Böyük Britaniyanın etnoqrafiyası


Dünya xalqlarının antropoloji təsnifatı



Yüklə 103,43 Kb.
səhifə4/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   2   3   4   5   6   7   8   9   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Dünya xalqlarının antropoloji təsnifatı

Xalqların tarixən ümumi mədəni məişət xüsusiyyətlərinin formalaşdığı vilayətə tarixi etnoqrafik vilayət deyilir. Keçmiş sovet imperiyası daxilində belə tarixi etnoqrafik vilayətlərə misal olaraq Pribaltikanı, Orta Volqaboyunu, Qafqazı, Orta Asiyanı və s. göstərmək olar. Xalqları coğrafi cəhətdən təsnif edərkən, onları xəritə üzrə deyil tarixi-etnoqrafik vilayətlər üzrə təsnifləşdirirlər. Tarixi-etnoqrafik vilayət tarixi kateqoriya sayılır. Qədim xalqların formalaşması, yer üzərində insanların ilkin yayılması prosesi dövründə, paleolitin axırlarında, mezolit və neolitdə baş vermişdir. Daha sonradan ayrı-ayrı tarixi-etnoqrafik öyalətlərin xarakterik xüsusiyyətləri dəyişdiyi kimi, onların sərhədləri də dəyişmişdir. Bunun nəticəsində bəzi əyalətlər yox olmuş, bəziləri isə əksinə yenvdən meydana çıxmışdır. Bu proses uzun minilliklər boyu müxtəlif ictimai-iqtisadi formasiyalar daxilində çərəyan etmişdir. Tarixi - etnoqrafik əyalətə müəyyən ərazidə məskunlaşan, bir-birilə əlaqədə olan, lakin ictimai-iqtisadi inkişafın səviyyəsi və istiqaməti, dili və irqi mənsubiyyəti ilə fərqlənən xalqlar daxildir. Avropa, Asiya və Şimali Afrikanın xalqlarının coğrafi çəhətcə məskunlaşmasında və onların etnik tarixində 1V -1X əsrlərdə baş vermiş xalqların böyük köçünün son dərəcə böyük əhəmiyyəti olmuşdur. Bunun nəticəsində antik imperiyaların xarabalıqları üzərində feodal dövlətləri meydana çıxmış, yeni xalqların təşəkkülü prosesi ketmişdir. Bu xalqların çoxu müasir dövrümüzə qədər gəlib çıxmışdır. Məhz bu dövrdə Şərqi Avropa ərazisində slavyanların məskunlaşması başlamış və onlar demək olar ki, çənubda Balkan yarımadasınadək yayılmışdılar. Almanlar bir qədər qərbdə, Mərkəzi və Şimali Avropada məskunlaşmışdılar. Onlar hətta keltlərin Yaşadığı Britaniya adalarına da kəlib çıxmışdılar. Bu dövrdə, keçmiş Roma imperiyasına dəfələrlə basqın etmiş və onun süqutunda mühüm rol oynamış barbar tayfaların latınlaşdırılmış əhali ilə qarışması nəticəsində Roman xalqlarının formalaşması prosesi başlanmışdı. Bu vaxt Qərbə doğru hərəkət edən hunlar IV əsrin sonunda Avropaya çatmış və Dunay hövzəsində çox da möhkəm olmayan, lakin etnik cəhətdən çox qarışıq olan konqlomerat bir dövlət yaratmışdılar. Hunların arxasınca Şərqi Avropaya başqa türk tayfalarının - xəzərlərin, bolqarların, peçeneqlərin, poloveslərin küçlü axını başlanmışdı, Bolqarların bir qrupu Volqanın yuxarılarınadək gəlib çıxmış və sonralar çuvaş, tatar, xalqlarının etnogenezində görkəmli rol oynamışdılar. Onların digər qrupu 679-cu ildə Dunay çayını keçərək, cənubda yaşayan slavyanlar arasında ərimiş, lakin öz adlarını bolqar xalqına vermişdilər. VIII—IX əsrlərdə, dili Qərbi Sibirin Xantimansi xalqlarının dilinə bənzəyən maçarlar, Cənubi Ural çöllərindön hərəkətə başlayaraq, Orta Dunay boyunda məskunlaşdılar.
Türk dilli xalqların kütləvi axını Cənubi Sibirdə, Mərkəzi və Orta Asiyada da baş vermişdir. Bunun nətiçəsində, eramızın birinçi minilliyinin ikinci yarısında, həmin ərazilərdə bir-birini əvəz etmiş bir çox tayfa ittifaqları və dövlət birləşmələri meydana gəlmişdi. V əsrin sonunda isə Orta Asiyanın Iran dilli tayfalarından biri olan Evtalitlərin böyük qrupu hindistan ərazisində məskunlaşdı və keçmiş Kuşan imperiyasının ərazisində böyük bir dövlət yaratdı. VI əsrdən etibarən Qabaq Asiyanın və Şimali Afrikanın yerli əhalisinin assimiliyasiyası ilə müşayiət olunan geniş ərəb işğalları dövrü başlayır. Bu dövrdə eyni zamanda Şərqi və Cənub-Şərqi Asiyada koreyalıların və yaponların konsolidasiyası başlayır. Çinlilər də tədriclə cənuba doğru yayılaraq, ordakı müxtəlif xalqlarla qarışmış, onların mədəni və təsərrüfat nailiyyətlərini mənimsəyərək, eyni zamanda özü də bir-birindən fərqlənən yerli qruplara parçalanmış və yerli xalqlara çin dilini qəbul etdirmişdilər. hind-çin yarımadasında vyetnamların, birmalıların, tailandların etnik və siyasi əraziləri mon-kxmer və indoneziyalılar hesabına xeyli genişlənmişdi. Sumatradan gəlmiş və Malaqkada məskunlaşmış malaylar, sonralar demək olar bütün Indoneziyada yayılaraq yerli etnik qruplarla birlikdə bir çox yeni xalqların təşəkkül tapmasına şərait yaratmışdılar.
II minilliyin birinci yarısında Asiya və Avropanın etnik tarixinə monqol hücumlarının böyük tə'siri olmuşdur. Etnik qrupların uzaq yerlərə köçü ilə müşayiət olunan monqol işğalları xalqların bir-birinə qarışmasını sürətləndirdi. Mərkəzi, Orta və Qabaq Asiyada, habelə Qafqazda aə Şərqi Avropada yeni xalqların meydana gəlməsinə səbəb oldu. Bu etnik proseslərə misal olaraq Sibirdə, Volqa boyunda, Krımda müxtəlif tatar qruplarının təşəkkül tapdığını göstərmək olar. Tatar-monqol yürüşlərindən bir qədər əvvəl Balkan yarımadasına, müasir Orta Asiya türkmənlərinin əcdadı olan oğuz-türk tayfalarının köçübaşlanmışdı. Onların yerli əhali ilə qarışması nətiçəsində bir sıra yeni xalqların, o cümlədən azərbaycanlıların1 və Osmanlı türklərinin formalaşması üçün şərait yarandı. Təxminən eyni vaxtda bantu dillərində danışan tayfaların Şərqi və Mərkəzi Afrikadan cənuba doğru yayılması prosesi kücləndi, XV əsrin sonunadək Asiya, Avropa və Afrikada demək olar ki, bizim dövrümüzə qədər-gəlib çıxan bütün xalqlar artıq təşəkkül tapmışdı.
Dünya xalqlarının etnik tarixində kapitalizmin meydanaçıxması və onun inkişafının böyük rolu olmuşdu. Bu dövrdə — yəni XV1-X1X əsrlərdə avropalılar Amerikaya, Avstraliyaya və Okeaniyaya yayılmışdılar. Bu böyük miqrasiyalarda, əvvəlcə ispanlar və portuqalnyalılar, bir qədər sonra hollandlar fransızlar və ingilislər əhəmiyyətli rol oynamışdılar. Öz doğma torpaqlarından müxtəlif səbəblər üzündən ayrılan bu xalq qrupları yeni məs-kunlaşdıqları ərazilərdə yerli tayfalarla əlaqəyə girmiş və yeni xalqların təşəkkülü üçün imkan yaratmışdılar. Bu vaxtlar müstəmləkə ölkələrində aborigenlərin çoxu məhv edilmiş və ya təcrid olunmuşdular.
Azərbaycanlıların bir xalq kimi formalaşmasını son dövrlərdə bir qədər əvvəlki tarnxi dövrə - VI-IX əsrlərə aiddirlər. Birinci növbədə Mərkəzi və Çənubi Amerikaya aiddir. Buradakı etnik inkişafın ikinçi mərhələsi Kanada, ABŞ, Arkentina, Avstraliya və Okeaniya xalqları üçün xarakterikdir. Afrikanın cənubunda eyni yolla müasir hollandların əcdadlarından (burlardan) xüsusi bir etnos-afrikan xalqı yaranmışdır. Onların dili holland dilinə yaxın olsa da, bir çox xüsusiyyətlərinə görə onlardan fərqlənir. Karib dənizi adalarında, Venesuela, Braziliya və Qayananın etnik tarixində Avropalı mühacirlərin, habelə hindularla yanaşı Afrika mənşəli zəncilərin böyük rolu olmuşdur.



  1. Yüklə 103,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə