Böyük Britaniyanın etnoqrafiyası


Etnoqrafiya fənninin tədqiqat üsulları



Yüklə 103,43 Kb.
səhifə2/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   2   3   4   5   6   7   8   9   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Etnoqrafiya fənninin tədqiqat üsulları

Təbii-tarixi, coğrafi, sosioloji, muzey və təsviri materiallara, habelə antropologiya, linqvistika, arxeologiya, folklor və digər elm sahələrinə əsaslanan və bunlardan bir mənbə kimi istifadə edən etnoqrafiya elminin xüsusi tədqiqat metodları da vardır. Ən geniş yayılmış və ən əhəmiyyətli üsullardan biri təkamül məktəbi banilərinin işləyib hazırladığı tarixi-müqayisə metodudur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, köhnə tarixi dövrü bərpa etmək üçün müasir dövrdəki köhnəliyin qalıqlarından istifadə olunur. Ibtidai icma cəmiyyətinin tarixini, mədəniyyət və dilin tarixini öyrənmək üçün tarixi müqayisə metodunun çox böyük rolu olmuşdur. Müasir tədqiqatlarda tarixi-müqayisə metodunu zənginləşdirmək üçün xalqların mədəni inkişafına təsir göstərən müxtəlif təbii-tarixi amillər də nəzərə alınır. XIX əsrin axırlarından etibarən Rusiyada etnoqrafik araşdırmalar zamanı kompleks yanaşma üsulundan geniş istifadə olunmağa başlanmışdı. D. N. Anuçinin fikrinçə yalnız bir elm sahəsinin köməyi ilə bəşər mədəniyyətinin bütün mürəkkəb tarixini aşkara çıxarmaq mümkün deyil; bu mə'nada bütün elmlərin məlumatlarına komplekçəsinə yanaşmaq tələb olunur. Müasir dövrdə təşkil olunan kompleks ekspedisiyalar məhz bu metoda əsaslanır. Bundan əlavə bu və ya digər mədəni amilin öyrənilməsində kartoqrafiya metodu, anketləşdirmə metodu, formaltipoloji təhlil metodu, struktur-sistem metodu və bu kimi tədqiqat üsullarından da istifadə olunur.

  1. Dünya xalqlarının coğrafi təsnifatı

Xalqları qruplaşdırmaq və müəyyən qanunauyğunluqları aşkara çıxarmaq üçün müxtəlif təsnifat növlərindən istifadə olunur. Ən çox coğrafi, dil, tösərrüfat-mədəni və antropoloji təsnnfatlardan istifadə edilir. Bunlardan başqa dini təsnifat, içtimai-iqtisadi inkişaf səviyyəsinə görə təsnifat, etnik birliklərin tipinə görə və əhalinin miqdarına görə də təsnifat növləri vardır. Bütün bu təsnifat növləri bir-birini tamamlayır və müxtəlif məqsədlər üçün istifadə olunur.Hər bir xalq özünün etnik ərazisinə malikdir. Ona görə də xalqları bu aləmətə görə təsnif etmək mümkündür. Bu mə'nada biz daima "Afrika xalqları", "Amerika xalqları", "Asiya xalqları" kimi məvhumlardan istifadə edirik. Etnoqrafik xəritələrdə öz əksini tapan bu təsnifat təkcə xalqların əraziyə görə bölgüsünü göstərmir. 0, eyni zamanda belə bir faktı sübut edir ki, xalqların müxtəlif ərazilərdə məskunlaşması hər hansı təsadüf üzündən baş verməmişdir. Bu uzun bir tarixi inkişaf prosesinin nəticəsidir. Məlum olduğu kimi yer kürəsinin insanlar yaşayan hissəsi eykumena adlanır. Eykumena tarixən dəyişmişdir. halbuki insanın yarandığı dövrlərdə o, Afrika və Cənubi-Şərqa Asiyada cüzi bir ərazini əhatə edirdi. Yuxarı paleolitdə, sonra isə neolitdə məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq eykumena genişlənmiş və Şimali Avropanı, Şimali Asiyanı, Amerikanı, Afrika və Avstraliyanı, Okeaniyanı əhatə etmişdi. Yalnız yaşayış üçün əlverişsiz olan yararsız kiçik sahələr məskunlaşmamış qalmışdı. Yeni-yeni torpaq sahələrinin mənimsənilməsi ilə yanaşı insan qruplarının yerdəyişmə prosesi də güclənmişdi. Əhalinin artması və təbii ehtiyatların tükənməsi nəticəsində habelə digər səbəblər üzündən qəbilə və tayfalar öz yerlərini tərk edir, başqa tayfaların ərazisini tutur və onlarla qarışırdılar. Bu vaxtlar nəinki quru, hətta dəniz yolları ilə də köçmələr olurdu. Tədriçən ayrı-ayrı ölkələrin əhalisinin tərkibi də dəyişirdi. Məsələn, hələ bizim eradan əvvəl II min illikdə hindiçin əhalisinin xeyli hissəsi, əvvəllər qara dərili zənci-avstroloid tayfalarının yaşadığı Indoneziya adalarına köçmüşdülər. Buradakı zəncilər ya sıxışdırılmış, yada ki, assimilyasiyaya uğradılmışdılar. Gəlmələr indiki Indoneziyalıların əcdadları olmuşdular. Bizim eradan əvvəl II-I min illiklərdə isə Avropanın müasir xalqlarının əçdadları onlara qədər ki, əhalini sıxışdırmış və ya assimilyasiyaya uğratmışdılar. Qədim əhalidən indi Avropada yalnız basklar qalmışlar. Bəşər tarixinin bəzi dövrlərində etnik yerdəyişmələr xüsusilə güclü olmuşdur. Bunlar daha geniş və kütləvi yerdəyişmələr olmaqla başlıca olaraq kapitalizm dövründə çərəyan etmişdir. Bu vaxt Qərbi Avropa ölkələrindən Amerikaya, Çənubi Afrika və Avstraliya, ölkələrinə əvvəlcə işğalçılar və müstəmləkəçilər, sonra isə işsizlər axışıb gəlmişdilər. Buna görə də son 3-4 əsr ərzində dünyanın bir sıra ərazisinin, xüsusilə Avstraliya və Amerikanın əhalisinin tərkibi kəskin surətdə dəyişilmişdir.
Bütün bu deyilənlərdən o nətiçə çıxır ki, xalqların coğrafi təsnifatı, təkcə insan qruplarının siyasi xəritədə yerləşməsi olmayıb, o, həm də insan tərəfindən yerin məskunlaşması prosesini göstərən başlıca amildir. Müxtəlif ölkələrin əhalisinin etnik tərkibi ilə tanış olarkən, yerli əhalini buraya çoxdan gəlmiş əhali qrupundan da fərqləndirməyi baçarmaq lazımdır. Məs. Şimali Amerikada yerli əhali sayca çox az qalmış hindu və eskimoslardır. Ağlar və zəncilər isə gəlmələr sayılırlar. yerli əhalinin özü də məskunlaşma dövrü etibarilə bir-birindən seçilirlər. Məsələn hinduların əcdadları Amerikada on minlərlə il bundan əvvəl məskunlaşdıqları halda eskimoslar isə cəmi 2-3 min il bundan əvvəl həmin yerlərin daimi sakinləri olmuşlar. (Hindistanda dravidlər yerli əhali, arilər isə oraya yalnız 3-4 min il bundan əvvəl gələnlərdir).
Qeyd etmək lazımdır ki, bir müddət eyni bir ölkənin ərazisində yaşayan xalqlar onların genezisindən asılı olmayaraq bir-biri ilə əlaqə nəticəsində adətən oxşar məişət və mədəniyyət formaları yaradırlar. Məsələn müxtəlif dilə və genezisə malik olan Qafqaz xalqları əsrlər boyu bir-biri ilə qonşuluqda yaşadıqlarından onlarda mədəni məişət ukladının bir çox oxşar xüsusiyyətləri yaranmışdır. Ümum Qafqaz geyim tipinin, xüsusən kişi paltarlarının oxşarlığını, silah adət-ənənə və folklor materiallarının oxşarlığını buna misal göstərmək olar. Bu cür vəziyyəti dünyanın bir çox xalqlarında da müşahidə etmək olar.



  1. Yüklə 103,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə