1. Etnik özünüdərk və özünüqiymətləndirmənin mahiyyəti Etnik identiklik


Sual 2. Şəxsiyyətin yönəlişləri və etnik yönümlər



Yüklə 29,57 Kb.
səhifə5/5
tarix01.02.2023
ölçüsü29,57 Kb.
#99881
1   2   3   4   5
ozunu derk

Sual 2. Şəxsiyyətin yönəlişləri və etnik yönümlər. Stereotip sosial yönümlə sıx surətdə əlaqədardır və əmələgəlmə mexanizminə görə bunlar çox yaxın olduğu üçün çox zaman onları birlikdə, başqa sözlə yanaşı işlədilir, sosial stereotip və yönümlər, yaxud etnik stereotip və yönümlər.
Yönüm və ya yönəliş anlayışının psixoloji mənasını açdıqda bu cəhət aydın surətdə nəzərə çarpır. Sosial yönəliş subyektin bu və ya digər obyektə münasibətdə təzahür edən fəaliyyətinin davamlı və məqsədəyönəlmiş şəkildə cərəyanını təmin edən daxili hazırlıqdır. Bu daha çox insanın keçmiş təcrübəsinə istinadən və ya ondan asılı olaraq fəaliyyət göstərməsini (yəni bu və ya digər şəkildə hərəkət etməyə hazır olmağı) bildirir. Başqa sözlə, sosial yönəliş fərdlərin müəyyən qrup və ya birlik üzvü kimi hər hansı sərvətlərə subyektiv istiqaməti kimi təzahür edir, yəni sosial cəhətdən qəbul edilmiş davranış normasına uyğun olaraq hərəkət etməsinə daxilən hazır olmasını ifadə edir.
Elmdə yönəlişlik anlayışı ilk dəfə 1862-ci ildə Herbert Spenser tərəfindən işlənmişdir. XIX əsrin sonları XX əsrin əvvəllərində müxtəlif psixi prosesləri və s. təsvir etmək üçün müxtəlif psixoloqlar (Q.Miller, T.Simon, Ax.Tomas, F.Znanetski) və b. həmin anlayışlardan müxtəlif mənalarda istifadə etmişlər.
Yönəlişlik haqqında ümumi nəzəriyyəni isə 20-ci illərin sonu 30-cu illərin əvvəllərində gürcü psixoloqu D.N.Uznadze yaratmışdır.
Yönəlişlik fərdin fəallığının əsasını təşkil edir. Bunu sxematik olaraq aşağıdakı şəkildə göstərə bilərik:
T ələbatlar
Yönəlişlik Davranış
Situasiya
Deməli, yönəliş müəyyən şəraitdə şəxsiyyətin davranışının necə olacağını qabaqcadan müəyyənləşdirməyə imkan verir.
Yönəliş fəaliyyətdə mühüm rol oynayır və bir sıra funksiyaları yerinə yetirir:
a)Yönüm və yönəliş fəaliyyətin davamlı, ardıcıl və məqsədyönlü xarakterdə cərəyan etməsini təyin edir, onun fasiləsiz olaraq dəyişən şəraitdə stabilləşdirilməsi mexanizmi kimi çıxış edir.
b)Yönəliş və yönüm subyekti əvvəllər rast gəldiyi, standart şəraitlərdə fəaliyyətin cərəyanı ilə bağlı ixtiyari qərar qəbul etmək və ona nəzarət etmək zərurətindən azad edir, çünki işin gedişi və başvermə şəraiti artıq ona bəllidir və onda bu məsələyə artıq müəyyən daxili hazırlıq mövcuddur.
c)Yönüm yaxud yönəliş eyni zamanda fəaliyyətin gedişinə bəzən özünün mühafizəkarlığı, ifrat adətkarlığı ilə maneçilik də törədə bilər. Yəni, ola bilər ki, iş şəraitində, onun icra mexanizmində, alət və vasitələrində müəyyən dəyişiklik baş vermiş olsun, lakin əvvəl yaranmış adətkarlıqdan əl çəkməməyə yaranmış yönüm və ya yönəliş təzə qaydada işləməyə mane olur. Bu da subyektin yeni şəraitə uyğunlaşmasını çox çətinləşdirir. Digər tərəfdən, sosial yönüm şəxsiyyətin oxşar şəraitlərdə eyni cür hərəkət etməsi üçün təsirli zəmin yaradır. Yəni subyekt hər dəfə hər şeyi özü üçün “yenidən kəşf etmək” zərurətindən xilas olur. Məqsədlə bağlı yönümlər şəxsiyyətin məqsədinin xarakteri ilə təyin edilir. Məqsədə münasibətdən, məqsədin xarakterindən asılı olaraq belə yönəlişlər nisbətən davamlı olur, yəni işin, hərəkətin davamlı cərəyanına ciddi təsir göstərir. Odur ki, qarşıdakı məqsədin keçici və davamlı olması şəxsiyyətin fəaliyyətinə münasibətinə ciddi təsir göstərir. Davamlı məqsəd olduqda və fəaliyyətə yönüm yarandıqda iş, fəaliyyət kənar qüvvələrin təsiri ilə dayandırılırsa belə, subyektdə, həmin işi axıra çatdırmağa xüsusi cəhd özünü biruzə verir. Bu da “bitməmiş iş effekti” adlanır. Həmin effekt məhz yönümün – onu axıra çatdırmağa daxili hazırlığın yaranması ilə şərtlənir.
Etnik stereotip və yönüm də sosial stereotip və yönümün tərkib hissəsidir. Etnik stereotip və yönümlər nəsildən-nəslə verilərək, həmin etnos üzvlərinin əxlaqi adət və baxışlarında, inam və əqidələrində, davranış və rəftar tərzində, başqalarına, eləcə də, özünə münasibətdə təzahür edir. Onlara bələd olmadan etnosla əlaqə və münasibətlər sisteminin, rəftar tərzinin optimal yollarını müəyyənləşdirmək çətin olur.
Etnik stereotiplər iki yerə ayrılır:
-avtostereotiplər;
-heterostereotiplər.
Avtostereotiplər dedikdə, etnosun nümayəndələrinin öz etnosu haqqında olan fikir, mülahizə və qiymətlər sistemi nəzərdə tutulur. Bir qayda olaraq, avtostereotiplər müsbət qiymətləndirmə kompleksini əks etdirir.
Heterostereotiplər dedikdə isə başqa etnoslar haqqında olan qiymətləndirmə və rəylər məcmusu nəzərdə tutulur. Bu etnosların qarşılıqlı münasibətlərinin tarixi təcrübəsindən, xarakterindən asılı olaraq həm müsbət, həm mənfi ola bilər. Etnik stereotiplərin hər birisi ictimai-tarixi şəraitdən asılı olaraq ayrı-ayrı etnoslarda özünəməxsus psixoloji məzmun kəsb edir. Vundtun dediyi kimi, şəxsiyyət müəyyən mədəniyyətə xas olan tipik tərbiyə üsulları vasitəsilə formalaşır. Həmin tərbiyə üsulları etnik ümumiliyi, etnik stereotip və yönümləri də formalaşdırır. Belə tipik tərbiyəvi təsir sayəsində Azərbaycan etnosunda böyüyə hörmət, ailəyə bağlılıq, qonaqpərvərlik, ədalət hissi, ocağa bağlılıq, rəhmdillik, tez bağəşlamaq, kin və məkrdən uzaqlıq, başqa millət və xalqlara hörmət və s. kimi müsbət stereotiplər tarixən formalaşmışdır.
Haqlı olaraq qeyd edilir ki, ümumiyyətlə insanla, etnosla təbiət arasında daxili, fitri bağlılıq və harmoniya vardır. Hələ keçən əsrin əvvəlində hind və alman fəlsəfəsi etiraf edirdi ki, bizim təfəkkürümüzün səciyyəsi coğrafi şəraitlə təyin olunur. Başqa sözlə, milli təfəkkür, fərdi səciyyə və əxlaq – bunların hamısı təbii relyef və mühitlə şərtlənir.
Əlbəttə, hər bir etnosun həm müsbət, həm də mənfi stereotip və yönümləri, etnik xüsusiyyətləri olur. Lakin bir cəhət nəzərdən qaçırıla bilməz ki, mütləq mənada mənfi və ya müsbət etnik xüsusiyyət yoxdur. Bu daha çox həmin etnik xüsusiyyətin istiqamətindən və təzahüretmə səviyyəsindən asılıdır. Məsələn: millətçilik öz mahiyyəti etibarı ilə millətini sevməyi, onun tərəqqisi naminə var gücünü istifadə etməyi, başqa etnik qurum və ya etnoslara hörmət və ehtiramı da özündə ehtiva edirsə, müsbət etnik keyfiyyət kimi təzahür edir. Amma millətçilik hüdudu etnosentrizm, şovinizm səviyyəsinə enirsə, yalnız öz millətini sevməyə, başqalarına isə yuxarıdan aşağı baxmağa xidmət edirsə, hətta onların mənafeyini tapdalayırsa, onda mənfi xüsusiyyətə çevrilir. Deməli, etnik xüsusiyyətlərin, eləcə də etnik stereotip və yönümlərin müsbət və mənfi olması arasında qəribə bir dialektik əlaqə var.
Yüklə 29,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə