Mənbə (Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin



Yüklə 81,35 Kb.
səhifə1/6
tarix22.03.2024
ölçüsü81,35 Kb.
#183759
  1   2   3   4   5   6
Su nəqliyyatı - Tranzit müddəti əhəmiyyətli deyil


Mənbə 1. (Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə təhsili və təlimi” Proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsil üzrə Dövlət Agentliyi ilə birgə hazırlanmışdır.
Müəlliflər: Həsənov Mehman, İsmayılov Fərhad)
Su nəqliyyatı - Tranzit müddəti əhəmiyyətli deyil, üstünlüyü dəniz nəqliyyatının uzun məsafə və ağır yük daşınması bu sahədə ən ucuz nəqliyyat metodudur. Əslində su nəqliyyatına növlərinə çaylar, daxili dənizlər, göllər və su yolları da daxildir.
Dəniz yolu ilə daşıma xarici iqtisadi (dövlətlər, qitələr arası) əlaqələrin həyata keçirilməsində mühüm rol oynayır. Dəniz yolu bütün beynəlxalq daşımaların 80% -dan çoxunun həyata keçirilməsini təmin edir. Bu daşımaların tərkibində yeyinti və kənd təsərrüfatı mallarının daşınması çox böyük rol oynayır (məsələn: buğda, yeyinti məhsulları, neft, neft məhsulları, kömür və s.). Axır zamanlar konteynerlər vasitələri ilə (hazır məhsulların, və yarımfabrikatların) daşımaların sayı getdikcə artır. Dəniz və çay yolu daşıması dövlətlər arası daşımalar zamanı da geniş istifadə edilir. Dəniz nəqliyyatının əmək məhsuldarlığı və yük dövriyyəsi (təxminən 29 triln. Ton/km ) digər daşıma modellərindən mühüm dərəcədə artıqdır. Dəniz yolu ilə daşımanın mayadəyəri digər nəqliyyatlardan fərqli olaraq, ən aşağıdır. Dəniz yolu ilə danışmalarından uzaq məsafələrə yük daşımalarında istifadə etmək daha effektlidir. Qısa məsafələrə daşıma zamanı dəniz nəqliyyatından istifadə etmək iqtisadi cəhətdən səmərəli deyil. Dəniz və çay yolu nəqliyyatı ətraf mühitə heç bir ekoloji təsir göstərmədən, şərti 1 ton yük daşımasında aşağı maya dəyərinə malikdir. Dəniz və çay nəqliyyatının yük daşımada enerji səmərəliliyi avtomobil daşımalarına nisbətən 10 dəfə, dəmiryol daşımaları görə 5 dəfə çoxdur. Məsələn: şərti götürülmüş 5 litr yanacaq sərfində sərfində ortalama daşıma nəticələri aşağıdakı kimi olur:
a) Dəniz və su nəqliyyatı - 500 km
b) Dəmiryol nəqliyyatı - 300 km
c) Avtomobil nəqliyyatı - 100 km
Dəniz və çay yolu nəqliyyatı ilə xüsusi növ yüklərin beynəlxalq daşımalarının təşkili və xüsusiyyətləri Beynəlxalq çaylar dənizlə bağlı olan elə çaylardır ki, onlar iki və ya daha çox dövlətin ərazisindən axıb keçir və ya onların ərazisini bölür. Belə çaylar çayətrafı dövlətlərin ticarət gəmilərinin naviqasiyası üçün açıq olur. Onlar digər dövlətlərin ticarət gəmilərinin naviqasiyası üçün də açıq olduqda belə çaylara açıq çaylar deyilir. Su (çay) nəqliyyatı ilə beynəlxalq xarici ticarət daşımalarının növləri: ixrac daşıması, idxal daşıması, tranzit daşıma, xarici frakt edənlərin yüklərinin daşınması. Beynəlxalq dəniz daşımalarının növləri:
Tramp gəmiçiliyi
• Xətt gəmiçiliyi
Tramp gəmiçiliyi qeyri-müntəzəm daşımaları həyata keçirir və ona çox vaxt qeyri-müntəzəm gəmiçilik deyilir. Xətt gəmiçiliyi isə, bir qayda olaraq, müntəzəm daşımaları həyata keçirir və buna görə də dəniz gəmiçiliyinin bu formasına müntəzəm gəmiçilik də deyilir. Daxili su (çay) nəqliyyat hüquq sistemində əsas hüquq institutları: daxili su (çay) yollarının hüquqi rejimi, gəminin hüquqi statusu, gəminin təhlükəsizliyi, gəmilərin toqquşmasından dəyən zərərin ödənilməsi, batmış əmlakın hüquqi rejimi, su (çay) limanlarının hüquqi rejimi, gəmilərin icarəsi, gəmi heyətinin hüquqi vəziyyəti, yük daşımalarının normativ hüquqi tənzimlənməsi, sərnişin daşımalarının, baqaj və poçt göndərişlərinin hüquqi tənzimlənməsi, gəmilərin və digər əmlakın xilas edilməsi, ümumi qəza və b. Beynəlxalq miqyasda həyata keçirilən su (çay) daşımaları beynəlxalq su (çay) hüquqi ilə tənzimlənir. Beynəlxalq su (çay) hüququ dedikdə beynəlxalq çayların, göllərin, qeyri-dəniz kanallarının və digər beynəlxalq əhəmiyyətli daxili su yollarının istifadəsilə bağlı dövlətlər arasındakı münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.

Yüklə 81,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə