Plan: "Qurani-Kərim"də humanizm, insana və bütün canlılara humanist münasibət məsələləri


«İnsanların ən xeyirlisi, insanlara ən faydalı olandır.»



Yüklə 37,77 Kb.
səhifə2/2
tarix26.10.2023
ölçüsü37,77 Kb.
#132299
1   2
null

«İnsanların ən xeyirlisi, insanlara ən faydalı olandır.» (Sahihul-Cəmi, 3289)
Deməli, insanlara faydalı olmaq qayəsilə Allaha ibadət qayəsi bir nöqtədə birləşir. İslama görə Allaha yaxşı qul olan kəs özünə də, ailəsinə də, cəmiyyətə və hətta bəşəriyyətə faydalı olmağı bacarır.
İslama görə Allah insanı Öz Yaradanına ibadət etməsi üçün yaratmışdır. Həyatın əsas qayəsi də budur.
Diqqətlə yanaşsaq, İslam şəriəti insana böyük diqqət və hüquqlar vermişdir. Əgər diqqətlə İslamı öyrənsək görərik ki, İslam insanı necə uca məqamlara çıxardır. Allah Qurani-Kərimdə buyurmuşdur: «Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.» (əl-İsra, 70)
İnsanlığa xidmət Allahın buyurduğu kimi olduqda Allah bunun qarşılığında böyük mükafatlar vəd edir.
Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.» (əl-Ənbiya, 107)
Ona görə də O insanları əfv etməyi, xətalarından keçməyi, insanlara və cəmiyyətə xidmət etməyi öyrətmiş, hətta, yoldan insanlara əziyyət verən bir şeyi götürüb kənara atmağı bildirmişdir. Nəinki insanlara, hətta, heyvanlara qarşı rəhmli olmağı ümmətinə öyrətmişdir. Cəmiyyətə xidmət olan ağac əkməyə, su çəkməyə, özündən sonra faydalı əsər və ya yaxşı övlad qoyub getməyə, qonşu ilə yaxşı davranmağa, valideyin asiliyi əmr etmədikcə “uf” belə demədən ona itaət etməyə, böyüklərə hörmət etməyə, uşaqlara mərhəmət etməyə, yolda qalanlara, itənlərə yardım etməyə, yetimə əl tutmağa, xəstələri ziyarət etməyə rəğbətləndirmiş və kasıblara maddi yardım edib zəkat çıxarmağı Allahın əmrilə dinin beş əsasından biri etmişdir. Saydıqca qurtarmır bu cəmiyyətə və insanlığa xidmətə yönəlmiş İslami əməl və əmrlər.
İslam dini cəmiyyətə, insanlığa xidmət üçün kifayət qədər yolları bəyan etmişdir. O yolları ki, bəndələrinə yaxşı bələd olan Allah göstərmişdir.
Allah həyatın və ölümün qayəsi barədə Quranda buyurmuşdur: «Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (Mulk, 2)
Yüklə 37,77 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə