Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə9/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

İrlandların etnik tarixi

İrlandiya ərazisi e.ə. VI minillikdə məskunlaşıb, lakin və IV əsrdə müasir Şotlandiya ərazisindən kelt tayfalarından olan gellər Şotlandiyadan-İrlandiyaya köç etdilər və yerli əhali assimilyasiyaya uğradı və İrland xalqı meydana gəldi. E. ilk əsrlərində İrlandiya ərazisində ilk dövlət birlikləri meydana gəldi. VIII-XI əsrlərdə İrland ərazisi normandların hücumlarına məruz qalmış və nəticədə normand mədəniyyəti, irland mədəniyyətinin inkişafına müəyyən təsir göstərdi. XII əsrin 60-70-ci illərində irlandlar artıq ingilislərin hücumlarına məruz qaldı. Nəticədə irland ərazisində peyl adlı ingilis koloniyası meydana gəldi. XVI əsrin sonlarında manster, olster və lanster irland qraflıqları ingilislər tərəfindən tutuldu. XVIII-XIX əsrlərdə irlandlılar 1 millət kimi formalaşdı. İrlandiyada müstəmləkəçiliyi həyata keçirən ingilislər, irland xalqının inkişafına manelər yaradırdılar. İrlandiyada irland dilində danışmaq qadağan edilmişdi. 1921-ci ildə İrland partiyası Şin-Feyn ilə ingilislər arasında imzalanmış müqavilə ilə irland xalqı 2-yə bölünmüş və şimal-şərq qrafları İngiltərəyə verilmişdir.
Müstəmləkəçilik dövründə irlandların bir hissəsi ABŞ, Kanada, Okeaniya və Avstriya mühacirət etmişdir.


  1. İngilislərin etnolingvistikası

İngilis dili Hind-Avropa ailəsinin alman dil qrupuna aiddir. Əsasən Böyük Britaniya, Avstraliya, Car, Yeni Zellandiya, ABŞ, Kanada da yayılıb.
Qədim ingilis dilli V-XI əsrədək formalaşma prosesi keçmişdir. Bu proses alman dili tayfalarının dillərinin yerli dillərlə qovuşması nəticəsində baş vermişdi. İngilis dilində ilk yazılı mənbələr VII-VIII əsrlərə aiddir X əsrin əvvəllərində danimarkalıların hücumları nəticəsində İngiltərə ərazisində Danimarka məskənləri yaradılmış və onlar ingilis dilinin formalaşmasına təsir göstərmişdir. Bu dillərin qohumları müasir ingilis və danimarka dillərinin qrammatik quruluşunda oxşarlıq özünü göstərir. Normandların İngilisləri istila etməsindən sonra (1066) ölkədə 2 dillilik yarandı. İngilis xalq dili və Fransız – dövlət dili (rəsmi). Bunun nəticəsində ingilis dilinə çoxlu sayda fransız sözləri keçdi. İngilis dilinin formalaşması London şivəsi əsasında ümumi xalq ingilis dili formalaşmağa başladı. (1476-cı ildə) XV-XVI əsrlərdə yeni ədəbi ingilis dili formalaşmağa başlandı. Bu dövrdə ingils dilində elmi və ədəbi əsərlər yaranmağa başladı. Nəticədə ingilis dilinə çoxlu sayda latın, yunan, ispan, fransız mənşəli terminlər keçdi və ingilis dilinin terminoloji və leksik bazası genişləndi. Qrammatik quruluşuna görə analitik dil olub sadəliyi ilə fərqlənir.Çox mənallılıq budil üçün xarakterikdir. Asan təhrif olunan dildir. Ciddi normalara malik deyil.



  1. Yüklə 103,43 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə