1. Etnik özünüdərk və özünüqiymətləndirmənin mahiyyəti Etnik identiklik



Yüklə 29,57 Kb.
səhifə2/5
tarix01.02.2023
ölçüsü29,57 Kb.
#99881
1   2   3   4   5
ozunu derk

Sual 2. Etnik identiklik. Vahid identifikasiya prosesi sosial identikliyin yaranmasına səbəb olur. Teşfelə görə sosial identiklik “fərdin Mən-konsepsiyasının özünün sosial qrupa üzvlüyünün və bu üzvlüyə verilən dəyər və emosional əhəmiyyətin dərkindən dərkindən yaranan hissəsidir”. Bundan başqa ən ümumi mənada sosial identiklik öz qrupunun digər sosial birliklərlə müqayisəsinin nəticəsidir.
Etnik identliklik – şəxsiyyətin sosial identikliyinin tərkib hissəsidir, özünün müəyyən etnik birliyə mənsubiyyətinin dərki ilə şərtlənən psixoloji kateqoriyadır. Burada ilk növbədə etnik identikli və etniklik anlayışlarının fərqləndirmək lazımdır. Etniklik müəyyən obyektiv əlamətlər hesabına (valideynlərin etnik mənsubiyyəti, doğum yeri, dil, mədəniyyət) etnik mənsubiyyyəti bildirən sosial kateqoriyadır. Qeyd etmək lazımdır ki, real həyatda heç də həmişə etnik identiklik rəsmi etnikliklə üst-üstə düşmür.
Etnik identiklik ilk növbədə özünü müəyyən etnosun nümayəndəsi kimi dərk etməyin koqnitiv-emosional prosesinin nəticəsidir.
Etnik identikliyi sosial identikliyin tərkib hissəsi hesab etməklə yanaşı tədqiqatçılar onun özünəməxsus xüsusiyyətlərini də fərqləndirməyə çalışmışdırlar. Amerikan etnoloqu J.Devosa görə etnik identiklik identikliyin indiki zamana və gələcəyə orientasiya olunmuş digər formalarından fərqli olaraq mədəni ənənələrə və keçmişə əsaslanan formasıdır. Q.U.Soddatov isə etnik identikliyin daha bir xüsusiyyəti kimi mifolojili fərqləndirmişdir.
Etnik identikliyin strukturunda əsasən iki komponenti fərqləndirirlər: koqnitiv (öz qrupu haqqında biliklər, təsəvvürlər və etnodifferensasiya olunmuş əlamətlər üzrə öz üzvlüyünün dərk olunması) və affektiv (öz qrupunun keyfiyyətlərinin qiymətləndirilməsi, ona üzvlüyə münasibət və bu üzvlüyün əhəmiyyəti). Bəzi müəlliflər əlavə olaraq etnik identikliyin davranış komponentini də fərqləndirirlər və onu müəyyən qrupa üzvlüyün yalnız dərk olunması kimi deyil həm də təzahürü kimi başa düşürlər.
Müxtəlif tədqiqatçılar tərəfindən etnik identikliyin koqnitiv komponentinin əsas tərkib hissələri etnik orientasiya, qrup konsepsiyası və s. kimi terminlərdə ifadə olunmuşdur. Lakin onlardan ən mühümü birinci, etnik qrup haqqında biliklərdən təşkil olunmuş etnik məlumatlılıq, ikincisi isə etnik adlandırmadır.

Yüklə 29,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə