Böyük Britaniyanın etnoqrafiyası


Vallilərin təsərrüfat həyatı



Yüklə 103,43 Kb.
səhifə14/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

20.Vallilərin təsərrüfat həyatı
Britaniya adalarında məskunlaşmış insanların ilkin məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdur. Neolit dövründə əkinçilik inkişaf etdi. Eyni zamanda Böyük Britaniya xalqlarının ənənəvi təsərrüfat forması olan heyvandarlıq inkişaf etməyə başladı. Şotlandiyada iri buynuzlu mal-qara, digər ərazilərdə xırda buynuzlu mal-qara saxlanılırdı. Bortlaş heyvan (tövlə) yəni yayda mal-qarının örüşə buraxılması qışda isə kəndə qaytarılması ıdı. İri buynuzlu mal-qara ət və süd əldə etmək üçün, xırda buynuzlu isə yun əldə etmək üçündü. Əkinçilik də mühüm rol oynayırdı. E.ə. I minilliyə qədər toxa əkinçiliyi yayılmışdı. Bu dövrdən sonra xış əkinçiliyi yayıldı. Əkinçilikdə 4 öküzün qoşulduğu ağır xışdan istifadə olunurdu. Əsasən taxıl məhsullarından buğda, arpa, covdar becərilirdi. Eyni zamanda bostan bitkiləri müəyyən yer tuturdu. V-VI əsrlərdən 2 tarlalı əkin və açıq tarla sistemi tətbiq olundu. Bu sistemlər XIII əsrə qədər davam etdi. Sonra 3 tarlalı əkin yarandı. Gübrələrdən istifadə olunmağa başladı. Qoyunçuluq da inkişaf etdi. Erkən orta əsrlərdə Britaniya əhalisi sənətkarlıqla da məşğul olurdular.Sənətkarlar əmək, məişət əşyaları silah bəzək əşyaları hazırlayırdılar.
İlk vaxtlar kətan istehsalı ilə kəndlərdə kustar üsulla məşğul olurdular. Əsasən rəngsiz, kobud kətan istehsal olunurdu. XII-XIII əsrlərdən sənətkarlıq şəhərlərdə məskunlaşmağa başladı. XIV-XV əsrlərdən təsərrüfat həyatında manufakturalar önə çıxdı. Manufakturaların dağınıq və mərkəzləşdirilmiş növləri vardı XVI əsrdə pambıq parça və qənd istehsalı sahələri meydana gəldi. Təsərrüfatda gəmiqayırma meydana gəldi. XVII əsrdə fabrik zavod istehsalına keçid başladı. Böyük Britaniya xalqlarının təsərrüfat həyatında balıqçılıq xüsusi rol oynayıb.
Böyük Britaniyada kənd təsərrüfatında işləyən əhali cəmi 3% təşkil edir. B. Britaniyanın yüksək inkişaf etmiş kənd təsərrüfatı ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan təlabatın 50% ni ödəyir. Xüsusilə arpa, yulaf, kartof, quş əti, donuz əti,yumurta və süd məhsulları istehsalı ilə özünü təmin edir. Digər məhsulları idxal hesabına ödəyir. O cümlədən kərə yağı 80%, şəkər 68%, taxıl 50%, ət və ət məhsulları 25%- ni idxal edir. Kənd təsərrüfatı məqsədilə torpaq sahəsi 19 mln.ha ayrılmışdır ki, buraya otlaq sahələri də aiddir.
Təbii şərait əkinçiliyə nisbətən heyvandarlıq üçün əlverişlidir. Ümumiyyətlə kənd təsərrüfatından əldə olunan gəlirin 65% I heyvandarlıq, 23% bitçiliyin payına düşür. Heyvandarlıq Böyük Britaniyada qərb hissədə yaxşı inkişaf edib. Böyük Britaniyada olan iri buynuzlu mal-qaranın sayı 14 mln baş xırda buynuzlu malqaranın sayı 18 mln-dur. Burada donuzçuluğun inkişafına xüsusi fikir verilir. Donuzların sayı 8 mln-dur, həmçinin burada ev quşçuluğu və sənaye quşçuluğu yüksək inkişaf edib. Britaniya adalarında iri buynuzlu mal-qaranın bir sıra cinsləri yetişdirilir. Cənubi Devonda südlük qırmızı devon inəkləri, Şimalda açıq devon inəkləri , Dorseltdə qara-ağ inəklər saxlanılır. Ətlik heyvanlar Qertfatsild cinsinə məxsusdur. Həmçinin Şortform və Aberdin-Anqers cinsləri fərqlənirlər. 100 ildən çoxdur ki, südlük maldarlıq yüksək məhsuldarlığı ilə seçilir. Bir çox ölkələr Böyük Britaniyadan südlük Qertfatşild mal-qara cinsləri idxal edir. Bu cinslərin əsas idxalçilarından biri MDB ölkələridir.
Böyük Britaniyada qoyunçuluq qədim inkişaf etmiş sahələrdən biridir. Hələ XIII əsrdən başlayaraq dünya bazarına ən çox yun ixrac edən Britaniya olmuşdur. Böyük Britaniyanın bütün regionlarında inkişaf etmiş , həm kənd , həm də şəhərlərdə qoyunçuluqdan yüksək gəlir əldə edilir. Ümumiyyətlə kənd təsərrufatından əldə olunan gəlirin 1%-I yunun payına düşür., qoyunçuluqda isə ətlik və yunluq inkişaf edir. Böyük Britaniyada 30 növdən çox qoyun yetişdirilir. Ən çox qoyunçuluq dağlıq Uels , Şimali İngiltərədə və Şotlandiyada inkişaf edib.
Ölkənin kənd təsərrüfatından əldə olunan gəlirin 50% ni iri fermer təsərrüfatı verir.

Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə