Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik yubileyinə həsr olunur Ürəyindən keçəydim



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix24.12.2023
ölçüsü0,81 Mb.
#160031
növüYazı
1   2   3   4   5   6   7
ELEMDAR QULUZADE

 
 
Sərgi təşkil edərkən şairin öz fotolatından təşkil olunmuş lövhə də 
hazırlamaq olar: 



Maraqlı tədbirlərdən biri oxucu konfransıdır. Tədbirin keçirilməsinə 1-2 ay 
qalmış materiallar seçilməli, elan yazılmalı, dəvətnamələr çap edilib paylanmalıdır. 
Ələmdar Quluzadənin 60 illik yubileyi ilə bağlı “Ələmdar Quluzadə-60” başlığı 
altında oxucu konfransı keçirmək olar. Konfransın keçiriləcəyi otaqda yazıçının 
kitablarından ibarət sərgi təşkil olunmalıdır. Konfrans üçün ayrıca proqram tərtib 
olunur, orada konfransın adı, giriş sözü ilə çıxış edən şəxs və digər çıxış edənlərin 
adı, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Tədbirdə şairin özü, qələm 
dostları, jurnalistlər, yazıçı və şairlərin çıxışları dinlənilir. Bütün çıxışların mətni 
və tədbirin proqramı konfransın keçirildiyi kitabxanada saxlanılır. Oxucu 
konfransının planını sizə təqdim edirik: 
1.
Giriş hissə (həyat və yaradıcılığı haqqında məruzə) 
2.
Ələmdar Quluzadənin yaradıcılığı haqqında oxucuların çıxışları. 
3.
Oxucuların ifasında şeirləri. 
4.
Konfransın yekunu. 



Şairin yubileyi ilə əlaqədar kitab müzakirəsi keçirmək də mümkündür. 
Tədbirin proqramında onun keçirilmə tarixi və yeri, çıxışlar qeyd edilir. Şairin ən 
çox sevilən kitabı olan “Qadan mənə Qarabağ” kitabının müzakirəsini təşkil etmək 
olar. Şairin boya-başa çatdığı Xocalının ermənilər tərəfindən işğal edilməsi
yüzlərlə dinc sakinin qətlə yetirilməsi, onun qəlbində və qələmində ağrılı-acılı iz 
buraxmışdır. Kitab ön söz əvəzinə “Qanımla yazılan Qarabağnamə” adlı şeirlə 
başlayır. Şeirin bütün misralarında vətən həsrəti duyulmaqdadır:
Dərdimi-odumu qələmə alıb 
Məktubu yollayıram gələcəyə mən. 
Bir gün görəcəyəm yaram sağalıb, 
Axırda sevinib güləcəyəm mən. 
Döydük başımızı əhlət daşına. 
Külüm gözlərimdə qarışdı nəmə. 
Bu da millətimin qan yaddaşına
Qan yaddaşına yazılan Qarabağnamə. 
Ümumilikdə kitabda Qarabağ, Şuşa, Xocalı və başqa işğal olunmuş 
bölgələrə həsr olunmuş “Şəhid şəhər”, “Qarabağ oyunu”, “Salam, Xocalı dərdim”, 
“Gözlə, Xocalı, gözlə”, “Dağlar məni bağışlama”, “Qadan mənə, Qarabağ” və s. 
adlı şeirlər də yer almışdır.
Maraqlı tədbirlərdən biri ədəbi bəddi gecədir. Ələmdar Quluzadənin 60 illik 
yubileyinə həsr olunmuş “Ürəyindən keçəydim” adlı ədəbi bədii gecənin 
ssenarisini sizə təqdim edirik.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə