Böyük Britaniyanın etnoqrafiyası


Dünya xalqlarının dil təsnifatı



Yüklə 103,43 Kb.
səhifə3/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   2   3   4   5   6   7   8   9   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Dünya xalqlarının dil təsnifatı

Mə'lum olduğu kimi dil xalqların və ya etnik birliklərin ən mühüm əlamətlərindən biridir. Hazırda yer kürəsində dialektlər nəzərə alınmazsa iki mindən artıq dil mövcuddur. Dillərin bir neçə təsnifat növü vardır. Bunların içərisində ən qiymətlisi geneoloji və morfoloji təsnifatlardır. Xüsusən dilləri maddi qohumluq prinsipi üzrə qruplaşdıran geneoloji təsnifat daha düzgün təsnifat sayılır. Geneoloji təsnifata görə qohum dillər elmi çəhətdən yüksək qiymətləndirilən tarixi-müqayisə metodu vasitəsilə öyrənilir. Dillər arasındakı qohumluq, həmin dillərin qrammatik və fonetik quruluşlarının yaxın olmasında özünü göstərir. Dil ailəsinin bütün dilləri əsas dil adlanan dilin dialektlərindən yaranmışdır. Qohum dillərin məcmusu dil ailəsini əmələ gətirir. Bəzən müxtəlif tarixi şəraitə düşdükdə əsas dilin dialektləri bir-birilə öz əlaqəsini itirir və inkişaf prosesi zamanı müstəqil, lakin öz aralarında. qohum dillərə çevrilirlər. Əsas dilin dialektlərindən əmələ gələn dillər öz növbəsində inkişafın sonrakı mərhələsində müstəqil dillərə çevrilə bilən dialektlərə bölünürlər. Dilin inkişafındakı diferensasiya prosesi ilə, yəni dilin gələçəkdə yeni dillər əmələ gətirən dillərə parçalanması ilə yanaşı əks proses, inteqrasiya və ya birləşmə prosesi də, yəni qohum dillərin vahid bir dil əmələ gətirməsi prosesi də mövçud ola bilər. Inteqrasiya prosesi, yəni dillərin vahid bir dildə birləşməsi millətlərin formalaiqması dövrü üçün xarakterikdir.Bir ailəyə daxil olan dillər öz aralarındakı müxtəlif dərəçəli qohumluqlarını saxlayırlar. Bununla əlaqədar olaraq dil ailələri budaqlara, onlar da öz növbəsində qrup və yarımqruplara ayrılırlar. Bütün dil ailələri haqqındakı biliklərimiz eyni səviyyədə deyildir. Çünki dünyanın bir çox dilləri hələ lazımi səviyyədə öyrənilməyib. hələ indiyə kimi Amerika, Afrika və Avstraliyanın bir çox dilləri arasındakı qohumluq münasibətləri kifayət qədər üzə çıxarılmayıb. Buna görə də dil təsnifatının bir çox mühüm məsələləri üzrə, o çümlədən yer kürəsində dil ailələrinin sayı məsələsi üzrə linqvistlər arasında həmrəylik yoxdur. Ən başlıça dil ailələri aşağıdakılardan ibarətdir. dilləri" termini işlənilirdi. Bundan başqa Midiya, parfiya, orta fars tacik, tat, talış, kürd və bəluç dilləri də Iran dillərinin Qərb budağına aiddir. Iran dillərinin Şərqbudağına isə Soqdiya və ona yaxın olan Xorəzm, sak, skif, sarmat, alan, osetin, əfqan, yaqaobs və Pamir dilləri daxildir.
Slavyan budağı Şərq, Qərb və Çənub slavyanları qrupuna bölünür. Bütün slavyan dilləri bir-birinə çox yaxındır. Bu onu göstərir ki, ümum slavyan dilinin dialektlərə ayrılması prosesi yaxın vaxtlarda - eramızın birinci minilliyinin ortalarında baş vermişdir. Bu dialektlərdən biri VIII-IX əsrlərdə inkişaf edib X-XV əsrlərdə artıq formalaşan Şərqi slavyan dilləri olmuşdur. Məhz bu dildə bədii ədəbiyyatın ən gözəl nümunəsi "Iqor polku haqqında dastan" yaradılmışdır. XIV-XV əsrlərdə Şərqi slavyan dilləri bir-birindən ayrıldı və Engelsin göstərdiyi kimi "yaşayan dillərin ən varlı və ən güclülərindən biri olan" rus dili, habelə ukrayna və Belarus dilləri flomalaşdı. Qərbi slavyan dillərinə: polyak, çex, slovak, kaşub və polab dilləri daxildir. AFR ərazisində də iki Qərbi slavyan dili inkişaf etməkdədir: Aşağı və Yuxarı Lujitsk. Cənubi slavyan dillərinə: bolqar, makedon, sloven, serb-xorvat dilləri daxildir. IX əsrdə kilsə və ədəbi dil kimi staroslavyan dilindən istifadə olunurdu.
Baltik dilləri budağı iki qrupa ayrılır. Birinçi, Şərqi Baltik qrupuna litva, latış və ölü kur dili daxildir. Ikinçi qrupa isə XVII əsrin sonunda artıq ölü dilə çevrilən prus dili daxildir.
Alman dilləri Hind-Avropa dillərinin ən yaxşı öyrənilmiş budaqlarından sayılır. Bu dillər şimal, şərq və qərb qruplarına ayrılır. Şimal alman dillərinə: isveç, norveç, daniya, island və farer dilləri daxildir. Şərqi alman dilləri: osqot, vesqot, vandal və burqund dilləri ilə təmsil olunan ölü dillərdir. Bu dillərdən ən uzun yaşayanı - osqot Dili Krımda XVI əsrə qədör davam etmişdir.
Qərbi alman dilləri daha çox saylıdır. Erkən orta əsrlərdə əmələ gəlmiş qədim ingilis, qədim aşağı frank, qədim sakson və qədim yuxarı alman dilləri həmin qrupa aiddir. Qədim ingilis dili V əsrdə Ingiltərə adalarında məskən salmış ingilis və saks alman qəbilələrinin dialektləri əsasında yaranmışdır. Qədim ingilis dilindən (XI-XV) yeni ingilis dili inkişaf etdi. Qədim Aşağı frank dillərindən holland, flamand və friz dilləri yarandı. Qədim sakson dilindən Aşağı alman dialektləri təşəkkül tapdı. Qədim Yuxarı alman dilindən Orta Yuxarı alman dilləri, XVI əsrdən sonra isə Yeni Yuxarı alman dilləri inkişaf etdi. Müasir ədəbi alman dili yeni yuxarı almandili əsasındameydanaçıxmışdır. Qərbi alman dillərinə XI-XV əsrlərdə orta yuxarı alman dialektlərindən yaranmış idiş yəhudi dili də daxildir.
Kelt budağı qall, brit və kell dil qruplarına ayrılır. Birinci qrupa fransız və belçikalıların əcdadlarının dili olan qall dili daxildir. Bu dil bizim eranın ilk əsrlərində yox olmuşdur. Brit qrupuna V-VI əsrlərdə Britaniya adalarından köçüb gəlmiş və Bretan yarımadasında yaşayan əhalinin dili daxildir. Uels və kornuel
dilləri də bu qrupa aiddir. Kell dillərinə: irland, men və şotland dilləri daxildir.
Italik budağı Apenin yarımadasının qədim ölü dillərindən olub iki qrupa ayrılır: birinçi qrupa latın dili, ikinci qrupa osk və umbr dilləri daxildir.
Roman dilləri budağı Roma imperiyasının dağılmasından sonar latın dilinin danışıq dialektlərindən əmələ gəlmişdir. Bunlar: ispan, portuqaliya, katalon, fransız, pravansal, italiyan, sardin və retoroman (fransız, italiyan və alman dilləri ilə yanaşı Isveçrənin dövlət dili), rumın, moldav və XIX əsrdə ölmüş dalmat dilindən ibarətdir. Bəzi alimlər 7-8-ci budaqları vahid roman budağında
birləşdirirlər.
Hind Avropa dillərinin alban budağı vahid bir dildən-alban dilindən ibarətdir.
Hind-Avropa dillərinin erməni budağı da vahid bir dildən - erməni dilindən ibarətdir. Bu dil qədim qrabar (V-X1X), orta və müasir danışıq dili olan aşxarabardan ibarətdir.
Bu dil ailəsinin yunan budağı da yekanə bir yunan dili ilə təmsil sxlunur. Bu dil sinfi cəmiyyət şəraitində üç minillik bir inkişaf yolu keçmişdir. Yunan dili tarixi üç dövrə ayrılır: qədim; orta və yeni yunan dilləri. Qədim yunan dili latın dili kimi beynəlxalq terminalogiyanın əsas mənbəsidir.
Anadolu budağına Kiçik Asiyanın qədim ölü dilləri: xett- mixi, xett-heroqlif, luviya və palay dilləri daxildir. Alimlərin çoxu Anadolu yarımadasının Qərb hissəsində yerləşən likiya, lidiya və kariya dillərini də bu budağa aid edirlər.
Bir birinə yaxın olan toxar A (qaraşar) və toxar B (kuçan dilləri toxar budağını təşkil edir. Bu dillərdəki yazılı mənbələr V-VI əsrlərə aid edilir. hind-Avropa dillərinin bu müxtəlif budağları arasında qohumluq münasibətləri nəzərə çarpır. Bu mə'nada hind və Iran dilləri arasında daha çox yaxınlıq vardır. Bu baxımdan ikinçi yeri slavyan dilləri tutur. Müasir Hind-Avropa dillərinə nisbətən qədim Hind-Avropa dilləri bir-birinə daha yaxındır. Məs, rus, veda və latın dillərində oxşar səslənən bu növ ifadələr düzəltmək olar. Beləki, "daite mne oqnn" ifadəsi veda dilində "data maxl aqaim" kimi, latın dilində isə "date mihi iqaem" kimi səslənir.
II. URAL DIL AILƏSI
Bu dil ailəsi üç budağa: fin, uqor və samodiy budaqlarına bölünür. Fin budağı Pribaltika, Perm və Volqa qruplarına ayrılır. Pribaltika qrupuna fin (suomi), saam (lopar), eston, karel, ijor, veps və liv dilləri daxildir. Perm qrupuna - komi-zıryan, komi-permyak və udmurt dilləri daxildir. Volqa qrupuna: dağ və düzən marilər, erzya-mordva, mokşa-mordva dilləri daxildir. Uqor budağı maçar, uqor, mansi (voqul) və xanti (ostyak) dillərinə ayrılır. Indiki Dunay çayı boyunda yaşayan maçarlar bu yerlərə IX əsrdə Çənubi Ural çöllərindən gəlmişlər. Ural dillərinin Samodiy budağı nen, en, nqanasan və selkun dillərindən təşkil olunmuşdur.
III. ALTAY DIL AILƏSI
Altay dilləri türk, monqol və tunqus-mançur budaqlarına ayrılır. Türk dillərinin çoxlu təsnifatı mövçuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır: bolqar, çənub-qərb, şimal-qərb, çənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır. Bulqar qrupuna Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili daxildir. Çənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbayçan, qaqauz və türk dillərindən təşkil olunmuşdur. Şimal-qərb qurupuna aşağıdakı dillər aiddir: tatar, başqard, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves və peçeneq dilləri; çənub-şərq qurupu özbək, uyğur və ölü çaqatay dillərinə ayrılır. Şimal-şərq qurupu daha çox saylıdır. Buraya yakut, tuva, xakas, şor, qaraqas, orxon dili habelə qədim uyqur ölü dili daxildir.
IV. Semit - hamit dil ailəsi
Bu dil ailəsi beş dil budağı ilə: semit, Misir (hamit), liviya-bərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və çönub qruplarına ayrılır. Onlardan birinçisi akkad (babil-assur) dilindən ibarətolan şərqyarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarım-qruplarına ayrılır. Israildə hal-hazırda sün'i surətdə qədim yəhudi dşqani bərpa etməyə çalışırlar. Aramey dili b. e. əvvəl VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu künə qədər Rusiya, Iraq, Iran va Türkiyədə saxlanılır. Semit dillərinin çənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye iLə təmsil olunmuşdur. Köhnə həbəş dili-kez hazırda kilsə dili kiMi saxlanılır.Misir budağına qədim, orta və yeni Misir dilləri daxildir. Ərəb dili yayılana qədər Misir əhalisi əsasən kopt dilində danışırdılar.Liviya-bərbər budağına: liviya (ölü), bərbər, numidiya və quanç (Kanar adalarında), tuareq, kabil, rif və zenaq dilləri daxildir.Kuş dillərində şimal-şərqi Afrikanın əhalisi danışır. Onlardan ən çox yayılanı: qalla, somali, afar və bedauedir.Çad budağının ən böyük dili hausadır.
V. Dravid dil ailəsi.
Dravid dilləri özündə 16 dili birləşdirərək 4 budağa ayrılır. Bunlar: dravid, andxra, Mərkəzi hind və Şimal-qərb budaqlarıdır.Dravidin ən böyük dilləri: tamil, malayyali və kannaradır. Andxra budağına: teluqudili daxildir. Mərkəzi hind dillərindən ən böyüyü qonda dilidir. Şimal-qərb budağı braqui dilidir ki, bu dildə əsasən şimal-qərbi hindistanda və Pakistanda danışırlar.
VI. Malay - Polineziya dil ailəsi
Bu ailənin dilləri də 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Budillər arasında indoneziya dilləridaha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. Indoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
VII. Çin - Tibet dil ailəsi
Bu dil ailəsi beş budağa ayrılır: çin, çjuan-tai, tibet-birma, myao-yao və vyetnam. Çin budağı çin və dunqan dillerinə ayrılır. Çjuan-tai budağına çjuan, tai, siam, laos, şan və b. dillər daxiddir. Tibet-birma budağı: tibet, birma, himalay və assam dillərinə ayrılır. Vyetnam budağı - ayrıca bir vyetnam dilindən ibarətdir. Çin-Tibet dil ailəsi kifayət qədər öyrənilməmişdir. Elmi ədəbiyyatda bu dilləri kah 2, kah 4, kah da 3 budağa ayırırlar.
VIII. Avstroasiya dil ailəsi
Bu dil ailəsi beş budağa ayrılır: mon-kxmer, munda, malaqqa, Mərkəz və Cənub-şərq. Mon-kxmer budağına: mon, kxmer və b. dillər aiddir. Munda budağı dilləri hindistanda yayılmışdır. Malaqqa budağına - semanq və senoy dilləri daxildir. Mərkəz budağı kxzazi və nikobars dillərinə bölünür. Cənub-şərq budaqana çan və s. dillər daxildir.
IX. Paleoasiya dil ailəsi
Budil ailəsi beş budağa ayrılır: 1. eskimos və aleut dilləri; 2. çukot, koryak və kamçadal dilləri; 3. ket və ölü arin, asan dilləri; 4. yukakir və çuvan dilləri; 5. nəhayət, nivx dili. Paleoasiya dilləri şərti addır. Budillər arasında dərin qohumluq münasibətləri yoxdur. Bununla belə bu dillərin bəzilərinin arasında genetik əlaqələr sezilir.
X. Qafqaz dil ailəsi
Qafqaz dillərinin təsnifatı məsələsi də elmdə tam şəkildə həll olunmamışdır. Bəzi alimlər bu dilləri 4 müstəqal ailəyə, başqaları isə dörd budağa bölür: abxaz-adıkey, nax, Dağıstan və kartvel. Abxaz-adıkey budağı iki qrupa ayrılır. Abxaz qrupuna abxaz və abazin dilləri daxildir. Adıkey qrupu kabardin və adıkey dillərindən ibarətdir. Bunların dili umumi adıq dilidir. Nax budaqana çeçen, inquş və batsbi dilləri daxildir. Kartvel dilləri: kürcü, zan və svan dillərindən ibarətdir. Dağıstan dilləri daha çox saylı olub avar, dargin, lak və ləzgi qruplarına ayrılır.



  1. Yüklə 103,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə