Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik yubileyinə həsr olunur Ürəyindən keçəydim



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix24.12.2023
ölçüsü0,81 Mb.
#160031
növüYazı
1   2   3   4   5   6   7
ELEMDAR QULUZADE

Ssenari 
(
Tədbir zamanı slaydlardan istifadə olunması tədbiri oxucularımız üçün daha da 
maraqlı edir. İlk öncə Ələmdar müəllimə həsr olunmuş tədbirlərdə nümayiş 
etdirilməsi üçün hazırladığımız slaydı təqdim edirik. Sonra tədbir kitabxana 
müdriyyəti tərəfindən açıq elan edilir. Daha sonra aparıcılara söz verilir. ) 
 
I Aparıcı: Salam əziz uşaqlar, hörmətli qonaqlar. Bugünkü tədbirimiz böyükdən-
kiçiyə hamımızın yaxşı tanıdığı yazıçı-şair Ələmdar Quluzadəyə həsr
olunub.
II Aparıcı: Ələmdar Quluzadə xalqın sevimli sənətkarıdır. O, zamanın nəbzini
tuta bilən xalqın dərdinə, sevincinə şərik olan bir insandır. Onun 
əsərlərini təkcə kiçiklər deyil, böyüklər də sevərək oxuyur. Ələmdar 
müəllim bir –birindən maraqlı şeirlərin, poemaların, nəsr əsərlərin 
müəllifidir. Gəlin oxucularımızın birinin ifasında onun şeirlərindən 
birini dinləyək: 
(Oxucu Ələmdar Quluzadənin “Çin olan yuxular” şeirini söyləyir.) 
 
 
Bir gün yuxuda görür 
Şalvarımı cırmışam 
Bir gün yuxuda görür 
Bir şüşə sındırmışam. 
Görür ocaq qalayıb 
Əlimi qızdıraram. 
İti o baş- bu başa 



Eyvanda gəzdirərəm. 
Görür ocaq qalayıb 
Görür döşəyin üstdə 
Beş-altı nəlbəki var. 
Mənim gündəliyimdə 
Iki dənə “2” var. 
Görür ki, qəfəsdəki 
Bülbül göyərçin olur. 
Nədəndirsə anamın 
Pis yuxusu çin olur. 
I Aparıcı: Onun əsərləri hər bir oxucuda vətən, xalq, ana sevgisini daha da 
mökəmləndirir. Dostlar, siz Ələmdar müəllimin “Azərbaycan dili” 
şeirini oxumusunuzmu? Həmin şeirin hər bir misrasında dilimizin 
zənginliyi, qədim tarixi duyulmaqdadır. Gəlin şairin “Azərbaycan 
dili” şeirini oxucumuzun ifasında dinləyək: 
Anaların laylası 
Bizim ana dilimiz, 
Anamız tək sevirik 
Dil açanda onu biz. 
Min illərdir yaranıb, 
Hər kəlməsi bir çiçək. 
Zəngindir yurdum kimi, 
Qədimdir tarixim tək. 
O şirin avazıdır 
Kəpəzin də, Milin də, 
Ürəyim də danışır 
Azərbaycan dilində. 
II Aparıcı: Uşaqlar, gəlin sizinlə birlikdə kiçik bir oyun keçirək. İndi sizə suallar 
təqdim edəcəyik. Sualları düzgün cavablandıran hər bir dostumuza 
Ələmdar Quluzadənin kitabını hədiyyə edəcəyik. Ilk sualımızı təqdim 
edirik: Ələmdar Quluzadə neçənci ildə anadan olmuşdur? 
(Cavab: 
1952ci ildə yanvarın 7-də anadan olmuşdur.) 
I Aparıcı: Afərin, dostlar! İndi də mən sizə bir sual təqdim edim. Diqqətli olun 
sual belədir. Ələmdar Quluzadənin 3 kitabının adını kim söyləyə 
bilər? 
( Cavab: “Qürbətə düşən daş”, “Boğça”, “Dilotu”.) 
IIAparıcı: Şairin vətənpərvərlik mövzusunda hansı şeirlərinin adlarını deyə 
bilərsiniz? 
(Cavab: “Şəhidlər xiyabanı”, “Şuşaya aparacaq”, “Zəfər 
zənguləsi”, “Ata yurdum, ana dilim” və s.) 
I Aparıcı: 
Bəs kim deyə bilər, Ələmdar müəllimin Qarabağa həsr olunmuş kitabı 
necə adlanır? 
(Cavab: “Qadan mənə Qarabağ”) 
( Suallar cavablandırılır, Düzgün cavab verənlər mükafatlandırılır) 
II Aparıcı: İndi isə gəlin birlikdə “Aysel” qrupunun ifasına qulaq asaq.
I Aparıcı: 
Uşaqlar, elə bir şair tanıyırsınızmı ki, vətənimizin gözəlliyini, onun 
meşələrini, şirin sulu çaylarını öz əsərlərində təsvir etməsin? 
Vətənimizin tərənnümü hər zaman sənətkarın diqqət mərkəzində 


10 
olmuşdur. Gəlin həmin şeirlərən birini oxucularımızın ifasında 
dinləyək. 
(Oxucular “Vətən bayrağı” şeirini söyləyir) 
I Oxucu: 
Qopuzumda, kamanımda 
yad sim yoxdur, 
Mənim laylam Bayrağımdır, 
Ondan uca, ondan əziz 
səsim yoxdur. 
Babam mənim çırağımdır, 
Balam mənim Budağımdır. 
Beşiyimin başındakı
anam olub, 
Anam mənim bayrağımdır. 
II Oxucu: O səhrada dağ qarıdır, 
O dərədə bulaq deyil, 
Hər zirvədə əzəmət var, 
Hər əzəmət Bayraq deyil. 
Taleyində bayraq varsa 
Tarixin də uzanacaq, 
Eşqim məndən ucadırsa 
Bayraq adı qazanacaq.
III Oxucu: Bayrağımın rənginə bax- 
Biri soyum, 
Biri boyum, 
Biri toyum. 
Varlığımdır, 
Varlığımdan necə doyum? 
Bir gecənin zülmətinə
dözmək üçün
Mənzilində bir şam olsun, 
Bayrağını öpməyənə 
Ana südü
haram olsun! 
IV Oxucu: Sən zamana sinə gərib, 
Sən tarixin 
Cavabını verməlisən, 
Başını hər qaldıranda 
Günəşdən də öncə, qardaş, 
Bayrağını görməlisən.
Azadlığı soraqlayan 
Xalqlar cıdır atındadır. 
Bayrağını tanımayan 


11 
Vətən bulud içindədir, 
Millət torpaq altındadır. 
I Aparıcı: 
Dostlar, hamımız bilirik ki, Azərbaycanımızın bu səviyyəyə gəlib
çatması heç də təsadüfi deyil. Yurdumuz bu tarixi inkişaf yolunu
keçənə kimi enişli-yoxuşlu yollar keçmişdir.
II Aparıcı: “İyirmi yanvar”, “Xocalı” kimi tarixi həqiqətləri xalqa, gənc
nəsillərə çatdırmağı özünə borc bilən Ələmdar Quluzadə
“Qadan mənə Qarabağ” adlı kitabını oxucularına hədiyyə 
etmişdir. Həmin kitabda yer alan şeirlərdən birini gəlin birlikdə
oxucularımızın ifasında dinləyək:
(Oxucu “Qarabağ himni” şeirini söyləyir.) 
Oxucu: 
Bu qürur milyon il onun bəsidi, 
Dağında duman da, sis də tamaşa. 
Nəsə yaradanın möcüzəsidi, 
Burdan qanadlanan əs də tamaşa. 
Şikəstə çağlayıb ötəndə dil-dil, 
Ulu məhəbbətin, eşqin ahıdı. 
Bura Azərbaycan gözəli deyil
Bura Azərbaycan səcdəgahıdı. 
Qavalı döyülüb, daşı qovrulub, 
Qayası – qardaşım, qucağı – anam. 
Gözümü açanda beşiyim olub, 
Gözümü yumanda torpağı – anam. 
Sualla bu yurdun qarşısına çıx, 
Divarım danışar, qalam danışar. 
Söhbətim harada qalsa yarımçıq, 
Sabah davamını balam danışar. 
Taleyim qovuşur müqəddəs oda, 
Ocağa əl açan üstümə gələr. 
Kimin Qarabağı varsa dünyada 
Tarixdən ürəklə danışa bilər. 
I Aparıcı: 
Dostlar, indi isə sizi maraqlandıran suallarınız varsa buyurun Ələmdar
müəllimə ünvanlayın. 
(Uşaqlar onları maraqlandıran sualları Ələmdar Quluzadəyə təqdim edirlər) 
II Aparıcı: İndi isə oxuularımız Ələmdar müəllimin gözəl bir şeirini söyləsin, biz
də dinləyək. 
(Oxucular şairin “İlmələrin dastanı” poemasından parçalar deyir.) 
I Oxucu:
İndi əlim çatmayan, 
Indi ünüm yetməyən 
Hansı kənddən danışım? 
Mən nə qədər od tutum, 
Mən nə qədər alışım? 
Uşaq bağçalarında 
Uşaqlardan əsər yox, 


12 
Mənim göz yaşlarımda
Qətiyyət
yox, kəsər yox. 
Oyuncaqlar da əsir, 
Oyuncaqlar da girov
Hardan hara qədərdi 
Bu qaçhaqaç, qovhaqov? 
Qaniçən cəlladları 
Mənim qanım doyurmur, 
Qışım qış üstə gəlir, 
Daşım daş üstdə durmur. 
Anaların saçına 
Çən düşür, qan ələnir, 
Bağçalar yetim qalır, 
Məktəblər güllələnir. 
II Oxucu: 
Güllələnir Üzeyir, 
Güllələnir Natəvan, 
Güllələnir Bülbülüm, 
Gözümə yağır yağış, 
Üzümə gülür ölüm. 
Mən cəngə girməliyəm
Səsimlə, savaşımla, 
Yoxsa neyləyə billəm 
Döyüşməyən qolumla, 
Düşünməyən başımla, 
İynələrin gözündən 
Gələn nur bizlik deyil
Xanım kimi doğulan 
Gözəl kənizlik deyil. 
Bəsdi, mənim gül balam, 
Ürəyimə qıymışam, 
Yadları dinlədikcə 
Ağızlardan bezmişəm, 
Çənələrdən doymuşam! 
Yurda qayıdacaqsan, 
Zəfər günü öndədi! 
Qələbənin sevinci 
Sənin gözlərindədi! 
I Aparıcı: 
İndi isə məktəblilərin ifasında gözəl rəqsə tamaşa edək.
(Rəqsdən sonra söz yazıçı-şair Ələmdar Quluzadəyə verilir) 
II Aparıcı: Əziz uşaqlar, hörmətli qonaqlar, beləliklə sevimli şairimizə həsr
olunmuş tədbirimizin sonuna gəldik. 
I Aparıcı: Sonda sevimli sənətkarımıza can sağlığı, uzun ömür, yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq. Növbəti tədbirlərdə görüşənə qədər. 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə