Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik yubileyinə həsr olunur Ürəyindən keçəydim



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix24.12.2023
ölçüsü0,81 Mb.
#160031
növüYazı
1   2   3   4   5   6   7
ELEMDAR QULUZADE

Keçiriləcək tədbirlər 
 
Bu il şair Ələmdar Quluzadənin 60 illik yubileyi qeyd olunur. Bu 
münasibətlə kitabxanalarda bir sıra tədbirlər keçirmək olar.
Maraqlı tədbirlərdən biri icmallardır. Belə ki, Ələmdar Quluzadənin bir-
birindən maraqlı kitablarının icmalını keçirmək olar. Onun “Ürəyindən keçəydim” 
adlı şeirlər toplusu 2010-cu ildə “Ozan” nəşriyyatında nəşr olunmuşdur. Kitab 
geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Kitabda Azərbaycan 
gözəllərinin sədaqətindən, ləyaqətindən, bəhs edən poetik nümunələr yer almışdır. 
Kitab İlham Rəhimlinin “Sevgisi sözündə çiçəklənən” adlanan ön sözlə başlayır. 
Daha sonra “Söz yiyəsi”, “Gözəlliyə əsir düşdüm”, “İllərin imtahanı”, “Həsrət- elə 
sevgidir”, “Yurdu gəzib dolaşdıqca” başlıqları altında şairin bir birindən maraqlı 
şeirləri oxuculara təqdim olunur. Kitabda yer alan şeirlərdən biri olan “Qara gözlər, 
ağ saçlar” adlı şeiri sizə təqdim edirik: 
Sonra dada çatmır yüz haray, həşir, 
Taca əl uzatma taxtından qabaq. 
Qızlar gözəlləşir, dünya gəncləşir, 
Mən şair olmuşam vaxtından qabaq. 
Qəsdimə durubdur bu insafsızlar, 
Ürək sındırırlar, çiçək dərirlər. 
Mənə şair kimi gül verən qızlar 
Mənə
əmi kimi yer göstərirlər. 
Gümüşü saçlarım şoran düzlərdi, 
Məni toplayıblar dağardan vallah. 
Bu qara saçlardır, qara gözlərdi 
Mənim saçlarımı ağardan vallah.
Ələmdar Quluzadənin kitablarından biri də “Qadan mənə Qarabağ” adlanır. 
2006-cı ildə “Ozan ” nəşriyyatında işıq üzü görən bu kitabda Ələmdar Quluzadənin 
Qarabağ mövzusunda yazdığı şeirlərlə yanaşı, müharibədən bəhs edən beş poeması 
və qədim Şuşaya həsr olunan “Pənah evi” adlı məzmun pyesi daxil edilmişdir.
Şairin doğulub boya-başa çatdığı Xocalının ermənilər tərəfindən işğal 
edilməsi, uşaqdan böyüyə yüzlərlə dinc Xocalı sakininin vəhşicəsinə qətlə 
yetirilməsi onun qəlbində və qələmində ağrılı-acılı iz buraxmışdır. Müəllif bu 
topluda vətən oğullarını ayıq-sayıq olmağa, dostu düşməndən, əbədini ötəridən 
seçməyə, torpağımızın işğalı ilə barışmamağa, daim mübariz olmağa çağırır. 
Kitabda “Qanımla yazılan Qarabağnamə”, “Eşqimsən gücüm olsa”, “Dağlar, məni 
bağışlama”, “Bilirsənmi?”, “Bu baharın gəlişini görmədim”, “Vətən bayrağı”, 
“Qarabağ himni”, “Dünyanın işi” və s. adlı şeirlər yer alır. Bütün şeirlər
oxucularımıza vətənpərvərlik, anaya, millətə, xalqa məhəbbət hissi aşılayır. Kitab 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Bildiyimiz kimi Ələmdar Quluzadə yalnız nəzm deyil, eyni zamanda nəsr 
əsərlər də yaratmışdır. Onun 2008-ci ildə “Qürbətə düşən daş” adlı nağıllar kitabı 
yazıçının uşaqlara ən gözəl hədiyyəsidir. Kitabda 23 adda (“Nalbənd Nağı”, 



“Balıqçı və söyüd”, “Duz dağı”, “Yalançı və tamahkar”, “Kömürçüoğlu”, “Kiçik 
qardaş”, “Bənövşə”, “Kiçik qardaş”, “Nökər alim”, “Ceyran südü”, “Papaqçı”, 
“Xan, vəzir və keçəl”, “Göyərçin”) bir-birindən maraqlı nağıl yer almışdır.
Ələmdar Quluzadənin yubileyi münasibətilə həmin nağıllarıdan biri olan 
“Papaqçı” nağılını oxucuların iştirakı ilə səhnələşdirib səhərcik hazırlamaq olar: 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə