Ərintilərin kristal quruluşu. Metal və ərintilərin xassələri



Yüklə 16,81 Kb.
tarix23.12.2023
ölçüsü16,81 Kb.
#156072
referat 4988



Ərintilərin kristal quruluşu.
Metal və ərintilərin xassələri.
Ərinti 2 və ya daha çox elementin birlikdə əridilməsi nəticəsində alınır. Ərintini uyğun elementləri ovuntularının qarışdırılıb, preslənir, bişirilməsi yolu ilə də almaq mümkündür. Ərintinin elementləri metal və qeyri-metallardan ibarət ola bilər. Ərintin təşkil edən elementlərə ərintinin komponentləri deyilir. Ərintidə əsas komponentlərdən başqa aşqarlar da ola bilər. Aşqarların bəziləri ərintilərin xassələrini yaxşılaşdıra (xeyirli aşqarlar), bəziləri isə pisləşdirə (zərərli aşqarlar) bilər. Aşqarlar təsadüfi (ərintini hazırladıqda təsadüfən onun tərkibinə keçən) və xüsusi ola bilər. Xüsusi aşqarlar ərintiyə tələb olunan xassələri vermək üçün onun tərkibinə daxil edilir.
Ərintiləri kristal quruluşu saf metallarından daha mürəkkəb olub kristallaşma zamanı onun komponentlərinin qarşılıqlı təsirindən asılıdır. Komponentlər bərk ərintidə bərk məhsul, kimyəvi birləşmə və mexaniki qatışıq əmələ gətirə bilər.
Bərk məhsullar. Ərintinin komponentləri bərk halda biri digərində qarşılıqlı həll olur. Bərk məhsulda ərintinin tərkibindəki komponentlərdən biri özünün kristal qəfəsini saxlayır, ikincisi isə ayrı-ayrı atomlar şəklində birinci komponentin kristal qəfəsində paylanır.
Kimyəvi birləşmə. Ərintinin komponentləri kimyəvi əlaqəyə girir və bu zaman əmələ gələn kimyəvi birləşməni xarakterizə edən təzə kristal qəfəsləri yaranır. Kimyəvi birləşmə komponentlərin kütlələrinin müəyyən nisbətində alınır.
Mexaniki qatışıq. Ərintinin komponentləri bərk halda bir-birində qarşılıqlı həll olmur və müxtəlif kristal qəfəslərə malik olur. Bu şəraitdə ərinti onu təşkil edən komponentlərin kristallarının qatışığından ibarət olacaqdır. Mexaniki qatışıq sabit temperaturda əriyir. Maye ərintidə sabit temperaturda hər iki komponentin kristallarının ayrılması ilə yaranan mexaniki qatışığa evtektika, bərk halında gedən çevrilmə zamanı yaranan qatışığa isə evtektoid deyilir.
( Məsələn, Fe3C+ FeyC - Ledeburit; Fe3C+Fe2C - Perlit)
Yüklə 16,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə