Böyük Britaniyanın etnoqrafiyası


Avropa xalqlarının etnik tarixi və təsnifatı



Yüklə 103,43 Kb.
səhifə5/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   2   3   4   5   6   7   8   9   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Avropa xalqlarının etnik tarixi və təsnifatı

Avropada ilk məskunlaşma paleolit dövründə olub. Avropanın ən son məskunlaşan ərazisi şimal hissəsi olmuşdur. E.ə. III-II minilliklərdə bura hind-Avropa tayfaları köçmüş, yerli əhaliylə qarışmış, yalnız basklar bu günə kimi dillərini qoruyub saxlayıb . III-IX əsrlərdə Avropaya xalqların böyük köçü olur. Bu hərəkatin əsas qüvvəsi hunlar idi. Hunlar alman dilli xalqları sıxışdıraraq 419-cu ildə özlərinin ilk dövləti Tuluza qraflığını yaratdılar. V əsrdən etibarən franklar, burqundlar həm də anq, saksyat tayfaları romalılar tərəfindən tərk edilib, ketlərin məskunlaşdığı Britaniyaya gəliblər. VIII əsrdən ərəb tayfaları, IXəsrdə macarlar. IX-X əsrlərdə skandinavlar (normand), XIV-XV əsrdə türklər bu ərazilərə gəliblər.
Roman dil qrupuna daxil olan xalqlar – ispan, italyan, vallomlar, portuqaliya, reto-romanlar, moldavanlar, ruminlər, fransızlar, kataloniya, qalidsya.
Alman dil qrupu 2 hissəyə bölünür – şimal və qərb.
Qərbi alman qrupu – alman, avstriya, holland, elzas, ingilis, şotland, irlandlıların bir hissəsi.
İcmali alman qrupu – İsveç, Norveç, İsland, Danimarka xalqları (Alman dilli yəhudilər).
Müstəqil dil qrupları – yunan, alban dilləri. Avropanın 3 etnosu finlər, macarlar, saamlar, Ural dil ailəsinin fin qoluna aiddirlər.
Avropoid irqi - şimal cənub və keçid irqlərinə bölünür.
Şimali Avropoid – dərisinin rəngi açıq, gözləri mavi, yaşıl. Bu xalqlara İsveç, Norveç, Danimarka, İngilislərin bir hissəsi, hollandlar, Şimali almanlar.
Cənubi Avropoid – qara qaşlı, qara gözlü.
İspan, portuqallar, alban rumin.
Keçiddə isə – Cənubla Şimalın arası. Saçları şabalıdı. Dərisi qaraya çalan. Gözləri müxtəlif rənglər – fransız, alman, Şimali italyanlar, Avstriya, macarlar.
Katoliklər – İtaliya, İspaniya, Portuqaliya, Fransa, Belçika, Macarıstan, İrlandiya.
Protestantlar – kalvinizm, lüteranlar, anqlikan.
Lüteran – Almaniya, Skandinaviya, Fillandiya.
Anqlikanlar – ingilislər
Kalvinizm – İsveç, Niderland, Şotlandiya.
Provaslavlar – Yunan, rumın, albanların bir hissəsi
Digər albanlar – müsəlmandır.
Avropanın əhalisinin əksəriyyəti antropoloji xüsusiyyətə görə böyük Avropoid irqinə məxsusdur. Skandinaviya ölkələri, İrlandiya, İslandiya, Hollandiya, Böyük Britaniya. Şimali Alman, Rusiyanın şimal rayonlara – Atlant-Baltik yarım irqinə aiddir. Priney yarımadasının əhalisinin əksəriyyəti Cənub şərqi Fransa, cənub mərkəzi İtaliya, Yunanıstan, Egey dənizi adaları, Aralıq dənizi: adaları.
Aralıq yarım irqinə aiddir. Balkan, Şimali Yunanıstanda bəzi rayonlar, Türkiyə və cənubda yaşayan bəzi xalqlar Cənubi Avropoid yarım irqinə məxsusdur. Şərqi Avropa rus, Belarus Ukrainlər arasında orta Avropoid irqi yayılıb. Fin saamlarda və Volqaboyu xalqlarda monqoloid və avropoid irqlərinin xüsusiyyətləri var. Bu xalqlar keçid irqi qrupuna daxildir.
E.ə. III minillik – Krit-Mikena mədəniyyəti.
Roma mədəniyyət – e.ə. III əsrdən e. II-III əsrinə kimi
IV-VI əsrlər – hun, alman, slavyanların ərazilərdə məskunlaşması. Xalqların böyük köçü.
Avropada XII-XV əsrlərdə mərkəzləşmiş dövlətlər yaranıb milli ideyalar önə çəkildi. Millət sözü ilk dəfə fransız inqilabçıları tərəfindən işlənib XIX əsrdə Almaniya ilə İtaliyanın birləşməsi Avropanın etnik tarixinə təsir göstərdi. Lakin bu dövrdə milli azlıqlar problemi oldu. II dünya müharibəsindən sonra Avropada kapitalist və sosialist qruplar meydana gəldi. Şərqi Avropada sosialist xalqı yaratmağa uğursuz cəhd oldu. 90-cı illərdə kapitalizmin süqutu ilə yeni dövlətlər yarandı.
Slavyan dil qrupu – rus, ukrain, belarus, çex, slovak, polyak, bolqar, serb, çernoqoriya, xarvat, makedoniya, sloven və bosniya-hersoqovinalılar.
Kelt qrupu – valiyalılar – uels, qellər, bretonlar.
Yerdə qalan qruplar – alban, yunanlar, hind qaraçılar, ayrıca qrup təşkil edib – Hind-Avropa qrupuna daxil idi.
Fin-uqor dil ailəsinə mənsub – macar, fin, saamlar, etnoslar.
Semit-hamit dil ailəsi – Maltalılar.
Avropa xalqlarının təsərrüfat həyatı və maddi mədəniyyəti Avropa regionunun iqlimə görə rəngarəng olmasına baxmayaraq burada ümumi təsərrüfat həyatı formalaşmışdır. Qədim zamanlardan başlayaraq Avropada əkinçilik mədəniyyəti üstünlük təşkil etmişdir. Lakin əkinçilik məhsullarının tərkibinə görə müxtəlif regionları fərqləndirmək olar.
Şimal rayonlarında arpa, kətan becərilməsi üstünlük təşkil edirdisə, mərkəzi rayonlarda buğda, qarabaşaq, kartof, cənub rayonlarında günəbaxan, qarğıdalı geniş yayılmışdır. Bağçılıq və bostançılığa hər yerdə rast gəlinir. Üzümçülük, zeytunçuluq Aralıq dənizi sahillərində inkişaf edib.
Kənd təsərrüfatı texnikası sahəsində də ümumilik mövcuddur: toxa, xış, oraq, dən daşları, su və külək dəyirmanları geniş yayılıb. Heyvandarlıq Avropanın düzən ərazilərində yardımçı xarakter daşıyır. Alp dağlarında Bolqarıstanı, Serbiyanı, Çernoqoriyanı, Ukraynanın dağ ərazilərində yun istehsalı üçün qoyunçuluq da inikşaf etmişdi.
Çay və dəniz sahillərində yaşayan xalqlarda balıqçılıq inkişaf etmişdir. Orta tunc dövründən başlayaraq Avropada sənətkarlıq müstəqil sahə kimi inkişaf etməyə başladı. Orta əsrlərdə sənətkar sexləri meydana gəldi. Sənətkarlardan əmək alətləri, silahları, bəzək əşyaları məişət əşyaları və s. hazırlayırdılar.

Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə