1. Etnik özünüdərk və özünüqiymətləndirmənin mahiyyəti Etnik identiklik



Yüklə 29,57 Kb.
səhifə1/5
tarix01.02.2023
ölçüsü29,57 Kb.
#99881
  1   2   3   4   5
ozunu derk


MÖVZU 6.Etnik özünüdərk və özünüqiymətləndirmə, etnik identikliyin xüsusiyyətləri
Plan:
1.Etnik özünüdərk və özünüqiymətləndirmənin mahiyyəti
2.Etnik identiklik
3.Etnik identikliyin formalaşması mərhələləri.

Sual 1. Etnik özünüdərk və özünüqiymətləndirmənin mahiyyəti. Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır. Yəni etnos və ya xalq kim olduğunu, özünü nə zaman və necə dərk etdiyini, hansı mənəvi-psixoloji keyfiyyətlərə, adət-ənənələrə, stereotip və yönümlərə malik olduğunu, necə tərəqqi etdiyini, tarix boyu nə kimi psixoloji dəyişikliklərə məruz qaldığını da yaxşı bilməlidir. Bu isə xalqın etnik-psixoloji xüsusiyyətlərini tarixi planda araşdırmadan, onu ətraflı öyrənmədən mümkün deyildir. Odur ki, xalqın etnik-psixoloji xüsusiyyətlərinin köklərini araşdırmaq üçün həmin xalqın etnogenezinə, xüsusən də etnik-psixoloji tarixinə, orada baş verən etnik proseslərə xüsusi diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, xalqa məxsus etnik-psixoloji xüsusiyyətlərin məcmusu, ilk növbədə həmin xalqın folklor və bəddi ədəbiyyat materiallarında əks olunur. Həmin yazılı abidələrin psixoloji təhlili xalqın etnik-psixoloji xüsusiyyətlərinin təşəkkül prosesini izləməyə imkan verir. Bu cəhətdən xalqımızın qədim tarixə malik olan “Kitabi-Dədə Qorqud” dastanları xüsusi əhəmiyyətə malikdir. Həmin eposda Azərbaycan xalqının əcdadlarına məxsus etnik xarakter əlamətləri, stereotip və yönümlər, hisslər, davranış tərzi, adət-ənənələr və s olduqca canlı şəkildə öz əksini tapmışdır.


Etnik psixoloji xüsusiyyətlər içərisində ilk növbədə diqqəti cəlb edən cəhət etnosun özünüdərketməsi və etnik şüur səviyyəsidir. Yəni özünüdərketmə və etnik mənsubiyyətin anlamı etnik əlamətlər sırasında başlıca yer tutur. “Kitabi-Dədə Qorqud” dastanlarının sosial-psixoloji və etnopsixoloji təhlilindən aydın olur ki, dastanda təsvir olunan oğuz etnosunda özünüdərketmə, yəni müəyyən etnosa mənsubiyyətin anlaşılması aydın surətdə nəzərə çarpır. Başqa sözlə, oğuz etnosunun formalaşması sosial-psixoloji mexanizm etibarilə “Biz” və “Onlar” münasibətlərinin dərk edilməsi və qiymətləndirilməsi səviyyəsində cərəyan edir. Burada etnosun özü haqqında biliyi ilə başqa etnos haqqında biliyi, şüur səviyyəsini isə özü ilə bərabər daha çox başqaları, yəni digər etnos haqqında bilik kimi xarakterizə edilir. Deməli, etnik özünüdərketmə əsasən öz birliyi haqqında, etnik şüur isə həm də başqa birliklər haqqında olan bilikdir.
Etnik özünüdərketmə etnos üzvlərinin və etnik birliklərinin davranış və rəftarı, münasibətlər sistemi, xarakteri, mənəvi keyfiyyətləri, nailiyyət və nöqsanları haqqında təsəvvür və mülahizələrlə ayrılmaz surətdə əlaqəlidir. Məlumdur ki, etnik psixoloji xüsusiyyətlərin təşəkkülünün əsasının “biz” və “onlar” qarşıdurması, yəni öz etnosunu başqa etnoslara qarşı qoymaq, onları qarşılaşdırmaq əsasında aralarındakı oxşar və fərqli cəhətlərin dərk edilməsi təşkil edilir. Etnik qruplar arasında belə qarşıdurma, qarşılaşdırma varsa deməli, özünüdərketmə də vardır. Bu cəhət etnik ümumiliyin və etnik fərqin dərk edilməsi və qiymətləndirilməsi üçün çox vacibdir. Deməli, etnik qrupun özü haqqında xüsusi bir reallıq kimi aydın təsəvvürü onun özünü başqa qruplardan və etnoslardan fikrən ayrılmasını tələb edir.Yəni etnik özünüdərketmə qabiliyyəti məhz etnik özünüdərketmədə təcəssüm edir və bu etnik özünüdərketmə isə etnosun dilində, xalq adət-ənənələri sistemində rəvayətlərdə, əfsanələrdə, miflərdə, müxtəlif inamlarda, rituallarda, milli zövqlərdə, üslublarda və s. obyektivləşir.
Etnik özünüdərketmə çox mürəkkəb fenomen kimi bir-biri ilə qarşılıqlı əlaqə və münasibətdə olan bir sıra komponentlərdən ibarətdir. Buraya daxildir:
a)etnofərqləndirici əlamətlər və təsəvvürlər sistemi;
b) etnik avtostereotiplər;
c) etnik hisslər;
d) fərdlərin müəyyən etnik birlik və identifikasiyası (özünü etnos üzvləri ilə eyniləşdirməsi, onlara bənzətməsi) və s.
Dastanların psixoloji təhlilindən aydın olur ki, bütün bu cəhətlər etnosda özünü aydın surətdə biruzə verir. Etnik özünüdərketmənin təşəkkülü ümumən etnosun tərəqqisi üçün böyük əhəmiyyətə malikdir. Çünki etnosun özünüdərketməsi səviyyəsi bir tərəfdən xalqın, millətin obyektiv şəkildə fəaliyyətdə olan əlamətlərinin xüsusiyyətlərinin inikasıdır və müvafiq avtostereotiplərdə etnik identifikasiyalarda, tarixi keçmişi, ərazi birliyi haqqında təsəvvür və anlayışlarda təsbit olunur.
Etnosun formalaşması və özünüdərki etnos üzvlərində psixoloji stabillik yaradır. Çünki etnik ümumilik nəsillərarası birlik sayəsində yaranır və zamanca davamlıdır.
Deməli, etnos üçün üçün, yəni onun mövcudluğu və özünüdərketməsi üçün nəsillərarası əlaqənin, öz adət-ənənəsini, öz identikliyini hifz etməsi zəruridir.
Nəzərə almaq lazımdır ki, xalqın milli birliyini hifz edib saxlamaq üçün onun sosial və etnik identikliyinə xüsusi diqqət yetirilməlidir.
Etnosun özünüqiymətləndirməsi mürəkkəb proses olub, onun özünü necə dərk etməsi ilə əlaqədardır. Yəni etnosun özünü dərk etməsi onun özünü, öz imkanlarını, öz keyfiyyətlərini və başqa etnoslar içərisində öz yerini və mövqeyini qiymətləndirmə onun davranış və rəftarının tənzim olunmasını təmin edir.
Etnosun ətraf aləmə, başqa etnoslara münasibəti onun özünüqiymətləndirməsindən asılıdr. Bunula da etnosun özünü necə qiymətləndirməsi onun inkişafına, tərəqqisinə, fəaliyyətinin səmərəliliyinə təsir edir. Burada heç şübhəsiz ayrı-ayrı şəxslərdə olduğu kimi, etnosun iddi səviyyəsi də mühüm rol oynayır. Yəni etnos öz qarşısına nə dərəcədə çətin və ya asan məqsəd və ya vəzifə qoyur, onları necə yerinə yetirir, bunun üçün intellektual imkanlarını, iradi səyininə dərəcədə səfərbər edə bilir. Yəni etnosun iddia səviyyəsi ilə real imkanları arasında ziddiyyətin artması onun özünü düzgün qiymətləndirməsinə ciddi təsir edir və nəticədə onun davranış və rəftarı qeyri-adekvat olur, bunun da sayəsində etnosda emosionallıq, həyəcanlılıq artır. Etnosun qeyri-adekvat özüünqiymətləndirməsi onunla digər etnoslar arasında konfliktlərin yaranmasına da səbəb ola bilər.
Əlbəttə, etnosun özünüqiymətləndirməsi dinamik bir proses kimi, yəni inkişaf edən, dəyişilən, yeni keyfiyyətlər kəsb edən bir sosial-psixoloji fenomendir və bir sıra amillərlə şərtlənir.
Məlumdur ki, etnosda milli mənlik şüurunun formalaşması ilk növbədə, xalqın özünü düzgün dərk etməsi və adekvat qiymətləndirməsi ilə əlaqədardır. Sokratın hikmətli fikrini yada salmaq faydalı olardı: “Sən özün özünü dərk et, əgər özün özünü dərk edərsənsə, bütün dünyanı, kainatı dərk etmiş olarsan”. Bu fikir ümumən xalqa aid olmaqla yanaşı, etnosun hər bir fərdinə də eyni dərəcədə aiddir.

Yüklə 29,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə