1. Etnik özünüdərk və özünüqiymətləndirmənin mahiyyəti Etnik identiklik


MÖVZU 7: ETNİK STEREOTİP VƏ YÖNÜMLƏR



Yüklə 29,57 Kb.
səhifə4/5
tarix01.02.2023
ölçüsü29,57 Kb.
#99881
1   2   3   4   5
ozunu derk

MÖVZU 7: ETNİK STEREOTİP VƏ YÖNÜMLƏR
Plan:

  1. Sosial stereotiplər haqqında. Etnik stereotip.

  2. Şəxsiyyətin yönəlişləri və etnik yönümlər.

Sual 1. Sosial stereotiplər haqqında. Etnik stereotip. İnsanların bir-birini qavraması prosesində sosial stereotiplərin (yunanca stereos – möhkəm, tupos – ad deməkdir) də rolu vardır. Stereotiplər müəyyən bir irqə, millətə, peşəyə və s. mənsub olan adamlar, qruplar haqqında adi şüur üçün səciyyəvi olan təsəvvürlər kimi meydana çıxır. Bu təsəvvürlər sadə, sxematik, hətta bəzən təhrif olunmuş xarakter daşısa da, stereotipləri təkcə bilik kimi təhlil etmək olmaz. Başqa mənada sosial stereotip dedikdə, sosial obyektlərin (qrupun, ayrı-ayrı insanların, hadisələrin və s.) haqqında nisbətən davamlı təsəvvürlər, mülahizələr sistemi başa düşülür. Bəs hər hansı sosial obyektin sosial stereotip zamanı davamlı təsəvvür və ya obrazının yaranmasını şərtləndirən cəhətlər hansılardır? Əvvəla, sosial obyekt haqqında kifayət qədər məlumatın olmaması şəraitində hər hansı fərdin öz şəxsi təcrübəsi və idrak səviyyəsindən asılı olaraq hasil etdiyi məlumata istinad etmək.
İkincisi, müəyyən qrup daxilində qəbul edilmiş, bəzən də qərəzli səciyyə daşıyan təsəvvür və mülahizələrə istinad etmək.
Stereotiplərdə sosial obyektlər haqqında müəyyən biliklər öz əksini tapır, lakin onların əsas funksiyası heç də bununla bağlı deyildir. Məs: mühasibat işçiləri haqqında stereotiplərdə onlar xəsis, quru adamlar kimi təqdim olunurlar.
Sosial stereotip bəzən müsbət, bəzi hallarda isə mənfi rol oynaya bilər. Yəni, sosial stereotip bir sıra hallarda isə mənfi rol oynaya bilər. Yəni, sosial stereotip bir sıra hallarda subyekt tərəfindən sosial sosial gerçəkliyi dərk etməyi, onu qiymətləndirməyə köməklik göstərir, çünki dəyişən şəraiti ətraflı dərk etmək, ona dəqiq reaksiya göstərmək mümkün olmadığı halda, mövcud fikir və mülahizələrə istinad etmək “idraka qənaət prinsipi” nöqteyi-nəzərindən əhəmiyyətlidir. Bir sıra hallarda sosial stereotiplər subyektin qavrayışının düzgünlüyünə və dəqiqliyinə xələl gətirə bilir, yəni “hazır mülahizələrə, təsəvvürlərə” əsasən gerçəkliyi əks etdirmək və qiymətləndirmək qeyri-adekvatlığı ilə diqqəti cəlb edir. Başqa sözlə, sosial stereotiplə qavranılan, dərk edilən obyekt haqqında məhdud informasiyaların olması şəraitində başqalarını yaxşı tanımadan onun haqqında fikir yürütmək, onu bu və ya digər nöqteyi-nəzərdən qiymətləndirmək səhv nəticələrə də gətirib çıxara bilər. Odur ki, sosial stereotipin həqiqi və yanlış olması konkret şəraitin və faktların təhlili əsasında təyin edilə bilər. Bir cəhət də nəzərə alınmalıdır ki, istənilən sosial stereotip bir halda həqiqi olarsa, başqa halda tamamilə yanlış, hətta yalan ola bilər. Yəni o, şəxsiyyətin ətraf mühitdə öz mövqe və istiqamətini təyin etmək üçün səmərəsiz və ya əlverişsiz yol seçə bilər. Deməli, burada stereotipləşdirmə adekvat şəkildə baş verməmişdir.
Psixoloji cəhətdən stereotipləşdirmə oxşar əlamət və keyfiyyətləri hər hansı sosial qrupun və ya etnik birliyin bütün üzvlərinə aid etməkdə özünü biruzə verir. Sanki bu halda onlar arasında heç bir fərq qoyulmur və belə bir fərqin olması hətta kifayət qədər aydın dərk edilmir. Amma buna baxmayaraq stereotipləşdirmə psixoloji cəhətdən bir sıra mühüm funksiyaları yerinə yetirir. Bunlar, ilk növbədə, şəxsiyyətin və qrupun identifikasiyasını (bənzərliyini, oxşarlığını, eyniyyətini) təsdiq etmək, başqa qruplara neqativ münasibətin olması imkanlarına bəraət qazandırmaq və s.-dir.

Yüklə 29,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə