99
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
TARİXƏ PƏNCƏRƏ
NAXÇIVANIN İNZİBATİ ƏRAZİ QURULUŞUNDA
1929-CU İL DƏYİŞİKLİKLƏRİ VƏ NƏTİCƏLƏRİ
Nurlana ƏLİYEVA,
AMEA-nın Naxçıvan
Bölməsinin kiçik elmi işçisi,
nurlana.aliyeva3@gmail.com
AÇAR SÖZLƏR: Naxçıvan Muxtar Respublikası, xəritə, inzibati ərazi
quruluşu, erməni təcavüzü.
КЛЮЧЕВЫЕ СЛОВА: Нахчыванская Автономная Республика, карта,
административно-территориальная структура,
армянская агрессия.
KEY WORDS: Nakhchivan Autonomous Republic, map, administrative and
territorial structure, Armenian aggression.
Əlverişli coğrafi şəraitdə yerləşən Naxçıvan qədim insanların ilk məskənlərindən
və bəşər sivilizasiyasının mühüm ərazilərindən biridir. Bu diyar tarixi inkişafın
müxtəlif mərhələlərində bir çox dövlətlərin diqqətini cəlb etmiş və hücumlara məruz
qalmışdır. Müxtəlif dövrlərdə bir sıra dövlətlər tərəfi ndən işğal olunmasına baxmayaraq,
Naxçıvan Azərbaycanın əzəli və əbədi ərazisi kimi qorunub saxlanılmışdır. Bu bölgə
1921-ci il martın 16-dan başlayaraq Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü
il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı
ildən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1995-ci ildə qəbul olunmuş
Konstitusiyaya əsasən Naxçıvana Azərbaycan Respublikasının tərkibində muxtar dövlət
statusu verilmişdir. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu
246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), cənubda isə
İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin
aprelində Azərbaycan SSR-nin MİK tərəfi ndən təsdiq edilmiş Naxçıvan MSSR (Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası) haqqında Əsasnamənin qəbulu ilə başlanmışdır.
Əsasnaməyə görə, Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi ona Muxtar
Respublika şəklində daxil olurdu. Naxçıvanın Azərbaycanla qarşılıqlı münasibətləri
Azərbaycanın Konstitusiyası ilə müəyyənləşdirilirdi. Bu Əsasnamə MR-in ictimai,
siyasi, iqtisadi həyatını tənzimləyən əsas qanunverici akt olmuşdur. Bununla Naxçıvan
özünün qanunverici orqanları, icra hakimiyyəti olan muxtar quruma çevrilmişdir.
Naxçıvanın 1924-cü ilə aid kartoqraf N.Rıbakov tərəfi ndən tərtib edilmiş xəritəsini
əsas götürərək bu dövr haqqında məlumat əldə etmək mümkündür. Xəritədə buranın
ərazisi və əsas yaşayış məntəqələri öz əksini tapmış, Naxçıvanla Ermənistan arasındakı
100
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
“mübahisəli ərazilər” xüsusi göstərilmişdir. Bunlar indiki Şərur, Kəngərli, Babək, Şahbuz
rayonları ilə Ermənistan SSR arasındakı 279 hektar ərazi və Ordubad rayonu ilə Zəngilan
arasında qədim Azərbaycan torpağı olan Zəngəzurun bir hissəsidir. Həmçinin Kilit və
Qarçevan əraziləri də Naxçıvanın sərhədləri içərisində yer almışdır [1, s. 155].
Tarixən ermənilər Azərbaycanın müxtəlif ərazilərinə, eləcə də onun ayrılmaz tərkib
hissəsi olan Naxçıvana qarşı torpaq iddiaları ilə çıxış etmiş və bu mənfur niyyətlərindən
heç vaxt əl çəkməmişlər. Bir çox hallarda onlar məqsədlərinə nail olmuşlar. “Böyük
Ermənistan” yaratmaq sevdası ilə yaşayan ermənilər hiylə ilə torpaqlarımızı işğal
etmişlər. Nəticədə, Zəngəzur mahalı, Göyçə torpaqları, Vedibasar ərazisi əlimizdən
alınmış, Naxçıvan Azərbaycandan ayrı düşmüş, Kərki kəndi işğal olunmuşdur.
Məlumdur ki, Azərbaycan Demokratik Respublikasının mövcudluğu zamanı onun
ərazisi 114 min kvadrat kilometr idi. Bunun 97,4 min kvadrat kilometri mübahisəsiz,
16,6 min kvadrat kilometri “mübahisəli ərazilər” sayılırdı [2, s. 422].
1920-ci ilə qədər ermənilər öz məqsədlərinə nail ola bilməsələr də, məkrli siyasətləri
nəticəsində mərhələ-mərhələ arzularını gerçəkləşdirə bilmişlər. Zaqafqaziyada Sovet
hakimiyyətinin qurulduğu dövrdə Azərbaycanın tarixən Naxçıvanla bağlı olan Zəngəzur,
Dərələyəz, Qəmərli, İrəvan və Göyçə mahalları və b. bölgələri Rusiyanın havadarlığı
ilə Ermənistan tərəfi ndən ələ keçirilmişdir. 1920-ci ilin yayında Azərbaycanın Zəngəzur,
Naxçıvan və Şərur-Dərələyəz kimi mübahisəsiz torpaqları uğrunda Sovet Rusiyası
ilə Ermənistan arasında hərbi əməliyyatlarla yanaşı, danışıqlar davam etdirilmiş,
Azərbaycanın iştirakı olmadan onun torpaqlarının Ermənistana verilməsi məsələsi
müzakirə edilmişdir. N.Nərimanov V.İ.Leninə məktubunda yazırdı: “Dəhşətli vəziyyət
yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın isə
istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə
mübahisəsiz ərazilərini Ermənistana verir...” [1, s. 158-159].
1921-ci ildə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin səlahiyyətli
nümayəndələrinin RSFSR-in nümayəndəsinin iştirakı ilə imzaladıqları Qars müqaviləsi
ilə ölkələr öz üzərlərinə öhdəliklər götürmüşlər. Müqavilənin birinci maddəsində göstərilir
ki, “razılığa gələn tərəfl ər ərazi məsələləri barədə əvvəlki müqavilələrin qüvvəsini
itirmiş hesab edirlər. Zaqafqaziya Respublikaları bir-birinə qarşı ərazi iddiaları ilə tələb
qaldırmamağı və üçüncü bir ölkəyə də bu imkanı verməməyi öhdəsinə götürürlər” [1, s.
159]. Qars müqaviləsinin 3-cü əlavəsində isə göstərilən sərhədlər daxilində Naxçıvan
ölkəsi Azərbaycanın himayəsi altında muxtar ərazi kimi verilmişdir. “Naxçıvan ərazisi”
başlığı altında verilən əlavədə Ermənistan SSR ilə Naxçıvan Muxtar Respublikası
arasındakı sərhəd xəttinin keçdiyi əsas nöqtələr aşağıdakı kimi göstərilib:
(Naxçıvan ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən
stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Qərbi Daşburun
(3142) dağına, oradan Şərqi Daşburun (4108) dağına, Cəhənnəm dərəsi, Bağırsaq dağının
(6607 və ya 6587) – su ayrıcı xətt üzrə Ravona (bulaq) cənubunda qurtarır. Oradan da
keçmiş İrəvan Qafqazının və Şərur-Dərələyəz xəttini izləyərək 6629 yüksəkliyindən
Kömürlü dağ (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayad dağ (7868), (Qurd
qulaq) kəndi Gamasor dağ (8160) – 8022 rəqəmli təpə və Göy dağ (10282) və keçmiş
TARİXƏ PƏNCƏRƏ
101
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
TARİXƏ PƏNCƏRƏ
Naxçıvan qəzasının inzibati sərhədinin şərqi [3, s. 431].
Burada Naxçıvanın sərhədləri dəqiq göstərilsə də, ermənilər məqsədli surətdə
sonrakı illərdə tərtib edilmiş xəritələrdə arzularını gerçəkləşdirmişlər. Belə ki, 1924, 1928,
1932-ci illərə aid xəritələrdə Naxçıvan ərazisi dəqiq göstərilsə də, 1929, 1942-ci illər
və daha sonrakı illərdə tərtib edilmiş xəritələrdə saxtakarlığa yol verilmiş və beləliklə,
Arazdəyən stansiyası bölgəsindən 400 hektar, Şahbuz rayonunun Kükü ərazisindən 450
hektar Ermənistan SSR ərazisinə qatılmışdır [1, s. 160].
1924-cü ildə Rıbakov tərəfi ndən tərtib edilmiş xəritə öz obyektivliyi, təkmil və
dəqiqliyi ilə seçilir. Bu xəritədə Sədərək kəndinin “Həsənqulu bağı” deyilən ərazi düzgün
olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə daxil edilmişdir. 1929-cu il xəritəsində
isə əksinə, “Həsənqulu bağı” Ermənistan SSR ərazisi kimi göstərilmişdir.
1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza (Şərur, Naxçıvan, Ordubad) və 12 dairə
təşkil olunmuşdur [4, s. 39; 5, s. 95]. 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı
10-a çatdırılmışdır: 1. Baş Noraşen rayonu (53 kənd); 2. Qıvraq rayonu (19 kənd); 3.
Cəhri rayonu (14 kənd); 4. Tumbul rayonu (30 kənd); 5. Nərimanov rayonu (30 kənd); 6.
Əbrəqunus rayonu (29 kənd); 7. Culfa rayonu (4 kənd); 8. Ordubad rayonu (20 kənd); 9.
Parağa rayonu (15 kənd); 10. Aza rayonu (11 kənd) [6, s. 34].
1925-ci ildə Naxçıvan MSSR-in inzibati ərazisində təşkil olunan rayonlardan
biri Aza rayonudur. Aza rayonu Yuxarı Aza, Aşağı Aza, Kələntər Dizə, Der, Baş Dizə,
Sumbatan Dizə, Qoşadizə, Düylün, Düylün Dizə, Gilançay və Dəstə kəndlərini əhatə
etmiş və 1930-cu ildə təşkil olunan Ordubad rayonunun tərkibinə daxil edilmişdir. Arxiv
materiallarının verdiyi məlumata görə, Cəhridə inzibati rayon mərkəzi 1925-ci ildə təşkil
olunmuş, rayon Cəhri, Şeytanabad, Əznəbürd, Buzqov, Lizbirt və Kərməçataq kəndlərini
əhatə etmiş, 1930-cu ildə ləğv olunaraq Naxçıvan rayonunun (indiki Babək rayonu)
tərkibinə daxil edilmişdir. Qıvraqda inzibati rayon mərkəzi 1925-ci ildə təşkil olunmuş və
1930-cu ildə Baş Noraşen rayonu ilə birləşdirilmişdir. 1925-ci ildə təşkil olunan Tumbul
və Cəhri rayonları 1930-cu ildə Naxçıvan rayonunun tərkibinə daxil edilmiş və rayonun
mərkəzi Naxçıvan şəhəri olmuşdur. Nərimanov inzibati rayon kimi 1925-ci ildə təşkil
edilmiş və Yuxarı Şahbuz adı Nəriman adı ilə əvəzlənmişdir. 1930-cu ilin əvvəllərində
Şahbuzun əvvəlki adı bərpa edilmiş və ərazi Şahbuz rayonu adlandırılmışdır. 1925-
ci ildə təşkil olunmuş Parağa rayonu 15 kəndi əhatə etmiş və 1930-cu ildə Ordubad
rayonunun tərkibinə daxil edilmişdir. 1925-ci ildə təşkil olunmuş Tumbul rayonu 30
kəndi əhatə etmiş və 1930-cu ildə Naxçıvan rayonunun (indiki Babək rayonu) tərkibinə
daxil edilmişdir [7, s. 185-188].
1926-cı ildə Naxçıvan MSSR 8 dairəyə - Baş Noraşen, Qıvraq, Tumbul, Nərimanov,
Əbrəqunus, Culfa, Parağa və Ordubad dairələrinə bölünmüş, Şərur, Naxçıvan, Culfa və
Ordubad rayonlarına ayrılmışdır. 1930-cu ilin avqust ayında bu rayonlara daha iki müstəqil
rayon – Şahbuz və Əbrəqunus rayonları əlavə edilmiş, beləliklə, muxtar respublikada altı
rayon olmuş və 1948-ci ildə Əbrəqunus rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra
Naxçıvan MSSR inzibati cəhətdən beş rayona bölünmüşdür [6, s. 34].
1930-cu ildə respublikanın rayonlaşdırılması ilə əlaqədar Naxçıvan ərazisində
əvvəllər təşkil edilmiş 8 dairə 5 rayona (Naxçıvan, Noraşen, Əbrəqunus, Ordubad və
102
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
Şahbuz) bölünmüş və 242 yaşayış məntəqəsinin adı qeydə alınmışdır. Ancaq müxtəlif
səbəblər üzündən kəndlərin boşaldılması, ucqar ərazilərdə yerləşən kəndlərin münasib
ərazilərə köçürülməsi və s. nəticəsində bugünkü adlarla müqayisədə 77 kənd adı
başqa adla əvəzlənmiş, yaxud ləğv edilmişdir. Belə ki, Həsəncan, Məmmədhəsənli,
Naxış-Nərgiz, Ovçular, Parçı, Qaratağlar, Quşçulu, Sinidizə, Sürəməlik, Şurabad,
Təzə-Hacıvar, Əskikənd və s. kimi adlar ancaq arxiv materialları və digər mənbələrdə
yaşayır [6, s. 36-37].
Naxçıvanı “böyük Ermənistana” birləşdirə bilməyən ermənilər fürsət düşdükcə
himayədarlarının köməyi ilə Naxçıvan ərazisindən müəyyən torpaqları qopara bilmişlər.
18 fevral 1929-cu ildə Zaqafqaziya MİK-nin qərarı ilə 1921-ci ildə imzalanmış Moskva
və Qars müqavilələrinin şərtləri kobud surətdə pozularaq Naxçıvanın 9 kəndi - Şərur
qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyyəsinin Oğbin,
Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndlərinin, Ordubad qəzasının Qorçevan kəndinin,
habelə Kilit kəndi torpaqlarının bir hissəsinin əkin sahələri və otlaqları ilə birlikdə
Ermənistana SSR-ə verilməsi nəticəsində Naxçıvan MSSR-in ərazisi 657 kvadrat
kilometr azaldı [8, s. 29].
1929-cu ildə Zaqafqaziya MİK tərəfi ndən Naxçıvan Muxtar Respublikasının ən
böyük yaşayış məskənlərindən biri olan Sədərəyin bir sıra yaylaq və yurd yerləri də
zorla alınıb erməni daşnaklarına verilmişdir. Həmin yaylaq və yurd yerləri bunlardır:
Ərmik, Havuş, Qaşqay, Camışbasan, Haçıc, Əmoğlu, Qaraxəç (Sovetaşen adı qoyublar),
Birəli, Şatırgünbəzi (Armaş adlandırıblar), Çanaqçı, Günnüt, Baxçacıq, Yelpin, Qozulça,
Palantökən, Asnı, Atdaşı, Kalafaağıl, Hortun, Dübəkli, Alpayoqquşu, Sultanbulağı,
Şamo, Danzik, Qədili, Arazdöyən, Gəfərli, Daşxırman, İtölən, İtoturan, Kərki, Yanıq,
Gennişik, Ağbulaq, Qaraağac, Kabatağı oğlu və Həsənqulu bağları, Qaraçoban, Nadirin
düzü, Qızıldaş [9, s. 106]. Göründüyü kimi, heç bir hüquqi əsası olmayan bu qərarla,
Türkiyə hökumətinin razılığı və xəbəri olmadan Qars müqaviləsinin şərtləri pozulmuş,
Naxçıvan Muxtar Respublikasının 10-a yaxın kəndi əkin sahələri, otlaqları, biçənəkləri
və sair ilə birlikdə əlimizdən alınmışdır.
1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri
Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır. Ermənistanın
Naxçıvanla bağlı ərazi iddiaları sonrakı dövrlərdə də davam etmişdir. Erməni
millətçilərinin Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı törətdiyi qanlı cinayətlər Kərki
kəndindən də yan keçməmişdir. Hələ 1938-ci ildə Kərki torpaqlarının bir hissəsi
Azərbaycan hökumətinin razılığı ilə Ermənistana verilmişdi. Bu barədə protokola
Azərbaycan MİK-in işçiləri - ermənilər Qadakçiyan və İsaakyan qol çəkmişdilər. Kənd
ərazisinin digər bir hissəsi isə 1969-cu ilin mayında Azərbaycanın o zamankı rəhbərliyinin
“səxavəti” üzündən Ermənistana “bağışlanmışdı”. Beləliklə, Kərkinin bütünlüklə işğal
edilməsinə əlverişli şərait yaranmışdı. 1990-cı il yanvarın 15-də isə Kərki ermənilər
tərəfi ndən işğal edilmişdir [10, s. 294].
Tarixin sonrakı mərhələlərində ermənilər daha da azğınlaşmış, artıq ayrı-ayrı
əraziləri yox, bütövlükdə Naxçıvanın Ermənistana verilməsini dövlət səviyyəsində
TARİXƏ PƏNCƏRƏ
103
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
TARİXƏ PƏNCƏRƏ
qaldırmışlar. Lakin onların arzuları ürəklərində qalmış, məsələni öz xeyirlərinə həll edə
bilməmişlər. Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində Ermənistan hərbi
yolla Naxçıvan Muxtar Respublikasına təcavüz etsə də, məqsədinə nail ola bilməmişdir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb, fəaliyyət göstərməsi Naxçıvanı erməni
işğalından xilas etmişdir [1, s. 162].
Bu gün də erməni təbliğatı öz işini görməkdədir. Onlar beynəlxalq ictimaiyyəti
çaşdırmaq üçün saxta təbliğatlarını işə salmışlar: Naxçıvanla, onun tarixi və abidələri ilə
bağlı heç bir elmi əsası olmayan uydurmalar irəli sürür, kitablar çap etdirir, konfranslar
keçirirlər. Respublika ziyalıları, elmi ictimaiyyət ermənilərin bu uydurma təbliğatlarını
ifşa etməli, beynəlxalq ictimaiyyətə doğru-düzgün məlumat çatdırmalıdırlar. Bunun üçün
bütün vasitələrdən istifadə edilməlidirlər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
dediyi kimi, “... bütün bu iddiaların əsassız, uydurma olduğunu beynəlxalq aləmdə
sübut etməliyik. Azərbaycanın ərazi bütövlüyünü nəinki indiki dövrdə, gələcək
nəsillər üçün də qoruyub saxlamalıyıq”.
ƏDƏBİYYAT
1. Hacıyev İ. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan:
Əcəmi, 2012, 191 s.
2. Azərbaycan tarixi. Yeddi cilddə, V cild (1900-1920-ci illər). Bakı: Elm, 2001, 672 s.
3. İ.E.Atnur. Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921).
Naxçıvan: Əcəmi, 2013, 496 s.
4. Naxçıvan Tarixi Atlası. Bakı: 2010, 55 s.
5. Naxçıvan Ensiklopediyası. II cild. Naxçıvan: 2005, 376 s.
6. Bağırov A. Naxçıvanın oykonimləri. Bakı: Nurlan, 2008, 336 s.
7. Bağırov A. Onomalogiya problemləri, I cild. Bakı: Elm və təhsil, 2010, 436 s.
8. Səfərli F. Naxçıvan bölgəsinin tarixi coğrafi yası haqqında qeydlər // Azərbaycan MEA
Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2012, №1, s. 29.
9. Hacı Seyidov T. Bu zorakılıq, haqqsızlıq xalqın qan yaddaşından heç vaxt silinməyəcək.
(Naxçıvan MR-nın statusu). Bakı: 2009, 107 s.
10. Naxçıvan Ensiklopediyası. I cild. Naxçıvan: 2005, 356 s.
104
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
Hypлана Алиева
ИЗМЕНЕНИЯ И РЕЗУЛЬТАТЫ 1929 ГОДА В АДМИНИСТРАТИВНО-
ТЕРРИТОРИАЛЬНОЙ СТРУКТУРЕ НАХЧЫВАНА
АННОТАЦИЯ
В статье говорится о территориальных изменениях в Нахчыване в 1924-
1940 гг. Начиная с 16 марта 1921 году Нахчыванский регион сначала назывался
Нахчыванской Советской Социалистической Республикой, с 16 июня 1923
году Нахчыванским краем, с 9 февраля 1924 году Нахчыванской АССР, а с 1990
году Нахчыванской Автономной Республикой. В 1929 году по решению ЦИК
Закавказского крайкома 9 сел Нахчывана: Гурдгулаг, Хачик, Горадиз Шарурского
уезда, Охбин, Агхач, Алмалы, Итгыран, Султанбек, Шахбузсково участка, Горчеван,
а также часть пахотных земель села Килит Ордубадсково участка были переданы
Армении. В результате этого территория Нахчыванскойй АССР уменьшилась на
657 км.
Nurlana Alieva
CHANGES AND RESULTS OF 1929 IN THE ADMINISTRATIVE AND
TERRITORIAL STRUCTURE OF NAKHCHIVAN
ABSTRACT
The article refers to the territorial changes in Nakhchivan in 1924-1940s. Since
March 16, 1921 Nakhchivan region initially was named Nakhchivan Soviet Socialist
Republic, from June 16, 1923 the Nakhchivan Territory, from February 9, 1924 the
Nakhchivan ASSR and since 1990 of the Nakhchivan Autonomous Republic. In 1929
under the decision of Transcaucasia CEC 9 villages of Nakhchivan: Gurdgulag, Khachik,
Horadiz in Sharur district, Ohbin, Aghach, Almaly, Itgyran, Sultanbek in Shahbuz region,
Gorchevan, as well as a part of arable land of the village Kilit in Ordubad region were
given to Armenia. A result of this the territory of the Nakhichivan Autonomous Republic
decreased by 657 km.
TARİXƏ PƏNCƏRƏ
Dostları ilə paylaş: |