Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik yubileyinə həsr olunur Ürəyindən keçəydim



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix24.12.2023
ölçüsü0,81 Mb.
#160031
növüYazı
1   2   3   4   5   6   7
ELEMDAR QULUZADE

I Oxucu 
(Papaqçı)

Baş özündən qiymətli papağı gəzdirə bilməz. Nə qədər ki, əlim 
namərd qanına batmayıb, rədd olun burdan! 
Aparıcı:
Cavanlar bir-birini itəliyə-itəliyə qapıdan çıxdılar. Hər yerə 
xəbər çatdı ki, papaqçı hər müştəriyə, hər yoldan ötənə papaq 
satmır. Müştərilərin çoxu papaqçıdan üz çevirdi. Bir gün qoca 
papaqçı dükanda oturmuşdu. İçəri bir oğlan girdi. Dərisi 
ütülmüş papağını başından çıxarıb təzə papaqlara baxdı.
III Oxucu:
Döyüş papağı istəyirəm, baba!



Aparıcı:
Qoca papaqçı oğlanı bağrına basdı. Qılınc kəsməz, ox batmaz 
papaqlardan birini verdi oğlana. 
I Oxucu 
(Papaqçı)
:
Bəxşişdir.
III Oxucu:
Dəmirçioğlu borclu qalmaz. 
Aparıcı:

Atının belinə sıçradı. Məmləkətdəki kişilər, ərlər qeyrətə
 
gəlmişdilər. Ərlər, ərənlər qoca papaqçıdan papaq almaq üçün 
onun qapısını kəsdirirdilər. Papaqçı gecə-gündüz işləyirdi.
Bir gün məmləkətə xəbər yayıldı ki, papaqlı kişilər düşmənləri 
torpaqlarımızdan qovub çıxarıblar. Papaqçı ömründə ilk dəfə 
hönkür-hönkür ağladı.
 
Sevilən tədbirlərdən biri müsabiqələrdir. Ələmdar Quluzadə ilə əlaqədar 
“Sevimlimiz Ələmdar müəllim”, “Ələmdar Quluzadə-60”, “Ürəyindən keçəydim” 
adları altında müsabiqələr təşkil etmək olar. Belə müsabiqələrdən biri şeir 
müsabiqəsidir. Uşaqların münsiflərə təqdim etməsi üçün sizə bir neçə şeiri misal 
göstərə bilərik. Əgər müsabiqə vətənpərvərlik mövzusunda keçirilirsə, yaxşı olar 
ki, uşaqlar şairin “Alay komandiri”, “Şəhid şəhər”, “Qadan mənə Qarabağ” 
kitablarındakı şeriləri əzbərləsinlər. “Qadan mənə Qarabağ” kitabındakı “Qadan 
mənə Qarabağ” şeirini nümunə kimi vəsaitimizdə qeyd edirik: 
Araz üstdə bir zaman od tutub buz yanardı, 
Səsini kökləyəndə tarında söz yanardı, 
İçində qış donanda çölündə yaz yanardı. 
Baş girlədik başına dönə-dönə, Qarabağ! 
Qadan mənə, Qarabağ! 
Söz əlimdə açılıb dilimi güllələyir, 
Əllərim yelpənəkdir, dizimi şillələyir, 
Dərdim yetim quzudur, seygah
üstdə mələyir. 
Mələklər süd verməyir mələyənə Qarabağ 
Qadan mənə, Qarabağ! 
Azyaşlılara isə “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Dilotu”, “Boğça” 
kitablarından şeirləri öyrətmək lazımdır. Həmin şeirlərdən biri olan “Beş qitənin 
uşaqları” adlı kitabda yer alan “Babam qocalıb” adlı şeiri sizə təqdim edirik: 
Babam məni öyrədib, 
Alışmışam zəhmətə, 
Qırmızı almaları 
Toplayıram səbətə 
Əriyin budağına, 
Bircə-bircə minmişəm, 
Armudu dərməyi də 
Babamdan öyrənmişəm. 
Mən ənciri, heyvanı 
Nərdivanla yığıram, 
Gilasa, gilanara 
Pişik kimi çıxıram. 
Babam bu ildən mənə 
Daha demir balaca. 



Axı özü qocalıb, 
Çıxa bilmir ağaca. 
Rəsm müsabiqəsi də oxucularımızın maraqla qarşıladığı tədbirlərdən biridir. 
Bu zaman Ələmdar müəllimin yaratdığı obrazların rəsmlərini çəkmək uşaqlara 
tapşırılır. Ən gözəl rəsm sahibi mükafatlandırılır. 
Ələmdar Quluzadə bir sıra kitabın müəllifidir. Onun kitablarının və dövrü 
mətbuatda dərc olunmuş əsərlərinin sərgisini təşkil etmək olar. Sərgilənəcək 
kitabların üz qabıqlarını sizə təqdim edirik: 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə