Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik yubileyinə həsr olunur Ürəyindən keçəydim



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix24.12.2023
ölçüsü0,81 Mb.
#160031
növüYazı
  1   2   3   4   5   6   7
ELEMDAR QULUZADE




AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 
NAZİRLİYİ 
 
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 
ELMİ-METODİKA ŞÖBƏSİ 
 
Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik 
yubileyinə həsr olunur 
 
 
 
 
 
 
Ürəyindən keçəydim
 
(metodik məktub) 
Bakı – 2012 
 
 



Giriş 
 
Ələmdar Quluzadə 1952-ci ildə Qarabağın Xocalı kəndində anadan 
olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə isə N. Tusi adına 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili 
və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyanbr ayına qədər Xankəndində 
yaşayıb və bu müddətdə keçmiş, DTMV radio verilişləri komitəsinin Azərbaycan 
verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan yazıçılar 
birliyinin üzvüdür. 
Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, 
“Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. 
Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar 
müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş 
qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti 
ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə 
düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan 
mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, 
böyüklər də sevərək oxuyur. 
Ələmdar Quluzadənin çoxsahəli yaradıcılığında uşaq ədəbiyyatının 
özünəməxsus yeri var. Təbiətə, folklora, xalq yaradıcılığına, insanların 
psixologiyasına yaxından bələd olması şairin uşaqlar üçün qələmə aldığı şeir və 
nağıllarda da özünü aydın şəkildə göstərir. Ələmdar müəllimin “Qürbətə düşən 
daş” kitabında vətənə, xalqa, əməyə, anaya, dosta sevgi mövzularında yazılmış 
nağıllar (“Papaqçı”, “Dəmirçi Daşdəmir”, “Bar ağacı”, “Bənövşə”, “Yuva”, “Kiçik 
qardaş”, “Nökər alim”, “Göyərçin”) geniş yer almışdır. Bu kitabda müəllif özünü 
nəsrdə sınamış, həm də uşaqlara haqq-ədalət, vətənpərvərlik, mərdlik, qorxmazlıq, 
cəsurluq, barədə düşüncələrini çatdırmışdır.
Yazıçı-şair Ələmdar Quluzadənin nağılları ilə yanaşı, onun şeirləri
poemaları, pyesləri də bütün yaş oxucularda maraq doğurmaqla yanaşı, onları 
vətənpərvər ruhda tərbiyə edir. 
Sevimli şarimizin bu il 60 yaşı tamam olur. Bu münasibətlə bir sıra 
kitabxanalarda və mədəniyyət müəssiələrində tədbirlərin keçirilməsi nəzərdə 
tutulur. Kitabxanamızın şairə həsr etdiyi metodiki vəsati sizə təqdim edirik.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə