Böyük Britaniyanın etnoqrafiyası


Şotlandların etnik tarixi



Yüklə 103,43 Kb.
səhifə8/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   4   5   6   7   8   9   10   11   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Şotlandların etnik tarixi

Bizim eranın əvvəllərində məskunlaşıb. V-VI əsrlərdə əvvəlcə pikt tayfaları sonradan isə skot tayfaları İrlandiyadan-Şotlandiyaya səyahət etdilər. Eyni zamanda şotlandların etnogenezində Brit tayfaları da iştirak edib. VII əsrdən Şotlandiya anq və saksların hücumuna məruz qaldı, sonuncular. Britləri Şotland ərazisindən sıxışdırdı. XI əsrdə Şotland xalqının formalaşması prosesi başa çatdı və Şotland krallığı yarandı. İngilislər şotlandları öz təsirləri altına salmaq üçün bir neçə əsr uğursuz müharibə aparmış, 1650-cı ildə Kromvel Şotlandiyanı İngiltərəyə birləşdirdi. 1707-ci ildə İngiltərə və Şotlandiya arasında uniyaya əsasən Böyük Britaniya yarandı. Bu uniya şotlandların müstəqil etnos kimi inkişafına mane oldu və millət kimi formalaşa bilmədilər.
Qlazqonu Şotlandiyada ən kosmopolit şəhər adlandırmaq olar. Şəhərdə rəngli insanların sayı ölkədə ən yüksək göstəricidir. 2011-ci ildə keçirilən siyahıyaalma araşdırmasına görə, şəhərin 84,5%-ni şotlandlar, 3,78%-ni pakistanlılar, 1,80%-ni çinlilər, 1,46%-ni hindistanlılar, 0,64%-ni isə digər etnik qruplar təşkil edir.
2011-ci ildə keçirilən siyahıyaalma araşdırmasına görə, Qlazqo sakinlərinin dini inancları aşağıdakı kimi bölünmüşdür. Əhalinin 54.5% özünü xristian kimi müəyyən edir, onların 23.1%-i Şotlandiya kilsəsinə tabedir, 27.3%-i isə katolikdir.[39] Digər dinlərin tərəfdarları — 5.4%-i müsəlmanlar, 0.7%-i hindular, 0.5%-i sikxlər, 0.4%-i buddistlər təşkil edir.
Şəhərdə 4 kafedral, 20 məscid və 7 sinaqoq var. Bundan əlavə şəhərdə 2 hindu məbədi və 2 sikx qurdvarası yerləşir.
Müasir Şotlandiyanın yerli xalqı beş etnik qrupdan meydana gəlmişdir. Bu qruplardan üçü Kelt dilləri qrupuna daxildir. Bunlara piktlər, qellər və bretonlar daxildir. Onlar VII əsrdən Şotlandiyada geniş yayılmağa başladılar. German dillərinə daxil olan anqlosakslar və norslar isə III əsrdən etibarən Şotlandiya sahillərində məskunlaşmışdılar. 700-1000-ci illər arasında Şotlandiyada əsasən Qel dili geniş yayılmışdı. Bu dövrdə onların ingilis və fransızca danışan qonşuları bölgəyə Scotland, yəni Qellər diyarı adını vermişdilər. Bundan başqa bölgədə german dillərinə daxil olan ingiliscə və norsca da istifadə olunurdu. 1200-1500-cü illərdə Şotlandiyanın Qallouey və Haylend bölgələri arasında qalan aşağı hissələrində gettikcə ingiliscə hakim dil olmuş və 1500-cü illərdən etibarən Şotlandiya danışılan dillərə görə ikiyə bölünmüşdür. Qel dilində danışanlara Haylenders, Şotland dilində danışanlara isə Loulenders deyilirdi. Hal hazırda gəlmələr özləri ilə başqa dillər də gətirmişdir. Şotlandiyada ingilis dili geniş şəkildə istifadə olunduğundan hal hazırda Haylenders və Loulenders anlayışları əhəmiyyətini itirməyə başlamışdır.



  1. Yüklə 103,43 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə