Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə17/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Şotland dili
Şotlandiya dili alman dil qrupunun qərb yarımqrupuna aiddir. Bu dil kelt dillərinin - Qoldey budağına aiddir. Bu dilin daşıyıcısı əsasən şotland dağlıq ərazidə yaşayan gellər olub.İngilislərin bu dili ingilis dialekti hesab etməyinə baxmayaraq, o, müstəqil dil kimi mövcuddur. Şotland dilinin əsasında alman, kelt, riked geniş təmsil olunub. Şotland dilinin inkişafına IX-XI əsrlərdə burada məskunlaşmış vikinqlər böyük təsir göstərib.Şotland dilində ingilis dilindən alınan kifayət qədər söz var. İngilis dilinə yaxındır.Bu dil də İngiltərənin dilləri kimi uzun müddət rəsmi statusa malik olmamışdır. Hətta 1782-ci il aktı Şotland dilinin təhsil müəssisələrində, ictimai yerlərdə istifadəsini qadağan edib. Ancaq XX əsrin sonlarında Şotlandiya parlamenti yaranandan sonra bu dilə Şotlandiya rəsmi dili statusu verildi.Bu dildə mətbuat orqanları nəşr olunur, televiziya, radio proqramı hazırlanır. Bu dildə danışanların sayı azalır.
İrland dili
Bu dil də kelt dilləri qrupuna aiddir. Şotland, vali, breqton dilləri ilə qohumdur. Müasir irland dilinin kökündə qədim irland saqalarının yazıldığı qədim irland dili durur. İngiltərənin işğalından sonra bu dildən istifadə qadağan olunub və təcavüzlərə məruz qalıb. XVIII-XIX əsrlərdə irland dili rəsmi olaraq qadağan edildi. Hatta ictimai yerlərdə bu dildə danışanlar cəzalandırılırdı.Müasir irland dilində çoxlu arxaizmlər var. Bir neçə dialekti var. Ən geniş yayılmışları: olster, konuaxt, münster dialektləridi. Hal-hazırda bu dildə mətbuat orqanları çıxır, radio-televiziya verilişləri hazırlanır. İrland hökumətinin 2004-cü ilə olan rəsmi məlumatına görə İrlandiya Respublikasında irland dilini bilən 1 570 894 nəfər yaşayır. Onlardan 339 541 nəfər irland dilindən gündəlik danışıqlarında istifadə edirlər. 155 039 nəfər həftədə bir dəfə, 585 300 nəfər daha az, 459 657 nəfər isə demək olar ki, heç vaxt bu dildə danışmırlar. 31 357 nəfər dildən istifadə ilə bağlı suala cavab verməmişdir. Amma bir çox irland dili təəssübkeşləri və peşəkar dilçilər bu göstəricilərə şübhə ilə yanaşırlar. Onlar gündəlik danışıqlarında irland dilindən yalnız 65 min insanın istifadə etdiyini bildirirlər.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə