Mənbə (Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin


Dəmiryolu daşıma modelinin çatışmazlıqları və üstünlükləri



Yüklə 81,35 Kb.
səhifə4/6
tarix22.03.2024
ölçüsü81,35 Kb.
#183759
1   2   3   4   5   6
Su nəqliyyatı - Tranzit müddəti əhəmiyyətli deyil

Dəmiryolu daşıma modelinin çatışmazlıqları və üstünlükləri
Yük daşımanın həcminə görə dəmiryolu nəqliyyatı birinci yeri tutsada yuxarıda adları qeyd olunan nəqliyyat vasitələrinin hər birinin özünə məxsus üstünlüklükləri və çatışmazlıqları olduğu kimi dəmiryolu nəqliyyat vasitəsinində özünə məxsus üstünlükləri və çatışmazlıqları mövcuddur.
Dəmiryolu nəqliyyat vasitələrinin üstünlükləri
- Yükgötürmə qabiliyyətinə görə vaqonlar dünya çempiyonudur. Belə ki, bir vaqonun yükgötürmə qabiliyyəti 60 tona qədərdir;
- Eyni baxda bir təkibdə qatar 500 tona qədər yük daşıya bilir;
- İstənilən növ yükü daşıyır (kömür, fliz, neft, inşaat materialları, buğda, ərzaq və s.); - Ölkənin istənilə istiqamətinə və ölkədən kənara daşıma imkanları;
- Avtomobil nəqliyyatı daşımalarına nisbətən daşıma daha təhlükəsiz həyata keçirilir;
- Dəmiryolu nəqliyyatında nəqliyyat hadisələrinin sayının dəfələrlə aşağı olması;
- Eyni qatar tərkibində müxtəlif növ yüklərin daşınması;
- Avtomobil nəqliyyatı daşımalarına nisbətən daşıma daha ekonomik həyata keçirilir;
- İstənilən mövsümdə və hava şəraitində yükün vaxtında çatdırılması;
- Çox böyük istehsal müəssisələri arasənda bir başa əlaqələr yaratma imkanı.
Dəmiryolu nəqliyyat vasitələrinin çatışmazlıqları
- Dəmiryolu xəttinə bağlı olması;
- Avtomobil yolları qədər inkişaf etməmişdir;
- Yükün yükgöndərənin qapısından yükalanın qapısına qədər daşıma imkansızlığı (çox böyük istehsal müəssisələri istisna olmaqla);
- Bir başa daşımanın mümkünsüzlüyü;
- Yükləmə-boşaltma işlərinə sərf olunan vaxt çoxluğu;
- Avtomobil nəqliyyatı qədər kiçik məsafələrə və istənilən hərəkət sxemi üzrə istəkləri təmin etməməsi;
- Marşrut üzrə yük doldurma - boşaltma şəraitinin olmaması

Dəmiyolu yük daşımasında istifadə olunan vaqonların əsasən altı tipi vardır:
1. Örtülü vaqonlar;
2. Platformalar;
3. İxtisaslaşmış vaqonlar;
4. Sistern vaqonlar;
5. İzotermik vaqonlar;
6. Konver tipli vaqonlar.
Örtülü vaqonlarla əsasən hava şəraitinin təsirindən tez korlanan məsullar daşınır. Məsələn: məişət malları və tenikaları, taxıl, mebel, geym və s. Bu tip vaqonların üstündə dəmir qapaqlar, havalandırma sistemləri, yan, arxa tərəflərdən qapılarla və bəzi yüklərin rahat boşaldılması üçün alt hissədən qapaqlarla təchiz olunur. Belə tip vaqonlarda bəzi yüklərin daşınması üçün rəflərlə təchiz olunur ki, bununlada daha çox sayda yük daşınır və yükləmə boşaltma işləridə asanlaşır. Örtülü vaqonları daşınan yükün xüsusiyyətlərinə və növünə görə ixtisaslaşdırılır ki, heyvanların, quşların, kağız məmulatların, avtomobillərın və s. daşınması üçün istifadə olunsun. İzotermik vaqonlar - örtülü vaqonların bir növüdür. Bu tip vaqonlardan tez xarab olan ərzaq malları, meyvə, tərəvəz, ət, balıq və s. yüklərin daşınmasında istifadə olunur. Belə vaqonlar malların saxlama şəraitini təmin edən aqreqatlarla təchiz olunur. İzotermik vaqonların ikinci növü referijatordur ki, bu vaqonlar soyuducu və ya qızdırıcı avadanlıqlarla və havalandırma sistemləri ilə təchiz olunur. Bu tip vaqonlar əsasən ət, balıq və bu kimi məsulların daşınması üçündür. Atmosfer şəraitinin təsirindən korlanmayan yüklər əsasən yarımvaqolarda daşınır. Məsələn: qum, çınqıl, sement, kənd təsərrüfatı teknikaları və s.


Yüklə 81,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə