Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik yubileyinə həsr olunur Ürəyindən keçəydim



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix24.12.2023
ölçüsü0,81 Mb.
#160031
növüYazı
1   2   3   4   5   6   7
ELEMDAR QULUZADE

Aparıcı:
Neçə qərinə bundan qabaq bir papaqçı vardı. Elin, obanın
kişiləri gəlib ondan papaq alar, atasına rəhmət oxuyardılar.
Günlərin bir günü düşmən hücum cəkib, məmləkətin üstünə 
yeridi. Dəmirçilər qılınc döydü, nalbəndlər at nalladı, əli ilmə 
tutanlar corab toxudular. Papaqçı da öz işində idi – gecə-gündüz 
papaq tikirdi. Döşü döyüş üçün atlanan kişilər də var idi, başını 
gizlətməyə yer gəzən başı papaqlı da. Bir gün papaqçı gördü ki,
papaq alan kişilərin çoxu küncdə bucaqda baş girləyir, başını 
da, papağını da qoruyur. Fikirləşdi ki, papağı namus-qeyrət 
üçün tikirsə, onu başına qoyan yağı qabağından qaçmamalıdır. 
Bir gün bir kişi papaqçıya dedi ki, ona başı ölçüsündə 
mələməmiş quzunun dərisindən papaq versin.
I Oxucu 
(Papaqçı)

Papaq sənin nəyinə lazımdır?
II Oxucu
(Müştəri)

Papaq kişinin nəyinə lazımdır? Xeyir işimiz var. Sağlığına
toyda papağımın arxasın qaldırıb süzəcəyəm. 
(Papaqçı müştərini qovur) 
I Oxucu 
(Papaqçı)
:
Mən papağı döyüşən kişilərə, vuruşan igidlərə bəxşiş edirəm. 
Yurdumun başının üstünü düşmən qara bulud kimi kəsdirəndə 
ceyran balası kimi süzən “kişilərə” yox. 
(Müştəri çıxıb gedir) 
Aparıcı:
Papaqçı yerini təzəcə isitmişdi ki, üç oğlan dükana girib papaq 
istədi. Papaqçı onlara da eyni sualı verdi.
I Oxucu 
(Papaqçı)

Papaq sənin nəyinə lazımdır?
Cavanlar: 
Papaq kişinin nəyinə gərəkdir? Başımıza ləçək bağlayası deyilik 
ki? 
I Oxucu 
(Papaqçı)

Başına papaq qoyan yurdu qorumalıdır, qurşağına qılınc 
taxmalıdır, yəhəri atın belinə sıxmalıdır.
(Cavanlar gülüşdülər) 
Cavanlar: 
Baba, sənin nəyinə gərək papaq alanlar nə etməlidirlər? Niyə 
müştərini qaçırdırsan?
(Papaqçı əlini xəncərə atdı) 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə