Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.

səhifə1/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   55


Ə.Q. ƏLİYEV  
      i.e.n., dosent, AMEA İnformasiya Texnologiyaları  
İnstitutunun şöbə  müdiri 
Mühazirə 1. “İNFORMATİKA”  ELMİ VƏ  ONUN    VƏZİFƏLƏRİ    
Giriş 
1.1.
 
“İnformatika” elmi və onun predmeti  haqqında ümumi məlumat  
1.2.
 
İnformatika elminin əsas məzmunu və tərkib elementləri 
1.3.
 
İnformasiyanın xüsusiyyətləri və təsviri üsulları  
1.4.
 
İnformasiya əldə etməyin xüsusiyyətləri və prinsipləri 
1.5.
 
İnformasiya prosesləri və onların avtomatlaşdırılması 
1.6.
 
İnformatikanin yeni elm   sahəsi  kimi  inkişafi  
1.7.
 
Elmi tədqiqat işlərinin yerinə yetirilməsində informatikanın rolu və vəzifələri  
1.8.
 
 Tətbiqi informatika və elmi-tədqiqatlarda multidistiplinar yanaşma 
problemləri 
1.9.
 
İnformatikanın, hesablama texnikasının və İKT-nın təşəkkül tarixi   
Giriş 
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının 
bütün sahələrinin kompüterləşdirilməsi və  iformasiyalaşdırılmasıdır.  Təsadüfi deyildir ki, 
BMT-nin  qəbul  etdiyi  Ücüncü  minilliyin  səkkiz  inkişaf  məqsədindən  biri  kimi  qlobal 
tərəfdaşlığın  inkişaf  etdirilməsi  istiqamətində  göstərilir  ki,  informasiya-kommunikasiya 
texnologiyalarından(İKT)  bəhrələnmək  imkanı  yaradılmalıdır.  İKT  cəmiyyətin  və 
iqtisadiyyatın  inkişafına  ciddi  təsir  göstərdiyinə  görə  dinamik  templə  sosial  və  iqtisadi 
həyatın  bütün  sahələrinə  tətbiq  olunur.  Hal-hazırda  İKT-nin  əhatə  dairəsi  hökümət 
təşkilatlarını,  qeyri-hökümət  və  özəl  qurumları,  iqtisadi-sosial,  elm-mədəniyyət,  ictimai-
siyasi,  təhsil  və  s.  sahələri  əhatə  edir.  Cəmiyyətin  lazımı  informasiyalarla  təchiz 
edilməsinin  zəruriliyi  artıq  hamı  tərəfindən  qəbul  olunur.  İKT-nin  inkişafı  “biliklər 
iqtisadiyyatının”,  başqa  sözlə  təbii  resurslardan  asılı  olmayan  iqtisadiyyatın  qurulmasına 
təkan verir. Ona görə də Azərbaycanda neft-qaz sahəsinə alternativ İKT sektorunun inkişaf 
etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur. 
Hazırda  Azərbaycanda  bu  sahədə  çox  ciddi  tədbirlər  işlənməkdə  və  həyata 
keçirilməkdədir.  Xatırlatmaq  yerinə  düşərdi  ki,  hələ  xeyli  illər  öncə  BMT  İnkişaf 
Proqramı(İP)  ilə birgə  hazırlanmış    “Aərbaycan  Respublikasının ikişafı  naminə  İKT  üzrə 
Milli  strategiya  (2003-2012-ci  illər)’’  Ümummilli    lider  Heydər  Əliyev  tərəfindən  17 
fevral  2003-cü  ildə  imzalanmış  və  sonrakı  dövrlər  üçün  rəsmi  dövlət  proqramı  statusu 
almışdır.  İKT  üzrə  Milli  Strategiyanın  (İKTMS)  yerinə  yetirilməsi  işi  ümumdövlət, 
ümumxalq  əhəmiyyətinə  malik  olmaqla  cəmiyyət  həyatının  bütün  sahələrində  İKT-nin 
tətbiqini və onunla əlaqədar yarana biləcək bütün problemlərin həllini nəzərdə tuturdu.  
İKTMS-in  məntiqi  davamı  kimi  “Azərbaycan  2020:Gələcəyə  baxış”  İnkişaf 
konsepsiyasında  ölkədə  innovasiyalara,  informasiya  və  biliyə,  İKT-yə  əsaslanan 
iqtisadiyyatın  qurulması  bir  vəzifə  kimi  qoyulmuşdur.  Eyni  zamanda  İnkişaf 
konsepsiyasının müvafiq tezisləri əsasında  2020-ci ilə qədər olan dövr üçün  İnformasiya 
Cəmiyyətinin formalaşması üzrə Milli Strategiya 2014-cü ildə qəbul olunmuşdur.  
Hazırda  cəmiyyətin  və  onun  bütün  sahələrinin  inkişafı  İKT-in  artmaqda  olan  
intellektual  imkanlarından  və  informasiya  resurslarından  geniş  istifadə  olunması    ilə 
KitabYurdu.az 
1
 


əlaqədardır.  Ona  görə  də  insanları,  o  cümlədən  elmi  işçiləri,  doktrant  və  dissertantları
informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi  kompüterlərin və
İnternetin  müasir  vəziyyəti  ilə,  eləcə  də  ən  müasir  informasiya  kommunikasiya 
texnologiyalarının    imkanları  və  tətbiq  sahələri  ilə  tanış  etmək,  onlarda  həmin
texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaq hökumətin, xüsusən  elm 
və təhsil sisteminin qarşısında duran ən əsas məsələlərdən biri hesab olunur.  
        
1.1.  “İnformatika”  elmi  və  onun    predmeti  haqqinda  ümumi  məlumat.  
Fundamental elmlərin yeni bölmələrindən birini informatika təşkil edir. İnformatika fənni 
insanlarda  məntiqi  və  alqoritmik  təfəkkür  tərzini,  məsələlərin  səmərəli  həlli  üsullarının 
seçilməsinə  yönəlmiş  yaradıcı  və  əməli  düşünmə  qabiliyyətlərini  formalaşdırır.  Bu  fənn 
vasitəsilə  onlar  gündəlik  qarşılaşdıqları  problemlərin  həlli  üçün    tələb  olunan  zəruri 
informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və  vərdişlər 
əldə edir.  
İnsanın  informasiyaya    münasibəti    informasiya  emalının  avtomatlaşdırılması  
mümkünlüyündən  sonra kökündən  dəyişməyə və inkişaf etməyə  başlamışdır. Bunun  da 
nəticəsində    yaradıcı  və  mütəxəssis    insanların    intelektual    fəaliyyətinin  məhsulu  kimi  
informasiya  ehtiyatları  sürətlə  çoxalmağa  başlamışdır.  
“İnformatika    bir  elm  sahəsi  kimi  əsasən  son  onilliklərdə  formalaşmışdır. 
İnformasiya  və  avtomatika  sözlərindən  yaranmış  İnformatika  (ingiliscə  Informatics) 
terminini  ilk  dəfə  fransızlar  (1960-ci  il)  avtomatlaşdırılmış  informasiya  emalı  sahəsini 
adlandırmaq  üçün  istifadə  etmişlər.  “İnformatika”  termini  bəzi  hallarda  “Kompüter 
elmləri”  (Computers  science)  termini  ilə  eyniləşdirilir.  Hazırda  “İnformatika”  elmi 
informasiya  emalı  proseslərinin  (informasiyanın  toplanması,  ötürülməsi,  saxlanması, 
dəyişdirilməsi, ləğvi və s.) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs 
edən elm sahəsi kimi formalaşmışdır.  
İnformatika  -    kompüterlərdən  və  şəbəkələrdən,  xüsusən  İnternetdən  istifadə 
etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir. 
İnformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə informasiyanın 
yığılması,  emalı  və  ötürülməsinin  metod,  prinsip  və  qanunlarını  öyrənir.  İnformatika 
informasiyanın yığılması, saxlanması, ötürülməsi, təhlili və qiymətləndirilməsi prosesləri 
və  metodları  haqqında  olan  elmdir.  Bu  elm  informasiyanın  kompüterdə  və  kompüter 
şəbəkələrində emalına aid olan həm nəzəri, həm də praktiki fənləri özündə saxlayır.  
İnformatikanın  tədqiq  etdiyi  mövzuların  əhatə  dairəsi  cox  genişdir.  İnformatikanın 
fundamenti  (əsası)  -  hesablama  prosesləri  və  hesablama  maşınları,  sistemləri, 
şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir. 
Akademik  B.M.Qluşkovun  və  B.S.Mixaleviçin    fikrinə  görə    informatika  
kompüterləşdirilmiş    informasiya    sistemlərinin    fəaliyyətinin    layihələşdirilməsinin,  
işlənilməsinin,    yaradılmasının,    səmərəliliyinin    qiymətləndirilməsinin,  onun  müxtəlif  
sahələrdə  tətbiqinin və  təsirinin bütün  aspektlərini öyrənən  kompleks elmdir.  
Qeyd  olunmalıdır  ki,  son  illərdə    “İnformatika”  termini  əvəzinə  “Kompüter 
texnologiyası”  və  ya  “İnformasiya  texnologiyası”  terminlərindən  də    daha  çox    istifadə 
olunur.  Texnologiya”  yunan  sözü  olub  (techne  (bacarıq)+logos  (öyrənmə))  məhsulun 
hazırlanması  bacarığı,  istehsal  proseslərinin  yerinə  yetirilməsi  üçün  üsul  və  vasitələr 
haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən  kompüter texnologiyası baxılan 
KitabYurdu.az 
2
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   55


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə