Mənbə (Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin



Yüklə 81,35 Kb.
səhifə3/6
tarix22.03.2024
ölçüsü81,35 Kb.
#183759
1   2   3   4   5   6
Su nəqliyyatı - Tranzit müddəti əhəmiyyətli deyil

Dəmir yolu nəqliyyatı - gediş dövrü əhəmiyyətli olmasa da, uzun məsafə və ağır mallar üçün üstünlük verilən dəmir yolu nəqliyyatı xərcləri baxımından su ilə avtomobil nəqliyyatı arasındadır.
Dəmiryol nəqliyyatı - ümumi istifadədə olan nəqliyyat növlərindən biridir, tərkibinə daxil olan istehsal və sosial təyinatlı müəssisə və idarələrlə birlikdə vahid istehsalat – texnologiya komplekslərindən ibarətdir.
Dəmiryolu daşımaları ən sərfəli nəqliyyat növü hesab olunur. Azərbaycan dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880 -ci ildə başa çatmışdır. Uzunluğu cəmi 20 km olan-Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşımasına olan təlabatın artdığini nəzərə alaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların uzunluğu 2910,1 km, istismar uzunluğu 2079,3 km-dir ki, onlardanda 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1241,4 km-i və ya 59,7 faizi elektrikləşmiş, 837,9 km-i, yəni 40,3 faizi dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmişdir. Hal- hazırda Azərbaycan dəmir yolları dünyanın bir çox ölkələrinin dəmi yolları ilə birləşmiş və yüksək səviyyədə əlaqələr qurulmuşdur.
Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.
Dəmir yolu daşıma modelinin xüsusiyyətləri Dəmir yolu nəqliyyatı digər növ nəqliyyat vasitələrindən, eyni vaxtda yüz tonlarla yükü daha uzun məsafəyə daşıması imkanı ilə fərqlənir. Eyni zamanda dəmiryolu nəqliyyatı çox asanlıqla yükün növünə, qabarit ölçülərinə, çəkisinə və xüsusiyyətlərinə uyğun seçilə bilir. Həmçinin bu daşıma növü ətraf mühitə zərər vurmamasına görə də daşınmada istifadə edilir. Dəmir yolu nəqliyyatında da məlum olan unimodel, intermodel, multimodel, transmodel və Amodel daşıma modelindən istifadə olunur. Unimodel - daşıma prosesində yalnız bir növ nəqliyyat vasitəsindən istifadə olunur. Belə yükdaşımada bir sənədləşmə və bir dispetçer məntəqəsi olur və yük qapıdan qapıya daşınır. Bu model daşıma dəmiryolu nəqliyyatında çox az tətbiq olunur. Ancaq böyük istehsal müəssisələr arasında tətbiq oluna bilər. İntermodel - yükgöndərən və yükalan müəssisələr arasında bağlanan müqaviləyə əsasən yükün daşınması prosesində bir neçə növ nəqliyyat müəssisəsi öz tarif və sənədləşmələri ilə iştirak edir. Bu model daşıma dəmiryolu nəqliyyatında tez-tez tətbiq olunur.
Multimodel - sənədləşmə daşımada iştirak edən nəqliyyat növünün birinə tətbiq olunur digərləri isə həmin sənədin tələblərinə uyğun öz tariflərini tətbiq edir. Son dövrlər elektron biznes əlaqələrinin inkişaf etməsi mutimodel daşımanın geniş yayılmasına imkan yaratmışdır. Yüklərin bir neçə nəqliyyat növündən istifadə etməklə yükün birbaşa şifarişçinin qapısına çatdırılma imkanı yaradır. Bu daşıma modelinin üstünlüklərindən biri də daşıma prosesinin bütün etaplarına yalnız bir şirkət nəzarət edir. Bununla yükün dolub-boşalma və sənədləşmə işlərinə sərf olunan vaxt azalır. Trasmodel - vahid sənədləşməyə əsasən müxtəlif növ nəqliyyat vasitələrindən istifadə olunur. Bu daşıma modeli sıstemli və müntəzəm xarakterlidir. Amodel - vahid dispetçer məntəqsi müxtəlif marşrutlar, vahid nəzarət sistemi.

Yüklə 81,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə