Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq



Yüklə 26,39 Kb.
səhifə1/4
tarix26.02.2023
ölçüsü26,39 Kb.
#101541
  1   2   3   4
boyuk britaniya


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq

Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Krallığın ən qədim xalqlarını keltlər təşkil etmişdir. Britaniya adaları 55-410 illərdə Roma İmperiyasının tərkibinə daxil olmuşdur. X əsrdə Krallığa çevrilmiş və Tudor Xanədanı dövründə güclənərək Şotlandiyanı geridə buraxmış İngiltərə, 1588-ci il-də isə Avropa qitəsinin ən güclü donanması olan İspan Armadasını məğlub etməklə, Britaniya İmperiyasının təməlini qoymuşdur. XVII əsrdə Şimali Amerikada koloniyalar qurmuş İngiltərə, 1707-ci ildə Şotlandiya ilə birləşərək Böyük Britaniya Krallığını yaratmışlar. 1800-ci ildə də bu birliyə İrlandiyanın qatılması ilə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı təşəkkül tapmışdır. XX əsr İmperiya daxilində tənəzzül və geriləmə dövrü ilə səciyyəvidir. Böyük Britaniyanın paytaxtı London şəhəridir. Böyük Britaniyanın rəsmi dövlət dili ingilis dilidir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Dövlətin vahid konstitusiyası yoxdur. Onu Parlament aktlarının, Konstitusiya ənənələrinin və bəzi məhkəmə qərarlarının vəhdəti əvəz edir. Böyük Britaniya 4 inzibati-siyasi hissədən (İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya) ibarətdir.


Qanunverici hakimiyyət:
Birləşmiş Krallıq Parlamenti Londonun mərkəzində yerləşən məşhur Uestminster Sarayında yerləşdiyindən Parlament bəzən Uestminster də adlanır.
Parlamentin vəzifələrinə aiddir:

  1. Qanunlar qəbul etmək;

  2. Günün əsas məsələlərini müzakirə etmək;

  3. Xərclərə dair təkliflər daxil olmaqla dövlət siyasətini və idarəçiliyi gözdən keçirmək;

  4. Dövlətin işinin tarazlığını təmin etmək

Parlament iki palatadan ibarətdir:.


1.Lordlar Palatası - Buraya Kraliça (Kral) tərəfindən perlər, irsi və ya ali məhkəmə rəhbərləri və ingilis arxiyepiskopları arasından təyin edilmiş və vəzifəyə görə per hesab olunan şəxslər daxildirlər. Palatanın üzvləri: 674 əbədi per, 90 varis per və 24 ruhani nümayəndədən ibarətdir. Lordlar Palatası lord spiker tərəfindən idarə olunur. Palata İcmalar Palatasının analoqudur: Lord spiker Lordlar Palatası üzvləri tərəfindən seçilir və siyasi cəhətdən neytraldır. Lordlar Palatası üzvlərinin qərarlaşdırılmış sayı yoxdur. Tarixən Lordlar Palatasının üzvləri irsi zadəganlar olmuşlar. İllər əvvəl kral və ya kraliça aristokratiya nümayəndələrini Lordlar Palatasına üzvlüyə seçirdi və o vaxtdan palatada oturmaq hüququ nəsildən nəsilə keçdi və bu, irsi səciyyə almağa başladı. Bu qanunun dəyişdirilməsindən sonra 92 nəfər istisna olmaqla qalan bütün yaşayan irsi zadəganlar hökumətin məsləhəti ilə kraliça tərəfindən ömürlərinin sonuna qədər palatada qalmaq hüququ qazandı, lakin bundan sonra onların ailələrindən olan heç kəsin seçilmək hüququ yoxdur. Hal-hazırda palata üzvləri bu ömürlük seçilmiş irsi zadəganlardan, keçmiş siyasətçilərdən, təhsil, səhiyyə və digər sahələrdən olan şəxslərdir. Üzvlərin kiçik bir hissəsi də dini rəhbərlər - İngiltərə kilsəsinin yepiskop və keşişləridir. Palataya perlərlə yanaşı, Kraliça (Kral) tərəfindən irsi və ya ali məhkəmə rəhbərləri və ingilis arxiyepiskopları arasından təyin edilmiş və vəzifəyə görə per hesab olunan şəxslər daxildirlər. Göründüyü kimi, lordlar palatasında 2 arxiyepiskop və Anqlikan kilsəsinin 22 yepiskopu, habelə məhkəmə lordları kimi tanınan 9 ən təcrübəli hakim yer alır.
Lordlar Palatası maliyyəyə aid qanun layihələrinin qəbuluna müdaxilə edə bilməz, digər qanun layihələrini isə yalnız bir il müddətinə təxirə sala bilər.
2. 650 üzvdən ibarət olan İcmalar Palatasına deputatlar 5 il müddətinə seçilirlər.Böyük Britaniya İcmalar Palatası Parlament üzvlərinin seçdiyi spiker tərəfindən idarə olunur. Vəzifə qeyri-siyasidir və konvensiyaya əsasən siyasi partiyalar spiker postuna namizədlik irəli sürə bilməzlər. Palatanın iclaslarına spiker başçılıq edir və 3 müavini vardır. Palata özünü bütün palatanın komitəsinə çevirdikdə müavinlər də sədr olur. Spiker seçildikdən sonra partiyadan çıxır. O, səs verə bilməz, palata üzvlərinin səsləri bərabərləşəndə həlledici səs hüququ vardır. O palata üzvlərinin çıxışını şərh etmək və çıxış etmək hüququna malik deyildir.
O, Parlamentdə nizam-intizamın qorunmasına nəzarət edir. Hal-hazırda İcmalar Palatasında 650 yer var (bu rəqəm bəzən demoqrafik vəziyyətə uyğun olaraq bir az dəyişir). Bu beynəlxalq standartlara əsasən böyük rəqəmdir.
İcmalar Palatası ən azı beş ildən bir keçirilən seçkilərlə demokratik şəkildə seçilən palatadır (Ümumi seçki Baş Nazir tərəfindən çağırıldıqda bütün 650 yer üzrə keçirilən ümumilli seçkidir və son seçkinin keçirildiyi müddətdən 5 il gec olmamaqla keçirilməlidir). Deputatlar majoritar sistem üzrə birmandatlı dairələrdən ümumi səsvermə yolu ilə seçilirlər. Bir seçki dairəsində orta hesabla 65 min seçici yaşayır və onun səlahiyyətləri icmalar Palatasının səlahiyyətləri ilə müqayisədə çox deyil (onlar bir qayda olaraq İcmalar Palatasına verilir).
Hazırda icmalar palatasında ixtisaslaşmış komitələr və əlavə olaraq ixtisaslaşmamış komitələr var. Onların sayı azdır. ABŞ-dan fərqli olaraq, Böyük Britaniyada parlamentinin sayı aşağı palatasında ciddi partiya intizamı mövcuddur, lakin deputat seçicilərinin və aşağı partiya təşkilatlarının himayəsindən də asılıdır. Aşağı palatanın iclasi üçün kvorum ən azı 40 deputatın iştirakını nəzərdə tutur.

Parlamentdən keçən bütün qanun layihələri qanuni qüvvə almamışdan əvvəl kralın razılığına verilir. Kral/kraliça Parlamentin üçüncü tərkib hissəsidir. Nəzəri olaraq, ali qanunverici hakimiyyət Kral və ya kraliçaya məxsusdur. Müasir dövrün təcrübəsində isə bu hakimiyyət Lordlar Palatasına məxsusdur. Kral/kraliça adətən Baş Nazirin məsləhəti ilə hərəkət edir və Lordlar Palatasının hakimiyyəti də məhduddur. İcmalar Palatası və Lordlar palatası Uestminster Sarayında ayrı-ayrı palatalarda görüşür


Böyük Britaniyada qanun layihəsi və təkliflər bill olaraq adlandırılır. Qanun layihəsi və ya təkliflər qanuniləşdikdən sonra akt adını alır. Billər 2 növ olur: private bills (xüsusi, gizli billər) və public bills (ictimai qanun layihələri).
Qanun qəbul edilməsi prosesi 5 mərhələdən ibarətdir;
- First reading -Birinci oxunuş (səsvermə olmadan birinci oxunuş prosesi)
-Second reading-İkinci oxunuş- (ciddi mübahisələr,səslərin verildiyi ikinci oxunuş)
- Committee Stage -Komitə Mərhələsi (bu mərhələdə, layihə müvafiq komitədə ətraflı müzakirə olunur, bəzi qanun layihələri üçün xüsusi komissiyalar,qarışıq komissiyalar,müvəqqəti komissiyalar yaradılır)
- Report Stage-Hesabat (komissiya sədrinə bir hesabat təqdim edilir, komissiyanın fikir və dəyişiklik təklifləri geniş müzakirə edilir)
- Third reading -Üçüncü oxunuş (Üçüncü oxunuşda kiçik dəyişikliklər üçün icazə verilir. Əgər məclis razı deyilsə, üçüncü mərhələyə qaytarılır.)
Bundan sonra qanun kraliçanın (kralın) rəsmi təsdiqini almalıdır. Qanun layihələrini (maliyyəyə aid istisna olmaqla) əslində hər iki palata təklif edə bilər, lakin əksər hallarda onlar icmalar Palatası tərəfindən irəli sürülür.

Yüklə 26,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə