Tarix XIX əSRİN 60-90-cı İLLƏRİNDƏ ŞƏRQİ slavyan öLKƏLƏRİNDƏ



Yüklə 307,35 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü307,35 Kb.
#67992


 

 52


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

TARİX

 

 

XIX ƏSRİN 60-90-cı İLLƏRİNDƏ ŞƏRQİ SLAVYAN ÖLKƏLƏRİNDƏ 



KƏND TƏSƏRRÜFATININ VƏZİYYƏTİ HAQQINDA 

 

T.T.VƏLİYEV 

Bakı Dövlət Universiteti 

veliyevtofiq@yahoo.com 

 

Məqalədə XIX əsrin 60-90-cı illərində Şərqi Slavyan ölkələrində həyata keçirilən aqrar 



islahatlar, islahatların kənd təsərrüfatının inkişafına təsiri, əkinçiliyin əmtəə xarakteri alması, 

əmtəə maldarlığının genişlənməsi, taxıl istehsalı  və onun ixracı, kənd təsərrüfatına kömək 

məqsədilə ipoteka banklarının təşkili və başqa məsələlərdən bəhs edilir. 

 

Bəhs edilən dövrdə Şərqi Slavyan ölkələri iqtisadi cəhətdən Avropanın inkişaf 



etmiş ölkələrindən geri qalırdılar. Bu geriliyin başlıca səbəbi bu ölkələrdə təhkimçilik 

hüququnun hakim olması idi. Təhkimçilik hüququ Rusiya imperiyasının tərkibində 

olan Ukrayna və Belorusiyada da mövcud idi. 

II Aleksandr Rusiyada hakimiyyəti ələ aldıqdan sonra başa düşdü ki, Rusiyanı 

gerilik bataqlığından çıxarmaq üçün hər  şeydən  əvvəl təhkimçilik hüququnu ləğv 

etmək lazımdır. 

Krım müharibəsindən (1853-1856) sonra müharibədə biabırcasına məğlub olan 

Rusiyanın iqtisadiyyatı  bərbad vəziyyətə düşmüşdü. Feodalizmin böhranı hakim 

təbəqənin daxili siyasətinə də mənfi təsir göstərirdi. Rusiyanın apardığı müharibələr, 

çoxsaylı vergi və mükəlləfiyyətlər, istismarın daha da güclənməsi, təbii fəlakətlər 

(quraqlıq, aclıq və s.) nəticəsində əhalinin vəziyyəti ağırlaşmışdı. Ona görə də, ölkədə 

baş verən kəndli hərəkatı getdikcə güclənirdi. Kənddə yeni «Puqaçovçuluq» təhlükəsi 

yaranmışdı. 50-ci illərin sonunda mütləqiyyətin burjua islahatları keçirmək üçün 

hazırlıq işləri görməsi «yuxarıların» böhranının ən qabarıq təzahürü idi. Hələ 1856-cı 

il martın 30-da II Aleksandr Moskva zadəganları qarşısında çıxış edərkən demişdi ki, 

mən kəndlilərə  şəxsi azadlıq verilməsinin  əleyhinəyəm. Amma yaranmış  çətin 

vəziyyət, təhkimçiliyin bundan sonra saxlanılmasının törədəcəyi təhlükə,  şəxsi 

asılılığın aşağıdan deyil, yuxarıdan, yəni dövlət tərəfindən ləğvini zəruri etmişdir. 

Ona görə islahatların keçirilməsinə hazırlaşmaq lazımdır (1, 30-31). 

1859-cu il avqustun sonuna yaxın «Kəndlilər haqqında Əsasnamə» demək olar 

ki, hazır idi. Lakin hazırlıq işləri ilə  əlaqədar yaradılmış çoxsaylı komitə  və komis-

siyalarda «Əsasnamə»də edilmiş  dəyişiklik, həmçinin  əlavələr prosesi uzadılırdı. 

Nəhayət, 1861-ci il yanvarın 28-də «Əsasnamə»nin layihəsi son mərhələyə – Dövlət 

Şurasına verildi. 1861-ci il fevralın 16-da layihənin müzakirəsi başa çatdırıldı. Bir 




 

 53


neçə gün sonra – fevralın 19-da II Aleksandr onu imzaladı. Elə həmin gün çar kənd-

lilərin şəxsi asılılığını ləğv edən Manifest verdi. Beləliklə də, əsrlərdən bəri geriliyə, 

zülmə və əsarətə səbəb olan təhkimçilik hüququ ləğv olundu (1, 44). 

1861-ci il 19 fevral «Əsasnamə»si Avropa Rusiyasının 45 quberniyasını əhatə 

edirdi. Bu quberniyalarda 22563 min təhkimli kəndli, 1467 min nökər və 543 min 

fabrik-zavodlara təhkim edilmiş kəndli yaşayırdı. Şərqi Slavyan ölkələrində təhkim-

çilik hüququnun ləğvi birdəfəlik akt olmadığına görə bu proses hələ bir neçə on il 

davam etmişdi. Manifestdə göstərilirdi ki, qanun elan edildikdən sonra mülkədar 

kəndliləri 2 il əvvəlki vergiləri və mükəlləfiyyətləri ödəməli idilər. Ona görə də, bu 

kəndlilər «müvəqqəti-mükəlləfiyyətli» kəndli adlanırdı. Guya bu vəziyyət müvəqqə-

tidir və uzun sürməyəcəkdir. Amma «müvəqqəti-mükəlləfiyyətli» vəziyyət düz 20 il 

davam etdi və 1881-ci ildə ləğv olundu. Bu ildən etibarən mülkədar kəndliləri istifa-

dələrində olan pay torpaqlarını icbari şəkildə satın almalı (vıkup) idilər. «Əsasna-

mə»yə əsasən 15 yaşına çatmış hər bir kişiyə 2,75 desyatindən 12 desyatinə qədər pay 

torpağı verilirdi. Burada pay torpağının münbitliyi mütləq nəzərə alınırdı (1, 46; 7, 

28; 5, 126-128).  

Pay torpaqlarının satınalma pulu elə müəyyənləşdirilmişdi ki, burada həm 

xəzinə (dövlət) və həm də mülkədarlar qazanır, itirən isə kəndlilər olurdular. 

Nökərlər – ev qulluqçuları haqqında ayrıca qayda verilmişdi. Bu qaydaya əsa-

sən onlar da təhkimli kəndlilər kimi, şəxsən azadlıq və mülk-pay torpağı əldə etmək 

hüququna malik idilər. Lakin onlar da qanun verildikdən sonra 2 il ərzində ağalarına 

qulluq edir və yaxud töycü ödəyirdilər. Mülkədar – zadəganlara məxsus fabrik-zavod-

larda işləyən fəhlələr 2 il müddətinə töycü vermək vəziyyətinə keçirilir, onların 

keçmiş pay və həyətyanı torpaqları fəhlələrin xüsusi mülkiyyətinə çevrilirdi (1, 81; 5, 

141-144). 

Mülkədar-zadəgan torpaqlarında təhkimçilik hüququnun ləğvi hökumətin məc-

buriyyət qarşısında verdiyi burjua islahatı idi. Lakin islahat gedişində mülkədarların 

mənafei həmişə gözlənilirdi. Kəndli islahatı feodal istismarını hələ də bu və ya digər 

şəkildə qoruyub saxlayırdı. Vıkup (pay torpaqlarının satın alınması) ödəncləri vermək 

sahibkar kəndlilərinin imkanı xaricində idi. Nəhayət, islahat qeyri-iqtisadi məcburiy-

yəti saxlamaqla kəndli silkini mülkədarlar və dövlət hakimiyyət orqanlarından asılı 

vəziyyətə salmışdı.  

Rusiya imperiyasında sahibkar kəndlilərlə  bərabər digər kateqorayadan olan 

kəndlilər üçün də islahat keçirilməsi dövrün tələbi idi. Bunlardan biri xanədan kənd-

liləri hesab olunurdu. Onlar sayca 2 mln nəfərdən bir qədər çox olmuşdu. Heç bir və-

təndaşlıq hüququna malik olmayan хanədan kəndliləri feodal töycüsü verir, nominal 

olaraq, “azad kənd əhli” hesab olunur və istifadə etdikləri xəzinə torpaqları  əvəzinə 

töycü ödəyirdilər. 1863-cü il iyunun 26-da verilmiş  “Əsasnamə”yə görə xanədan 

kəndliləri “müvəqqəti-mükəlləfiyyətli vəziyyət”dən yan keçərək dövlətin köməyi ilə 

pay torpaqlarını  dərhal satın alırdılar.  Əgər nadel-pay torpağının sahəsi az olardısa, 

onda kəndliyə əlavə sahə ayrılırdı. İdarə işləri sahibkar kəndlərindəki kimi idi (1, 84; 

5, 264-268). 

Şərqi slavyan ölkələrində  kəndlilərin 48%-ni dövlət kəndliləri təşkil edirdilər 

(sahibkar-mülkədar kəndliləri sayca daha çox – 50% idi). 1866-cı il yanvarın 18-də 

çar fərmanı  əsasında dövlət kəndində  də islahata başlanıldı. Bu kateqoriyadan olan 

kəndlilərin vəziyyəti digər qruplardan əsaslı  şəkildə  fərqlənirdi. Onlar 1838-ci ilin 




 

 54


Kiselyov islahatına görə «azad kənd əhli» hesab olunurdular. Bu, şəxsi azadlıq demək 

idi. Torpaq məsələsində də xeyli fərq vardı. Ailənin 15 yaşına çatmış hər bir kişi üz-

vünə 8 desyatin, torpağın çox olduğu quberniyalarda isə 15 desyatinə  qədər pay 

torpağı verilməsi nəzərdə tutulmuşdu.  İslahat 36 quberniyanı  əhatə edirdi, çünki 

dövlət kəndliləri bu quberniyalarda yaşayırdılar. Qanun Sibir və Uzaq Şərqə  şamil 

edilməmişdi. 

Dövlət kəndliləri islahata qədər də torpaqla yaxşı  təchiz edilmişdilər. Pay 

torpaqları müqabilində kəndlilər dövlət xəzinəsinə «dövlət töycü vergisi» ödəyirdilər. 

Torpaqların vikupu – satın alınması  dərhal həyata keçirilmədi. İyirmi il müddətində 

bu kəndlilərin dövlət idarələrindən asılılığı saxlanılmışdı. Dövlət kəndlilərinə Dövlət 

Əmlak Nazirliyi nəzarət edirdi. Dövlət kəndliləri icbari vıkupa yalnız 20 ildən sonra – 

1886-cı ilin iyununda keçdilər (5, 291; 1, 85). 

Metropoliyada kəndli islahatları keçirib müstəmləkə ölkələrini yaddan çıxart-

maq olmazdı. Ona görə  də 1864-cü ilin oktyabrında Kaxetiyada (Şərqi Gürcüstan), 

1866-cı ilin dekabrında Meqreliyada, 1871-ci ilin fevralında Abxaziyada və  həmin 

ilin oktyabrında isə Svanetiyada təhkimçilik hüququ ləğv edildi. 1870-ci ilin may 

ayında verilmiş aqrar qanuna əsasən Azərbaycanda feodal – asılı münasibətlər ləğv 

edilirdi. 1865-1866-cı illərdə Şimali Qafqaz ölkələrində (Dağıstan, Osetiya, Balkariya 

və b.) də  kəndli islahatları elan edildi. 1868-ci ilin iyulunda verilmiş aqrar qanun 

bütünlüklə Bessarabiyaya şamil edilmişdi. Mərkəzi Asiyanın Rusiya tərəfindən işğalı 

başa çatdırıldıqdan sonra 1886-cı ildə bu regionda da aqrar islahatlar həyata keçirildi 

(5, 329-344; 1, 86; 294; 8, 182-183). 

Kəndli islahatları – aqrar qanunlar verildikdən sonra kənd təsərrüfatında müs-

bətə doğru ciddi dəyişiklik baş vermişdi. 

1877-1878-ci illərdə keçirilmiş torpaq sayımına (kadastr) görə  Şərqi Slavyan 

ölkələrində 391 mln. desyatin yararlı torpaq sahəsi qeydə alınmışdı. Bu torpaqların 93 

mln. desyatini 481 min nəfər xüsusi sahibkarlara, 131 mln. desyatini 8 mln. kəndli 

təsərrüfatına, 150 mln. desyatini dövlət kəndlilərinə, 9 mln. desyatin xanədan kəndli-

lərinə  və b. məxsus idi. XIX əsrin sonunda vəziyyət  əsaslı  şəkildə  dəyişmişdi. 

Mülkədar kəndində 13 mln. kəndli həyətinin 10,5 milyonu cəmi 75 milyon desyatin 

torpağa malik idi. Amma ictimai təbəqələşmə  nəticəsində meydana gəlmiş 1,5 mln. 

qolçomaq təsərrüfatının sərəncamında da demək olar o qədər, yəni 70 mln. desyatin 

torpaq sahəsi vardı. Mülkədar-zadəganların torpaq sahələri xeyli azalaraq 62 

mln.desyatinə enmişdi (1, 302; 2, 394) 

Rusiyada (o zaman Ukrayna və Belorusiya bu imperiyanın tərkibində olduğuna 

görə bu ölkələr də nəzərə alınır) təhkimçilik hüququnun ləğvindən sonra feodal müna-

sibətlərinin qalıqları hələ də mövcud idi. Buna baxmayaraq kənd təsərrüfatı məhsul-

larının əsas hissəsi kapitalist təsərrüfat sistemində əldə edilirdi. Kənd təsərrüfatı daha 

çox ticarət və sahibkarlıq xarakteri alırdı. Muzdlu əməyin tətbiqi geniş miqyas almış 

və  kənddə ictimai təbəqələşmə prosesi güclənmişdi. Ölkənin müxtəlif rayonlarının 

ayrı-ayrı  kənd təsərrüfatı  məhsullarının istehsalı üzrə ixtisaslaşması daxili bazarı 

genişləndirmişdi. Dənli bitkilərin xarici bazarda rolu artmışdı. Kənd təsərrüfatının 

dünya satış bazarı ilə bağlılığı məhsul istehsalının artırılmasına müsbət təsir göstərirdi 

(9, 56; 7, 61). 

Rusiyanın taxıl anbarı adlandırılan Qaratorpaq zonada (əsasən Ukraynada) və 

Orta Volqa boyunda taxılın əsas satıcısı mülkədarlar idilər. Cənub və Volqa çayından 




 

 55


şərqdəki quberniyalarda isə bu işdə mühüm rolu kəndlilər oynayırdılar. Taxıl isteh-

salının getdikcə artmasını  şərtləndirən əsas amillərdən biri kənd təsərrüfatında kapi-

talizmin inkişafı idi. Kəndlilərin pul ödənclərinin ildən-ilə çoxalması onları borcları 

pulla ödəməkdən ötrü mütləq taxıl satmağa məcbur etməsi digər amil kimi qiymət-

ləndirilə bilər.  İslahatdan sonrakı ilk 20 il ərzində  hər il orta hesabla 241 milyon 

çetvertdən (çetvert– 8-9 puda bərabərdir) çox, daha doğrusu 2 milyard puda qədər 

taxıl istehsal edilmişdi.  Şərqi Slavyan ölkələri taxıl ixracında dünyada birinci yerə 

çıxmışdılar (4, 223-224). 

Şərqi Slavyan ölkələrinin ixracatının 85 %-ni kənd təsərrüfatı məhsulları təşkil 

edirdi. Kəndli torpaqlarının məhsuldarlığı mülkədarınkına nisbətən az idi. 1861-1870-

ci illərdə kəndli hər desyatin sahədən orta hesabla 29 pud, mülkədar isə 33 pud taxıl 

götürürdü. Daxili və xarici bazarlarda taxıla olan tələbin artması  kənd təsərrüfatının 

inkişafına ikili təsir göstərirdi. Bir tərəfdən dənli bitkilərin əkin sahələri genişləndirilir 

(ekstensiv inkişaf), o biri tərəfdən isə ayrı-ayrı regionlar taxıl istehsalı üzrə ixtisas-

laşırdı. Bu isə, öz növbəsində, bütövlükdə ticarət  əkinçiliyi və  əmtəə maldarlığının 

inkişafına təkan verirdi (7, 61) 

Tədqiq olunan dövrü şərti olaraq birinci və ikinci 20 illiyə bölünməsi barədə 

yuxarıda deyilmişdir. XIX əsrin 60-70-ci illərində, yəni birinci 20 ilin sonuna yaxın 

maldarlıqda da irəliləyiş nəzərə çarpırdı. Bu dövrdə Rusiya üzrə 18,6 milyon baş at, 

26,2 milyon baş iri buynuzlu mal-qara, 53 milyon baş  xırda buynuzlu davar, 10 

milyon baş donuz və 2 milyon baş keçi vardı. Qeyri-qaratorpaq zonalarda südçülük 

maldarlığının yüksəlişi bilavasitə şəhərlərin inkişafı ilə bağlı idi (4, 221-225). 

Texniki bitkilər sahəsində də irəliləyiş gözə çarpırdı. Qeyri-qaratorpaq zonanın 

şimal-qərb hissəsində  kətan istehsalı güclənmişdi. Ukrayna bu baxımdan mərkəz 

sayılırdı. 1861-1865-ci illərdə  hər il orta hesabla 165 min desyatin sahədə  şəkər 

qamışı əkilirdi. 

Həmin illərdə qeyri-qaratorpaq zonanın qərb və  mərkəzi quberniyalarında 

kartof becərilməsi artmışdı. İldə orta hesabla 250 min pud kartof əldə edilirdi. Yeni 

təsərrüfat sahəsi olan tütünçülükdə də müəyyən irəliləyiş vardı. O dövrdə orta hesabla 

ildə 250 min pudadək tütün yarpağı yığılırdı. 

Kapitalist təsərrüfat sisteminə keçmiş mülkədarlar təkmil əkinçilik alətləri tət-

biq etməyə başlamışdılar. Daha güclü qolçomaq təsərrüfatlarında da bu kimi alətlər-

dən geniş şəkildə istifadə edilirdi. Ortabab kəndli təsərrüfatlarında dəmir kotan cütü 

sıxışdırıb aradan çıxarırdı. Ona görə  də, birinci 20 ilin sonunda kənd təsərrüfatında 

mühüm bir hadisə – ictimai təbəqələşmə, yəni «kəndlilikdən çıxmaq» prosesi xeyli 

güclənmişdi. Kənd təsərrüfatı  məhsulları istehsalında varlı  kəndlilərin – qolçomaq-

ların xüsusi çəkisi yüksəlməkdə idi. Kapitalizmə qədərki kənddə əmlak bərabərsizliyi 

olmuşdu, amma o heç zaman ictimai təbəqələşməyə – kənd burjuaziyası  və daimi 

kənd təsərrüfatı  fəhlələrinin meydana gəlməsinə  gətirib çıxarmamışdı. Ona görə  də, 

qolçomaqları  kənddə kapitalist münasibətləri inkişafının «övladı» hesab etmək olar. 

Ortabab kəndlilərin hesabına varlı və yoxsul kəndli təbəqələri əmələ gəlirdi. Ticarət 

əkinçiliyinin genişlənməsi kənddə tacir – sələmçi zümrəsinin inkişafına  şərait ya-

radırdı. Get-gedə möhtəkirlərin də sayı artırdı. Təkcə onu demək kifayətdir ki, ilk 20 

ildə (1860-1880) Avropa Rusiyasının 50 quberniyasından yalnız 17-də işləyib ödəmə 

üstünlük təşkil edirdi. Qalan quberniyalarda kapitalist təsərrüfat sisteminin, yəni 

muzdlu əmək tətbiqinin xüsusi çəkisi yüksək olmuşdu (9, 34, 38). 




 

 56


Şərqi Slavyan ölkələrinin kənd təsərrüfatında kapitalizm iki yolla inkişaf edirdi. 

Bir yol mülkədar təsərrüfatının təhkimçilikdən tədricən (təkamüllə) inkişaf edərək 

burjua təsərrüfatına çevrilməsidir. Bu halda əkinçilikdə aparıcı rol mülkədara məxsus 

olur,  əsas kəndli kütlələri isə on illərlə köləlik  əzabı yolunu keçirlər. Bu yol Prus-

siyada geniş yayıldığı üçün bunu «Prussiya yolu» adlandırırlar. Lakin kənd təsər-

rüfatında kapitalist münasibətləri başqa yolla da inkişaf edirdi. Deməli, burada mül-

kədar təsərrrüfatı ya tamam yoxdur, ya da kapitalizm inqilabi yolla inkişaf edir. Belə 

olan halda əkinçilikdə aparıcı rol kəndliyə  məxsus olur və  kəndli kapitalist fermerə 

çevrilir. Bu yolun geniş miqyas aldığı ölkə Amerika olduğuna görə bu yol “Amerika 

inkişaf yolu” adlandırılır. Şərqi Slavyan ölkələrində hər iki inkişaf yolu mövcud idi. 

Təhkimçilik hüququnun hakim olmadığı regionlarda sərbəst olan kəndli  əkinçiliyə 

girişir (Volqa arxası, Novorossiyski, Şimali Qafqaz, qismən Cənubi Qafqaz) və  tə-

sərrüfatda kapitalizm inkişaf edirdi. “Prussiya yolu” əsasən Mərkəzi və  Qərb 

quberniyalarında üstünlüyə malik idi. Deməli, təhkimçiliyin geniş yayıldığı ərazilərdə 

“Prussiya yolu” daha güclü olmuşdu. Təhkimçiliyin olmadığı, yaxud zəif olduğu 

ərazilərdə əkinçilikdə əsas fiqur kəndli idi. Bir sıra quberniyada isə hər iki yol qarışıq 

şəkildə mövcud idi (1,131). 

Şərti adlandırdığımız ikinci 20 il (1880-1900) əslində islahatdan sonrakı iyirmi 

ilin davamı olaraq qəbul edilməlidir. Amma bu dövrlər iqtisadi cəhətdən xeyli 

fərqlənirdilər. 80-90-cı illər iqtisadi inkişafın sürətinə görə iki yerə bölünürdü. 

Bunlardan biri 1881-1892-ci illərdir. Taxılın bu illərdə qiymətdən düşməsi üzündən 

kəndlilərin yoxsullaşması 1891-1892-ci illərin aclığı nəticəsində fəlakətlə qurtardı. Bu 

aclıq Qaratorpaq zonanın çox böyük hissəsini bürümüşdü. 1893-1900-cü illər iqtisadi 

yüksəliş illəri hesab olunur. Taxılın bazar qiymətinin aşağı düşməsi 90-cı illərin 

ortasında dayanmışdı. Başqa sözlə desək, bu dövr Şərqi Slavyan ölkələrinin ictimai-

iqtisadi inkişafında kapitalizmə  qədərki dövrün sonu, yekun dövrü təki qiymət-

ləndirilməlidir. 

XIX  əsrin son rübündə Avropa ölkələrinin kənd təsərrüfatı durğunluq dövrü 

keçirirdi. Aqrar böhran hesab edilən bu vəziyyətin başlıca səbəbi 70-ci illərin orta-

larından taxılın qiymətdən düşməsi idi. On beş il ərzində qiymətlər 2 dəfə ucuzlaş-

mışdı. Ucuzlaşmanı  şərtləndirən  əsas amil Amerika, Kanada, Argentina, eləcə  də 

Avstraliyada maya dəyəri aşağı olan taxılın Avropaya gətirilməsi idi. Gəmiçilikdə 

texniki tərəqqi taxılın gətirilmə xərcini aşağı salmışdı. Ona görə də, Avropa ölkələri 

nisbətən ucuz və keyfiyyətli taxılla doldurulurdu (2, 252). 

Aqrar böhran Rusiyaya da təsir göstərmişdi. 80-90-cı illərdə  kənd təsərrüfatı 

məhsullarının, xüsusən taxılın ixrac tempi-sürəti zəifləmişdi.  İkinci 20 ildə taxıl 

istehsalı 1,5 dəfə artaraq 3,3 milyard puda çatmışdı.  İxracat da 1880-ci ildəki 287 

mln. puddan 1900-cü ildə 444 milyon puda qalxmışdı. Taxılın məhsuldarlığında xeyli 

artım vardı. Kəndli təsərrufatından 1891-1900-cü illərdə  hər desyatindən 39 pud, 

mülkədar təsərrüfatından isə 47 pud taxıl götürülmüşdü. Məhsuldarlığın artmasında 

aqrotexniki qaydaların tətbiqi böyük rol oynayırdı. 

Çar hökuməti taxıl ixracına xarici ticarətin aktiv balansını saxlamaq üçün bir 

vasitə kimi baxırdı. İ.A.Vışneqradski (keçmiş maliyyə naziri) deyirdi ki, özümüz ac 

qalsaq da, mütləq taxıl ixrac etməliyik (1, 298). 

Texniki bitkilər sahəsində də böyük yüksəliş vardı. 90-cı illərdə kətan istehsalı 

30 %-dən çox artmışdı. 1900-cü ildə 1050 min desyatin sahədən 17 milyon pud kətan 




 

 57


götürülmüşdü. Ukrayna şəkər qamışı yetişdirilməsində həlledici rola malik idi. Bəhs 

olunan illərdə 300 min des. çox sahədə şəkər qamışı əkilirdi. Şəkər çuğunduru əkilən 

sahələr də genişlənmişdi. 1900-cı ildə 300 min desyatindən çox sahədə çuğundur 

əkilirdi. Bu, 60-cı illərdəkindən 3 dəfə çox idi. 

Maldarlıqda da ciddi dəyişiklik baş vermişdi. 1883-cü ildə Avropa Rusiyasında 

17,4 mln. baş at, 23 mln. baş iri buynuzlu mal-qara, 47,5 mln. baş davar, 9 mln. baş 

donuz olmuşdusa, 1900-cü ildə atların sayı 19,7 mln. başa, iri buynuzlu mal-qara 33 

mln. başa, davar 49,6 mln. başa və donuzlar 11 mln. başa çatmışdı (1, 298; 4, 218). 

Maldarlıq məhsulları istehsalının həcmi də genişlənmişdi. Təkcə onu demək 

lazımdır ki, 1900-cü ildə Avropa Rusiyası quberniyalarında 4 mln. manatlıq pendir 

istehsal edilmişdi (4, 221). 

Məqalənin  əvvəlində qeyd etdiyimiz kimi, ikinci 20 il ərzində zadəganlar 20 

mln. desyatindən çox torpaq itirmişdilər. Yalnız Pribaltika və qərb quberniyalarında 

onlar nisbətən az ziyan çəkmişdilər. Çar hökuməti bu prosesi ləngitmək və zadəgan-

lara kömək məqsədilə 1882-ci ildə Kəndli torpaq bankı, bundan 3 il sonra – 1885-ci 

ildə isə Zadəgan torpaq bankı yaratdı. Zadəgan bankı zadəgan – mülkədarlara güzəştli 

şərtlərlə borc verməklə onların mülklərini girov götürmək məqsədini güdürdü. Kəndli 

torpaq bankı mülkədar torpaqlarının xırda hissələrlə satın alınmasında kəndlilərə kö-

mək etməli idi. Əslində bu bank kəndlilərdən daha çox mülkədarlara xidmət gös-

tərirdi. İslahatdan sonrakı dövrdə torpağın qiyməti durmadan artırdı. Mülkədar torpaq 

sahibliyinin hökumət tərəfindən müdafiə olunması kəndli təsərrüfatlarının inkişafına 

mane olur və kəndlilərin vəziyyətini ağırlaşdırırdı (1, 302; 3, 252, 256).  

Belə bir şəraitdə ictimai təbəqələşmə prosesi güclənməkdə idi. Hesablamalara 

görə yoxsul kəndli təsərrüfatları ümumi kəndli həyətlərinin 50 %-ni təşkil edirdi. 

Onlar – yoxsul kəndlilər əhalinin 40 %-i qədər idi. Həm də onların əlində əkin sahə-

lərinin 25 %-i və  iş heyvanlarının 30 %-ə  qədəri toplanmışdı. Çoxları  iş heyvanı 

olmadığına görə torpaqlarını tavanalı həmkəndlilərinə – qolçomaqlara icarəyə vermə-

yə məcbur olurdu. Təkcə 70-ci illərdə nadel-pay torpaqlarından 11,6 milyon desyatin, 

yaxud bütün pay torpaqlarının 9 %-i qolçomaqlara icarəyə verilmişdi. Sonrakı dövr-

lərdə, yəni 80-90-cı illərdə bu rəqəm 2,5 dəfədən çox artmışdı (4, 55, 66). 

Tavanalı  kəndli – qolçomaq təsərrüfatları bütün kəndli həyətlərinin 20 %-dən 

azını  və  kənd  əhalisinin yalnız 10 %-ni təşkil edirdilər. Lakin onlar qəbalə torpaq-

larının  əksər hissəsinə  və icarə torpaqlarının yarıdan çoxuna malik idilər. Ona görə 

də,  əkin sahələri və mal-qaranın 50 %-ə  qədəri, iş heyvanlarının böyük əksəriyyəti, 

kənd təsərrüfatı alətlərinin 70 %-i onların sərəncamında idi. Pribaltikada qolçomaq-

ların xüsusi çəkisi yüksək olmuşdu. Stavropol – Kubanda mülkədarlar yox dərəcə-

sində olduğuna görə burada maldarlıq əmtəə xarakteri almışdı. Muzdurların 50-60 %-

i tavanalı kəndlilərin torpaqlarında işləyirdi. Kənd əhalisi sayca artdıqca torpaqsız və 

aztorpaqlı  kəndlilərin sayı çoxalırdı. Bütün bu amillər ictimai təbəqələşməni sürət-

ləndirirdi. Başqa sözlə desək, islahatdan sonrakı Rusiya kəndinin sosial siması «kənd-

lilikdən çıxma» ilə xarakterizə olunurdu. Dərin ictimai təbəqələşmə prosesi nəticə-

sində ortabab kəndlilər hesabına kənd burjuaziyasının və daimi kənd təsərrüfatı 

fəhlələrinin sayı getdikcə artırdı. Kəndlilər parçalandıqca pay torpağı olan kəndlilərin 

vəziyyəti getdikcə ağırlaşır, yoxsulların sayı çoxalırdı. Deməli, bir qütbdə varlanma, 

digər qütbdə isə yoxsullaşma prosesi gedirdi. Kapitalizmə xas olan bu proses təh-

kimçilik qalıqlarının hələ  də güclü olduğu  ərazilərdə nisbətən ləng gedirdi. Yoxsul 




 

 58


kəndlilərin əksəriyyəti özlərinin pay torpaqlarını becərmək iqtidarında deyildi. Çünki 

onların əkinçilik alətləri, iş heyvanları və s. ya tamam yox idi, ya da kifayət deyildi. 

Ona görə də, onlar bu torpaqları qolçomaqlara, əvvəl deyildiyi kimi, icarəyə verməyə 

məcbur olur, bir müddət keçəndən sonra isə onu tamam itirərək iş axtaran ordunun 

sırasını sıxlaşdırırdılar. 

Görkəmli iqtisadçı P.Lyaşşenkonun hesablaşmasına  əsasən  əsrin sonunda 

Avropa Rusiyasında torpağı olmayan kəndlilərin sayı 4 milyon nəfərdən çox idi (7, 

28-29 ). Sonrakı dövrlərdə isə belələrinin sayı bir neçə  dəfə artmışdı. Hələ 80-ci 

illərdə kəsbkarlığa gedənlərin sayı 3,7 milyon nəfərə çatırdı. 

Əsrin sonuna yaxın Avropa Rusiyasında 25 milyon desyatinə  qədər torpaq 

icarəyə götürülmüşdü.  İcarə  əvəzində pul ödənilməsi prosesi güclənmişdi. Kapita-

lizmin kənd təsərrüfatına nüfuz etməsi  əhalinin yoxsullaşmasını artırırdı. Təsadüfi 

deyildir ki, 1900-cü ildə Avropa Rusiyasının yalnız 50 quberniyasında aqrar əhali 

artıqlığı 23 milyon nəfər olmuşdu. Başqa cürə  də ola bilməzdi. Çünki torpaq icarə 

edən kəndlinin ümumi gəlirinin 34 %-i və xalis gəlirin 80 %-dən çoxu icarə əvəzində 

torpaq sahibinə verilirdi. Belə bir şərait əhalinin mütəhərrikliyini artırmışdı. Pay tor-

pağını satıb kəsbkarlığa gedən kəndlilərin sayı ildən-ilə çoxalırdı. Əgər 1867-ci ilədək 

bu yolla 8,6 milyon desyatin torpaq satılmışdısa, 1893-1897-ci illərdə satılmış 

torpaqların ümumi sahəsi 17,5 milyon desyatinə qalxmışdı (4,188). 

Kapitalist əmtəə istehsalı mövzunun maraqlı məsələlərindəndir. XIX əsr və XX 

əsrin ayrıcında Avropa Rusiyasında hər il satışa gedən taxılın 38 %-ni qolçomaq –

varlı kəndli təsərrüfatları verirdi. Bunun 25 %-i daxili bazarda, 13 %-i isə xarici ba-

zarda satılırdı. Mülkədar təsərrüfatlarının xüsusi çəkisi az-12 % idi. Bu təsərrüfatlarda 

istehsal olunan taxılın yalnız 5,6 %-i ixracata gedirdi. Ortabab və yoxsul kəndli 

təsərrufatları taxılın ümumi həcminin 50 %-ni vermələrinə baxmayaraq, burada ix-

racat 7,4 %-dən çox deyildi (9, 34; 6, 224-226). Göründüyü kimi, qolçomaq və kəndli 

təsərrüfatları əmtəəlik taxılın istehsalında həlledici rola malik idilər 

 

ƏDƏBİYYAT 

1. Çoxcildli «SSRİ tarixi» (rusca), V c. M.: Наука, 1968, 731 s. 

2. Хромов П.А. Экономическое развитие России в ХIХ-ХХ веках. М.: Наука, 1950, 551с 

3. Ковальченко И.Д., Милов Л.В. Российский аграрный рынок. ХVIII-начало ХХ века. 

М.: Наука, 1974, 414 с. 

4. Анфимов А.М. Крестьянское хозяйство Европейской России. 1881-1904. М.: Наука, 1980, 

339 с. 


5. Зайончковский П.А. Отмена крестьянского права в России. М.: Наука, 1968, 367 с. 

6.  Нифонтов  А.С.  Зерновое  производство  России  во  второй  половине  ХIХ  века.  М.: 

Наука, 1974, 317 с. 

7. Ляшенко П.И. История народного хозяйства СССР, В 2-х т. т. II, М.: Наука, 1956, 735 с. 

8. Azərbaycan tarixi, IV cild, Bakı: Elm, 2000, 456 s. 

9.  Немчинов  В.С.  Сельскохозяйственная  статистика  с  основами  общей  теории.  М.: 

Наука, 1945, 477 с. 

10. Китанина М. Хлебная торговля России в 1875-1914 гг. М.: Наука, 1978, 361 с.  

 



 

 59


О ПОЛОЖЕНИИ СЕЛЬСКОГО ХОЗЯЙСТВА В ВОСТОЧНОСЛАВЯНСКИХ 

СТРАНАХ В 60-90-х гг. ХIХ ВЕКА 

 

Т.Т.ВЕЛИЕВ 

 

РЕЗЮМЕ 

 

Восточнославянские  страны  на  много  отставали  от  развитых  Европейских 



стран. Основным фактором отсталости являлось существование крепостного права. По 

этому  царь  Александр II в 60-х  годах  издал  указ  о  ликвидации  крепостного  права. 

Крестьяне  освободились  от  личной  зависимости.  После  этих  реформ  в  сельском  хоз-

яйстве  наблюдались  определенные  изменения.  Если  в  конце 60-х  годов  было  собрано 

почти 2 млд. пудов зерна, то в 1900-х годах объем производства зерна достигал до 3,3 

млд.  пудов.  Усилился  процесс  социального  расслоения  крестьян.  Отдельные  регионы 

специализировались  по  производству  товарного  зерна.  Расширилось  отходничество 

крестьян. 

 

ON THE STATE OF AGRICULTURE IN EASTERN SLAV COUNTRIES  

IN THE 60-90S OF THE XIX CENTURY 

 

T.T.VALIYEV 

 

SUMMARY 

 

 

Countries of eastern Slav stood back from the developed European countries. The 



basic factor of this wаs serfdom. Therefore, Tsar Aleksandr II issued a decree about the 

liquidation of serfdom. The peasants became free from the personal dependence. After these 

reforms there wеre some striking changes in agriculture. While at the end of the 60s about 2 

milliard poods of harvest was gathered, in the 1900s the capacity of the production increased 

about to 3,3 milliard poods.  

 

 



 

 

 



 

Yüklə 307,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə