Mənbə (Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin


DƏNİZ VƏ ÇAY YOLU DAŞIMA MODELİNİN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI



Yüklə 81,35 Kb.
səhifə2/6
tarix22.03.2024
ölçüsü81,35 Kb.
#183759
1   2   3   4   5   6
Su nəqliyyatı - Tranzit müddəti əhəmiyyətli deyil

DƏNİZ VƏ ÇAY YOLU DAŞIMA MODELİNİN ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI
Dəniz və çay nəqliyyat ilə yüklərin, məhsulların və sərnişinlərin daşıması həm təbii, (çay, göl, dəniz, və okean) həm də süni (su anbarı, kanallar və.s) su yolları ilə həyata keçirilir. Su nəqliyyatında lazım olan xarakterik qurğular və avadanlıq:
1. Nəqliyyat vasitələri: Gəmilər
2. Su yolları suyun dərinliyi və səthi kanallar və şlüzlər
3. İdarəolunma və sinqnalizayisa: mayaklar
4. Nəqliyyat qovşaqları: çay və dəniz vağzalları, limanlar.
Su yolu daşıma modelinin 2 növü vardır:
1. Çay nəqliyyatı ( daxili su hövzələri) daxili su yolları ilə ( çaylarla, kanallarla, göllərlə) daşımanı həyata keçirir.
Çay nəqliyyatının üstünlükləri: • Dərinliyi olan çaylarda və su anbarlarında yüksək daşıma imkanları • Daşımaların aşağı maya dəyəri • Xərclərin aşağı olması
Çay nəqliyyatının çatışmamazlıqları: • Daşıma coğrafiyasının məhdudluğu • Çatdırma surətinin aşağı olması (çayın dərinliyinin nahamar olmasından, naviqasiya şəraitindən asılı olaraq) • Mövsümi xarakterli olması • Yüklərin və məhsulların saxlama və daşıma etibarlığının aşağı olması
2. Dəniz nəqliyyatı dənizlərin, okeanları və onlara bitişik su hövzələrinin səthləri ilə daşımanı həyata keçilməsidir.
Dəniz nəqliyyatının üstünlükləri: • Qitələr arası daşımaların mümkünlüyü. • Uzaq məsafələrə daşımaların mayadəyərinin aşağı olması
Dəniz nəqliyyatının çatışmazlıqları: • Daşıma coğrafiyasının məhdud olması • Çatdırma surətinin aşağı olması (coğrafiyafi, hava və naviqasiya şəraitindən asılı olması) • Göndərmə tezliyinin az olması • Yüklərin qablaşdırılmasına və bərkidilməsinə aid sərt tələblərin olması • Mürəkkəb liman infrastrukturunun yaradılmasına olan tələbat • Multimodel olması
Yük dəniz gəmilərinin ən geniş yayılmış növlərindən biri də rolkerdir. Bu yük gəmiləri xüsusi təyinatlı olub, onlara yükləmə əməliyyatı iki üsulla həyata keçirilir. a) Kran ilə (şaquli üsul ) b) Diyirlənmə ilə (üfiqi üsul ) Əsasən bu növ gəmilər müxtəlif texnikanın, o cümlədən iriqabaritli yüklərin daşınmasında istifadə olunur. Məsələn: avtonəqliyyatı və xüsusi texnika, dəmiryolu vaqonları və platformaları, evzapalletlərdə (altlıqlarda) yerləşdirilmiş konteynerlər və yüklər. Yükləməni yerinə yetirmək üçün xüsusi şərtlər tələb olunmur.
Gəmirlərin göyərtənin olması nəticəsində kran və diyirlənmə üsulu ilə həmçinin yükləri göyərətəyə yükləmək mümkündür. Bundan başqa hər rolker gəmisində yükləmə avadanlığı vardır. Hərbi əməliyyatlarda bu nəqliyyat növündən desant gəmisi kimi istifadə etmək olar. Mənfi cəhəti, bu gəminin tikintisi çox baha başa gəlir. Ona görə də, donanmalarda bu gəmilərin sayı məhduddur. Bərə-çox mərtəbəli gəmidir. Aşağı mərtəbələrdə avtomobillər və texnika, yuxarı mərtəbələrində sərnişin kayütları və salonları, kafe və restoranlar yerləşdirilir. Müasir bərələr, səyahət laynerləri kimi çox yaxşı təchiz olunur. Dəniz yollarını ilə ancaq səpələnən yüklərin (buğda, könur və s.) daşınmalarında balker növlü gəmilərindən də istifadə olunur. Bu gəmilər müxtəlif hissələrə bölünmüş, vahid bir boyük tutuma malik olurlar. Hər hissənin öz qapağı olur. Balkerə yükləmə əməliyyatı limanın göyərtəsindən yerinə yetirilir. Bu cür gəmilərdə özünün yükləmə avadanlıqları olmur. Tanker balkerdən fərqli olaraq, maye yükləri və ya sıxılmış qazları daşıyır. Maye yüklərə neft, yanacaq materialları, kimyəvi maddələr, təhlükəli yüklər və zəhərli tullantılar aiddir. Quruluşuna görə tanker balkerə çox oxşayır. Hissələrə ayrılmış, böyük tutuma malik yük gəmisidir. Daşınan yüklərin xüsusiyyətlərinə görə tankerin divarları ikiqatdır və divarların arasında hava olur. Bu vəziyyət vibrasiyanı söndürür, yükü yüksək temperaturlardan qoruyur, hermetikliyin qorunması üçün əlavə müdafiyə rolunu oynayır. Tanker ən çox yayılmış və tələb olunan dəniz nəqliyyat növüdür. Digər çox istifadə olunan yük dəniz nəqliyyatının növü bərədir (param). Bərədə yükləmə diyirlənmə üsulu yerinə yetirilir, lakin rolkerdən fərqli olaraq, əsasən sərnişin daşınması da həyata keçirilir. Bu növ dəniz nəqliyyatı ilk növbədə sərnişin daşınmada istifadə olunur. “Quru yük” adlanan gəmi nəqliyyatı gəminin universal növüdür. Bir çox növ məhsulların və yüklərin daşınmasında geniş istifadə olunur. Bu növ gəmilərdə iriqabaritli yüklər də daşınır. Yeyinti məhsulları (ət, meyvə ,balıq) daşınmasında istifadə olunur. Bundan başqa, məhsulların müstəqil boşaltma-yükləmə işlərini aparmaq üçün öz avadanlıqları ilə təchiz olunur. Bu xüsusiyyət, istənilən limandan əgər limanda boşaltma-yükləmə avadanlığı yoxdursa öz boşaltma-yükləmə işlərini müstəqil apara bilər.
Bu növ gəmi ilə yüklərin daşıması təkcə aşağı hissədə aparılmır, həm də yük qablaşdırılmışsa gəminin göyərtəsində də daşınma yerinə yetirilə bilər. Gəmiyə məhsulların yüklənməsi və boşaldılması prosesini təşkil edir. Məhsulların gəmiyə yüklənməsi prosesi və təhlükəsizlik qaydaları Dəniz yolu ilə daşınacaq yüklər həm dəniz nəqliyyatının standartları və tələbləri, həm də daşınacaq yüklərin xüsusiyyətləri nəzərə alınaraq hazırlanır: • Taranın və qablaşdırmanın sazlığı. • Nəzarət lentlərinin, cəftələrin və plombların vurulmasının və sazlığı . • Taralardan maye yüklərin sızmaması. • Taralara aid olan normativ sənədlərin standartlara uyğun olması. • Taralarda olan markaların və xəbərdar ediçi işarə, yazıların aydın olması. • Yükün zay olmasını subut edən iylərin və digər əlamətlərin olmaması. Əsas yükləri daşımağa hazırlayarkən aşağıdakıları nəzərə almaq lazımdır: a) Yırğalanmanın təsiri altında yükün sürüşməsi imkanı. b) Yükün yanması, partlayışı ilə əlaqədar təhlükələrin insanlara və ətraf mühütə təsiri (zəhərlənmə, radiasiya şüalanması). c) Nəmin, tozun, istiliyin və müxtəlif iylərin olması. d) Tələb olunan temperatur, rütubət və ventilyasiya rejimlərini tətbiq etmək zərurəti. Taranın yüklə çəkisi bir tonn və bundan artıq olduqda, yükləmə - boşaltma işlərini yerinə yetirərkən və gəmilərdə yüklərin bərkidilməsi zamanı xüsusi avadanlıqlar olmalıdır (dibaltı, altlıq konteyner və s.) İstifadə olunan xüsusi avadanlıqlar tələb olunan şərtlərə cavab verməlidir. Yükün itmə, xarab olma, və zədə alma təhlükələri meydana cıxdıqda, yükgöndərən taraları narmativ sənədlərə uyğun olan tələblərə cavab verən vəziyyətə gətirməlidir.


Yüklə 81,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə