Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan


Quldarlıq cəmiyyətində tərbiyə və məktəb



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
1   2   3   4   5   6   7   8
pedoqogika

Quldarlıq cəmiyyətində tərbiyə və məktəb
- tarixi inkişaf prosesində ibtidai icma quruluşu quldarlıqla 
əvəz olundu. Quldarlıq quruluşu dövründə şərqdə böyük dövlətlər, şəhərlər və məktəblər əmələ gəldi. Belə 
ölkələrdən biri də 
Çin
dir. Çində ilk məktəblər b.e.ə. 3-cü minillikdə meydana gəlmişdir. Onlar 
syan 
(yaşlıların 
gəncləri öyrətdikləri yer) 
syuy
(gənclərin silah işlətməyi öyrəndikləri yer) adlanır. Syuyda əvvəlcə hərbi iş
xüsusilə ox atmaq öyrədilirdi. Sonralar tədris müəsisəlrinin adını göstərmək üçün syue (öyrətmək, oxumaq) 
sözündən istifadə edirdilər. Çin yazı sistemi idoqrafik yazı sistemidir. Çin təlim- tərbiyəni nəzətri cəhətdən dərk 
etməyə təşəbbüs göstərən sivilizasiyalar sırasına daxildir. Burada əsas fəlsəfi məktəblər b.e.ə VI əsrdə 
formalaşmışdı. Onlara daosizm, buddizm, və konfusiilik aiddir. Qədim Çində həm ibtidai, həm də yuxarı dini 
səciyyəli məktəblər olmuşdur. Həmin məktəblərdə böyük yazıçıların və şairlərin əsərləri, əxlaq və fəlsəfə, bəzən 
də nücum (astranomiya) elmi öyrədilirdi. Bu məktəblərdə hakim uşaqlarına oxu-yazını mürəkkəb heroqliflər 
(yazı işarələri) vasitəsilə öyrədirdilər.
Hindistan Cənubi Asiyada yerləşir. Qədim zamanlarda Hind çayının şərq hissəsi Hindistan adlanırdı. Hal-
hazırda Pakıstan, Banqladeş, Nepal, Şri-Lanka və Hindistan Respublikası həmin ərazidə yerləşir) Qədim 
Hindistanın tarixi iki əsas dövrə bölünür: dravid-ari və buddizm. Burada b.e.ə. III minillikdə mövcüd olmuş 
mədəniyyəti protodravid və dravidlər yaratmışlar.
Qədim 
Hindistan
da “icma məktəbləri” əmələ gəlmiş və bir neçə min il yaşamışdır. Kəndlərdə isə 
kəndlilərin hesabına məktəblər açılmışdı.
 
Qədim Hindistanda tarix iki əsas dövrə bölünür: 
dravidari və buddizm

Burada b.e.ə III minillikdə mövcud olmuş mədəniyyəti 
protodravit və dravidlər
yaratmışlar. Məktəb 
mədəniyyəti Harappa şəhərində meydana gəlmişdir. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. Təlim 
açıq havada keçirilirdi. Müəllimin evi- qurukula təlim almaq üçün ən münasib yer idi. Şagirdlər veda mətnləri 
dinləyir, əzbərləyir və təhlil edirdilər.Onlar palma yarpaqları üzərinə yazırdılar ki, bunlarıda az müddət saxlamaq 
mümkün idi.Ona görədə şifahı sözə daha çox üstünlük verilirdi. Tərbiyənin və məktəb təhsilinin inkişafında 
buddizmin mühüm rolu olmuşdur. 
Qədim 
Yunanıstan
ərazisində bir çox xırda quldar dövlətlər olmuşdur. Bunlardan ikisi daha çox diqqəti 
cəlb edir. 1) Lakoniya dövləti - əsas şəhəri Sparta idi; 2) Attika dövləti - əsas şəhəri Afina idi. Bu dövlətlərin hər 
ikisində quldarlıq quruluşu olmasına baxmayaraq, müxtəlif iqtisadi, siyasi vəziyyətlərinə görə onlar Sparta və 
Afina tərbiyə sistemi yaratmışdılar. 

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə