölünür.
“Şahlıq” dövründə uşaq azad, sərbəst şəkildə, sevgi və mə­həb­bətlə böyüyərsə, böyüklər onun tərbiyəsinə, inkişafına diqqət və qayğı göstərərsə, istək və ehtiyaclarını yerinə yetirərsə, onun fiziki və mənəvi inkişafı üçün hər cür şərait, xüsusilə oyun şəraiti, fəal hərəkətlilik yaradarsa o çox sadə halda ikinci yaş dövrünə itaət mərhələsinə gəlib çatacaq, valideynlərinin, müəllim və tər­bi­yə­çi­lə­ri­nin sözlərini eşidəcək, düzgün psixoloji müvazinətə malik olacaq, özünü normal idərə edə biləcəkdir. 
Həzrəti Məhəmməd (s.ə.s) kəlamlarının birində buyurur: “Uşa­ğın kiçik yaşlarında coşğun, çevik, qaynayıb-daşan olması yaxşıdır, çünki belə uşaq böyüyəndə sakit və özünü idarə etməyə qadir olur”. Belə olan halda yeniyetmə ikinci yaş dövründə tərbiyə­çi­lərin ona verdiyi ədəb, əxlaq, iradə tərbiyəsini layiqincə qəbul edə­cək, öz üzə­rində çalışacaq, ağlı ilə hərəkət edib nəfsinə qalib gə­lə­cək, övlad­lıq borcunu yerinə yetirəcəkdir. Bu dövrdə o ətrafın­da­kı­lardan müəyyən şeyləri soruşur, öyrənir və başqalarına da öyrədə bilir. Onun fəaliyyətinə istiqamət vermək, vaxtına nəzarət etmək lazımdır ki, o daha səmərəli və faydalı olsun.
Beləliklə, yeniyetmə normal şəkildə üçüncü yaş dövrünə - ka­mil­lik dövrünə girəcəkdir. Peyğəmbərimiz (s.ə.s) bu üç dövr haqqında mürəbbiələrin vəzifələrini bir hədisdə belə müəyyənləş­dirmişdir: “Qoy sə nin övladın yeddi il oynasın, sonrakı yeddi ili də ədəb öy­rən­sin, tərbiyə alsın və sonra onu özünün müşavirin və yoldaşın he­sab et”.
İslam tərbiyəsi, hər şeydən öncə, islam əxlaqının tərbiyə edilməsini nəzərdə tutur. Bu isə yalnız insanda islam görüşlərinin, dini şüurun tərbiyə edilməsi və ya islam əxlaqının aşılanması ilə məh­dudlaşmır. Buraya: dini və dünyəvi elmlərin öyrədilməsi, etik, estetik, əxlaqi tərbiyənin aşılanması, vətənpərvərlik və humanizt hisslərinin formalaş-dırılması da daxildir.
Əxlaq alimləri tərbiyə məsələsində iki əsas görüşü nəzərdə tutur. Birinci görüşə görə, insan doğuşdan tərbiyəli, ya da tərbiyəsiz olur və o sonradan dəyişilə bilməz.
Digər görüş isə, bu­nun tam əksi olaraq, tərbiyəni insan həyatı üçün vacib amil sayır və insanın anadangəlmə tərbiyəli və ya tərbiyəsiz olması ilə bağlı gö­rüş­ləri qəbul etmir. İmam Qəzzali bu məsələdə fərqli görüşə sahib­dir və tərbiyə məsələsində insanları dörd qrupa ayırmaqdadır:
1.Düzü-əyridən, doğrunu-səhvdən ayıra bilməyəcək qədər qəlbi saf, təmiz olan insanlar. Belə insanların tərbiyələndirilməsi olduqca asan və rahat olur. 
2.Yaxşını-pisdən, xeyiri-şərdən ayıra bildiyi halda hər za­man pis iş görən insanlar. Belə insanlarların tərbiyələndirilməsi çə­tin olsa da mümkündür. 
3.Pisi yaxşı, yaxşını da pis olaraq qəbul edənlər. Bunların tərbiyələnmələri çox mürəkkəbdir. 
4.Anadan olandan pislik içərisində böyümüş, mayası şərlə yoğ­rulmuş, pis əməlləri ilə öyünməyi sevən, bədxah ruhlu kim­sə­lərdir. Bunların da tərbiyələndirilməsi çox çətin və uzun müddətli bir işdir. 
Qəzzali elmin fəzilətini deyilə biləcək ən gözəl sözlərlə bu şəkildə ifadə etmişdir: “Elmi tələb etmək, öyrənmək ibadət, araş­dır­maq cihad, bilməyən birisinə öyrətmək sədəqə, onu elm əhli üçün istifadə etmək isə Allaha yaxınlıqdır”.
Əqlin fəzilətini heç kəs Qəzzali kimi mənalı şərh etməmişdir. O demişdir: İnsanın arzu və istəkləri əsasən üç şey üzərində cəm­lə­şir.
- Onlardan birincisi var-dövlətdir. Var-dövlət arzusu insana şərəf gətirməz.
- İkin­cisi elmdir. Elm insana ən uca amalına çatmaq qüdrəti bəxş edər.
- Üçüncüsü isə sağlamlıq və uzun həyatdır. Bu üç şey içərisində insan üçün ən faydalısı elmdir. Onun üstünlüyü sadəcə olaraq dünya deyil, axirət həyatında da görünməkdədir. Qəz­zali elmi hər şeyin əsası, əməli isə onun meyvəsi olaraq gör­mək­dədir. Ona görə, elmin ümumi faydasını dünya və axirət üzə­rində yekun­laşdırmaq olar.
İslam tərbiyəsinin səciyyəvi xüsusiyyətlərindən irəli gələn islam tərbiyəsinin prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İslamda tərbiyənin ilahi səciyyə daşıması. Yəni İslamda əxlaqi hökmlər Allah tərəfindən nazil olmuş və insan Allahın tələblərinə uyğun olaraq öz işini, həyat tərzini qurmalıdır.
2. İslamda tərbiyənin insan fitrəti ilə bağlılığı. İnsanda olan insanlıq xisləti elə insan doğulanda onun fitrətində bu potensial im­kan kimi mövcuddur və bu insanı ən yüksək əxlaqi keyfiyyətlərə, yük­sək təkamül dərəcəsinə çatdırmağa qadirdir. İnsanda olan bu po­ten­sial imkan düzgün istiqamətləndirilsə, tərbiyə edildikdə həqiqi təkamülə yetişər.
İnsan ilk yaradılışından kamil insan kimi formalaşana qədər müəyyən inkişaf yolu keçir, torpaq və ruh ünsürlərindən ibarət olur ki, bu ünsürlər insanın cismində birləşir, onun meyl, arzu və is­tək­lərini müəyyən edir. Ruhani ünsür insanın əzəli fitrətini təşkil edir. Ona görə də islam tərbiyəsində ruh tərbiyəsinə, mənəvi tərbi­yə­yə xü­susi diqqət yetirilir.
3. İslamda tərbiyənin ümumi səciyyə daşıması. İslam tər­bi­yə­si milli mənsubiyyətindən, sosial vəziyyətindən, irqindən, cin­sin­dən asılı olmayaraq bütün müsəlmanlara aiddir;
4. İslamda tərbiyənin bütöv səciyyə daşıması. İslam insanın həyat tərzini, düşüncə və davranışını bir birindən təcrid edilmiş hal­da deyil, onları vəhdətdə, bütöv halda götürür və onlarla sıx bağlı şə­kildə həyata keçirir. 
5. İslamda tərbiyənin üsul və vasitələrinin, məzmun və for­malarının vəhdətdə olması. İslam tərbiyəsi insanın zehni, fi­zi­ki, əxlaqi, estetik tərbiyəsini vəhdətdə götürür, insanları kamil­liyə, çalış­qanlığa, halal və haramı seçmək üçün gərgin axtarışa, böyük­lərə hörmət etməyə, kiçiklərə qayğı göstərməyə, düşünərək danış­ma­ğa, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir.
6. İslamda tərbiyəyə həm fərdi, həm də ictimai məsuliyyət kimi yanaşılması. Hər bir fərd öz nəfsini təmizləmək, özünü tər­bi­yə etmək üçün məsuliyyət daşıyır. Ona görə də müsəlman Al­lah-Taalanın, Quranın buyurduğu yolla getməlidir. Tərbiyənin ictimai məsuliyyət kimi dəyərləndirilməsi o deməkdir ki, hər bir müsəlman öz müsəlman qardaşının təlimi və tərbiyəsi üçün müəkəlləfdir və dindaşının həmişə doğru yolda olmasını istəyir.
Elmi pedaqogikada mühüm yer tutan tərbiyə prinsiplərinin əksəriyyəti islam tərbiyəsinin də prinsiplərinə aid ola bilər. Tər­bi­yədə yaş, fərdi, cinsi xüsusiyyətlərin nəzərə alınması, sözlə əmə­lin vəhdətinin gözlənilməsi, ardıcıllığa əməl edilməsi, hör­mət və tələbkarlığın tətbiq edilməsi, hər bir uşağın gələcəyinə nikbin yanaşılması ilə bağlı Quranda xeyli ayələr vardır.
İslam tərbiyəsində tərbiyənin üsulları “Qurani-Kərim”də, Mə­həmməd Peyğəmbərin (s.ə.s) hədislərində öz əksini tapmışdır. Bu üsulların ən başlıcası inandırmaqdır, şüura, ağıla və davranışa təsir göstərmək üsullarıdır. İslam tərbiyəsinin üsulları sırasında əxlaqi söhbət və mühazirələr, təbliğatlar, dini-əxlaqi rəvayətlərin nəql edil­mə­si, İslam tarixi və peyğəmbərlərin həyat və fəaliyyətindən söh­bət­lərin aparılması, hədislər əsasında tərbiyə, müqayisələr və bilik əsasında mübahisələr aparmaq, əxlaqi-dini misallar çəkmək, İslam müqəddəslərinin nümu-nəsində tərbiyə etmək, təlqin və təm­rinlər, islami şərtlərə uyğun əməli işlərin görülməsi, habelə is­lam tələbləri əsasında gündəlik rejimə əməl etmək üsullarıdır.
İslam tərbiyəsində ən qüvvətli və əsas üsullardan biri isə Məhəmməd Peyğəmbərin (s.ə.s) nümunəsində tərbiyədir. Peyğəmbərimizin həyat və fəaliyyəti ən gözəl əxlaq və ən gözəl tərbiyə nümunəsidir. Quranın “Əl-Həşr” surəsində deyilir: “...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin”
Qurani-Kərim həyat kitabıdır. Ən doğru yolu, metodu, tərbiyə üsullarını və düzgün tədrisi göstərən yeganə Kitabdır. Çünki o, aləmlərin xaliqi olan Allahın kəlamıdır.
İslamda ailə tərbiyəsi, övlad tərbiyəsi mühüm məsələdir. Lüğəvi baxımdan “ailə” sözü “eyni işi görən, eyni qayə üçün çalışanların hamısı” mənasını ifadə edir. Eyni işi görən, eyni hədəfə, eyni məqsədə doğru birlikdə yeriyən insanlar! Deməli, eyni amal üçün çalışan insanlar yoxdursa, o evdə olanlar həqiqi bir ailə deyil, bir neçə insanın bir yerdə olmasıdır. Buna görə “ümmət” də bir ailədir…Ümmət olmaq məsuliyyətimiz: bunun yanında eyni zamanda inandığımız mübarizəni ləyaqətlə təmsil etmək məsuliyyəti də vardır. Özümüzü gözdən keçirmədən ailə olma məsuliyyətimizə, ailə quruluşumuza tərtib və səliqə vermək qətiyyətini tam olaraq göstərə biləcəyikmi? Bu məsələdə qətiyyətli olsaq da, ailə modelimizi Quranın istədiyi odadavamlı qabda əridə biləcəyikmi?…
Quran istər müsbət, istərsə də mənfi cəhətdə ailə modellərini nümunələr əsasında göstərmişdir.
Qadın və kişilərlə bağlı yaranan bütün mübahisələrə cavab tapmaq olar. Qadın və kişinin iki zidd qütb, iki qarşı cəbhə olmadığı, əksinə bir-birini tamamlayan bütövün hissələri olduğu gözlər önünə gəlir.
Humanizm məsələlərinin dini kitablarımizda qoyuluşunu araşdıraq... Humanizm ideyası materlilist dünyagörüşə görə Renessans dövründə (XIV-XVI əsrlər) meydana gəlmiş və antik mədəniyyətin dirçəlişinə xidmət etmişdir. Rəbb kəlamlarına istinad edən metofizika isə hesab edir ki, humanizm və onu təşkil edən xeyirxahlıq, mərhəmət, şəfqət, əfv, insanın inkişaf və bacarığını aşkara çıxarmaq hüququ ona doğuluşdan, fitrətdən verilmişdir. Fərdin bu dəyərlərdən istifadə etməməsi və ya edə bilməməsi isə heç də o demək deyil ki, insan yaradılışdan humanist hiss və düyğulurla təmin olunmayıb. Beləliklə, metofizik fəlsəfə humanizmi geniş anlamda həm dünya, bəm də axirətə şamil edir.
Humanizm - insani, bəşəri baxışlar sistemidir. O, bir şəxsiyyət kimi insanın dəyərini, azadlığını, xoşbəxtliyini, inkişafını və bacarığını aşkara çıxarmaq hüququnu qəbul edir.
Humanizm, insanın rifahını sosial institutların qiymət meyarları olan bərabərlik, ədalət, insanpərvərlik kimi bəşəri prinsipləri insan münasibətlərinin norması sayır, O, hər cür qeyri-insani münasibətin, fanatizmin və başqalarının fikrinə hörmətsizliyin antipodudur. Humanistlik, insanın istək və arzularına ehtiram, axirət dünyasına hazırlıq böyüyən nəslin tərbiyəsində, onların mənəviyyatının formalaşmasında mühüm amıldir.
Məsələn, qədim misirlilər belə hesab edirdilər ki, insan öləndən sonra Allah tərəzinin bir gözünə onun ruhunu, digər gözünə isə “davranış kodeksi”ni qoyur. Əgər tərəzinin hər iki (tərəfi bərabər olarsa, onda ölən adam axirət dünyasında yeni həyata başlayır. “Davranış kodeksi”nə daxil edilən əxlaqi dəyərlərdən bəzilərinə diqqət yetirək: adamlara pislik etmə, mal-qaraya zərər vurma, günah etmə, zəifə əl qaldırma, adam öldürmə, xəstəliyə və göz yaşına səbəb olma, öldürmək əmri vermə, söyüş söymə, çəki daşının üstündən basıb onun çəkisini artırma, heç kəsi aldatma, hədələmə, ikiüzlülük etmə, qanunu pozma, başqasını təhqir etmə, Tanrıya böhtan demə, ləkəsiz, təmiz və ədalətli ol. Bu kimi əxlaqi keyfiyyətlər min illərdir ki, insanlığın yaşam kriteriyasıdır.
Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl, fiziki və mənəvi kamillik “Avesta”da təqdir edilir, təkəbbürlə baxan gözlər, yalan danışan dil, nahaq qan tökən əl, məqsədi şər olan ürək, şərə çatmaq üçün qaçan ayaq, yalandan üzə duran şahid, qardaşlar arasında nifaq salan şəxs “Tövrat”da lənətlənir. “Zəbur”da Allah sözü həyat yolunun işığı sayılır. Qarşılıqlı yardım, dünya malına həris olmamaq, dilinə, sözünə, əlinə sahib olmaq, ata-anaya hörmət etmək, iman, mərhəmət sahibi olmaq, səmavi ata kimi kamil və səbrli olmaq, yalan danışmamaq kimi əxlaqi-mənəvi dəyərlər “İncil”in ana xəttini təşkil edir. “Quran”da elmi biliklərə yiyələnmək Allah yanında oruc tutmaq, namaz qılmaq, Həccə getmək, Ulu Tanrı yolunda cihada qoşulmaqla eyni hesab edilir.
Deməli, həm xristian, həm də islam pedaqogikası məhz insanın əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı üçün müxtəlif yollar, vasitələr müəyyənləşdirib, zaman-zaman onu təkmilləşdirib. Demokratik təhsil sisteminin yaradılması, elmin praktik, intellektual və əxlaqi dəyərlərə malik olması onun humanist mahiyyətinin göstəricisidir.
Məhəmməd Peyğəmbər deyirdi ki, biliyi onun qədrini bilməyənlərə tapşırmaq elmə zülm etmək deməkdir
Həzrət Əli (ə)deyirdi ki, mənə bir hərf öyrədənin quluyam.
"Özünü dərk edən Rəbbini dərk edir" kəlamına görə, insan Allahın gözəl adlarını Yerdə təcəssüm etdirən mükəmməl və kamil bir varlıqdır. Rəbbin belə isimlərindən biri, həm də humanizmi xarakterizə edən Rahmən (rəhmli) və Rahimdir (mərhəmətli). Elə Quranın 114 surəsinin Rəbbin "Rəhmli və mərhəmətli Allahın adı ilə” kəlamı şəklində təsbit olunması da humanizm prinsiplərinin bu isimlərdən qaynaqlandığını göstərir. Allahın mərhəmətinin sonsuzluğunu önə çəkən Peyğəmbər (ə) buyurub: “Kafir Allahın mərhəmətinin nə qədər böyük olduğunu bilsəydi, Cənnətdən ümidini üzməzdi”. Bu kəlamlar İslamdakı mərhəmətin, humanizmin bariz nümunəsidir. Elə bir din, elə bir səmavi kitab yoxdur ki, orada humanizm prinsipləri Quranda olduğu qədər təsbit edilsin.
İslama görə insan yaradılışların ən şərəflisidir. İslam məfkurəsi bir nəfərin haqsız öldürülməsini bütün bəşərin öldürülməsi kimi qəbul edir. Burada cinayətkara layiq olduğu cəzanı vermək ədalətin təntənəsi kimi çoxluğun xoşbəxtliyinə xidmət edir. İslamda bağışlama haqqı dövlət və hakimin səlahiyyətində deyil. O zərərçəkənin haqq və səlahiyyətinə aid məsələdir. Zira Allah buyurub: “Mənə qarşı haqsızlığı bağışlaya bilərəm. Fəqət, bəndəmə qarşı edilən haqsızlığı onun razılığı olmadan bağışlamaram”. İslam humanizmi şəxsi əqidə və subyektiv düşüncələrin baxış sistemi deyil. Çünki zərərçəkənin mənafeyini tapdayıb zülmə bəraət qazandırma, əslində zərərçəkənə qarşı bir ədalətsizlik və anti-humanistlikdir.
İslamda qisas insanlararası münasibətlərdə (hüquqda) tətbiq olunan cəzadır. Fəqət, qisasın həyata keçirilməsi zərərçəkənin və ya ayrı-ayrı şəxslərin deyil, məhkəmənin qərarı ilə olur.
İslam humanizmi istismar və zülm edən azlığın yox, əzilən, haqqı tapdanan bütün insanların mənafeyini müdafiə edir.
İslamda günahları yalnız Allah bağışlaya bilər. Burada Allah ilə qul arasında heç bir vasitə yoxdur.
Tarix şahiddir ki, Sultan Məhəmməd Qanuni (1496-1566) Macarıstan kralı və şahzadələrini Avstriya əsirliyindən, Fransa kralını isə alman imperatoru Şarlgenin həbsxanasından xilas edib. Halbuki, Şarlgenin özü isə Roma papasını əsir götürərkən onu yalnız çox böyük miqdarda pul aldıqdan sonra azad etmişdi.
Sultan II Əbdülhəmid isə 1880-ci illərdə İstanbulda tikdirdiyi məscidlə yanaşı, kilsə və yəhudi sinaqoqu da inşa etdirib.
Ümumiyyətlə, türkdilli xalqların ədalət və humanizmi hələ onlar islamı qəbul etmədən öncə bütün dünyada məşhur idi. Bunu “Dədə Qorqud” eposu da təsdiq edir.
İslamda ilahi humanizmin zirvəsi şəfaətdir. Lakin “Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər?” (Bəqərə 255), “O gün Rahmənin (Allahın) izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz” (Taha 109) ayələri təsdiq edir ki, şəfaət yalnız Allaha məxsusdur. Rəbb şəfaət etmək hüququnu da verir. Ən böyük şəfaətçi isə Peyğəmbər (ə)-dir: “O buyurub: “Qiyamət günü qəbirdən birinci mən qalxacam və ilk şəfaət verən də mən olacam. Şəfaətimə inanmayanlar ona qovuşmayacaqlar”. Bəli, İslamda şəfaət haqdır. Həz. Məhəmmədin axirətdəki şəfaəti isə onun dünyadakı rəhm və mərhəmətinin davamıdır.
Belə ki, Taif döyüşündən sonra (630 il) məğlub olub İslamı qəbul edən taiflilər həz. Peyğəmbərdən kölələrinin yenidən onlara qaytarılmasını istədilər. Lakin quldarlıq dövrünün tüğyan etdiyi VII əsrdə Həzrət bəyan etdi: “Xeyr, bu ola bilməz. Onlar Allahın azad bəndələridir və bu gündən hürriyyətə qovuşublar”. Həmin dövrdə günaha görə kəffarə kimi qul-kölə azad etmək həz. Məhəmmədin göstərişi nəticəsində geniş vüsət almışdı.
Humanizm əxlaqı tamamlayan dəyərdir
“Mən ən gözəl əxlaqı tamamlamaq (və göstərmək) üçün göndərildim” hədisinə görə, insandakı mərhəmət və humanist dəyərlər həm də əxlaqı tamamlayan komponentlərdən biridir. İslam tərbiyəsi alan fərdin Allah və onun elçisinə ibadət və itaəti bağışlama, əfv və digər insani dəyərlər yaşanmadan ixləsli ola bilməz. Məkkəni fəth edən Peyğəmbər (ə) əhaliyə xitabən: “Mövcud cəhalətin qan və mal davaları ayaqlarımın altındadır və mən onları əzib atıram. Bilin ki, bütün insanlar Adəmdən, Adəm isə torpaqdan yaranıb” deyib. Müsəlmanlara, İslama və haqqa zülm edən məkkəlilərə humanist fateh kimi müraciət edən Məhəmməd (s.ə.s) buyurdu: “Məndən nə gözləyirsiniz? Sizin barənizdə hansı tədbir görəcəyimi düşünürsünüzmü?” Bəşərin ən böyük mürşidi dünənə qədər onun canına, malına susayan düşmənlərinə dedi: “Bu gün siz əzab veriləcək halda deyilsiniz. Gediniz, hamınız azad insanlarsınız”. Əfv edilənlər içərisində həz. Məhəmmədin əmisi Həmzənin köksünü yarıb ürəyini çıxaran və sonra onu çeynəyən Hindi də var idi. Həz. Həmzənin bilavasitə qatili Vəhşi də Peyğəmbər (s.ə.s)-dən əfv dilədi. Onu əfv edən Mərhəmət abidəsi (s.ə.s) dedi: “Səni görəndə əmim Həmzə yadıma düşür. Barı gözümə görünmə”.
Məhəmməd Peyğəmbər(s.ə.s)-nin “Beşikdən qəbrədək oxuyun, öyrənin” kəlamı elm və alimlərə böyük dəstək olduğu halda, inkvizisiya dövründə Kilsə elmə müharibə elan edərək, 400 mindən artıq demokratik düşüncəli insanı məhv etdi. Onlardan 200 mini tonqallarda diri-diri yandırıldı.
İslamı qılınc dini kimi təqdim edənlər unudurlar ki, iman və din bir qəlb, etiqad məsələsidir. Onu qılıncla yox, yalnız Allah kəlamları ilə fəth etmək olar.
Xristian islamşünas akademik Bartold yazırdı ki: “İslam dini zorakılıqla yayılmırdı və zərdüştlər, yəhudi və xristanlar təqib olunmurdular”. İslam ordusunun girmədiyi İspaniya əhalisinin 80 faizi müsəlman olan İndoneziya, Hindistan, Çin və Pakistanda həmin dinin təşəkkül tapması da buna bariz nümunədir.
İslam aləmində elə bir epizod yoxdur ki, hər hansı İslam üləma və ziyalısı başqa peyğəmbərlərə qarşı hörmətsiz bəyanat verib, əsərlər yazsın. Lakin dövrünün “moda və humanist” şairi olan Volter (1694-1778) və başqalarının İslam peyğəmbəri barədə təhqiramiz yazıları nə qeyri-islami din xadimlərini, nə də dövlət rəhbərlərini narahat edirdi. Volterin həz. Məhəmməd barədə yazdığı pyesin səhnələşdirilməsi cəhdi isə yalnız Sultan Əbdülhəmidin qətiyyətli notasından sonra gündəlikdən çıxarıldı. Çünki həmin dövrdə müsəlman dünyası humanizm prinsiplərinə əməl etməklə yanaşı, həm də özünü qoruyacaq səviyyədə güclü idi. Bu baxımdan İslam dünyasında nümayiş etdirilən mübahisəli “Da Vinçe kodu” filmi, Məhəmməd (ə)-yə bənzədilən karikaturaların sərgilənməsi, həm də məhz müsəlman aləminin nisbətən zəif olduğu dövrə təsadüf etməsi ilə əlaqələndirilsə, məncə səhv etmərik.
Müharibələrdə öldürülən kafirlərin müsəlman ordusu tərəfindən basdırılması (Bədr döyüşü 623 il), döyüş zamanı əsir götürülmüş insanlarla davranış İslam humanizminin hərb şəraitindəki cəhətləridir. Müsəlmanların məğlub olduğu vuruşlarda isə (məs; Uhud döyüşü 625 il) kafirlər öldürdükləri insanların burun, göz, qulaq və başqa əzalarını kəsiblər. ..Və sözsüz ki, Xocalıda ağ qar üzərində al qanlarına boyanmış dinc əhaliyə qarşı və əsir götürülən əhaliyə edilən təhqiramiz hərəkətlər məhz həmin şərəfsiz əməllərin, vandalizmin davamıdır.
İslamda humanizm halallıq və azadlıq rəmzidir
Sultan Alparslanın Bizansa barış təklif etməsinə rəğmən Bizans hökmdarı Diogenes Sultanın elçisinə dedi: “İsfahanmı, yoxsa Həmədanmı daha yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacağ!”. 1071-ci ildə Malazgirt müharibəsində Bizansı darmadağın edib Diogenesi əsir götürən Alparslan ondan soruşdu: “Zəfəri sən qazansaydın, mənə nə edərdin?”. Diogenes: “Sən beləcə mənə əsir düşsəydin, ya başını kəsdirərdim, ya da səni asdırardım” - dedi. Sultan isə məğlub imperatorun taxtını öz taxtı ilə yanaşı qoydurub, ona dedi: “Səni məmləkətinə göndərib taxtına qaytarıram”. Bu sözü eşidən Diogenes Sultanın ayağından öpdü. Öz vətəninə dönən hökmdarı isə 1072-ci ildə həmvətənləri gözlərinə mil çəkib öldürdülər. Əgər mərdliyinə görə Sultan Alparslana “Cahan sultanı” deyilirdisə, ədalət və humanistliyinə görə o, “Sultanul Adil” kimi tanınırdı.
Həz.Məhəmməd (s.ə.s.)dünyadan köç etməzdən iki gün əvvəl məscidə gəlib minlərlə camaata belə müraciət etdi: “Əgər kiməsə pisliyim keçibsə, gəlib əvəzini alsın. Kiminsə məndən alacağı varsa, gəlib alsın”. Səhabədən biri üç dirhəm alacağını dedi. Bu üç dirhəmi isə o, Peyğəmbər (s.ə.s)-nin tövsiyəsi ilə sədəqə vermişdi. Sözsüz ki, həmin pul dərhal ödənildi.
İslamdakı humanizm, şəfqət, mərhəmət və digər ümumbəşəri ülvi dəyərlər Quran və Peyğəmbər (s.ə.s) əxlaqından qaynaqlanır. Başqa cür ola da bilməz. Çünki Rəbb Məhəmməd Mustafa (s.ə.s) istisna olmaqla seçdiyi peyğəmbərlərin heç birinə: “Səni aləmlərə bir rəhmət olaraq göndərmişəm” kəlamıyla müraciət etməyib. Təsadüfi də deyil ki, BMT və demokratik ölkələrin ali sənədləri (humanizm, insan haqqı və azadlıqları) həm də həmin əxlaqın prinsipləriindən qaynaqlanıb. Bunu Peyğəmbər (ə) tərəfindən əsası qoyulan və Rəşidi Xəlifələrin inkişaf etdirdiyi İslam aləminin dünyaya 600 il ərzində şəriksiz humanizm, elm və mədəniyyət dərsi verməsi sübut edir. Bu ənənəni davam etdirən 5 əsrlik Abbasi xilafətinin VII-IX əsrlərdəki durumu isə bəşər tarixinin ən gözəl dövrü olub. Həmin dövrü xarakterizə edən islamşünas fransız-xristian E.Renan (1823-1892) yazır: “İnsanlar əbədi olaraq o dövrün həsrətini çəkəcəklər”.
Həqiqəti onu itirən daha çox axtarar. İslam aləmi də bu gün ona yamaq edilən “fundamentalizm” köpüyünü yırtıb, humanizm də daxil olmaqla itirdiyi dəyərləri axtarmağa məhkumdur. Axtarışın uğuru isə iman, elm və saleh əməl vəhdətilə özünə qayıdışdadır. Bilməliyik ki, ağ atlarını şahə qaldıran ərlərin qoyub getdikləri əmanətlərə sahib durmayana qədər həm onların tənəsi, həm də Batının demokratiya qılıncı üstümüzdə olacaqdır.
Müqəddəs Qurani-Kərimdə deyilir ki: “İnsan yer üzünün əşrəfidir”. Tərbiyə sözünün özündə də bir humanizm var. Bu sözün kökündə “Rəbb” kəlməsi mövcuddur ki, bunun da açıqlanmanması “böyütmə”, “bəsləmə”, “ərsəyə” “çatdırma” deməkdir. Həmçinin “Rəbb” Allahın 99 ismindən biridir. “Doğru yol göstərən” mənasını verir.
Humanizm prinsipi İslam dinində və Quranda təsbit etmişdir. İslama görə, insan yaradılışların ən şərəflisidir. İslam məfkurəsi bir nəfərin haqsız öldürülməsini bütün bəşərin öldürülməsi kimi qəbul edir. Cinayətkara layiq olduğu cəzanın verilməsi, ədalətin təntənəsi kimi çoxluğun xoşbəxtliyinə xidmət edir.
"Bir yaxşı əmələ görə əvəzin on qat verilməsi",
"Allahdan rəhm istəyirsinizsə, bütün yaratdıqlarına rəhm edin”,
"Bütün din əhlinə sədəqə verin",
"Zimmini (İslam ölkəsinin qeyrimüsəlman vətəndaşı) incidən məndən deyil",
"Əsirlərlə yaxşı rəftar edin",
"Hər adamın köləsi onun qardaşıdır, əmisi oğludur",
"Tanrı lənət eləsin bir heyvana əziyyət verənə" və s.kimi Quran və Peyğəmbər(ə) kəlamları İslam humanizminin prinsipləridir.
Islamda isə əxlaq sabitdir və dəyişkən deyildir. Onlara görə isə gözəl əxlaqdan olan doğruluq, dürüstlük, vəfalılıq, cəsarət, səxavətlilik, həyalı olmaq və s. keyfiyyətlər mənfəət gətirmədikdə, rəzil və alçaq əxlaqlardan yalan, hiyləgərlik, qorxaqlıq, xəyanət, pozğunluq və s. məzəmmət olunmuş əxlaqlarla əvəz oluna bilər.
İslam Peyğəmbəri buyurub ki: 
Yüklə 37,77 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə