Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə1/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
  1   2   3   4   5   6   7   8   9   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları


  1. "Böyük Britaniyanın etnoqrafiyası" fənninin predmeti

Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. O, yunan sözündən "etnos və qrafo" sözlərindən əmələ gəlməklə "xalqın təsviri" mənasını verir. Bu elmi bəzən etnologiya da adlandırırlar. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünə məxsus məişət forması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədəniyyətini də öyrənir. Bir qayda olaraq dünya xalqlarının mədəniyyəti iki sahəyə ayrılır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Maddi MƏDƏNIYYƏT anlayışına insan əli ilə yaradılan bütün maddi nemətlər və əşyalar daxildir. Məs: yaşayış məskənləri və evlər, geyimlər və nəqliyyat vasitələri, yeməklər və içkilər, əmək alətləri, silahlar və bəzəklər; Mənəvi mədəniyyət anlayışına isə insan zəkasının yaratdığı bütün mənəvi məhsullar daxildir ədəbiyyat, incəsənət, elm, din, fəlsəfə, əxlaq, musiqi, adət və ənənələr və s. Təbiidir ki, dünyanın hər bir xalqının özünə məxsus mədəniyyəti vardır. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf səviyyəsi eyni deyildir; həm də hər bir xalqın mədəniyyətində keyfiyyət özünəməxsusluğu vardır. Bu keyfiyyət özünəməxsusluğu hər bir xalqın etnik və ya milli ənənəsini təşkil edir. Lakin etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə kifayətlənmir. O, eyni zamanda xalqların məişət və mədəniyyətində nəzərə çarpan oxşar cəhətləri də öyrənir. Maddi və mənəvi mədəniyyətdə, ictimai ailə məişətində mövcud olan ümumi qanunauyğunluqları müəyyən etməyə kömək göstərən həmişə oxşar və fərqli xüsusiyyətlər bəşəriyyətin inkişaf dialektikasını dərk etməyə imkan yaradır.Tarixi inkişafın müxtəlif mərhələlərində bəşər mədəniyyəti müxtəlif olmuşdur. Belə ki, ibtidai icma dövründə insanların ilk sosial birliyi olan qəbilənin az-çox dərəcə də yekcins mədəniyyəti vardı. İndiyədək ibtidai icma quruluşu şəraitində yaşayan bütün qəbilələrdə də bu cür vəziyyət müşahidə olunur. Lakin sinfi cəmiyyətdə hakim siniflərin məişət və mədəniyyəti, istismar olunan siniflərin məişət və mədəniyyətindən fərqlənir.
Etnoqrafiya elmi yalnız müasir xalqları öyrənmir; o, həmçinin hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi tarixi etnoqrafiya məşğul olur.Rus alimlərindən S, P. Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir.Bu elm xalqın məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y. V. Bromley və S. A. Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və metodlarından danışaraq yazırlar; "Etnoqrafiya - əsas tədqiqat obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan tarix elmidir". 1968-ci ildə nəşr olunan "Etnoqrafiyanın əsasları" adlanan kitabında S. Tokaryev etnoqrafiyaya ümumiləşdirilmiş tərif verərək yazır: "Etnoqrafiya dünya xalqlarının məişət və mədəniyyətini öyrənən tarix elmidir". Bromley isə 1973-çü ildə nəşr edilən "Etnos və etnoqrafiya" əsərində, habelə 1981-ci ildə çap olunan "Etnoqrafiyanın müasir problemləri" adlanan kitabında etnoqrafiyanı "etnik birliklər haqqında elm" adlandırır. S . Tokaryevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R. Its etnoqrafiyaya aşağıdakı kimi tərif verir: "Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən, dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs edən tarix elmidir." Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas tədqiqat obyekti, bilavasitə etnosdur, xalqin ozüdür. Məhz xalq anlayışı etnoqrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anlayışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan termini olan etnos etimoloji cəhətdən "xalq", "qəbilə", "insan qrupu" anlayışlarına uyğun dəlir. Y. Poplinskinin göstərdiyi kimi qədim yunanlar özlərini başqalarından fərqləndirməkdən ötrü, qeyri-yunanları "etnos" adlandırmışdılar. Bununla da qeyri-yunanların yunanlardan fərqli olan real mədəni-məişət fərqlərini aşkara çıxarırdılar. Beləliklə, etnosun əsas ekvivalenti bizim dildə xalq anlayışına uyğun gəlir. Bununla belə XX əsrin 60-70-ci illərində etnoqrafiyanın əsas tədqiqat obyekti olan etnos mətbuat səhifələrində diskussiya mənbəyinə çevrilmişdi. Bromley etnosun mənşə birliyi məsələsini adətən tarixi-sosial planda verirdi. Digər sovet alimi L. Qumilyov etnosa bioloji cəhətdən yanaşaraq onu fərdiləşdirirdi. Lakin L. Qumilyov 1990-çı ildə nəşr edilmiş "Etnosun coğrafiyası" kitabında etnosa müçərrəd anlayış baxımından yanaşmır, ona bir tərəfdən tarixi prosesin təmsilçisi kimi baxır, digər tərəfdəndə onu (etnosu) tarixi inkişafın təkan veriçisi, onun hərəkət verici qüvvəsi kimi qəbul edirdi.
L. Qumilyova görə etnos bu və ya başqa dərəçədə sosial pərdəyə bürünmüş biofiziki varlıq olduğundan, hansının birinci və əsas olması barədə aparılan diskussiya mənasız bir şeydir. Çünki bunlar bir-birini o dərəcədə şərtləndirir ki, bunlardan biri olmadan, o biri mümkün deyildir. Mütərəqqi elm xadimlərinin böyük əksəriyyəti etnosa sosial-tarixi mahiyyət verərək, onun alçaq mənşəli etnosdan yüksək formalı etnosa qədər dialektik inkişaf yolunu göstərmişlər.


  1. Yüklə 103,43 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə