Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış
Bu vəsaitdə Yol hərəkəti qaydalarının yaranma tarixi, "Yol hərəkəti haqqında" 28.07.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun bir sıra müddəaları verilmiş, piyadaların xüsusilə uşaqların küçə və yollarda davranış qaydaları şərh edilir, ictimai nəqliyyat vasitələrindən istifadə qaydaları, küçələrdə hərəkəti nizamlayan texniki vasitələr, nizamlayıcı polis nəfərinin işarələri və s. haqqında məlumat verilir. Vəsait məktəblərdə yol hərəkəti qaydalarının tədrisi üzrə müəllimlər üçün nəzərdə tutulur. «Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası «İbtidai məktəb və məktəbəqədər tərbiyə» bölməsinin 04 may 2001-ci il tarixli 05 saylı protokolu ilə təsdiq edilmişdir» Giriş
Məktəbyaşlı uşaqların, yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydaların bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. İntizamlı piyada olmaq üçün hər şeydən əvvəl uşaqlarda təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi hərəkət edir. Bədbəxt hadisənin nə olduğunu bilməyən uşaq diqqətsizliyinin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmir. O belə zənn edir ki, çox cəld hərəkət edə bilər, hətta son anda belə hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər. Yaxud ona elə gəlir ki, sürücü nəqliyyatı istədiyi anda dayandıra və ya onun yanından keçə bilər. Bu baxımdan uşağa küçələrdə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən danışdıqda o qorxur, buna oxşar hadisənin baş verməməsi üçün intizamlı olmağa çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəblilərin yol hərəkəti qaydalarının öyrənmələrinə, onların küçə və yollarda intizamlı olmalarına ciddi əhəmiyyət verərək məktəblərdə müvafiq proqram üzrə yol hərəkəti qaydalarının öyrənilməsinə dair məşğələlərin keçirilməsini qərara almışdır. Bu məşğələlərin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarını öyrətmək və bu qaydalara əməl etmək vərdişini aşılamaqdan ibarətdir. Yol hərəkəti qaydalarını bilmək və onlara riayət etmək hamı üçün vacibdir
Son illər respublikamızda avtomobil parkının inkişafı nəticəsində yollarda və küçələrdə hərəkətin intensivliyinin artması avtomobil nəqliyyatının təhlükəsiz hərəkətinin təmin edilməsi mühüm dövlət problemi kimi ön plana çəkilməsini tələb edir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada avtomobil nəqliyyatından istifadə edilməsin. Əhalinin şəxsi istifadə üçün lazım olan minik avtomobillərinə ehtiyacı daim artır. Belə bir şəraitdə təhlükəsizliyi təmin etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təkcə sürücülərin deyil, bütün yol hərəkəti iştirakçılarının «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (3 iyul 1998-ci il tarixdə qəbul edilmişdir) bilmələri və riayət etmələri tələb olunur. Çox zaman yalnız sürücülərin təqsiri üzündən deyil, həmçinin piyadaların, xüsusilə uşaqların yol hərəkəti qaydalarını bilməmələri, yaxud onlara əməl etməmələri səbəbindən bədbəxt hadisələr baş verir. Uşaqların qəzalar nəticəsində bədən xəsarəti almaları barədə xəbərdar olunması yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Bədbəxt hadisənin nə olduğunu bilməyən uşaq diqqətsizliyinin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmir. O, elə zənn edir ki, çox cəld hərəkət edə bilər, hətta son anda belə hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər. Yaxud da, ona elə gəlir ki, sürücü nəqliyyatı istədiyi anda dayandıra və yandan sürə bilər. Hadisələrin təhlili göstərir ki, uşaqların küçədə nəqliyyatdan xəsarət almaları onların davranışından asılıdır. Odur ki, məktəblərdə və məktəbdənkənar pedoqoji tədbirlərin müntəzəm həyata keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. İntizamlı piyada olmaq üçün uşaqlarda ən əvvəl təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi hərəkət edir. Uşağa küçələrdə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən danışdıqda o qorxur, buna oxşar hadisənin baş verməməsi üçün intizamlı olmağa çalışır. Bunu, istər valideynlər, istərsə də tərbiyəçilər, müəllimlər və hamı yaxşı bilməlidir. Odur ki, bizim məktəblərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələrinə, onların küçədə intizamlı olmalarına ciddi əhəmiyyət verilməli, yol hərəkəti qaydalarına dair məşğələlər keçirilməlidir. Həmin məşğələlərin dərsdənkənar vaxtlarda yuxarı sinif şagirdləri ilə keçirilməsi daha məqsədəuyğundur. Bununla əlaqədar şagirdlərə yol hərəkəti qaydalarında olan əsas terminlər və anlayışlar izah olunmalıdır. Eyni zamanda hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları, yol hərəkəti iştirakçılarının qarşılıqlı əlaqələri və intizamı, yol ayrıclarının keçilməsi qaydaları, düzülüş, ötüb keçmə, dayanma, gözləmə qaydalarının da şagirdlərə öyrədilməsi vacibdir. Yüklə 166,43 Kb. Dostları ilə paylaş: |